Month: March 2026

  • 83 nömrəli avtobusların hərəkət sxemi dəyişdirilir

    Sabahdan 83 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məlumat yayıb.

    Bildirilib ki, Biləcəri qəsəbəsindən Təbriz küçəsi istiqamətində fəaliyyət göstərən 83 nömrəli müntəzəm marşrutun sxeminin dəyişdirilməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə daxil olan müraciətlər nəzərə alınaraq, avtobusların hərəkətinin Biləcəri qəsəbəsi Məmməd Səid Ordubadi və Asəf Zeynallı küçələrinin kəsişməsində yerləşən dairəyədək uzadılması məqsədəuyğun hesab edilib.

  • Paytaxtda 15 istiqamət üzrə yollarda sıxlıq müşahidə olunur

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” istiqamətində;

    8. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    9. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    10. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

    11. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    14. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    15. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.

  • “Gəncə Sukanal” ləğv olunur

    Ləğv olunmuş “Azərsu” ASC-nin tabeliyindəki “Gəncə Sukanal” ASC ləğv olunduğunu elan edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 76 ünvanına bildirməlidirlər.

    Xatırladaq ki, Prezident İlham Əliyevin 30 mart 2023-cü il tarixli “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

    “Azərsu” “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birlikdə Agentliyin tabeliyinə verilib.

  • Bakı və paytaxtətrafı avtobuslarda YENİ QİYMƏTLƏR MÜƏYYƏNLƏŞDİ – FOTO

    Bakı və paytaxtətrafı marşrut avtobuslarında yenilənmiş nağdsız gedişhaqqı tarifləri müəyyənləşib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Qiymət cədvəlini təqdim edirik:




  • Hərbi xidmətə getməyə hazırlaşan gənc BMW ilə avtoşluq etdi

    Bakı şəhərinin Səbail rayonu, Bayraq Meydanı ərazisində avtoşluq edən şəxs saxlanılıb.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 2008-cı ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olan F.S. barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Məlum olub ki, ay yarım sonra əsgər gedəcək 18 yaşlı F.S. BMW markalı avtomobili idarə etmək üçün Bayraq Meydanına yollanıb. O, ərazidə avtomobili idarə edərkən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə avtoxuliqanlıq edib.

    F.S. məhkəmədə əməlindən peşman olduğunu bildirib və hərbi xidmətə gedəcəyini, yaşının nəzərə alınmasını xahiş edib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və nəqliyyat vasitələrini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 600 manat məbləğində cərimə olunub.

  • Ailə faciəsinə səbəb olan inkassator avtomobilinin sürücüsü həbs edildi

    Ötən ilin iyulunda Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi törətmiş sürücü həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində 1984-cü il təvəllüdlü sürücü Elnur Yaqubova hökm oxunub.

    Bildirilib ki, o, banklardan birində sürücü-inkassator işləyib və hadisəni törətdiyi avtomobil də banka məxsus olub.

    Hadisə saat 11 radələrində Bakı-Qazax avtomobil yolunun 46-cı kilometrliyində – magistralın Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. E.Yaqubov 99-AU-092 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilə idarəetməni itirib.Nəticədə avtomobil səkidə olan 1974-cü il təvəllüdlü İradə Müslüm qızı Bədirova və onun qızı 2004-cü il təvəllüdlü Gülnar Rəsul qızı Bədirovanı vurub.

    Qəza nəticəsində ana hadisə yerində ölüb, qızı isə xəstəxanaya yerləşdirilib.

    Məhkəmədə İ.Bədirovanın yaxınları vurulmuş zərərə görə sürücüdən 50 min manat mənəvi təzminat tələb ediblər.

    Təqsirləndirilən şəxs isə həmin məbləği ödəmək gücündə olmadığını deyib.

    Qaradağ Rayon Məhkəməsinin hökmü ilə E.Yaqubova 5 il 2 ay həbs cəzası verilib. O, məhkəmə zalında qandallanıb.

    Bundan başqa, təqsirləndirilən şəxsin sürücülük hüququ da 2 il məhdudlaşdırılıb. Həmçinin ondan 10 min manat tutularaq maddi zərərə görə zərərçəkmiş tərəfə ödənilməsi də qərara alınıb.

  • Bakıda 93 yaşlı kişi ilə 42 yaşlı qadın evləndi – Video

    Bakıda 93 yaşlı kişi ilə 42 yaşlı qadın ailə qurub.

    Onların toyundan görüntülər sosial şəbəkələrdə yayılıb.

    Görüntülərdən toyu Elza Seyidcahanın apardığı məlum olub.

    Məlumata görə, bəy və gəlin tanınmış insanlardır.

    Belə ki, bəy Saqdayev Roald Zinnuroviç məşhur amerika və rus akademiki, görkəmli alim, gəlin Elena Popova isə məşhur bəstəkar, pianoçudur.

    Onlar hazırda Amerikada yaşayırlar.

  • Məhkəmə Alimpaşa Məmmədovla bağlı yekun qərar verdi

    Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayətinə baxılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məhkəmə bu gün son qərarını açıqlayıb.

    Məhkəmə A.Məmmədova verilmiş yekun 10 il 6 ay həbs cəzasını qanunauyğun hesab edib. Bu əsasla şikayət təmin edilməyib.

    Qeyd edək ki, A. Məmmədov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. O, xüsusilə külli miqdarda mənimsəmə, rüşvət alma və qanunsuz əldə edilmiş pulları leqallaşdırmaqda təqsirli bilinib.

  • Минобороны Азербайджана осудило очередной запуск ракеты по территории Турции

    Азербайджан решительно осуждает очередной запуск ракеты в направлении территории братской Турции.

    Об этом говорится в заявлении Минобороны Азербайджана.

    “Это является грубым нарушением суверенитета и территориальной целостности. Подобные действия представляют собой недопустимую эскалацию и прямую угрозу региональной стабильности. Вновь заявляем о нашей солидарности с братской Турцией”, – отмечается в заявлении.

    Ранее Минобороны Турции заявило об уничтожении силами НАТО в Средиземноморье ракеты, выпущенной сегодня из Ирана и вошедшей в воздушное пространство республики. Нынешний инцидент уже третий с 4 марта, когда силы НАТО сбили первую баллистическую ракету, выпущенную с иранской территории и направлявшуюся к границам Турции.

  • Müdafiə Nazirliyi Türkiyə ərazisinə qarşı növbəti raket buraxılışını pisləyib

    “Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik”.

    Bu fikirlər Müdafiə Nazirliyinin bəyanatında yer alıb.

    Qeyd edilib ki, bu suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır:

    “Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik”.

    Qeyd edək ki, bu, İrandan Türkiyəyə üçüncü raket hücumudur. İlk raket hücumu martın 4-də olub. İkinci hücum isə martın 9-da günorta saatlarında qeydə alınıb.