Month: January 2026

  • Beş il əvvəl açılan bağça sıradan çıxıb – Video

    Qaradağ rayonunda “Qobu Park-3” yaşayış kompleksində yaşayan insanlar üçün beş il əvvəl hazırlanan uşaq bağçası hələ də istifadəyə verilməyib.

    Bağça lazımi avadanlıqlarla təmin olunmasına baxmayaraq, hələ də işləmir.

    Sakinlər İctimai TV-yə bildirirlər ki, onlar aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər.

    Həmçinin qeyd edirlər ki, övladlarını uzaq məsafədə olan bağçalara qoymağa məcbur olurlar.

  • Арестован тиктокер “Шекили Парвиз”

    Задержан очередной тиктокер, отличившийся неуважительным отношением к обществу, неэтичным поведением и публикациями в социальных сетях, противоречащими общепринятым моральным нормам.

    Как сообщает Median.Az со ссылкой на unikal.az, сотрудники полиции задержали Вахаба Алхасова (1990 г.р.), известного на платформе TikTok под псевдонимом “Шекили Первиз”.

    В его отношении был составлен административный протокол по статье 388-1.1 Кодекса об административных проступках, после чего материалы дела были направлены в суд.

    Решением Ясамальского районного суда В.Алхасов приговорен к административному аресту сроком на 25 дней.

  • Tiktoker “Şəkili Pərviz” həbs olundu

    Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib.
    “Unikal.az”ın əldə etdiyi məlumata görə, TikTokda “Şəkili Pərviz” ləqəbi ilə tanınan Alxasov Vahab Vüqar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

    1990-cı il təvəllüdlü tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1 maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib.

    Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Vahab Alxasov barəsində 25 günlük inzibati həbs qərarı elan edilib.

  • Bakıda qardaş qardaşı bıçaqlayıb – TƏFƏRRÜAT

    Bakıda qardaşını bıçaqlamaqda təqsirləndirilən Araz Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə qardaşı tərəfindən bıçaqlanan Əhməd Əliyevin ifadəsi dinlənilib.

    Zərərçəkən bildirib ki, hadisə həmin gün işdən evə qayıtdıqdan sonra baş verib:

    “Araz uşaq evində böyüyüb. Anamın fiziki məhdudiyyətli bacıma və mənə baxmağa imkanı olmadığından məcbur qalıb onu uşaq evinə vermişdi. Sonradan birlikdə yaşamağa başladıq. Hadisə baş verən gün işdən gəlib anamı evdə görməyəndə Araza anamın harada olduğunu soruşdum. O isə “Nə bilim, yəqin hansısa qohumun evinə gedib” deyərək məni başından etdi. Anamdan çox nigaran idim. Araza düzünü desin deyə qorxutmaq məqsədilə qışqırdım. Bu zaman o, mətbəxə qaçıb əlində bıçaqla üstümə gəldi. “Mən belə şeyləri çox görmüşəm, məni qorxuda bilməzsən” deyib üzərimə cumdu, bıçağı qarnıma vurdu. Hamama keçib yarama baxmaq və qanı yumaq istəyəndə Araz buna imkan vermədi və evdən getməyimi tələb etdi. Evdən necə çıxdığımı xatırlamıram, bir də xəstəxanada ayıldım. Orada yanıma gəlmişdi. Ona “Tez get buradan, yoxsa polislər gəlib səni aparacaqlar” dedim. Evdə anam və mən işləyirdik, Araz isə işləmirdi. Onunla mübahisələrimiz də əsasən bu səbəbdən yaranırdı”.

    Təqsirləndirilən Araz Əliyev isə ifadəsində hadisə günü anası ilə münaqişə etdiyini deyib:

    “Arada fəhləlik işi olanda gedirdim. Bacıma baxmaq üçün daimi işə girə bilmirdim. Həmin gün anamdan bacımın ehtiyacları üçün pul istədim, lakin istədiyim məbləğin olmadığını dedi. Bu məni çox əsəbiləşdirdi. “Sənin mənə övlad haqqı borcun var, istədiyim pulu necə tapırsan tap” dedim. Anam ağlayaraq evdən çıxdı. Bundan sonra Əhmədlə məlum hadisə baş verdi”.

    Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.

    Qeyd edək ki, hadisə 2025-ci ilin iyul ayında Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. Araz Əliyev ailə münaqişəsi zəminində qardaşı Əhməd Əliyevə bıçaqla ağır xəsarət yetirməkdə ittiham olunur. Faktla bağlı ona Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.

