Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Xətai rayonunda 42 yaşlı kişiyə hədə-qorxu gələrək 25 000 manat tələb edən şəxslər saxlanılıb.
Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Xətai rayonunda Bakı şəhər sakini olan 42 yaşlı kişi Neapol küçəsində yerləşən kafelərin birində 2 nəfərin onun sağlamlığına zərər vurmaqla nəticələnən zorakılıq hərəkətləri etmələri barədə polisə məlumat verib. Zərərçəkən daha sonra həmin şəxslər tərəfindən naməlum ünvana aparılaraq ondan 25000 manat tələb edildiyini, verməyəcəyi təqdirdə isə həyat və sağlamlığına təhlükə yaradacaq zor tətbiq edəcəkləri ilə hədələndiyini bildirib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Aqşin Əsgərov, 36 yaşlı Səxavət Məmmədov və dəstənin 24 yaşlı qadın üzvü saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, zərərçəkən şəxs dəstə üzvü olan qadının tanışı olub və digərləri onun təklifi əsasında qeyd edilən cinayət əməlini törədiblər.
Saxlanılan şəxslərin hadisəni törətmə anları təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla əlaqədar Xətai RPİ-də cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bakıda və regionlarda elə təhlükəli ərazilərdə qanunsuz evlər tikilib ki, onlar tədricən söküləcək.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyb.
Onun sözlərinə görə, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı zaman-zaman hökumət tərəfindən işlər görülür və təxminən 30 mindən yuxarı fərdi yaşayış evinin sənədləşməsi işləri həyata keçirilir:
“Ən çox problem yaradan məsələlərdən biri bələdiyyə mülkiyyətində olan, yəni bələdiyyə torpaqlarında vətəndaşlar tərəfindən inşa edilən fərdi yaşayış evləri ilə bağlıdır və bu istiqamətdə də artıq hərəkətlilik var”.
Ekspert söyləyib ki, hər il vətəndaşlar tərəfindən ev tikilən bələdiyyə torpaqlarının qiymətləndirilməsi üçün Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan şirkətlərə müraciət edilir:
“Həmin torpaq sahələri qiymətləndirilir və vətəndaşlara satışı həyata keçirilməkdədir. Yəni bələdiyyələr tərəfindən həmin torpaq sahələri həmin vətəndaşlara satılır və bunun əsasında sənədləşmə işləri həyata keçirilir. Hazırda bu istiqamətdə bələdiyyələr də iş aparır və keçən il haradasa 1000-dən yuxarı belə müraciətlər olub. Bu il də təxminən 5000-dən yuxarı belə bir müraciətin olacağı gözlənilir”.
R.Qasımzadə qeyd edib ki, ən böyük problemli məsələlərdən biri kommunikasiya xəttlərinin üzərində, xüsusilə də dəmiryolu xəttlərinə yaxın, yüksək təzyiqli qaz və su kəmərlərinin mühafizə zonasında və yüksək gərginlikli elektrik xətlərinin altında olan torpaq sahələri ilə bağlıdır.
Onun sözlərinə görə, bu cür ərazilərdə olan evlərə birmənalı olaraq hökumət tərəfindən çıxarış verilməyəcək və onların zaman-zaman söküntüsü həyata keçiriləcək: “Yəni vətəndaşların həyatına təhlükə xarakteri daşıdığı üçün həmin torpaq sahələrinin mülkiyyətə verilməsi həyata keçirilməyəcək və üzərində olan tikililər də söküləcək”.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonunun Qazıqurdalı kəndində fəaliyyət göstərən, Vüqar Firqət oğlu Ələsgərova məxsus “Venera” kafesində yoxlama keçiriblər.
Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı kafedə etiket məlumatları olmayan turşuların istehlaka təqdim edildiyi müəyyən olunub.
Həmçinin xammal və inqrediyentlərin saxlanma şəraitinə əməl olunmur, qida məhsullarının donunun açılması proseduru normalara uyğun həyata keçirilmir, havalandırma sistemi quraşdırılmayıb, müvafiq təmizlik işləri görülmür, işçilər tibbi müayinədən keçirilməyib və digər tələblər pozulub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 560 ton olan səkkiz ədəd taxıl yüklü vaqon Ermənistana göndəriləcək.
