Month: February 2026

  • “Arsenal”ın oyunu təxirə salınacaq

    “Arsenal” klubunun İngiltərə Premyer Liqasındakı oyunu təxirə salınacaq.

    Buna London təmsilçisinin İngiltərə Liqa Kubokunda finala vəsiqə qazanması səbəb olub.

    Liqa Kubokunun final qarşılaşmasının martın 22-də baş tutacağına görə, martın 21-də keçirilməsi nəzərdə tutulan XXXI turun “Vulverhempton” – “Arsenal” matçı təxirə salınıb.

    Qeyd edək ki, bu gün keçirilən “Mançester Siti” – “Nyukasl Yunayted” görüşündən sonra “Arsenal”ın finaldakı rəqibi bəlli olacaq.

  • Sumqayıtda sərnişinləri soyuqda 20 dəqiqə gözlədən sürücüyə xəbərdarlıq edildi

    Sumqayıt-Bakı istiqamətində hərəkət edən 500 nömrəli marşrut avtobuslardan birinin sürücüsü ilə bağlı redaksiyamıza şikayət daxil olub.

    Oxu.Az-a danışan sərnişin bildirib ki, 16:45-də Sumqayıtdan yola çıxan avtobusu sürücü 16:51-də Nəriman Nərimanov küçəsi 40 ünvanındakı dayanacaqda saxlamayıb.

    Şikayətçinin sözlərinə görə, nəticədə sərnişinlər 20 dəqiqəyə yaxın müddətdə soyuq havada gözləməli olublar.

    “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sürücü əməlini etiraf edib və ona xəbərdarlıq olunub:

    “Monitorinq Mərkəzinin apardığı araşdırma nəticəsində sürücünün Sumqayıt şəhəri, “Nizami” kinoteatrının qarşısında yerləşən dayanacaqda avtobusu saxlamaması faktı təsdiqini tapıb. Sözügedən sürücü aidiyyəti struktur bölmə tərəfindən dəvət olunaraq izahatı alınıb və barəsində intizam tənbehi tədbiri görülərək xəbərdarlıq edilib. Eyni zamanda sürücü ilə marşrut üzrə dayanacaq qaydalarına daha diqqətlə riayət etməsi barədə profilaktik söhbət aparılıb.

    Qeyd edirik ki, “BakuBus” MMC sərnişinlərdən daxil olan müraciət və şikayətləri hər zaman obyektiv şəkildə araşdırır və sərnişin məmnuniyyətinin təmin edilməsini prioritet kimi qəbul edir”.

  • DİN-dən bazar günləri peyda olan “parkovşik”lərlə bağlı AÇIQLAMA

    Avtomobillərin ödənişli parklanması üçün nəzərdə tutulan “AzParking” ərazisində həftəsonu ödəniş tələb edilməsə də bəzi sürücülər “parkovşik” kimi tanınan şəxslərlə mübahisə yaşayırlar.

    Bəzi parklanma ərazilərində qanunsuz şəkildə ödəniş tələb edən şəxslərin ortaya çıxması adi hala çevrilib.

    Məlumata görə, bazar günləri rəsmi olaraq ödənişsiz olan parklanma yerlərində “parkovşik”lər sürücülərdən nağd pul tələb edirlər. Bu şəxslər “AzParking” əməkdaşı olmadıqları halda, sürücüləri çaşdıraraq əsassız ödəniş almağa cəhd göstərirlər.

    Qeyd edək ki, bu hal xüsusilə insanların daha sıx olduğu ərazilərdə müşahidə olunur və bir çox hallarda sürücülər qaydalardan xəbərsiz olduqları üçün ödəniş etməyə məcbur qalırlar.

    Mövzu ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli BAKU.WS-ə bildirib ki, parklanma qaydalarının tənzimlənməsi prosesində yaranan neqativ halların aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən sistemli mübarizə aparılır və qanunsuz fəaliyyətin qarşısı alınır:

    “Ayrı-ayrı şəxslər tərəfindən avtomobil parklanması üçün qanunsuz şəkildə zəbt olunma hallarının qarşısının alınması diqqət mərkəzində saxlanılır. Polis əməkdaşlarının həyata keçirdikləri monitorinqlər və profilaktik tədbirlərlə səlahiyyəti olmadan parklanma yerlərini təşkil edən, parklanma xidməti göstərən yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslər müəyyən edilərək barələrində inzibati tənbeh tədbiri tətbiq olunur”.

  • Два чиновника ИВ Сумгайыта лишились своих постов

    Два сотрудника Исполнительной власти (ИВ) города Сумгайыт освобождены от занимаемых должностей.

    Как сообщает Oxu.Az, в результате проведённых в ИВ структурных изменений был упразднён отдел анализа и прогнозирования социально-экономического развития. В связи с этим свою должность потерял главный советник Рагимдиль Ахмедов.

