Month: January 2026

  • Pakistanda baş verən yanğında ölənlərin sayı 70 nəfəri keçib

    Pakistanın cənubundakı Kəraçi şəhərindəki “Gul Plaza” ticarət mərkəzində baş verən yanğından sonra aparılan 10 günlük axtarış-xilasetmə əməliyyatı başa çatıb.

    Median.Az “Geo” telekanalına istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları faciə nəticəsində 73 nəfərin həlak olduğunu bəyan ediblər.

    Məlumata görə, indiyə qədər qurbanlardan 23-nün şəxsiyyəti müəyyənləşib.

    Yanğın qurbanlarının ailələrinə təxminən 35 min 700 dollar məbləğində ödəniş olunacaq.

    Mütəxəssislər qrupu binanın salamat qalmış hissələrinin vəziyyətini qiymətləndirəcək.

    Yanğının dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibb ekspertləri ərazidə işləyirlər.

    Xatırladaq ki, yanvarın 17-də əhalinin sıx məskunlaşdığı ərazidə yerləşən ticarət mərkəzinin birinci mərtəbəsində yanğın baş verib. Yanğını üç gün sonra tam söndürmək mümkün olub.

  • ВОЗ оценила риск распространения вируса Нипах

    Всемирная организация здравоохранения (ВОЗ) поддерживает постоянный контакт с органами здравоохранения Индии для оценки рисков, связанных с выявленными случаями заражения вирусом Нипах.

    Как передает Median.Az, об этом РИА Новости сообщил официальный представитель ВОЗ в Женеве Тарик Жазаревич.

    По его словам, вероятность дальнейшего распространения инфекции на данный момент оценивается как низкая. В организации уточнили, что взаимодействие с индийскими властями на федеральном и региональном уровнях ведется с момента поступления информации о заболевших. В рамках этой работы ВОЗ оказывает техническую поддержку и анализирует эпидемиологическую ситуацию.

    По оценке ВОЗ, Индия располагает необходимыми возможностями и ресурсами для эффективного сдерживания подобных вспышек и предотвращения их дальнейшего развития.

    Распространение опасного для жизни вируса Нипах зафиксировали вблизи индийского города Калькутта. Накануне сообщалось, что там заболели пять человек, около ста находятся на карантине. Препаратов или вакцин для лечения заболевших на данный момент нет.

  • ÜST təhlükəli virusla bağlı açıqlama yaydı

    “Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nipah virusuna yoluxma halları ilə bağlı riskləri qiymətləndirmək üçün Hindistan səhiyyə orqanları ilə daim əlaqə saxlayır”.

    Bu barədə ÜST-ün Cenevrədəki nümayəndəsi Tarik Jazareviç “RİA Novosti”yə bildirib.

    Onun sözlərinə görə, infeksiyanın daha böyük arealda yayılma ehtimalı azdır:

    “Təşkilat ilkin yoluxma halları barədə məlumat aldıqdan dərhal sonra federal və regional səviyyələrdə Hindistan hakimiyyət orqanları ilə əməkdaşlıq edir. ÜST texniki dəstək göstərir və epidemioloji vəziyyəti təhlil edir. Hindistan bu cür yoluxmaların və virusun daha da artmasının qarşısını effektiv şəkildə almaq üçün lazımi imkan və resurslara malikdir”.

    Qeyd edək ki, həyati təhlükə yaradan Nipah virusuna yoluxmalar Hindistanın Kəlküttə şəhəri yaxınlığında qeydə alınıb. Orada təxminən 100 nəfərin karantində olduğu bildirilib. Hazırda yoluxanlar üçün heç bir xüsusi müalicə üsulu və ya peyvənd mövcud deyil.

  • Külək güclənəcək – XƏBƏRDARLIQ

    Yanvarın 28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Qəbələ xəstəxanasının sabiq işçisinə cinayət işi açıldı

    Qəbələ Rayon Mərkəzi Xəstəxanasının (RMX) sabiq tibb bacısına cinayət işi açılıb.

    Oxu.Az-ın məlumatına görə, xəstəxananın Poliklinika şöbəsinin tibb bacısı vəzifəsində işləmiş R.Məsimova dələduzluq və oğurluqda ittiham olunub.

    İttihama görə, R.Məsimova rayonun Həmzəli kənd sakini olan tanışını Qəbələ RMX-nin Təcili tibbi yardım şöbəsinə sürücü vəzifəsinə düzəldəcəyini söz verərək, ondan 12 min manat alıb. R.Məsimova həmin pulu xəstəxananın direktoruna vermək adı ilə alıb, lakin onu işə düzəltməyib.

    İttihamda R.Məsimova, həmçinin qohumunun evindən oğurluq etməkdə də təqsirləndirilib. Bildirilib ki, o, qohumunun evinə daxil olaraq oradan 30 min manat oğurlayıb.

    Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 178-ci (dələduzluq) maddələri ilə cinayət işi başlanılıb. R.Məsimova polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılaraq istintaqa cəlb edilib.

    R.Məsimova vəzifəsindən azad olunub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

  • Avtobusda vəfat edən həkim generalın qardaşı imiş – FOTO

    Xəbər verdiyimiz kimi, tanınmış uşaq cərrahı Məhyəddin Aydəmirov dünyasını dəyişib.

    “Unikal”ın əldə etdiyi məlumata görə, vəfat edən M.Aydəmirov ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.

