Month: February 2026

  • Goranboyda “Gənclər Paytaxtı 2026″nın açılış mərasimi keçirilib

    Gənclər Həftəsi çərçivəsində ölkə ərazisində müxtəlif tədbirlər keçirilir. Onlardan biri də Goranboyda baş tutub. İlin gənci seçilən Gülsüm Baxışova tədbirlə bağlı Baku TV-yə açıqlama verib.

    “Bu gün Goranboyda 2026-cı il “Gənclər Paytaxtı”nın açılış mərasimi keçirilir. Tədbir çərçivəsində ötən ilin “Gənclər Paytaxtı” olan Sumqayıtın rəmzi açarı cari ilin “Gənclər Paytaxtı” seçilən Goranboya təqdim ediləcək. Bununla yanaşı, il ərzində aktivliyi ilə seçilən gənclər mükafatlandırılacaqlar. Onlardan biri olmaq mənim üçün böyük uğurdur. Bütün gənclərə buradan bildirmək istəyirəm ki, ümidlərini heç vaxt itirməsinlər və daima arzularının arxasınca getsinlər”, – deyə o bildirib.

    2026-cı ilin “Gənclər Paytaxtı”

  • Mərkəzi Bank məlumat yaydı

    Fevralın 1-i tarixinə Azərbaycanda pul bazası 22 milyard 545.3 milyon manat təşkil edib.
     
    Median.Az
    xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
     
    Bildirilib ki, son bir ayda pul bazası 0.33% və ya 75.1 milyon manat artıb.
     
    İllik müqayisədə isə pul bazası 12% və ya 2 milyard 421.2 milyon manat artıb.
     
    Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.//sfere.az

  • Mərkəzi Bank məlumat yaydı

    Fevralın 1-i tarixinə Azərbaycanda pul bazası 22 milyard 545.3 milyon manat təşkil edib.
     
    Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
     
    Bildirilib ki, son bir ayda pul bazası 0.33% və ya 75.1 milyon manat artıb.
     
    İllik müqayisədə isə pul bazası 12% və ya 2 milyard 421.2 milyon manat artıb.
     
    Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

  • Bakıda 19 yaşlı tələbə itkin düşdü

    Bakıda 19 yaşlı tələbə itkin düşüb.

    Median.Az xəbər verir ki, bu barədə bloger Saleh Nəsirov paylaşım edib.

    İkinci kurs tələbəsi Abidinov Vasif Elnur oğlu sonuncu dəfə Xətai rayonunda “Günəşli” parkında olub.

    Polis tərəfindən axtarış aparılır. Tələbəni görənlərdən (055) 348 48 05 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.//azxeber.com

  • Gəncədə avtomobil ağaca çırpıldı – Xəsarət alan var

    Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 2000-ci il təvəllüdlü K. Süleymanov xəsarət alıb.

    Yaralı dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.//azxeber.com

  • Bakıya dəhşətli soyuqlar gəlir

    Xəbər verdiyimiz kimi, yaxın günlərdə Bakıda hava şəraitinin kəskin şəkildə dəyişəcəyi gözlənilir.
     
    Median.Az bildirir ki, Türkiyə və beynəlxalq meteoroloji mənbələrin yaydığı məlumatlara görə, regiona daxil olan arktik mənşəli soyuq hava kütlələri paytaxtda temperaturun sürətlə aşağı düşməsinə səbəb olacaq. Sinoptik proseslərin aktivləşməsi nəticəsində Bakıda güclü külək, sulu qar, gecə və səhər saatlarında isə şaxta və buzlanma ehtimalı artır.
     
    Mütəxəssislər bildirir ki, havanın qəfil soyuması ilə yanaşı, rütubətin yüksəlməsi və temperatur fərqləri əhali arasında mövsümi xəstəliklərin yayılması riskini də artırır. Xüsusilə soyuqdəymə, qrip və tənəffüs yolları ilə bağlı narahatlıqların artacağı istisna edilmir. Dünya səhiyyə və meteorologiya mənbələri qeyd edir ki, bu cür hava şəraiti immun sistemi zəif olan şəxslər üçün daha təhlükəli hesab olunur.
     