    Кроме того, в рамках структурных и кадровых реформ была сокращена должность главного советника отдела по работе с органами территориального управления и местного самоуправления. Занимавший эту должность на протяжении длительного времени Севиндик Азимов также был освобождён от работы.

    Информации о назначении обоих лиц на новые должности не имеется.

  • Sumqayıt Şəhər İcra Hakimiyyətinin iki vəzifəli şəxsi işini itirdi

    Sumqayıt Şəhər İcra Hakimiyyətinin (İH) iki əməkdaşı vəzifəsindən azad olunub.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, icra hakimiyyətində aparılan struktur dəyişikliyi nəticəsində İH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi ləğv edilib, nəticədə qurumun baş məsləhətçisi Rəhimdil Əhmədov postunu itirib.

    Həmçinin qurumda aparılan struktur və kadr islahatları nəticəsində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsi də ixtisar olunub.

    Həmin vəzifədə uzun müddət çalışan Sevindik Əzimov da işdən azad edilib.

    Hər iki şəxsin yeni vəzifəyə təyin edilib-edilmədiyi məlum deyil.

  • Bakıda yanacaqdoldurma məntəqəsinin istismarı dayandırıldı

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir. Agentlik tərəfindən plan üzrə növbəti yoxlama Bakı şəhəri, Yasamal rayonu ərazisində fəaliyyət göstərən çoxnövlü yanacaqdoldurma məntəqəsində aparılıb.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntu aşkarlanıb.

    Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan sıxılmış təbii qaz qurğu kompleksinə aid qaz balonlarının və qurutma qurğusunun tutumlarının növbəti texniki yoxlamasının aparılmadığı müəyyən edilib.

    Aşkar olunan pozuntunun dərhal aradan qaldırılmasının mümkün olmadığı, həmçinin insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin sıxılmış təbii qaz qurğu kompleksinin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntunun aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi obyektin cavabdeh şəxsinə təqdim edilib.

    Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin cavabdeh şəxsi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntunun aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

  • Найден разыскиваемый как пропавший юноша

    Найден юноша, объявленный в розыск как пропавший.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу Министерства внутренних дел (МВД).

    Сотрудники полиции установили местонахождение 19-летнего Васифа Эльнур оглу Абидинова, покинувшего свое местожительство и отправившегося в неизвестном направлении, не сообщив об этом членам семьи. Он был доставлен в отделение полиции.

    Расследование не выявило какого-либо криминального состава в его исчезновении. Выяснилось, что это был шаг, предпринятый им по собственной инициативе.

    В настоящее время с юношей проводится профилактическая беседа, ему разъяснено, что подобное поведение вызвало беспокойство у родных и близких.

  • İtkin kimi axtarılan gənc tapılıb

    İtkin kimi axtarılan gənc tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edərək naməlum istiqamətə gedən 19 yaşlı Vasif Elnur oğlu Abidinovun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və o, polis şöbəsinə gətirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla onun itkin düşməsində hər hansı kriminal tərkib aşkar edilməyib. Məlum olub ki, bu hal şəxsi niyyətindən irəli gələn addım olub.

    Hazırda onunla profilaktik söhbət aparılır, bu cür davranışın ailə üzvləri və yaxınları arasında narahatlıq yaratdığı onun diqqətinə çatdırılıb.

  • İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilib – YENİLƏNİB (FOTO)

    Bu dəqiqələrdə Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə geniş tərkibdə görüşü keçirilib.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    * * * * *

    Bu dəqiqələrdə Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə geniş tərkibdə görüşü keçirilir.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.







  • Həbsdə olan Hüseyn Abdullayev vəkilinin verdiyi kassasiya şikayətini geri götürdü

    Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə verilmiş kassasiya şikayəti geri götürülüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda məhkumun məhkəməyə təqdim etdiyi ərizə elan olunub.

    H.Abdullayev müraciətində məhkəmədən vəkili Günay İsmayılovanın Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinin geri götürülməsinin təmin olunmasını xahiş edib. Məhkəmə onun istəyini təmin edib.

    Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə həbs olunmuşdu.

    O, 2024-cü ildə cəza müddətinin başa çatmasına az qalmış yeni müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2025-ci il tarixdə çıxardığı hökmlə H.Abdullayev cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda təqsirli bilinərək, yenidən 9 il müddətinə azadlıqdan məhrum olunub.

    Hökmdən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi onun müraciətini təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

    İttihama görə, H.Abdullayev bilərəkdən cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkədə fəaliyyət göstərən banklarda açılmış yeddi sayda hesab vasitəsilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürüb.

    O, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmaqda təqsirləndirilib.

    H.Abdullayevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.