Month: February 2026

  • Bakıda arvadını döydüyü üçün qızı tərəfindən bıçaqlanan kişi öldü

    Paytaxtın Nizami rayonu ərazisində xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işinin istintaqı davam etdirilir.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.

    Xatırladaq ki, Rüfət Haşımov mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı bıçaqla R.Haşımova xəsarət yetirib.

  • В Баку 10-классник выпал из окна школы

    4 февраля ученик 10-го класса средней школы №163 (имя учащегося не упоминается по соответствующей причине) по неосторожности выпал из окна.

    Как сообщает Median.Az, об этом в ответ на запрос Baku.ws сообщили в Управлении образования города Баку.

    Руководство школы немедленно вызвало скорую медицинскую помощь. Ученику была оказана первая помощь, он был доставлен в медицинское учреждение на обследование.

    “Родители учащегося и соответствующие структуры были проинформированы о случившемся. Соответствующие органы взяли вопрос под контроль и начали расследование. Также в рамках внутреннего школьного расследования проводятся опросы его одноклассников и учителей.

    Учитывая, что ведется расследование, общественность просят более деликатно отнестись к данному вопросу и ссылаться на заявления официальных структур по поводу инцидента”, – говорится в сообщении.

  • Bakıda məktəbdə 10-cu sinif şagirdi pəncərədən yıxılıb

    163 nömrəli tam orta ümumtəhsil məktəbinin 10c sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) fevralın 4-ü ehtiyatsızlıq nəticəsində pəncərədən yıxılıb.

    Median.Az xəbər verir ki, bu barədə Baku.ws-in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verib.

    Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

    “Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

    İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, – deyə məlumatda bildirilib.

  • Benzin və dizelin qiymətinin artırılması illik inflyasiyaya nə qədər təsir edib?

    “İlin əvvəlində benzin və dizel yanacağının qiymətinin artırılmasının illik inflyasiyaya birbaşa təsiri 0.31%, dolayı təsiri isə 0.33% səviyyəsində qiymətləndirilir”.

    Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mətbuat konfransında çıxışı zamanı deyib.

    O bildirib ki, beləliklə, qiymət artımının inflyasiyaya ümumi artırıcı təsiri 0.64% təşkil edir.
    //oxu.az

  • Hisə verilmiş balıqların istehsalı sexində nöqsanlar aşkarlandı, sahibkar cəzalandırıldı

    Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən, “Okeanus” MMC-yə məxsus hisə verilmiş balıqların istehsalı sexində yoxlama keçirib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, istehsal obyekti qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan qanunsuz fəaliyyət göstərir. Həmçinin sexdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyət tələblərə cavab vermir.

    Müəssisəyə baxış zamanı məhsulların çeşidlənməsi, qurudulması və paketlənməsi üçün sahələrin təşkil edilmədiyi, işçi masaların korroziyaya davamlı materialdan təşkil olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, suyun filtrdən keçirilmədən istehsalata yönəldildiyi və digər nöqsanlar aşkarlanıb.

    Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək istehsal sexinə məhdudiyyət tətbiq olunub, icrası məcburi göstərişlər verilib.

  • “TikTok”da insanları təhqir edənə işgəncə verən şəxslərə cəza istənildi

    “TikTok” sosial platformasında talışları təhqir edən Nəzirxan Ağaxanovu oğurlayaraq işgəncə verməkdə ittiham olunan Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra dövlət ittihamçısı təqsirləndirilənlərə cəza istəyib.

    Prokuror çıxış edərək təqsirləndirilənlər – Şücayət Rzayevin 12 il, Səlim Əliyevin 11 il, Murad Rzayevin 9 il, Samir Hüseynovun 11 il, Əhməd Əzizovun 8 il 6 ay, Müştəba Əliyevin 11 il, Təbriz Əliyevin 11 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

    Növbəti proses fevralın 25-nə təyin edilib.

    Xatırladaq ki, Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevə Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu – zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 144.2.5 ( silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə) 144.2.6 (tamah məqsədi ilə və ya sifarişlə törədildikdə) 133.2.1 (Əzab vermə – iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə) 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) 133.2.6 (işgəncə verməklə törədildikdə) 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə – Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə ittiham elan edilib.

    İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov “TikTok” sosial şəbəkəsində açdığı hesab vasitəsilə talışlara qarşı xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

    İttihamda deyilir ki, təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsindəki 118 saylı marşrut avtobusunun sonuncu dayanacağına çağırıblar. Onlar Nəzirxan Ağaxanovu orada qarşıladıqdan sonra söhbətə tutaraq bir qədər aralıya aparıb, öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıb, yaşadığı Zabrat qəsəbəsindəki evinə aparıblar.

    İstintaq materiallarında daha sonra qeyd olunub ki, Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar.

    Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli gəlinlik paltarını onun əyninə geyindirərək paylaşımlarına görə üzr istəməsi tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli şəxslər müəyyən olunaraq saxlanılıblar.

