Month: January 2026

  • Elgin Həbibullayevin rəhbərlik etdiyi icra hakimiyyətində İXTİSARLAR: Müavinini və şöbə müdirini də İŞDƏN ÇIXARDI

    Nərimanov Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi ilə əlaqədar yeni kadr islahatı həyata keçirilib.

    Median.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Elgin Həbibullayev müvafiq əmrlər imzalayıb.

    Belə ki, əmrə əsasən, başçının müavini İlqar Mirzəyev vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat olmayıb.

    Bundan əlavə, ləğv edilmiş Hüquq şöbəsinin müdiri Hüsü Nuriyev də vəzifəsindən uzaqlaşdırılıb. Bu şöbənin yerinə yaradılmış Hüquq və kadr məsələləri sektoruna isə Kamran Abdullayev müdir təyinatı alıb.

    Kadr islahatı icra başçısının nümayəndəliklərini də əhatə edib. Belə ki, RİH başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nadir Nəsibov da işini itirib. Onun yerinə Vəfadar Zeynalov təyin olunub. V.Zeynalov bundan əvvəl ləğv edilmiş İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini olub.

    Həmin nümayəndəliyin baş mühasibi Gündüz Həmidov da RİH aparatına gətirilib və yeni yaradılan İnzibati işlər sektoruna mühasib təyin edilib.

    İcra başçısının digər əmri ilə Baş mütəxəssis – sürücülər Elman Əliyarov və Bəhman Əliyev də vəzifələrindən azad ediliblər. Daha bir əmrlə isə Azər Əsgərov yeni sürücü təyin olunub.

  • İcra başçısı təltif etdiyi müavinini İŞDƏN ÇIXARDI

    Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.

    Median.Az-ın İqtisadiyyat.az-a istinadən verdiyi məlumata görə, bununla bağlı icra başçısı Elnur Rzayev müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Bəxtiyar Osmanov icra başçısının müavini vəzifəsindən azad edilib.

    Qeyd edək ki, B.Osmanov uzun illərdir icra hakimiyyətində başçının müavini vəzifəsində çalışırdı. Onu bu vəzifəyə 2004-19-cu illərdə rayonun başçısı olmuş mərhum Şəmsəddin Xanbabayev təyin etmişdi.

    Ötən ilin sentyabrında Bəxtiyar Osmanovun 50 yaşı tamam olub və həmin vaxt icra başçısı onu yubileyi ilə əlaqədar olaraq təltif edib.

  • Generalın oğlu keçmiş sevgilisindən üzr istədi

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucov keçmiş sevgilisindən üzr istəyib.

    Bu barədə R.Orucovun keçmiş sevgilisi Nərmin Xudaverdiyeva məlumat verib.

    O bildirib ki, paylaşımdan sonra polis əməkdaşları məsələni dərhal nəzarətə götürüblər və araşdırmalar başlanılıb:

    “Dünən məni Nərimanov Rayon Polis İdarəsinə dəvət etdilər. Rüstəm Orucovu da idarəyə çağırdılar. O, əvvəlcə sosial şəbəkələrdə etdiyi əməlləri təkzib etsə də, Nərimanov Rayon Polis İdarəsində törətdiyi əməlləri boynuna alıb və yazılı surətdə etdiyi əməldən peşman olduğunu bildirdi.

    Rüstəm Orucov anamdan və məndən üzr istəyərək, gələcəkdə bir də belə hallara yol verməyəcəyini bildirdi. Buna görə də şikayətimi geri götürdüm.

    Operativ və obyektiv yanaşmaya görə Daxili İşlər Nazirliyinə və Nərimanov Rayon Polis İdarəsinə öz təşəkkürümü bildirirəm”.
    //oxu.az

  • “Sumqayıt” və “Araz-Naxçıvan”ın sabiq futbolçusu I Liqa klubuna keçib

    “Sumqayıt” və “Araz-Naxçıvan”ın sabiq futbolçusu Qabil Əlizadə Azərbaycanın I Liqa təmsilçisi “Mingəçevir”ə keçib.

    Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

    25 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

    Qabil Əlizadə karyerası ərzində “Karvan-Yevlax”, “Sumqayıt” və “Araz-Naxçıvan” kimi klubların formasını geyinib.

    Qeyd edək ki, “Mingəçevir” hazırda turnir cədvəlində 21 xalla 4-cü pillədə qərarlaşıb.

  • Uyğunsuzluq aşkarlanan araxis məhsulunun satışa çıxarılmasının qarşısı alınıb

    “MORS TRADING” MMC-nin Özbəkistandan idxal etdiyi təmizlənmiş araxis məhsuluna baxış keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, laborator müayinə nəticəsində Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.

    Üç ton məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul edilib. Sahibkarın müraciəti əsasında məhsul partiyaları məhv edilib.

  • İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (Video)

    Qobustan rayonunda saz və gitara ifa edən musiqiçi Rauf Cəbrayılov inzibati qayda pozuntusuna görə həbs olunub.

    Qaynarinfo-nun məlumatına görə, 2001-ci il təvəllüdlü Qobustan rayonu, Nərimankənd kənd sakini Rauf Cəbrayılov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və məhkəmənin hökmü ilə 20 gün müddətinə həbs edilib.

