Month: January 2026

  • ABŞ 39 ölkənin vətəndaşları üçün viza məhdudiyyəti tətbiq edir

    1 yanvar 2026-cı il tarixindən etibarən ABŞ 39 ölkənin vətəndaşlarına və Fələstin tərəfindən verilmiş səyahət sənədləri ilə müraciət edən şəxslərə viza verilməsini tamamilə və ya qismən dayandırır.

    Median.Az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

    “İran vətəndaşlarına viza verilməsi, bəzi istisnalar olmaqla, tamamilə dayandırılır, amma İran vətəndaşları viza üçün müraciət edə və müsahibədən keçə bilərlər” – məlumatda qeyd olunur.

    Viza məhdudiyyəti tətbiq edilən ölkələrin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.

  • 16 yaşlı İgidin ölümünə görə dayısı cəzalandırıldı

    Ötən ilin sentyabrında Astarada baş vermiş ağır yol nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az qafqazinfo-ya istinadla xəbər verir ki, Çayoba kəndində qeydə alınmış hadisəyə görə 1991-ci il təvəllüdlü sürücü Aslan Qasımova hökm oxunub.

    Bildirilib ki, o, hadisə baş verən gün 16 yaşlı bacısı oğlu İgidlə birgə VAZ-2107 markalı minik avtomobili ilə toy məclisindən evə qayıdırkən idarəetməni itirərək, maşını yol kənarındakı su kanalına aşırıb. Hadisə zamanı zərbənin təsirindən yeniyetmə avtomobilin ön şüşəsindən çıxaraq yola düşüb və aldığı xəsarətlərdən ölüb.

    Mərhumun anası məhkəmədə hadisəni törətmiş qardaşından şikayətçi olmadığını bildirib.

    Astara Rayon Məhkəməsinin hökmü ilə sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib.

    Ona 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi nəzərdə tutulub.

  • Xətai rayonunda ağaclar kəsildi: Toplanan materiallar Baş Prokurorluğa göndəriləcək

    Paytaxtın Xətai rayonu, Gəncə prospekti, 23 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

    Bu barədə oxu.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

    İdarənin rəisi Qafar Ağayev bildirib ki, əraziyə keçirilən baxış zamanı hasara alınmış sahədə ağacların kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

    “Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır. Ərazidəki mövcud yaşıllıqlar qeydiyyata alınaraq onlara identifikasiya etiketi vurulub. Eyni zamanda, yaşıllıqların mühafizəsi və onlara aqrotexniki xidmət göstərilməsi məqsədilə Xətai Rayon İcra Hakimiyyətinə məktub ünvanlanıb”, – məlumatda qeyd olunub.

  • Ağcabədidə meşədə çobanın meyiti tapılıb

    Bu gün Ağcabədidə yerləşən meşə ərazisində kişi meyiti aşkar edilib.

    Median.Az-ın məlumatına görə, hadisə yerinə cəlb olunan hüquq- mühafizə orqanlarının araşdırmaları zamanı məlum olub ki, tapılan meyit Ağsu rayon sakini Xasayev Çingiz Gündüz oğluna məxsusdur.

    Ç.Xasayevin meşə ərazisinə yerləşən fermada çoban işlədiyi bəlli olub.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.//teleqraf

  • Натиг Гасанов назначен заместителем министра

    Натиг Гасанов назначен заместителем министра финансов Азербайджана.

    Как сообщает Median.Az, соответствующее распоряжение подписал Президент Азербайджанской Республики Ильхам Алиев.

    До этого назначения Н.Гасанов занимал должность руководителя аппарата Министерства финансов.

    Отметим, что Натиг Гасанов окончил факультет государственного и муниципального управления Академии государственного управления при Президенте Азербайджанской Республики, а также получил степень магистра в Азербайджанском государственном экономическом университете.

    В 2008-2011 годах он работал советником сектора государственного регулирования предпринимательской деятельности отдела политики развития предпринимательства Министерства экономики.

    В 2011-2012 годах занимал должность заведующего сектором развития ненефтяных отраслей в отделе экономической политики, анализа и прогнозирования Министерства экономики.

    В 2012-2018 годах был заместителем начальника отдела межгосударственного экономического сотрудничества Министерства экономики. С 2018-го по 2025 год исполнял обязанности первого заместителя председателя правления Агентства по развитию малого и среднего бизнеса.

    Н.Гасанов принимал участие в различных зарубежных тренингах, семинарах и курсах, а также в организации ряда международных мероприятий, проводимых в стране.

    В 2019 году распоряжением Президента Азербайджана был награжден медалью “Терегги”.

    Владеет английским и русским языками. Женат, воспитывает троих детей.

  • Sahil Babayevə yeni müavin təyin olunub

    Maliyyə naziri Sahil Babayevə yeni müavin təyin olunub.

    Median.Az-ın məlumatına görə, bu vəzifəyə Natiq Həsənov gətirilib.

    O, bu təyinatadək Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.

    Qeyd edək ki, 1979-cu il təvəllüdlü N.Həsənov əmək fəaliyyətinə 2001-ci ildən özəl sektorda başlayıb. Yeni nazir müavini daha sonra müxtəlif dövlət qurumlarında çalışıb.

