Month: January 2026

  • Когда будет внедрена подсистема “Единые коммунальные услуги”?

    Подсистема “Единые коммунальные услуги” (Vahid Kommunal Xidmətlər) будет внедрена поэтапно в этом году.

    Об этом в ответ на запрос Oxu.Az сообщили в Агентстве инноваций и цифрового развития при Министерстве цифрового развития и транспорта.

    Было отмечено, что согласно “Положению об информационной системе электронного правительства”, утвержденному указом Президента Ильхама Алиева №472 от 12 августа 2025 года, подсистема “Единые коммунальные услуги” разработана в рамках пилотного проекта и прошла предварительные испытания.

    “В настоящее время совместно с поставщиками коммунальных услуг продолжается работа по расширению охвата пилотного проекта и устранению информационных несоответствий. В течение текущего года предусмотрено поэтапное внедрение подсистемы”, – говорится в информации.

    В агентство заявили, что 10 наиболее востребованных гражданами коммунальных услуг уже интегрированы в платформу MyGov.

    “Одновременно через платформу осуществляются платежи, связанные с коммунальными услугами, и работа в этом направлении продолжается. Подсистема “Единые коммунальные услуги” будет выполнять функции охвата всех коммунальных операторов, централизованного сбора данных, проведения мониторинга и аналитического анализа, подготовки прогнозов и предоставления централизованных электронных услуг. В будущем граждане получат удобный доступ ко всем упомянутым коммунальным услугам через единое окно – платформу MyGov”, – отметили в агентстве.

  • “Vahid Kommunal Xidmətlər” altsistemi nə vaxtdan tətbiq olunacaq?

    “Vahid Kommunal Xidmətlər” altsistemi bu il mərhələli şəkildə tətbiqi olunacaq.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən məlumat verilib.

    Qurumdan bildirilib ki, Prezident İlham Əliyevin 12 avqust 2025-ci il tarixli, 472 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Elektron Hökumət İnformasiya Sistemi haqqında” Əsasnaməyə əsasən, “Vahid Kommunal Xidmətlər” altsistemi pilot layihə çərçivəsində hazırlanıb və ilkin sınaqlardan keçirilib:

    “Hazırda kommunal xidməti təchizatçıları ilə birgə pilot layihənin əhatə dairəsinin genişləndirilməsi və məlumat çirkliliyinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Cari il ərzində altsistemin mərhələli şəkildə tətbiqi nəzərdə tutulub”.

    Agentlik qeyd edib ki, ən çox tələb olunan 10 vətəndaşyönümlü kommunal xidmət artıq “MyGov” platformasına inteqrasiya edilib:

    “Eyni zamanda, kommunal xidmətlərlə bağlı ödənişlər də platforma üzərindən həyata keçirilir və bu istiqamətdə də işlər davam etdirilir. “Vahid Kommunal Xidmətlər” altsistemi isə bütün kommunal operatorları əhatə edən, məlumatların mərkəzləşdirilmiş şəkildə toplanması, monitorinq və analitik təhlil aparılması, proqnozların hazırlanması və mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsi funksiyalarını yerinə yetirəcək. Gələcəkdə vətəndaşlar sözügedən bütün kommunal xidmətlərə vahid pəncərə olaraq yenə də “mygov” platforması üzərindən rahat çıxış əldə edəcək”.

  • Binəqədi rayonunda “Opel” YANDI

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN məlumat yayıb.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin tərəfindən “Opel” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

    Hadisə zamanı xəsarət alan olmayıb.

    Yaxınlıqda yerləşən obyekt və yaşıllıq sahə yanğından mühafizə olunub.

  • Şəhriyar və Teymur milyonlar qazanıb – siyahı

    Məşhur “Chess.соm” portalı şahmat tarixində ən çox mükafat qazanan qrossmeysterlərin siyahısını tərtib edib. Burada mükafat fondu 10.000 dollardan çox olan yarışlar hesaba alınıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən siyahıda azərbaycanlı qrosmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yer alıb.

    Siyahının 21-ci sırasında olan qrosmeyster Şəhriyar Məmmədyarov ümumillikdə 1 milyon 781 min 988 dollar (3,030,000 AZN), 2025-ci ildə isə 38 min 639 dollar (65.686,30 AZN) mükafat qazanıb.

    Siyahının 28-ci sırasındakı Teymur Rəcəbov isə ümumi olaraq 1 milyon 117 min 290 dollar (1.900.000 AZN), 2025-ci ildə isə 6,275 dollar (10.667,50 AZN) qazanıb.

    Sözügedən cədvəlin ilk pilləsində norveçli Maqnus Karlsen yer alıb. O, indiyədək 12 milyon 232 min 249 dollar (2025-ci ildə 1 milyon 455 min 276) qazanıb.