    Qeyd edək ki, mərhum həkim 1993-2023-cü illərdə Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı olaraq çalışıb. O, avtobusda ürəktutmadan həyatını itirib. Ötən gün dəfn olunub.

  • Daha bir heyvan bazarının fəaliyyətinə icazə verildi – Video

    Beyləqan rayonu, İkinci Aşıqlı kəndi ərazisində yerləşən heyvan bazarının fəaliyyətinə icazə verilib. Bazarın bioloji təhlükəsizlik tələblərinə uyğunlaşdırılması istiqamətində müvafiq infrastruktur işləri həyata keçirilib.

    AQTA-dan verilən məlumata görə, bazar ərazisində baytarlıq nəzarətinin təmin edilməsi məqsədilə baytar həkimin fəaliyyəti üçün nəzarət otağı yaradılıb. Baytarlıq baxışı zamanı xəstəlik əlamətləri aşkarlanan heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar inşa edilib.

    Eyni zamanda bazarın giriş və çıxış hissələrində dezbaryerlər quraşdırılıb, yem anbarı yaradılıb, iri və xırdabuynuzlu heyvanlar üçün ayrıca satış pavilyonları təşkil edilib.
    Aparılan qiymətləndirmə nəticəsində bazarda biotəhlükəsizlik tələblərinin təmin edildiyi, eləcə də dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən olunub.

    Qeyd edək ki, bundan öncə Ağcabədi, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb.

  • Terror hücumunda yaralanan Vasif indi bu səfirlikdə işləyir

    Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda yaralanan mühafizəçi Vasif Tağıyev hazırda fəaliyyətini öz istəyi ilə ölkəmizin Ukraynadakı Səfirliyində davam etdirir.
     
    Median.Az xəbər verir ki, bu barədə Nocomment.az-a onun anası Təranə Tağıyeva bildirib.
     
    Onun sözlərinə görə, oğlu hücumdan sonra iki dəfə əməliyyat olunub və üz nahiyəsindən aldığı güllə yarası səbəbindən həmin hissədə hissiyat itkisi qalmaqdadır.
     
    “Müharibə şəraitinə baxmayaraq bu ölkəni seçməsinin səbəbi ilk diplomatik xidmətinin də Orxan Əsgərovla birgə Ukraynada olmasıdır. Orada işləməsi bizim üçün çox çətindir, hər gün, demək olar ki, həyacan siqnalı verilir”, – T. Tağıyeva söyləyib.
     
    Qeyd edək ki, bu gün Azərbaycanın İrandakı Səfirliyində törədilən terror hücumundan üç il ötür. 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə saat 08:30-da Azərbaycanın İrandakı Səfirliyinə silahlı terror hücumu həyata keçirilib. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq səfirlik binasına daxil olub.
     
    Hadisə zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, hücumun qarşısını alan mühafizəçi Vasif Tağıyev isə ağır yaralanıb.
     
    Vasif Tağıyev göstərdiyi qəhrəmanlığa görə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Hadisə Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı törədilmiş ən ağır terror aktlarından biri kimi tarixə düşüb.

  • Bu ərazidə söküntü işlərinə başlanıldı – VİDEO

    Son bir ay ərzində Sumqayıt şəhərində şəhərsalma və təhlükəsizlik tədbirləri çərçivəsində köhnə yaşayış massivlərində söküntü işləri aparılır.
     
    Layihəyə uyğun olaraq 4-cü, 15-ci, 16-cı, 17-ci, 21-ci məhəllələrdə mərhələli şəkildə söküntü işləri aparılacaq.

    İcra mexanizmi, sakinlərin müvəqqəti yerləşdirilməsi və gələcək təminat məsələləri rəsmi qurumun nəzarətindədir.

    Söküntü aparılan ərazilərdə sakinlər müvəqqəti olaraq kirayə mənzillərlə təmin olunur və tikinti yekunlasdiqdan sonra tikilən yeni binalarda mənzillərlə təmin olunacaqlar.

    Planlara əsasən sökülən binaların yerində tamamilə yeni şəhərcik salınacaq. Burada müasir çoxmərtəbəli yaşayış binaları, AVM (alış-veriş mərkəzi), əyləncə və istirahət zonaları, həmçinin sosial infrastrukturların – məktəb, uşaq bağçası və ictimai xidmət obyektlərinin yaradılması nəzərdə tutulur.

    Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjeti yayımlanıb.

    Ətraflı reportajda:

  • Niyaməddin Musayevin qızının işdən çıxarılmasına Təranə Qumraldan REAKSİYA

    Xəbər verdiyimiz kimi, Xalq artisti Niyaməddin Musayevin FHN-də işləyən qızı Röya Musayeva işdən çıxarılıb.

    Median.Az xəbər verir ki, bununla bağlı bir müddət əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, FHN-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsində baş məsləhətçi vəzifəsində çalışan Röya Musayeva tutduğu vəzifədən azad edilib.
     
    Məsələni gündəmə gətirən müğənni Təranə Qumral bununla bağlı AZXEBER.COM-a açıqlama verib:
     
    “Mən bu xəbəri sizdən eşitdim, tamamilə məlumatsızam bu məsələdən. Ola bilər ki, bu məsələni mən gündəmə gətirmişəm, amma bu mənim yenə də mətbuatdan eşidib, bildiklərim idi. Hər kəsin haqqında xeyirlisi olsun”.//azxeber.com