    Maliyyə Nazirliyində vəzifəyə gəlməmişdən öncə isə 2018-ci ildən 2025-ci ilədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini olub.//teleqraf

  • Maduronun Putinə yazdığı məktubda ondan nələr tələb etdiyi açıqlanıb

    Rusiya Kremlin əsas müttəfiqi Nikolas Maduronun ələ keçirilməsindən şokdadır, lakin Moskvada Prezident Donald Trampın Venesuela ilə bağlı atdığı addım həm də böyük güc siyasətinə qayıdış kimi qiymətləndirilir.

    Median.Az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

    Nəşr qeyd edib ki, Rusiyanın tənəzzülə uğrayan iqtisadiyyatı yeni sanksiyaların təsirinə məruz qalır və analitiklər Moskvanın Venesuelaya olan marağını tədricən azaltdığına diqqət çəkirlər.

    Məqalədə qeyd olunub ki, cəmi bir neçə ay əvvəl Maduro ABŞ ilə qarşıdurmasında Rusiyadan kömək istəyib. “The Washington Post”un əldə etdiyi ABŞ daxili sənədlərinə görə, Venesuela lideri Rusiya Prezidenti Vladimir Putinə birbaşa məktubunda müdafiə radarları, pilotsuz təyyarələr, təyyarələrin təmiri və raketlər tələb edib.

    O da vurğulanıb ki, Rusiya Venesuelaya milyardlarla dollar kredit ayırıb və ABŞ-nin bu həmləsindən sonra onların geri qaytarılacağı ehtimalı yoxdur. İki ölkə arasında yüksək profilli layihələr, o cümlədən keçən ilin yayında Venesuelanın Araqua əyalətində “Kalaşnikov” döyüş sursatları fabriki də fəaliyyətə başlayıb.

    Qeyd olunub ki, Moskva Maduronun ələ keçirilməsindən çox şey itirəcək. Analitiklərin fikrincə, Kreml Amerikanın Karakasda nəzarəti ələ keçirmək səylərini, o cümlədən Birləşmiş Ştatların uğur qazanacağı təqdirdə Rusiyaya iqtisadi ziyan vura biləcək neft qiymətlərinin davamlı düşməsi riskini və əksinə, Vaşinqtonun Latın Amerikasında uzunmüddətli münaqişəyə sürüklənəcəyi perspektivini ehtiyatla izləyir.

    Lakin Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı beşinci ilinə yaxınlaşdıqca, ölkənin zəifləyən iqtisadiyyatı bir sıra yeni sanksiyaların artan təzyiqi altındadır və analitiklər deyirlər ki, Moskva son aylarda dəstəyini artırdığına dair çox az işarə ilə Venesuelaya olan marağını tədricən azaldır. Rusiya üçün təbii ki, Ukrayna böhranı Venesuela böhranından daha vacibdir.

  • Yumurta niyə bahalaşır? – AÇIQLAMA

    Paytaxt bazarlarında yumurtanın qiyməti artıb. Amma maraqlısı odur ki, qiymət artımını hərə bir cür amillə izah edir.

    Median.Az xəbər verir ki, satıcılar artımın cüzi olduğunu bildiriblər:

    “Yem qiymətlərinin yüksək olması məhsulun dəyərinə təsir edir. Məhsulu 38 qəpiyə alırıq, 40 qəpiyə satırıq. Bu isə alıcıları da qane etmir”.

    Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildirilib ki, yumurta istehsalı əvvəlki illərlə müqayisədə azalmayıb:

    “Əksinə ümumi quşçuluq üzrə ümumi 42 faiz artım var. Yumurta istehsalına görə də 28 faiz artım var. Ölkədə yumurtaya olan tələbat tam ödənilir. Keçən il Azərbaycanda adambaşı yumurta istehsalı 147 ədəd idi. Bu il isə 187 ədəddir. Qiymətlər isə keçən ilkidir. 16-19 qəpik arasıdır”.

  • Gürcüstan Azərbaycan benzininin Ermənistana tranziti üçün ödəniş alacaq

    Gürcüstan Azərbaycan benzininin Ermənistana sayca ikinci tranziti üçün ödəniş alacaq.

    Median.Az APA-ya istinadən bildirir ki, bunu “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan bildirib. Onun sözlərinə görə, ikinci tranzitdə Azərbaycandan “Premium” və “Regular” benzin idxal olunacaq.

    “Tranzit üçün ödəniş benzinin qiymətinə ciddi təsir göstərməyəcək, qiymətə əsas təsiri valyuta dalğalanmaları və dünya bazar qiymətləri göstərir”, – o, bildirib.

    Məlumat üçün bildirək ki, Azərbaycan yanacağının Ermənistana əsas idxalçıları “Mega Trade” və “Shisha World” şirkətləridir.

    Qeyd edək ki, Azərbaycan yanacağının Ermənistana ilk tranziti üçün Gürcüstan tranzit haqqı almamışdı.

  • Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

    Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, qəza rayon ərazisində qeydə alınıb.

    Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil Kəlbəcər rayon sakini, hazırda Goranboyda yaşayan 1947-ci il təvəllüdlü E. Həsənovu vurub.

    Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.