  • Bakıda daha bir bina sökülür: kompensasiya məbləği açıqlandı

    Bakıda daha bir ünvanda yaşayış binası söküləcək.
     
    Median.Az baku.vs-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu 92/352 ünvanındakı binadan gedir.
     
    1908-ci ildə inşa olunan yaşayış binası hazırda qəzalı vəziyyətdə olduğu üçün plana düşüb.
     
    Qeyd edək ki, evlərin hər kvadratmetrinə 1340 AZN kompensasiya təklif olunur. Sakinlərlə razılıq əldə olunacağı təqdirdə söküntü işlərinə start veriləcək.

  • ABŞ-nin vitse-prezidenti narkomanlardan üzr istədi

    ABŞ-nin vitse-prezidenti Cey Di Vens narkotik aludəçilərindən üzr istəyib və onları müalicə olunmağa çağırıb.

    Median.Az bu barədə “Fox News” telekanalına istinadən xəbər verir.

    “Kokain istifadə edən bütün insanlara müraciət edirəm: mən üzr istəyirəm. Biz sizi reabilitasiya mərkəzlərinə müraciət etməyə çağırırıq və ABŞ-nin maraqlarını müdafiə etməyə davam edəcəyik”, – deyə Vens jurnalistlərin ABŞ-nin narkotiklərlə necə mübarizə aparacağı barədə sualına cavab verib.

    O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp kokaini sevmir.

  • Azərbaycanın atletika üzrə milli komandasına yeni baş məşqçi təyin edildi

    Bu gün Azərbaycan Atletika Federasiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib.

    Median.Az xəbər verir ki, tədbir zamanı atletika üzrə milli komandanın yeni baş məşqçisinin adı açıqlanıb.

    Federasiya rəhbərliyinin qərarı ilə təcrübəli mütəxəssis, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Əliyev bu vəzifəyə təyin olunub.

  • Leyla Əliyeva Qusarda Rəmixanovların ailəsinin mətbəxindən video paylaşdı – VİDEO

    “Kənd həyatı” (Country Life Vlog) layihəsinin yeni buraxılışının çəkilişində iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qusarın Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin qonağı olub.

    Median.Az xəbər verir ki, Leyla Əliyeva social şəbəkə hesabında Əzizə Rəmixanovanın mətbəxindən yeni görüntülər paylaşıb.

    Çəkilişlər zamanı Leyla Əliyeva bölgəyə məxsus məşhur milli yeməklərdən biri olan skanın hazırlanması prosesində ailə üzvləri ilə birlikdə iştirak edib. O, ölkəmizin şimal bölgəsinə xas olan kənd həyat tərzi və milli mətbəx ənənələri ilə yaxından tanış olub:

  • В Иране на фоне протестов зафиксировано отключение интернета

    Международная служба мониторинга интернета NetBlocks зафиксировала падение интернет-соединения в Тегеране и ряде других городов Ирана на фоне проходящих в стране протестов.

    Как передает Median.Az, об этом говорится в сообщении службы в соцсети X.

    “Данные сети демонстрируют, что Тегеран и другие части Ирана в настоящее время погружаются в цифровую темноту, поскольку соединение было отключено сразу у нескольких провайдеров”, – сказано в публикации.

    По информации Cloudflare, объем трафика по протоколу IPv6 в стране сначала снизился почти на 98.5%, а затем вовсе исчез. Этот протокол часто используется для обхода ограничений, и его исчезновение может указывать на целенаправленные меры со стороны властей.

    Официальные лица Ирана не заявляли о планируемых ограничениях.

  • İranda internet bağlantısında problemlər qeydə alınır

    “NetBlocks” beynəlxalq internet monitorinq xidməti İranda davam edən etirazlar fonunda Tehranda və ölkənin bir sıra digər şəhərlərində internet bağlantısının zəiflədiyini qeydə alıb.

    Median.Az bildirir ki, bu barədə məlumat xidmətin “X” platformasındakı paylaşımında yer alıb.

    “Cloudflare”in məlumatına görə, ölkədə “IPv6” protokolu üzrə trafikin həcmi əvvəlcə demək olar ki, 98.5% azalıb, daha sonra isə tamamilə yoxa çıxıb.

    Bu protokol tez-tez internet məhdudiyyətlərini aşmaq üçün istifadə olunur və onun yoxa çıxması hakimiyyət tərəfindən məqsədyönlü tədbirlərin görüldüyünə işarə edə bilər.

    İranın rəsmi şəxsləri planlaşdırılan məhdudiyyətlər barədə hələlik açıqlama verməyiblər.