  • Azərbaycanda ipoteka ilə ev almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR

    Son dövrlər daşınmaz əmlak bazarında qiymət artımı və mənzil əlçatanlığı ilə bağlı müzakirələr fonunda ipoteka kreditlərinin maksimal məbləğinin artırılması məsələsi yenidən gündəmə gəlib.

    Baku.ws-in məlumatına görə, dövlət dəstəyi ilə verilən ipoteka kreditlərinin mövcud limitinin bazar şərtlərinə uyğun olub-olmaması maraq doğurur.

    Maraqlıdır ki, bu il ipotekanın məbləğində dəyişiklik olacaqmı?

    İpoteka və Kredit Zəmanət Fondundan Baku.ws-in sorğusuna cavab olaraq bilirilib ki, dövlət dəstəyi ilə Fondun vəsaiti hesabına əlverişli şərtlərlə verilən ipoteka kreditlərinin əsas hədəf qrupları aşağı və orta gəlirli vətəndaşlardır:

    “Hazırda ipoteka kreditlərinin maksimal məbləği 150 min manat təşkil edir. 2025-ci il üzrə aparılmış təhlillərə əsasən bildiririk ki, verilmiş ipoteka kreditlərinin orta məbləği 103 min manat olub. Bu göstərici maksimal kredit məbləğindən xeyli aşağıdır. Məhz bu səbəbdən hazırkı mərhələdə maksimal məbləğin artırılmasına obyektiv zərurət yaranmayıb.

    Bununla belə, gələcəkdə bazar şərtləri və sosial-iqtisadi göstəricilər nəzərə alınmaqla, zərurət yaranacağı halda ipoteka kreditlərinin maksimal məbləğinin artırılması məsələsinə baxıla bilər”.

  • İranda iğtişaşlarda ölənlərin sayı açıqlandı

    İranda iğtişaşlarda ölənlərin sayı açıqlanıb.

    İranın Xarici işlər naziri Abbas Əraqçi kütləvi iğtişaşlar zamanı ölənlərin sayını və dəyən ziyanı özünün X hesabında paylaşıb.

    Onun sözlərinə görə, etirazlar zamanı mülki şəxslər və təhlükəsizlik qüvvələri də daxil olmaqla 3117 nəfər ölüb. Zorakılıq nəticəsində 750 bank, 414 dövlət binası və 749 polis bölməsi, eləcə də mağaza, ev və məscidlərə ziyan dəyib.

  • İcra başçısı nümayəndələrini dəyişdi

    Bakının Səbail Rayon İcra Hakimiyyəti başçısının bəzi nümayəndəlikləri üzrə kadr dəyişiklikləri həyata keçirilib.

    Median.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı rayon icra başçısı Vüqar Zeynalov əmrlər imzalayıb.

    Belə ki, müvafiq əmrlə RİH başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tərlan Qasımov vəzifəsindən azad olunub. O, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi (mühəndis) vəzifəsinə təyin edilib.

    Digər əmrlə RİH başçısının Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Yusif Məmmədov vəzifəsindən azad olunub. O, RİH başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyinat alıb.

  • Арзу Алиева поблагодарила поздравивших ее с днем рождения – ФОТО

    Руководитель Baku Media Center Арзу Алиева поблагодарила поздравивших ее с днем рождения.

    Об этом она написала на своей странице в социальной сети Instagram.

    “Большое спасибо за искренние поздравления! Пусть Аллах дарует всем крепкое здоровье!” – говорится в публикации.

  • Arzu Əliyeva doğum günü münasibətilə ona təbrik ünvanlayanlara təşəkkür edib – FOTO

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva doğum günü münasibətilə ona təbrik ünvanlayanlara təşəkkür edib.

    Bu barədə o, özünün “Instagram” hesabında paylaşım edib.

    Paylaşımda deyilir:

    “Səmimi təbriklərə görə çox təşəkkür edirəm! Allah hamıya cansağlığı versin!”

  • Baş nazir Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 23-də İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.

    Baş nazir Ə.Əsədov bir neçə gün əvvəl İspaniyada baş vermiş qatar qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar F.Armenqola başsağlığı verdi.

    Görüşdə Azərbaycan ilə İspaniya arasında mövcud əlaqələrin müxtəlif sahələrdə müsbət dinamika nümayiş etdirdiyi bildirildi, dövlətlərarası münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı qeyd edildi.

    Parlamentlərarası əməkdaşlıq məsələlərinə toxunularaq parlament səviyyəsində qarşılıqlı səfərlərin və təmasların önəmi vurğulandı.

    İki ölkə arasında müxtəlif istiqamətlərdə, xüsusən də ticarət-iqtisadi, investisiya, enerji, o cümlədən bərpa olunan enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.