    Türkiyədə artıq təsirli olan sərt soyuqların Cənubi Qafqaza doğru irəlilədiyi, Bakıda da bir neçə gün davam edəcəyi bildirilir. Havanın küləkli və rütubətli keçməsi soyuğun daha kəskin hiss olunmasına səbəb olacaq. Bu da gündəlik həyat ritminə, nəqliyyata və insanların sağlamlıq durumuna mənfi təsir göstərə bilər.
     
    Mütəxəssislər paytaxt sakinlərinə hava dəyişikliklərinə qarşı diqqətli olmağı, rəsmi hava məlumatlarını izləməyi və xüsusilə səhər-axşam saatlarında daha ehtiyatlı davranmağı tövsiyə edirlər. /musavat

  • ABŞ İran PUA-sını vurdu

    ABŞ hərbçiləri Ərəb dənizində “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İran pilotsuz uçuş aparatını vurub.

    Bu barədə “Reuters” agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb.

    Məlumata görə, İran istehsalı olan “Şahed-139” pilotsuz aparatı təyyarədaşıyan gəmiyə doğru uçarkən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı tərəfindən məhv edilib.

  • İsrail və Azərbaycan memorandum imzaladı

    İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.

    Median.Az xəbər verir ki, anlaşma Memorandumu İsrailin Milli süni intellekt idarəsinin rəhbəri briqada generalı Erez Askal və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən imzalanıb.

    Müqavilə iki ölkə arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

    Mərasimdə İsrailin Baş naziri Benyamin Netanyahu iştirak edib.

  • Məşhur diktor vəfat etdi

    Sovet televiziya aparıcısı və Mərkəzi Televiziyanın diktoru, KVN-nin ilk aparıcısı Svetlana Jiltsova 89 yaşında vəfat etdi.
     
    Median.Az
    xəbər verir ki, bu haqda onun həmkarı, televiziya aparıcısı Andrey Malaxov Telegram kanalında yazıb.
     
    “Bir əfsanə dünyasını dəyişdi: Svetlana Jiltsova bir dövrün səsi və siması, Mərkəzi Televiziyanın ən tanınan diktorlarından biri”, – deyə o bildirib.
     
    O, “Gecəniz xeyirə qalsın, balaca uşaqlar!”, “Zəngli saat” və “İlin mahnısı” kimi ən yüksək reytinqli verilişlərin diktoru kimi çalışıb. Jiltsova sovet televiziya aparıcısının təcəssümü hesab olunurdu./modern.az

  • İşə düzəltmək adı ilə qohumlarını aldatdı – 20 min manatlıq dələduzluq

    İşlə təmin edəcəyinə dair vəd verməklə qohumlarına qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Median.Az xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə mühakimə olunan Ü.Ə.-yə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun ev dustaqlığında saxlanıldığı 2 ay 4 gün müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 9 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

    İş materiallarından məlum olur ki, Ü.Ə. qohumlarından birinə onu “Euro Klima” şirkətində işlə təmin edəcəyinə söz verib. Daha sonra bankdan onun adına 3500 manat kredit müqaviləsi rəsmiləşdirib.

    Həmçinin zərərçəkmişin adına “Kontakt Home” mağazasından isə 4899 manat dəyərində noutbuk kreditə götürüb.

    Ü.Ə. qohumunu inandırıb ki, kreditlər işə düzələcəyi şirkət tərəfindən ödəniləcək. O, digər qohumunu da oxşar üsulla aldadaraq onun adına 12 000 manat kredit rəsmiləşdirib.
    Qohumlar aldadıldıqlarını anladıqdan sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmə zamanı Ü.Ə. özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib.//qaynarinfo