Month: Yanvar 2026

  • Xankəndidə hazırda nə qədər erməni yaşayır?

    Hazırda Azərbaycanın Xankəndi şəhərində iki erməniəsilli şəxs yaşayır.

    Teleqraf xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb.

    Həmin şəxslərin Azərbaycanda könüllü olaraq qaldıqları bildirilir.

    Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan yanvarın 23-də bəyan edib ki, Xankəndidə yaşayan 10 erməniəsilli şəxs öz istəyi ilə Ermənistana köçüb:

    “Azərbaycan Respublikasında yaşayan 10 erməni və bir rusəsilli şəxs Azərbaycan və Ermənistanın müvafiq orqanlarına müraciət edərək, Ermənistan Respublikasına köçmək istəyini bildirib. Müraciətlər əsasında həmin şəxslər Ermənistana köçürülüblər”.

    Arsen Torosyan qeyd edib ki, həmin şəxslər 2023-cü ildə Qarabağda yaşayan ermənilərin könüllü şəkildə Ermənistana köçməsindən sonra öz istəkləri ilə Azərbaycanda qalıblar.

  • Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb – Ağdamdakı cinayətin təfərrüatı

    Ağdam rayonunda kişinin arvadına kəsici alətlə xəsarət yetirməsi hadisəsinin detalları məlum olub.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Mahrızlı kəndində baş verib. Kənd sakini Gülzəndə Abbas qızı Salahovaya həyat yoldaşı Ceyhun Salahov balta ilə ağır xəsarətlər yetirib.

    Məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən C.Salahov bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, narkotik aludəçisi olub və sonuncu cəza müddəti ötən ilin mart ayında başa çatıb. O, sonuncu dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilibmiş.

    C.Salahov cəzaçəkmə müəssisəsindən gələndən sonra mütəmadi olaraq ailədə mübahisə yaradırmış. Heç bir yerdə işləməyən C.Salahov həyat yoldaşı və qayınanasından tez-tez pul alıb, narkotik və içki alırmış. Buna görə də mütəmadi olaraq evdə mübahisə yaranırmş.

    C.Salahovun oğlu Tural Salahov Xankəndi şəhərində tikinti şirkətində çalışırmış və hadisədən bir gün əvvəl evlərinə qayıdıbmış. Hadisə baş verən də isə Tural evdə olmayıb. Oğlunun evdə olmadığından istifadə edən C.Salahov həyat yoldaşından narkotik üçün pul istəyib. Qadın isə ona pulunun olmadığını deyib.

    Buna görə də ər-arvad arasında va başlayıb. Dava zamanı C.Salahov evin zirzəmisində olan baltanı götürərək qadına hücum edib. O, qadına baş və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib. Qadının öldüyünü ehtimal edən C.Salahov hadisə yerindən qaçıb.

    Polis əməkdaşlarının keçirdiyi əməliyyatla C.Salahov saxlanılıb.

  • Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

    Bəzi bölgələrdə fevralın 1 və 2-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Qobustan, Şirvan, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Balakən, Şəki, Oğuz, İsmayıllı, Qəbələ, Şamaxı, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl, Lerik, Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Yaşlı qadını aldatdı, pul aldı, telefonunu oğurladı

    Bakıda özünü su idarəsinin əməkdaşı kimi təqdim edib, yaşlı ev sahibini aldadan şəxs həbs olunub. 

    Qaynarinfo-nun məlumatına görə, hadisə bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonunda baş verib. 

    Belə ki, 1991-ci il təvəllüdlü Şamil Əfəndiyev saat 15:30 radələrində evin qapısını döyərək, özünü su idarəsinin işçisi kimi təqdim edib və evin yaşlı sakini Raisə adlı qadına sayğacın xarab olduğubnu deyib. Həmçinin qadına deyib ki, bu səbəbdən sayğac artıq pul yazır və dəyişdirilməlidir. Bundan sonra isə onlara 500 manat pul qaytarılacağını bildirib.

    O, sayğacın dəyişdirilməsi üçün 240 manat pul istəyib. Qadın isə ona inanaraq xırda olmadığına görə 300 manat pul verib. O, pulu xırdalamaq adı ilə həyətə düşərək ərazini tərk edib. Həmçinin gedərkən zərərçəkmiş qadının “Nokia” markalı mobil telefonu da oğurlayıb. 

    Dərhal hadisə ilə bağlı DİN-in 102 xidmətinə və Binəqədi rayon 7-ci Polis Şöbəsinə məlumat verilib. Təqsirləndirilən şəxs saxlanılaraq, məhkəmə qarşına çıxarılıb. 

    Məhkəmənin hökmü ilə Şamil Əfəndiyev İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 3 ay müddətə həbs edilib.

  • Məşhur müğənniyə qarşı dələduzluq olub, polisə şikayət edib

    Məşhur müğənni Asif Məhərrəmov maddi zərərə məruz qalıb.