    Onu da qeyd edək ki, təqsirləndirlilən şəxslərdən ikisi yetkinlik yaşına çatmayanlardır.
    //oxu.az

  • Bakıda tramvaylar 5 istiqamət üzrə hərəkət edəcəklər – ƏRAZİLƏR

    “Tıxac probleminin aradan qaldırılması baxımından tramvay xətlərinin çəkilməsi ciddi və effektiv alternativlərdən biri hesab olunur. Lakin burada məsələ təkcə tramvay layihəsi ilə məhdudlaşmır”.

    Bu sözləri nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

    Onun sözlərinə görə, dövlətin nəqliyyat strategiyasında bu sahə üzrə bənd-bənd nəzərdə tutulmuş bir sıra kompleks layihələr mövcuddur:

    “Məhz bu layihələrin tam şəkildə icrası Bakıda tıxaclara real və davamlı alternativ formalaşdıracaq. Tramvay xətlərinin bərpası və genişləndirilməsi də həmin tədbirlər paketinin mühüm tərkib hissəsidir.

    Tramvay xəttinin hansı istiqamətdə və nə üçün məhz həmin marşrut üzrə salınmasına gəlincə, bunun arxasında konkret və məntiqli əsaslandırma dayanır. Rəsmi açıqlamalara görə, tramvay üçün prioritet istiqamətlər elə ərazilər seçilib ki, həmin zonalarda dəmir yolu infrastrukturu mövcud deyil, metro xətləri yoxdur və ya mövcud avtobus marşrutları sərnişin axınını tam şəkildə daşımaq gücündə deyil. Avtobusların sayının artırılması da bu ərazilərdə problemi köklü şəkildə həll etmir”.

    Ekspert əlavə edib ki, ilkin mərhələdə Mehdiabad–Binəqədi–Azadlıq prospekti boyunca 28 May istiqamətində tramvay xəttinin çəkilməsi planlaşdırılır:

    “Layihəyə əsasən, tramvay müəyyən hissəyədək iki xətli olacaq. Lakin Azadlıq prospektinin şəhər mərkəzinə doğru daralması nəzərə alınaraq, hərəkət sxemi dəyişdiriləcək: gediş bir istiqamət üzrə təşkil olunacaq, geri dönüş isə Füzuli küçəsi və Səməd Vurğun prospekti vasitəsilə həyata keçiriləcək.

    Qeyd etmək lazımdır ki, bu layihələr təsadüfi qərarlara deyil, Bakıda tətbiq olunan “rəqəmsal əkiz” (digital twin) modeli əsasında hazırlanır. Bu alət vasitəsilə şəhərdə mövcud nəqliyyat axınları, ictimai nəqliyyat növlərinin yükü, hərəkət intensivliyi və ümumi vəziyyət kompleks şəkildə təhlil olunur. Toplanan məlumatlar əsasında hansı layihələrin nəqliyyat sisteminə necə təsir göstərəcəyi əvvəlcədən modelləşdirilir və yeni istiqamətlər müəyyənləşdirilir”.

    Rauf Ağamirzəyev sonda qeyd edib ki, ilkin mərhələdə beş əsas tramvay istiqaməti elan olunub:

    “Onlardan biri 2030-cu ilədək Mehdiabad-şəhər mərkəzi marşrutu üzrə həyata keçiriləcək. Sonrakı mərhələlərdə isə Bayıl-28 May istiqaməti, 28 Maydan şəhəri keçməklə Nargilə ərazisi üzərindən Həzi Aslanov istiqaməti, eləcə də Pirşağıdan “Sea Breeze” və Mehdiabadı birləşdirən radial yolun çəkilməsi planlaşdırılır.

    Bununla yanaşı, Yeni Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində də tramvay xəttinin salınması nəzərdə tutulur. Bütün bu xətlər vahid şəbəkə şəklində birləşdirilərək, Bakıda müasir, dayanıqlı və effektiv ictimai nəqliyyat sistemi formalaşdıracaq”.
    //Baku.ws

  • Bakıda 64 yaşlı kişi boğulub öldü

    Bakıda 64 yaşlı kişi dəm qazından boğulub.

    Hadisə fevralın 3-də axşam saatlarında paytaxtın Xətai rayonunda baş verib.

    1962-ci il təvəllüdlü Əlövsət Ələsgərov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Yaxınları onun meyitini hamamda aşkarlayıblar.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Dövlət agentliyində yoxlama aparılmasına 180 min manat xərclənəcək

    Sosial Xidmətlər Agentliyinin 2025-27-ci illər üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğunluğunun auditinin həyata keçirilməsi, müstəqil audit rəyinin verilməsi xidmətləri üçün elan etdiyi tenderin qalibi müəyyənləşib.

    Oxu.Az xəbər verir ki, tenderin qalibi “RSM Azerbaijan” MMC olub.

    Satınalmanın ümumi dəyəri 180 min 540 manatdır.

  • Bakıya qar yağacaq, yollar buz bağlayacaq

    Azərbaycanda fevralın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 4-dən 5-nə keçən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.

    Gecə və səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-5, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-13, gündüz 0-3 dərəcə şaxta olacaq.

    Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.