Median.Az xəbər verir ki, bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl (bugünkü 560 ton daxil olmaqla) göndərilib.
Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyinin strukturuna daxil olan “Temp” Dövlət Müəssisəsinin rəisi Əliyev Cilovxan Mansur oğlu barəsində məhkəməyə müraciət olunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müraciət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən edilib.
Buna səbəb “Temp” Dövlət Müəssisəsinin 766471.69 manat vergi borcunun olmasıdır. Məhkəmədə 1957-ci il təvəllüdlü Cilovxan Əliyevin ölkədən çıxışına məhdudiyyət qoyulması tələb edilir.
Qeyd edək ki, əslən İsmayıllı rayonunun Basqal qəsəbəsindən olan Cilovxan Əliyev 2013-cü ildən sözügedən qurumun rəisi vəzifəsində çalışır.

Şəki Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Vüsalə Əsədovanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Vüsalə Əsədova 8 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs qadınları aldatma yolu ilə onların zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin zor tətbiqetmə hədəsi, hədə-qorxu və məcburetmə vasitələrindən istifadə olunmaqla cinsi istismar məqsədilə cəlb edib. O, təkrarən, tamah niyyəti ilə iki və daha çox şəxs barəsində insan alveri, eləcə də insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər etmə cinayət əməllərini törətməkdə ittiham olunur.
İttihama görə, Vüsalə Əsədova 2021-ci il oktyabrın 10-da Azərbaycan Respublikasının dövlət sərhədini buraxılış məntəqəsindən keçərək Türkiyə Respublikasının İğdır şəhərinə gedib. Həmin şəhərdə yerləşən restoranların birində tanış olduğu zərərçəkmiş S.S. ilə birlikdə yaşadıqları evdə olarkən onu İğdır şəhərində restoranda işə düzəldəcəyini vəd etməklə aldadıb. Bundan sonra təsir imkanlarından və zərərçəkmiş şəxsin zəiflik vəziyyətindən sui-istifadə edərək onu cinsi istismar etmək qərarına gəlib.
Bu məqsədlə təqsirləndirilən şəxs əlaqələrindən istifadə edərək, S.S.-ni məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, məcburetmə yolu ilə onun ümumvətəndaş pasportunu götürərək saxlayıb. 2021-ci ilin oktyabrından 2021-ci il dekabrın 30-dək olan müddət ərzində İğdır şəhərində yerləşən müxtəlif hotellərdə kişi müştərilərlə görüşdürməklə, pul ödənişi müqabilində cinsi əlaqədə olmasını təşkil edərək zərərçəkmiş şəxsi cinsi istismara məruz qoyub və bununla da insan alveri cinayətini törədib.
İstintaqla müəyyən edilib ki, Vüsalə Əsədova analoji cinayət əməllərini sonrakı dövrlərdə də davam etdirib. Belə ki, o, 2023-cü il dekabrın 19-da Bakı hava limanından Türkiyəyə gedən zərərçəkmiş M.M. ilə 2024-cü ilin mayın əvvəlində İğdır şəhərində tanış olub. Onu restoranda işə düzəldəcəyini vəd etməklə aldadaraq, zəiflik vəziyyətindən və təsir imkanlarından sui-istifadə edib, hədə-qorxu və məcburetmə yolu ilə pasportunu götürərək saxlayıb. 2024-cü ilin mayından 2024-cü il iyulun 23-dək İğdır şəhərində yaşadıqları evdə kişi müştəriləri ilə görüşdürərək pul qarşılığında cinsi əlaqədə olmasını təşkil etməklə, iki şəxs barəsində təkrarən insan alveri cinayəti törədib.
Bundan başqa, təqsirləndirilən şəxs 2024-cü il aprelin 7-də Bakı hava limanından Türkiyənin İstanbul şəhərinə gedib və istintaqa məlum olmayan ünvanda yaşayan zərərçəkmiş F.F. ilə 2024-cü ilin iyulunda mobil telefon vasitəsilə əlaqə saxlayıb. Onu İğdır şəhərində restoranda işlə təmin edəcəyini vəd etməklə aldadıb, cinsi istismar məqsədilə cəlb edib. Zərərçəkmiş şəxs razılıq verdikdən sonra onu İğdır şəhərində kirayə tutduğu mənzilə yerləşdirib, pasportunu götürərək saxlayıb və 2024-cü ilin iyulundan avqustunadək müxtəlif hotellərdə kişi müştərilərlə görüşdürüb, pul müqabilində cinsi əlaqədə olmasını təşkil edib.
İttihama görə, Vüsalə Əsədova 2024-cü il avqustun 6-da Türkiyəyə gedən zərərçəkmiş D.D. ilə də analoji üsullarla hərəkət edib. 2024-cü il avqustun 8-də İğdır şəhərində yerləşən restoranların birində tanış olduğu zərərçəkmiş şəxsi işə düzəldəcəyini vəd edərək aldadıb, zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismara cəlb edib. Onu kirayə tutduğu mənzilə yerləşdirərək, hədə-qorxu və məcburetmə yolu ilə pasportunu götürüb saxlayıb və 2024-cü il avqustun 8-dən 2024-cü il sentyabrın 9-dək müxtəlif hotellərdə kişi müştərilərlə görüşdürərək cinsi istismar edib.
Məhkəmə istintaqı zamanı Vüsalə Əsədova ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib. O, ifadəsində deyib ki, 2021-ci ilin iyul və ya avqust aylarında Türkiyəyə gedərək orada ofisiant kimi işləyib. Onun sözlərinə görə, ittihamda adı çəkilən qadınları tanımır, onlarla heç bir münasibəti olmayıb, həmin şəxsləri görməyib və yaşadığı yerə aparmayıb. Təqsirləndirilən şəxs qeyd edib ki, saxlanıldıqdan dörd ay sonra zərərçəkmiş şəxslər ifadə veriblər və pasportlarının onun tərəfindən götürülməsi ilə bağlı iddialar əsassızdır. Vüsalə Əsədovanın fikrincə, pasportu əlində olmayan şəxslərin müxtəlif hotellərə göndərilməsi mümkün deyil.
Qusar-Quba yolunda avtomobil qəzası baş verib.
Bu barədə videogörüntü yayımlanıb.
İlkin məlumata görə, yolun buz bağlaması səbəbindən idarəetmədən çıxan mikroavtobus və VAZ markalı minik avtomobilləri toqquşub. Nəticədə mikroavtobus aşıb.
Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.
Aidiyyəti qurumlara sorğu verilib.
//oxu.az
Bakının Nizami rayonunda fəaliyyət göstərən “Dakar Pub” adlı iaşə obyektində oğurluq hadisəsi baş verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, obyektdən 5 ədəd “Play Station 3” oyun aparatı, 1 ədəd soyuducu, 5 ədəd televizor, 6 ədəd qəlyan, 16 ədəd qəlyan tütünü və 8 cüt coystik oğurlanıb. Zərərçəkmişə ümumilikdə 5590 manat ziyan dəyib.
Məlum olub ki, hadisəni törədən obyekti icarəyə götürən şəxsin tanışıdır. Hüquq-mühafizə orqanlarına müraciətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işinə Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlini pula ehtiyacı olması ilə izah edib. Həmçinin məlum olub ki, dəyəmiş zərər ödənilib və tərəflər arasında barışıq əldə olunub.
Məhkəmənin hökmü ilə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun ibtidai istintaq zamanı tutulduğu və saxlanıldığı 3 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələləri şöbəsinin müdiri Gülbahar Eyvazova vəzifəsindən azad edilib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Alı Alıyev müvafiq əmr imzalayıb.
Xatırladaq ki, G.Eyvazova ötən ay işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb. Ərizənin yazılmasına səbəb onun həyat yoldaşı Habil Eyvazovun sərxoş halda “Tiktok”da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsi olub.