    Median.Az xəbər verir ki, bu barədə “Unikal”a müğənninin özü məlumat verib.

    Asif Məhərrəmov məsələ ilə bağlı Binəqədi Rayon Baş Polis İdarəsinə rəsmi, yazılı müraciət etdiyini bildirib.

    Azərbaycan dövlətinə və qanunlarına güvəndiyini vurğulayan Asif Məhərrəmov, məsələnin hüquqi müstəvidə, qanun çərçivəsində həll olunacağına inandığını diqqətə çatdırıb. O, həmçinin Daxili İşlər Nazirliyinə və polis orqanlarına müraciət edərək işinin diqqətdə saxlanılmasını xahiş edib.

    Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığı bildirilir.

    Müğənni əlavə edib ki, məsələ ilə bağlı gələn həftə Baş Prokurorluğa şikayət edəcək.

  • Xalq artistinin döyülən oğlunun xəsarətləri məlum oldu

    Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyevin küçədə döyülən oğlu Artur Balıyevin aldığı xəsarətlər məlum olub.

    Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

    Məlumatda bildirilir ki, yanvarın 30-da 1981-ci il təvəllüdlü şəxs (kişi) müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Pasiyentə qasıq sümüyünün və orbit sümüyünün sınığı diaqnozları təyin olunub, zəruri tibbi xidmətlər göstərilir və hazırda müalicəsi davam etdirilir.

  • Qaradağda icra başçısından sonra üç vəzifəli şəxs də işini itirdi

    Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi nəticəsində bir neçə şöbə ləğv edilib.

    Median.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, dəyişiklik nəticəsində bir neçə vəzifəli şəxs işini itirib.

    Belə ki, Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib.

    Müvafiq olaraq, həmin şöbələrin müdirləri – Kamran Abdullayev, Munis Bayramov və Şikar Həsənalıyev işlərini itiriblər.

    Yeni yaradılan Hüquq və kadr məsələləri sektoruna isə Firidun Hüseynov müdir təyin olunub. O, indiyədək ləğv olunmuş İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini işləyib.

    Xatırladaq ki, bir müddət əvvəl paytaxt üzrə rayon icra hakimiyyətlərinin yeni nümunəvi strukturu və ştat vahidlərinə əsasən, Bakının hər bir rayon icra hakimiyyəti aparatında 40 ştat vahidi müəyyənləşib.

    Qeyd edək ki, ötən gün dövlət başçısının müvafiq sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

  • Ağdamda qadın bıçaqlandı – Əri saxlanıldı

    Ağdamda qadına bıçaq xəsarətləri yetirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndi ərazisində qeydə alınıb.

    Kənd sakini Gülzəndə Abbas qızı Salahova bıçaqlanıb. O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    İlkin ehtimala görə, qadın əri tərəfindən bıçaqlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdașlarının keçirdikləri tədbir zamanı cinayət əməlini törədən zərərçəkmişin həyat yoldaşı Ceyhun Salahov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama (Video)

    Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə gecikmələr müşahidə olunur.

    Median.Az “Xəzər TV”yə istinadən xəbər verir ki, bu barədə vətəndaşlar şikayət ediblər.

    Onlar bildirirlər ki, əvvəl təxminən bir həftə ərzində əldə edilən sifarişlər hazırda 20 gündən çoxdur ki, gömrükdə saxlanılır. Vətəndaşlar iddia edirlər ki, məhsullar gömrükdə yoxlanış üçün təhvil alınsa da, yoxlamalar həyata keçirilmir və əsassız yerə bağlamalar orada saxlanılır.

    Vətəndaşlar onu da bildirirlər ki, bəyan üçün istifadə olunan proqramda məhsulun gömrüyü tərk etdiyi qeyd olunsa da, onlayn alış-veriş platformasında bağlamanın hələ də gömrükdə olduğu bildirilir.

    Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən bildirilib ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir. Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur. Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir.

  • Goranboyda qadın öldürüldü, gəlini bıçaqlandı – Vətən müharibəsi qazisi saxlanıldı

    Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər 5 radələrində rayonun Faxralı kəndi ərazisində qeydə alınıb.

    Kənd sakini 1963-cü il təvəllüdlü Zoya Rüstəm qızı Əhmədova bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı Z.Əhmədovanın gəlini, 1995-ci il təvəllüdlü Jalə Sahib Qızı Yolçuyeva da bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.

    İlkin məlumata görə, hadisəni Z.Əhmədovanın oğlu, Vətən müharibəsi qazisi, üçüncü qrup əlil, 1987-ci il təvəllüdlü Emin Xaləddin oğlu Vəliyev törədib.

    Hadisənin ailə münaqişəsi zəmininə baş verdiyi bildirilir.

    Qeyd edilib ki, cinayəti törətdikdən sonra E.Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb.