Category: Avto

  • Azərbaycanda elektrobuslar istehsal ediləcək

    Azərbaycanda gələn il elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək.

    Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

    Məlumata görə, bu barədə Baş nazirin müavini Şahin Mustafayevin Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə keçirilən görüşündə bildirib.

    Belə ki, ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb.

    İşbirliyinə dair imzalanmış sazişi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, BYD şirkətinin Kommersiya avtomobilləri üzrə icraçı direktoru Tien Çunlon və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar.

    Çərçivə sazişinə əsasən yaradılacaq birgə müəssisə tərəfindən Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ildə elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək. İnvestisiya həcmi 34 mln. dollar olan layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır. Bununla yanaşı, ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması nəzərdə tutulur. Azərbaycanda avtobus istehsalı müəssisəsi fəaliyyətə başlayanadək şirkətdən elektrik avtobusları alınacaq.

  • “ChatGPT” avtomobillərdə də yer alıb

    Alman avtomobil nəhəngi “Volkswagen” öz maşınlarında “ChatGPT” “chatbot”unu dəstəklədiyini bildirib.

    Məlumata görə, məşhur “chatbot” əvvəllər “Volkswagen” avtomobillərinə inteqrasiya edilmiş IDA səsli köməkçisi ilə yanaşı işləyəcək. Korporasiya nümayəndələrinin sözlərinə görə, avtomobil həvəskarları səsli köməkçi ilə “daha ​​təbii dildə” ünsiyyət qura, müxtəlif mövzularda məsləhət və yardım ala biləcəklər. “Volkswagen” ilin əvvəlində avtomobillərində “chatbot”un göründüyünü elan edib.

    “ChatGPT” dəstəyi yeni Golf, Tiguan və Passat avtomobillərinə, eləcə də elektrik krossoverlərinin Electric ID xəttinə əlavə edilib. “Chatbot” hazırda yalnız Avropada işləyir, lakin gələcəkdə Şimali Amerika müştərilərinə əlavə olunacaq.

    Mənbə: Lenta.ru

  • 2025-ci ildə süni intellektə malik daha ağıllı avtomobillər istehsal olunacaq

    Süni intellekt texnologiyasındakı irəliləyiş hətta ucuz avtomobillərin təhlükəsizliyini tez bir zamanda təkmilləşdirə bilər.

    Lent.az xarici mətbuata istinadən xəbər verir ki, “Abarth”, “Alfa Romeo”, “Citroen”, “Fiat”, “Peugeot” və “Opel” kimi avtomobil markalarına sahib olan “Stellantis” şirkəti süni intellektin avtomobillərinə inteqrasiya olunduğunu elan edib. Bu da onları daha təhlükəsiz və ağıllı edəcək. Bu texnologiya ilə təkmilləşdirilmiş avtomobillər gələn ildən etibarən yollarda görünə bilər.

    14 markalı “Stellantis” Qrupu, avtomobillərinə tez bir zamanda qabaqcıl xüsusiyyətlər əlavə etmək və nəqliyyat vasitələrini idarə etməyi asanlaşdırmaq məqsədi daşıyan üç yeni texnologiyanı açıqlayıb. Bu yeni sistemlərlə təchiz ediləcək ilk avtomobillər arasında 2025-ci ildə bazara çıxarılacaq yeni nəsil “Fiat Panda” olacağı gözlənilir.

    Söhbət hazırda avtomobillərdə fərdi sensorlar və prosessorlar tərəfindən yerinə yetirilən bir çox funksiyaları mahiyyətcə öz üzərinə götürəcək “STLA Brain” adlı yeni mərkəzləşdirilmiş kompüter sistemindən gedir. Stellantis müdirləri vəd edirlər ki, gələcək avtomobillər indiki modellərin yarısı qədər elektron idarəetmə bloku tələb edəcək.

    Digər yenilik isə süni intellekt və kontekstdən asılı olan menyulardan istifadə etməklə sürücülərə daha çox məlumat verəcək “STLA Smart Cockpit”dir. Məsələn, avtomobiliniz (və ya avtomobil markanızın smartfon proqramı) hara getdiyinizə və ya günün saatına əsasən səyahətiniz üçün musiqi siyahısı təklif edə bilər.

    Sistem həmçinin, bu avtomobillərin “Stellantis” markası olması şərtilə, avtomobillər arasında seçimlərinizi və sürücülük vərdişlərinizi ötürə bilən fərdiləşdirilmiş sürücü profili yaradacaq.

  • İşlənmiş elektromobil bazarı: Təklif çox, tələb az

    Bu gün Avropanın elektromobil bazarında qiymətlər kifayət qədər yüksək olsa da, ikinci əl elektromobillər barədə bunu demək mümkün deyil.

    Baş ofisi Brüsseldə yerləşən “İndicata” təşkilatı Avropa bazarında elektromobillərin təkrar satışı məsələsini araşdırıb. Məlum olub ki, bu il köhnə elektromobillər 25% ucuzlaşıb. Daha pis statistika: qiyməti 100 min avrodan yuxarı olan elektromobillər 4 ildə qiymətini 70% itirir.
    Hazırda Avropa bazarında işlənmiş elektromobil həddən çoxdur. Bunun səbəbi müştəri qıtlığıdır. Bəzi ölkələrdə həftələrlə köhnə elektromobil satılmadığı hallar olur. Avropalılar 2 səbəbdən işlənmiş elektromobil almırlar.

    Daxiliyanma mühərrikli avtomobil almaq bahalı elektromobillərin işlənmişini almaqdan daha sərfəlidir.

    Ucuz elektromobillərin isə əsas detalları bir neçə ilə sıradan çıxdığı üçün onu alıb istismar etmək mümkün deyil. Bu texnika yalnız utilizasiyaya yarayır.
    //avtosfer.az

  • Məşhur pilotun ailəsini şantaj edən ata və oğul saxlanılıb

    Alman polisi əfsanəvi “Formula-1” pilotu Mixael Şumaxerin ailəsini şantaj edən şəxsləri saxlayıb.

    Saxlanan şəxslər 52 yaşlı ata və onun 30 yaşlı oğludur. Onlar pilotun qohumlarına əllərində Şumaxeri nüfuzadan salacaq video olduğunu bildiriblər. Ata və oğul pilotun ailəsindən videonu yaymamaq üçün 1 milyon avro tələb ediblər. Lakin ailə şantajçılara pul ödəməyərək polisə müraciət edib.

    Polis ata və oğlu həbs etməklə yanaşı 8 obyektdə axtarış aparıb, minlərlə informasiya daşıyıcısı müsadirə edilib. Təqsirləri sübut edilsə hər 2 şəxsi 5 ilədək həbs gözləyir.

    Qeyd edək ki, 2013-cü ildə Fransada xizək qəzasına düşən Şumaxer 6 ay koma vəziyyətində olub. Hazırki vəziyyəti məlum deyil.
    //avtosfer.az

  • Dünyanın ilk elektrikli Ferrari modeli gəlir

    Dünyanın ilk elektrikli Ferrari modeli 2026-cı ildə yollara çıxmağa hazırlaşır. Avtomobilin satış qiymətinin 500 min dollar və ya daha çox olacağı düşünülür.

    Bununla bağlı məlumatı şirkətin baş direktor Benedetto Vigna ilk elektrikli Ferrarini ilin sonuna qədər təqdim edəcəklərini təsdiqləyib.

    O bildirib ki, insanların hər dəfə görməyə vərdiş etdiyi qırmızı Ferrari artıq tam elektriklə çalışacaq.

    Avtomobilinin 2025-ci ilin dördüncü rübündə istehsal edilməsi planlaşdırılır. Bəzi mənbələrin verdiyi məlumata görə elektrokarın qiyməti ən azı 535 000 dollar olacaq.

    Ferrari ilə bağlı bir digər xəbər isə Ferrari bundan başqa ikinci elektrokarın üstündə də işləyir. Ferrari keçən il ilk kütləvi istehsal “plug-in hibrid” modeli olan SF90 Stradale-ni təqdim etmişdi.

    Qeyd olunur ki, Ferrari 2026-cı ilə qədər satışlarının 60%-ni elektrikli avtomobillərin və ya hibridlərin təşkil etməyini hədəfləyir.

  • Yaponiya Rusiyaya minik avtomobillərinin tədarükünü 22% azaldıb

    May ayında Yaponiya Rusiyaya minik avtomobillərinin tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% azaldıb.

    Bunu Yaponiya Maliyyə Nazirliyinin dərc etdiyi statistik məlumat sübut edir.

    May ayında Rusiyaya avtomobillər üçün ehtiyat hissələrinin tədarükü 8,3% azalıb, motosikletlərin tədarükü isə 18,1% artıb.

    Qeyd edək ki, minik avtomobilləri Yaponiyanın Rusiya Federasiyasına ixracının 65,1%-ni təşkil edir.

  • 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verilə bilər

    Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verilə bilər.

    “Report” xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik təklif olunur.

    Dəyişikliyə əsasən, 14 yaşdan Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ siyahısına velosiped və ya araba ilə yanaşı, kiçik elektrik nəqliyyat vasitəsi də əlavə edilir.

    Məlumat üçün bildirək ki, kiçik elektrik nəqliyyat vasitəsi – gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdə tutulan və aşağıdakı meyarlara cavab verən fərdi mobil nəqliyyat vasitələridir.

    – təkər çarxına mexaniki bağlanan və hərəkət istiqamətinə nəzarət etməyə imkan verən sükanı olan və ya sükanı olmayan, ətalət qüvvəsi (həmçinin jest, mimika və ya səsli komanda) ilə hərəkət edən və özünü tarazlaya bilən texnologiyaya malik olan;

    – oturacağı olduğu halda sükanın hündürlüyü 50 sm-dən az olmayan;

    – oturacağı olmadığı halda sükanın hündürlüyü 70 sm-dən az olmayan;

    – sürücüsüz maksimum kütləsi 55 kq, ümumi hündürlüyü 1,40 m-ə qədər və uzunluğu 2 m-ə qədər olan;

    – xarici elektrik enerjisi mənbəyinə qoşularaq doldurula bilən enerji saxlama sistemi (batareyası) olan;

  • Çəkisi 600 kiloqram olan elektromobil satışada

    İsveçrənin istehsalı olan “Microlino” elektromobili bu ayın sonunda İsveç bazarında satışa çıxarılacaq. Bu nəqliyyat vasitəsini avtomobil adlandırmaq da çətindir, o, daha çox “B” kateqoriyasına aid olan sürücülük vəsiqəsi ilə idarə ediləcək dördtəkərli motosikletdir.

    Median.Az “Azərtac”a istinadən xəbər verir ki, uzunluğu 2,5 metr, eni isə 1,5 metr olan “Microlino” elektromobilinin çəkisi 600 kiloqramdır və onun maksimal sürəti saatda 90 kilometrlə məhdudlaşdırılıb.

    “Dagens Nyheter” qəzetinin avtomobillərdən yazan müxbiri Mikael Styerna bildirib: “Microlino” elektromobilinin xüsusi cəhəti “idman rejimi” düyməsidir. Mən onu İsveçrə yumorunun təzahürü kimi qəbul edirəm. Ümumilikdə, icmal müsbətdir, hərçənd, təhlükəsizlik nöqteyi-nəzərindən bu “avtomobili” tənqid etmək olar”.

    “Microlino” elektromobilinin batareya ehtiyatı 228 kilometrlik məsafəyə nəzərdə tutulub və standart rozetka ilə 4 saat ərzində şarj olunur. Kompakt formasına baxmayaraq, onun içərisində iki nəfər otura, və iki çanta qoyula bilər. Elektromobilin start qiyməti 25 600 avrodur.

  • “Lamborghini” “uçan” kapotlara görə minlərlə avtomobili geri çağırır

    İtaliyanın avtomobil istehsalçısı “Lamborghini” 2,1 min Urus markalı avtomobilləri təmir üçün geri çağıracaq.

    Söhbət 2023-2024-cü illərdə istehsal olunan avtomobillərdən gedir.

    Belə ki, avtomobillərin kapotunda problem olduğu aşkarlanıb. Yüksək sürətlərdə kapot və ön bamper arasında kiçik boşluqlar yarana bilir ki, bu da artan hava axını zamanı kapotun açılmasına səbəb ola biər.

    Məlumata görə, kapot ya sadəcə açılıb ön şüşəyə dəyə, ya da tamamilə yerindən çıxa bilər. Bu, bütün yol istifadəçiləri üçün təhlükəlidir.

    Qeyd edək ki, “Lamborghini Urus”un qiyməti 200 min dollardır.
    //avtosfer.az