Category: Avto

  • 69 ilin “Mercedes”i hərraca çıxarılır

    1955-ci il istehsalı olan “Mercedes-Benz 300 SL Gullwing” bu il “Monterey Jet Center” hərrac evində hərraca çıxarılacaq. Bu barədə İqtisadiyyat.az “Motorious”a istinadən xəbər verir. Məlumata görə, bu əlamətdar avtomobil fərqli qapıları ilə seçilir. Onun dəyəri 1,5 milyon dollardan 1,8 milyon dollara qədər qiymətləndirilir.

  • Azərbaycanda elektromobillərin istehsalı ilə bağlı layihələr gözlənilir

    Elektromobilə olan tələbatı nəzərə alaraq Azərbaycanda növbəti illərdə bu tip avtomobillərin istehsalı və ixracı ilə bağlı layihələr gözlənilir.

    Bunu “Report”a açıqlamasında Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının icraçı direktoru Gülay Həsənova deyib.

    O bildirib ki, ümumilikdə 2024-cü ildə Azərbaycanda 8 000 avtomobil istehsalı nəzərdə tutulub ki, bunlardan 6 000-i minik avtomobilləri, 2 000-i isə yük avtomobilləri və avtobuslardır.

    İcraçı direktorun sözlərinə görə, avtomobillərin qiyməti 17 min 800 manatdan başlayır və bu rəqəm 160 min manata qədər dəyişir.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 254 ədəd (il ərzində 75,2 % artıb) yük avtomobili və 948 ədəd (-24,7 %) minik avtomobili istehsal edilib.

  • Volkswagen bu ölkədə hər sürücüyə 2000 manat ödəyəcək

    Volkswagen şirkəti ilə bağlı Dizelqeyt qalmaqalı 2015-ci ildə baş qaldırdı və uzun məhkəmə proseslərindən sonra yoluna qoyuldu. Avropada isə proses başa çatmayıb.

    Alman şirkəti İtaliyada məhkəmə ilə razılaşıb. Şirkət dizelqeyt məsələsindən əziyyət çəkən sürücülərə 50 milyon avro təzminat ödəməklə bağlı razılığa gəlib.

    Qaydaya görə, Volkswagen markalı avtomobilini 26 setyabr 2025-ci ilədək satmayan hər bir avtomobil sahibinə 1100 avro (təxminən 2000 manat) təzminat ödənəcək. Avtomobilin 2 sahibi varsa məbləğ onların arasında bölünəcək.

    İtaliyalı mütəxəssislərin fikrincə, təzminat ödənilməsi üçün sistem qurulmalıdır ki, bu da bir neçə ay çəkəcək.

    Qeyd edək ki, 2015-ci ildə ABŞ-də testlər zamanı Volkswagen avtomobillərində ekoloji nəticələri aldatmağa imkan verən proqram təminatı aşkar edilib. Bundan sonra uzun illər davam edən məhkəmə prosesləri başlayıb. Bu proses Qərb mətbuatında “Dizelqeyt qalmaqalı” və ya “Volkswagen işi” kimi məşhurlaşıb.
    //avtosfer.az

  • Avtomobiliniz yay mövsümünə nə dərəcədə hazırdır? Mütəxəssisdən beş vacib tövsiyə

    Avtomobilləri qış mövsümünə olduğu kimi, yaya da hazırlamaq lazımdır. Bunun üçün maşın bir sıra yoxlamalardan keçirilməlidir.

    Bu barədə rusiyalı avtomobil mütəxəssisi Nikita Rodionov xəbərdarlıq edib.

    Onun sözlərinə görə, ilk olaraq mühərrikin soyutma sisteminin yoxlanılmasına diqqət yetirilməlidir.

    “Köhnə antifriz əsas funksiyasının – mühərrikdən istiliyi çıxarmağın öhdəsindən yaxşı gəlmir. Yayda ən böyük risk mühərrikin həddindən artıq qızması və qaynamasıdır. Həmçinin radiator, nasos və borularda sızma olub-olmadığını yoxlamaq lazımdır”, – deyə Rodionov bildirib.

