Month: January 2026

  • Moskvada hava limanından Bakıya olan bir neçə uçuş ləğv olunub – Video (YENİLƏNİB)

    Moskvanın Vnukovo hava limanında Bakıya uçuşu gözləyən azərbaycanlı sərnişinlərin üzləşdikləri vəziyyətlə bağlı rəsmi açıqlama verilib.

    Oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Hava Yolları QSC (AZAL)-dən bildirilib ki, əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq Azərbaycan Hava Yolları (AZAL) Moskva istiqaməti üzrə yerinə yetirilən reyslərin icrasında müvəqqəti dəyişikliklər edib.

    “Belə ki, Bakı-Moskva (Vnukovo)- Bakı marşrutu üzrə J2-805 və J2-806 nömrəli reyslər ləğv olunub.

    Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə AZAL mövcud qaydalara uyğun şəkildə operativ tədbirlər görüb. Sərnişinlərə alternativ uçuş imkanları təqdim olunub, müvafiq hallarda isə biletlərin dəyəri geri qaytarılıb.

    Ləğv edilmiş reyslərin sərnişinlərinin bir qismi AZAL-ın J2-809 və J2-810 nömrəli reysləri ilə təyinat məntəqəsinə daşınıb. Moskvada olan və alternativ uçuşlardan istifadə etməyən sərnişinlər üçün isə bilet vəsaitinin geri qaytarılması təmin edilib.

    Azərbaycan Hava Yolları yaranmış vəziyyətə görə üzr istəyir və göstərdikləri anlayışa görə sərnişinlərinə təşəkkürünü bildirir” – deyə, məlumatda vurğulanır.

    * * * * *

    Rusiyanın paytaxtı Moskvanın Vnukovo hava limanında Bakıya uçuşu gözləyən azərbaycanlı sərnişinlər çətin vəziyyətlə üzləşiblər.

    Hava limanında qalan soydaşlarımız bu barədə Baku.ws-ə məlumat veriblər.

    Onların sözlərinə görə, Bakı istiqamətində olan reyslər ləğv edilib. Buna baxmayaraq, sərnişinlərin aldıqları biletlərin pulu geri qaytarılmır.

    Sərnişinlər bildiriblər ki, onlara biletlərin etibarsız sayıldığı və yenidən bilet almalarının tələb olunduğu deyilir.

    “Bizə bildirirlər ki, aldığımız biletlər batıb. Pulumuzu geri qaytarmırlar və deyirlər ki, yenidən bilet almalıyıq. Xahiş edirik, bizə kömək göstərilsin. Çıxılmaz vəziyyətdə qalmışıq”, – deyə sərnişinlər qeyd ediblər.

  • Bakıda işdən çıxarılan icra başçısının səlahiyyətləri KEÇMİŞ MƏKTƏB DİREKTORUNA tapşırıldı

    Ötən ilin dekabrında vəzifəsindən uzaqlaşdırılan Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimovu kimin əvəz etdiyi məlum olub.

    Median.Az Teleqraf.az-a istinadla xəbər verir ki, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılıb.

    Qeyd edək ki, Gülarə Verdiyeva Nəsimi RİH-dən öncə Bakının Nəsimi rayonu ərazisində fərqli dönəmlərdə iki məktəbin direktoru olub.

    2013-cü ildə Nəsimi RİH-də humanitar məsələlər üzrə müavin təyin edilib. 2017-ci ildə isə fəaliyyətinə birinci müavin olaraq davam edib.

    Gülarə Verdiyeva 2010-cu ildə parlament seçkisində deputatlığa namizəd olsa da, qalib gələ bilməmişdi.

    Onu da əlavə edək ki, hazırda Nəsimi RİH-də rəhbər şəxs vəzifəsində cəmi iki nəfər qalıb. Bunlardan biri Gülarə Verdiyevadır, digəri isə müavin Zahid Xəlilov. Hazırda icra başçısı da daxil olmaqla, daha bir müavin postu, sektor müdiri – baş mühasib və başçısının köməkçisi vəzifələri vakantdır. İcranın digər müavini Ramiz Quliyevi isə Elxan İbrahimov vəzifəyə gələr-gəlməz işdən çıxarmışdı.

    Xatırladaq ki, Elxan İbrahimov noyabrın 12-də Nəsiminin icra başçısı təyin edilsə də, işində yol verdiyi nöqsanlara görə növbəti ay vəzifəsindən azad olunmuşdu.

  • Cəbrayıl və Füzuli rayonundakı yanğınlar SÖNDÜRÜLDÜ

    Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğınlar söndürülüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

  • Təhsil haqqında yeni qaydaların detalları – “Kağız” ləğv olunur

    Azərbaycan Respublikasının Nazirlər Kabineti təhsil haqqında dövlət sənədlərinin tam elektron formatda verilməsini təmin edən yeni qaydaları təsdiqləyib.

    Qəbul edilən qərar təhsil sistemində rəqəmsallaşmanı sürətləndirməyə, sənəd dövriyyəsini müasir elektron idarəetmə prinsipləri əsasında təşkil etməyə və vətəndaşlar üçün xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmağa yönəlib.

    Yeni qərara əsasən, Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 82 nömrəli Qərarı ləğv edilir və onun əvəzinə rəqəmsallaşma və elektron hökumət prinsiplərinə uyğun yeni mexanizmlər tətbiq olunur. Belə ki, ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Bununla da, təhsil haqqında dövlət sənədlərinin verilməsi prosesi tam şəkildə rəqəmsal mühitə keçirilir.

    Yeni qaydaların əsas üstünlükləri:

    • Təhsil haqqında dövlət sənədləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) üzərindən elektron formatda formalaşdırılacaq;
    • Təhsil sənədlərindəki məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təhlükəsiz şəkildə təqdim və əldə edilə biləcək;
    • Bütün təhsil pillələri üzrə sənədlərə ştrix-kod əlavə olunaraq onların həqiqiliyinin operativ və onlayn yoxlanılması təmin ediləcək;
    • Məzunlar sənədlərini elektron kabinetlərindən istənilən vaxt əldə edə, elektron qaydada paylaşa və zərurət olduqda çap edə biləcəklər;
    • Təhsil sənədlərinin dublikatlarının verilməsi, ləğvi və yenidən tərtibi vahid, şəffaf və tam rəqəmsal prosedurlar əsasında həyata keçiriləcək.

    Qaydalarda bakalavriat, magistratura və rezidentura səviyyələri, eləcə də orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə dövlət sənədlərinin məzmunu, verilmə müddətləri, verilməsindən imtina halları və hüquqi nəticələri sistemli şəkildə tənzimlənir.

    Bundan başqa, Nazirlər Kabinetinin 7 yanvar 2026-cı il tarixli 2 nömrəli Qərarı ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası” da (https://nk.gov.az/az/senedler/qerarlar/muxtelif-sebeblerden-tehsilin-her-hansi-pillesini-9254) təsdiq edilib.

    Təsdiq olunmuş yeni qaydalara əsasən, təhsilini müxtəlif səbəblərdən tamamlamayan şəxslərə verilən arayışlar “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) üzərindən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılacaq və müraciətçilərin Elektron Hökumət İnformasiya Sistemində (EHİS) yerləşən elektron kabinetlərinə təqdim ediləcək.

    Qaydalara uyğun olaraq, arayışlarda əks olunan məlumatlar EHİS üzərindən təqdim və əldə edilə biləcək. Elektron sistem vasitəsilə təqdim olunan məlumatlar kağız daşıyıcıda təqdim edilmiş sənədlərlə eyni hüquqi qüvvəyə malik olacaq.

    Qeyd edək ki, qəbul edilən normativ dəyişikliklər təhsil haqqında dövlət sənədlərinin verilməsində şəffaflığın artırılmasına, inzibati prosedurların sadələşdirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə və təhsil sistemində rəqəmsal idarəetmənin institusional əsaslarının gücləndirilməsinə xidmət edir.

  • По делу певицы Раксаны Исмайыловой вынесено новое решение суда

    Домашний арест известной азербайджанской певицы Раксаны Исмайыловой продлён на три месяца.

    Как сообщает Median.Az со ссылкой на Teleqraf, Сабунчинский районный суд удовлетворил представление следственных органов и продлил срок домашнего ареста до марта.

    Певицу задержали в августе прошлого года, 16 августа ей избрали меру пресечения в виде заключения под стражу. Однако 19 ноября по ходатайству адвоката арест заменили на домашний арест.

    Напомним, что Раксана Исмайылова (1979 г.р.), была привлечена к ответственности в результате мероприятий, проведённых сотрудниками полиции Сабунчинского района на основании жалоб граждан. Её обвиняют в мошенничестве.

    В ходе расследования установлено, что она мошенническим путём завладела золотыми украшениями на сумму 35 000 манатов и денежными средствами в размере 520 000 долларов США у двух потерпевших.

    Обвиняемая возместила часть причинённого ущерба.

  • Müğənni Rəqsanə İsmayılova barəsində məhkəmədən YENİ QƏRAR

    Müğənni Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri üç aya qədər uzadılıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında qərar qəbul edib.

    Məlumata görə, onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri mart ayına qədər artırılıb.

    Qeyd edək ki, R.İsmayılova ötən ilin avqust ayında həbs edilib və avqustun 16-da barəsində həbs qətimkan tədbiri seçilib.

    Həmin ilin noyabrın 19-da vəkilinin vəsatəti əsasında onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

    Xatırladaq ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində məsuliyyətə cəlb edilən 1979-cu il təvəllüdlü Rəqsanə İsmayıl qızı İsmayılova dələduzluqda ittiham edilir.

    Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

    Rəqsanə İsmayılova dəymiş zərərin bir qismini ödəyib.

  • Несколько пассажиров летевшего из Лос-Анжелеса в Лондон Airbus сломали ноги

    Несколько пассажиров Airbus A380 авиакомпании British Airways, летевшего из Лос-Анджелеса в Лондон, получили травмы, они сломали ноги во время сильной турбулентности, передает Median.Az со ссылкой на The Sun.

    По словам командира воздушного судна (КВС), турбулентность началась примерно через 20 минут после отключения индикатора “пристегните ремни”, когда самолет пролетал над Гренландией. “Болтанка” длилась 10-15 минут. Травмы получили пассажиры и член экипажа, которые передвигались по самолету.

    “Самолёт внезапно накренился и начал двигаться вбок”, – поделился один из пассажиров.

    Он добавил, что в этот момент выходил из туалета, потерял равновесие и сломал лодыжку. Кроме того, один из пассажиров потерял сознание, вероятно, из-за стрессовой ситуации.

    КВС принял решение совершить экстренную посадку в Канаде или Исландии, но в итоге долетел до лондонского Хитроу, где борт ждали экстренные службы. Все получившие травмы пассажиры госпитализированы.

  • Los-Ancelesdən Londona uçan təyyarədə gərgin anlar: Xəsarət alanlar var

    Los-Ancelesdən Londona uçan “British Airways” aviaşirkətinə məxsus “Airbus A380” təyyarəsində güclü hava turbulentliyi zamanı bir neçə nəfər xəsarət alıb.

    Bu barədə “The Sun” nəşri məlumat yayıb.

    Məlumata görə, təyyarə Qrenlandiya üzərindən uçarkən təxminən 10-15 dəqiqə güclü hava turbulentliyi yaranıb. Nəticədə sərnişinlər və heyət üzvləri arasında xəsarət alanlar olub.

    Sərnişinlərdən biri gərgin anları belə anladıb:

    “Təyyarə qəfildən əyildi və yan tərəfə hərəkət etməyə başladı. Həmin vaxt tualetdən çıxarkən tarazlığımı itirdim və topuğum sındı”.

    Bundan əlavə, sərnişinlərdən biri, ehtimal ki, vəziyyətin gərginliyi səbəbindən huşunu itirib.

    Ekipaj əvvəlcə Kanada və ya İslandiyada təcili eniş etmək qərarına gəlib, lakin sonda təcili yardım xidmətlərinin onları gözlədiyi Londonun Hitrou hava limanına yollanıb.

    Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

  • Sumqayıtda zavodda partlayış – Xəsarət alan var

    Sumqayıt şəhərində zavodda partlayış baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

    Belə ki, Sumqayıt sakini 1994-cü il təvəllüdlü Elməddin Səxavət oğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

    Yaralı dərhal xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin doğum günüdür

    Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin doğum günüdür.

    Mətləb Kamran oğlu Quliyev 1959-cu il yanvarın 9-da Beyləqan şəhərində anadan olub.

    Əslən Cəbrayıl rayonundandır. İbtidai təhsilini 3 saylı orta məktəbdə alıb. Daha sonra o, C.Naxçıvanski adına hərbi məktəbə daxil olub. Hərbi xidmətini isə Ukraynada keçib. Mətləb daha sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olub.

    1985-ci ildə leytenant rütbəsi ilə təhsilini başa vuraraq Sumqayıt şəhərində 3 saylı məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayıb.

    Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin doğum günüdür

    1992-ci ildə Daxili İşlər Nazirliyinə (DİN) işə düzəlib. Mətləb Quliyev tez-tez cəbhəyə gedib, torpaqlarımızın azad edilməsi uğrunda var gücü ilə çalışıb. 1992-ci il avqustun 31-də Ağdam bölgəsində düşmənə qarşı döyüşdə şəxsi şücaət göstərib, pulemyotla təkbaşına düşmənin üzərinə yeriyib, onlarla erməni yaraqlısını məhv edib, özü də qəhrəmanlıqla həlak olub. O, ailəli olub, yadigar iki övladı qalıb.

    1992-ci il noyabrın 6-da Milli Qəhrəman adına layiq görülüb.

    Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Sumqayıt şəhər 3 saylı məktəb onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub.

    Yaşadığı binaya xatirə lövhəsi vurulub, adına bulaq var.