    Məlumata görə, Rauf Cəbrayılov “TikTok” sosial şəbəkəsində “rauf music” adlı hesabından istifadə edərək musiqiçi kimi iştirak etdiyi tədbirlərdən videolar paylaşıb. Lakin təxminən iki həftə əvvəl sərxoş vəziyyətdə “TikTok” hesabında canlı yayım açıb və bu zaman etikadan kənar ifadələr işlədib. Daha sonra, heç bir aidiyyəti olmadığı təqdirdə benzin qiymətini qaldıran şəxslər barəsində də əxlaqa uyğun olmayan ifadələrdən istifadə edib. 

    Məhkəmədə Rauf Cəbrayılov bildirib ki, həmin vaxt sərxoş olduğu üçün inzibati xəta törətdiyini dərk etməyib və ona həbslə bağlı olmayan inzibati tənbehin tətbiq edilməsini xahiş edib.

    Qeyd edək ki, Rauf Tağıyev bir neçə il əvvəl fəaliyyətini dayandıran “Lider TV”də saz musiqi yarışmasının iştirakçısı olub.

  • İfşa olunmamaq üçün oğurluq etdikləri evlərin kameralarını sındırdılar – Video

    İfşa olunmamaq üçün oğurluq etdikləri evlərin kameralarını da sındıran şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Binəqədi rayonu ərazisində naməlum şəxslər iki evə daxil olaraq oğurluq ediblər və zərərçəkənlərə ümumilikdə 8 500 manat maddi ziyan vurulub.

    Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı Elməddin Nəcəfli, 24 yaşlı Muğan Əsədov və 27 yaşlı Ayxan Quliyev müəyyən edilərək saxlanılıblar.

    Araşdırma zamanı onların əməllərini ört-basdır etmək üçün oğurluq etdikləri evlərin təhlükəsizlik kameralarının bir neçəsini sındırdıqları məlum olub.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Müəllimlərin qarşılıqlı yerdəyişməsi prosesinin NƏTİCƏLƏRİ AÇIQLANDI

    Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin nəticələri elan edilib.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

    Bildirilib ki, nəticələr prosesdə iştirak edən şəxsi səhifələrə göndərilib.

    Qeyd edək ki, 15-16 yanvar tarixlərində təşkil olunan prosesin sənəd yoxlanışı mərhələsinə 158 nəfər müəllim dəvət olunub.

  • Bir illik möhlətə məhəl qoymayan xəstəxana direktoru cərimələndi

    Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Samir Allahverdiyev inzibati qaydada cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Samir Allahverdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə protokol tərtib edib. İşə məhkəmədə baxılıb.

    Məlum olub ki, Agentlik tərəfindən xəstəxanada bir neçə gün əvvəl yoxlama aparılıb. Yoxlama zamanı iki sərnişin lifti və iki su boylerinin dövlət qeydiyyatından keçirilmədiyi, həmçinin texniki təhlükəsizliklə bağlı digər nöqsanlar aşkar edilib.

    Məhkəmədə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının əməyin mühafizəsi üzrə mütəxəssisi bildirib ki, aktda qeyd olunan nöqsanlar həqiqətən mövcuddur. Onun sözlərinə görə, onlardan asılı olmayan müəyyən səbəblər üzündən ötən müddət ərzində nöqsanların aradan qaldırılması mümkün olmayıb.

    Fövqəladə Hallar Nazirliyinin əməkdaşı isə deyib ki, 2025-ci ilin əvvəllərində xəstəxanada eyni qaydada yoxlama aparılıb və aşkar edilən çatışmazlıqların aradan qaldırılması ilə bağlı təlimat verilib. Həmin vaxt xəstəxana barəsində protokol tərtib olunmayıb və nöqsanların aradan qaldırılması üçün möhlət verilib. Lakin bir il müddət keçməsinə baxmayaraq, bu istiqamətdə heç bir addım atılmayıb.

    Məhkəmənin qərarı ilə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 5 000 manat məbləğində cərimə edilib.

  • Джейхун Байрамов встретился с Ваном И

    Министр иностранных дел (МИД) Азербайджана Джейхун Байрамов в Пекине был тепло принят своим китайским коллегой Ваном И, после чего состоялись расширенные переговоры между главами внешнеполитических ведомств.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу МИД АР, в ходе встречи стороны обсудили текущее состояние и перспективы всестороннего стратегического партнёрства между Азербайджаном и Китаем, подчеркнув важность поддержания активного политического диалога на высоком уровне и регулярных контактов между ведомствами.

    В рамках переговоров были рассмотрены вопросы углубления торгово-экономического сотрудничества, инвестиционные возможности, развитие координации и транспортных коридоров, сотрудничество в энергетической сфере, а также сотрудничество в области инноваций и цифрового развития.

    Кроме того, министры обменялись мнениями по региональным и международным процессам, отметив значимость взаимодействия на многосторонних платформах.

    Обе стороны выразили уверенность, что визит будет способствовать дальнейшему укреплению двусторонних отношений и расширению практического сотрудничества в различных сферах.