    Mütəxəssisin sözlərinə görə, mövsüm ərəfəsində əyləc sisteminə də fikir vermək lazımdır.

    “Əyləc mayesinin rütubəti 3%-dən çox olarsa, dəyişdirilməlidir. Əks halda, əyləc səmərəliliyi azalacaq, bu da qəzaya səbəb ola bilər, həmçinin əyləc sisteminin komponentləri paslanar”, – deyən ekspert, ümumiyyətlə, əyləc sistemini yoxlamadan keçirməyi məsləhət görüb.

    Rodionov yay mövsümündən əvvəl avtomobildə kondisionerin işini yoxlamağı da vacib hesab edib.

    “Çünki bu qurğu üç ay ərzində güclənmiş rejimdə işləməli olacaq”, – deyə o əlavə edib.

    Mütəxəssis salon filtrinə də diqqət çəkib və yayda onun üzərindəki yükün əhəmiyyətli dərəcədə artdığını bildirib.

    “Son olaraq bildirim ki, təkərlərin təzyiqi yoxlanılmalıdır. Adətən yazda keyfiyyətsiz təkər quraşdırılması səbəbindən tədricən təkərlər boşalır, lakin sürücü bunu hiss etmir. Qeyri-kafi təzyiq zəif dartma qabiliyyətinə gətirib çıxarır və təkərlərin aşınmasını artırır”, – deyə mütəxəssis xəbərdarlıq edib.

    Mənbə: Gazeta.ru

  • Bakıda hibrid avtomobillərin sərgisi keçiriləcək

    Mayın 22-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Ekonəqliyyata keçid” sərgisi keçiriləcək.

    Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, sərgidə elektriklə işləyən və hibrid avtomobillər, velosiped, həmçinin skuterlər nümayiş etdiriləcək.

  • “Formula 1” pilotu “Uilyams”la müqavilə müddətini uzadıb

    “Formula 1” pilotu Aleksandr Albon “Uilyams” klubu ilə müqavilə müddətini uzadıb.

    Tailand əsilli britaniyalı sürücü uzunmüddətli müqaviləyə qol çəkib.

    Qeyd edək ki, 28 yaşlı pilot 2022-ci ildən “Uilyams”da çıxış edir. O, cari mövsüm sürücülərin sıralamasında 17-ci pillədə qərarlaşıb

  • “Togg” Avropa bazarına çıxır

    “Türkiyənin “Togg” elektrik avtomobili 2025-ci ildə Almaniyada satışa çıxarılmaqla ilk dəfə Avropa bazarına çıxacaq”.

    Bunu Türkiyənin sənaye və texnologiya naziri Fatih Kacır deyib.

    “Biz indi bütün sənayenin transformasiya mühərriki olan yeni brendin doğulmasının şahidi oluruq. “Togg” 2025-ci ilin əvvəlində Almaniyada satışa çıxarılacaq və bununla da Avropa bazarına çıxacaq”, – deyə nazir bildirib.

    Onun sözlərinə görə, hazırda Türkiyə yollarında 30 minə yaxın “Togg” markalı avtomobil var.

    Qeyd edək ki, “Togg” T10X elektrik krossoverini hazırda yalnız Türkiyədə almaq mümkündür. Yanvar ayında Las Veqasda yeni “Togg” T10F təqdim edilib. O, 2025-ci ildə Türkiyədə satışa çıxarılacaq.

    Mənbə: TRT

  • Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq

    Azərbaycanda elektromobillik texnologiyasının ölkə üzrə genişləndirilməsi ilə əlaqədar ən azı 3 ssenari (dövlət tərəfindən subsidiya hesabına, dövlət-özəl tərəfdaşlığı və özəl investisiya ilə idarə olunan əməliyyatlar) təhlili əsasında inkişaf strategiyasının seçilməsinə dair təkliflər hazırlanacaq.

    Bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.

    Qeyd edilib ki, təkliflərin bu ilin avqust ayınadək hazırlanması nəzərdə tutulub.

    Həmçinin sentyabrın 1-dək seçilmiş strategiyaya uyğun texniki, bazar və tənzimləyici risklərin azaldılmasına dair təkliflər hazırlanmalıdır və aidiyyəti üzrə təqdim edilməlidir.

    Oktyabrın 1-dək isə elektromobillik strategiyasının və onun tövsiyə olunan icra mexanizmlərinin iqtisadi faydaları (enerjidən istifadənin azaldılması və ətraf mühitə faydalar daxil olmaqla) qiymətləndirilməli və nəticələri Komissiyaya təqdim olunmalıdır.

    Bildirilib ki, bütün bu işlər Energetika Nazirliyi (Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi), İqtisadiyyat Nazirliyi (Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi (Azərbaycan Texniki Universiteti), Dövlət Gömrük Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC, altqrupda təmsil olunan digər aidiyyəti qurumlar tərəfindən icra edilməlidir.

  • Azərbaycanda enerjidoldurma məntəqələrində YENİLİK OLACAQ

    Azərbaycanda elektrik enerjisi doldurma məntəqələrinin (EDM) yerləşdiyi yerlər üzrə məlumatların paylaşılması və EDM-lərdə istehlak olunan elektrik enerjisinə görə onlayn ödənişlərin aparılması üçün xüsusi vahid proqram təminatı yaradılacaq və ya mövcud proqramlar əlaqələndirilərək daha da təkmilləşdiriləcək.

    “Report” xəbər verir ki, bu, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.

    Məlumata görə, layihə iyulun 1-dək “Azərişıq” ASC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“İnnovasiyalar Mərkəzi” MMC), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (özəl sektor cəlb edilməklə) tərəfindən hazırlanmalıdır.

    Həmçinin qeyd edilən dövrədək EDM-lərin yaradılması, qeydiyyatdan keçirilməsi və fəaliyyətə başlaması üzrə bütün prosedurları və xərcləri özündə əks etdirən proseslər xəritəsinin hazırlanmalı və Komissiyaya təqdim olunmalıdır.

    Xəritə “Azərişıq” ASC, Energetika Nazirliyi (o cümlədən Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi), Rəqəmsal İnkişaf və Nəqliyyat (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi), İqtisadiyyat, Daxili İşlər nazirlikləri və digər aidiyyəti qurumlar tərəfindən hazırlanmalıdır.

  • Gürcüstanın avtomobil bazarındakı durğunluq Azərbaycana təsir edə bilərmi? – VİDEO

    Son günlərdə Gürcüstanda ikinci əl avtomobil bazarında durğunluq yaşanır.

    Xezerxeber.az-ın məlumatına görə, bu da qiymətlərə kəskin təsir edib.

    Ekspertlər deyirlər ki, Gürcüstanda bazarda ikinci əl avtomobillərdə təxminən 500-1000 dollar civarında ucuzlaşma müşahidə edilir.

    Belə ki, ötən il Gürcüstana nəqliyyat vasitəsi hər zamankından daha çox idxal olunub. İdxal çox olsa da, başqa dövlətlərdən Gürcüstana avtomobil almağa gedənlər elə də maraq göstərməyiblər.

    Avtomobil satışı üzrə ekspert Sərxan Qədirov bunu alıcıların internet üzərindən daha rahat formada başqa dövlətlərdən maşın almaları ilə əlaqələndirir.

    Nəzərə alsaq ki, hər il Azərbaycana qonşu ölkədən minlərlə avtomobil gətirilir.

    Bəs yaranmış böhran ölkəmizə gətirilən nəqliyyat vasitələrinin qiymətinə təsir göstərə bilərmi? Yəni ikinci əl avtomobillər ucuzlaşacaqmı?

    Ətraflı süjetdə: