Category: Cəmiyyət

  • Gömrükdə mallar 1 aydan çox saxlanılmayacaq

    Gömrükdə mallar 1 aydan çox saxlanılmayacaq

    Gömrük Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən ölkəyə gətirilən malların müvəqqəti saxlanma müddəti maksimum 1 ay olacaq.

    Bu məsələ Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

    Layihəyə görə, mallar müvəqqəti saxlanca sadələşdirilmiş bəyannamə və gömrük orqanının aktı əsasında yerləşdiriləcək. Saxlanma müddəti malların xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək, lakin 1 aydan artıq ola bilməyəcək.

  • Azərbaycanda gömrük orqanlarının vəzifələri artırılır

    Azərbaycanda gömrük orqanlarının vəzifələri artırılır

    Gömrük orqanlarının vəzifələri artırılır.

    Sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Layihəyə əsasən, gömrük orqanları xarici ticarət iştirakçısının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxdığı müəyyən edildikdən sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vəzifəsinə sahib olacaqlar.

    Bundan başqa, Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən avtonəqliyyat vasitələrinin beynəlxalq daşımalara buraxılış kartlarının, xarici ölkə daşıyıcılarına verilən “İcazə blankları”nın (jurnallarının), habelə ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və/və ya ağırçəkili nəqliyyat vasitələrinə dair icazələrin, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş hallarda dövlət sərhədindən buraxılış məntəqələrində qəbul edilən məlumatların və sənədlərin mövcudluğunu yoxlamaq da vəzifələr sırasında daxil edilir.

    Əlavə olaraq, səyyar gömrük auditinin nəticələri üzrə tərtib edilən aktın nüsxəsini və səyyar gömrük auditinin materiallarına baxılmanın nəticələri üzrə qəbul edilən qərarın surətini müvafiq olaraq akt tərtib edildiyi və qərar qəbul edildiyi tarixdən üç iş günü ərzində barəsində gömrük auditi aparılan şəxsə (onun nümayəndəsinə) yazılı, cümlədən elektron formada təqdim etmək də sözügedən orqanların vəzifələri olacaq.

  • Qaxda canavarlar qoyunları parçaladı

    Qaxda canavarlar qoyunları parçaladı

    Qaxda canavarlar qoyun sürüsünə hücum edərək 5 baş qoyunu parçalayıb.

    Hadisə bu gün günorta saatlarında rayonun Meşəbaş kəndi ərazisində qeydə alınıb.

    Qax şəhər sakini Elşən Omarov otlaq ərazisində qardaşına məxsus qoyunları otararkən 3 baş canavar sürüyə hücum çəkib. Nəticədə canavarlar 3 baş qoyunu aparıb, 2 qoyunu isə parçalayaraq tələf ediblər. Zərərçəkmişlərin sözlərinə görə, bu hal birinci dəfə baş vermir. Əvvəlki illərdə də canavarlar onlara ziya vurub.
    //oxu.az

  • Malların gömrük bəyanı milli valyuta ilə olacaq

    Malların gömrük bəyanı milli valyuta ilə olacaq

    Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək.

    Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən yeni – 220.3-cü maddədə əksini tapıb.

    Layihəyə əsasən, malların gömrük dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə bəyan ediləcək.

  • Sürücülərin və digər yol hərəkəti iştirakçılarının NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərlə bağlı QƏRAR

    Sürücülərin və digər yol hərəkəti iştirakçılarının NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərlə bağlı QƏRAR

    WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək.

    17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək. Monitorinq çərçivəsində mayın 1-də saat 10:00-16:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq.

    Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, Lermontov küçəsi eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu (BOS) istiqamətlərini əhatə edəcək.

    Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

    Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi arasında hərəkət edən H1 ekspress avtobus marşrutu fəaliyyətini normal və fasiləsiz şəkildə davam etdirəcək. Eyni zamanda, bu müddət ərzində fərdi nəqliyyat vasitələri və taksilər hava limanı ərazisinə alternativ yollar vasitəsi ilə sərbəst daxil ola və çıxa biləcəklər. Gecikmələrin qarşısını almaq məqsədilə səfərlərin öncədən planlaşdırılması tövsiyə olunur.

    WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib.

  • Gənc yazarın həyatı film olur – FOTOLAR

    Gənc yazarın həyatı film olur – FOTOLAR

    Tezliklə “Ağ vərəq” adlı yeni qısametrajlı bədii film tamaşaçılara təqdim olunacaq.

    Median.Az xəbər verir ki, filmin ideya və ssenari müəllifi Oğuz Ayvaz, təsvir rejissoru Tural Fikrətoğludur.

    Filmdə Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar Mədəniyyət işçisi Aslan Fətullayev də çəkilib.

    Ekran işi yazıçının “ilk cümlə sindromu”ndan bəhs edir. Süjetə əsasən, baş qəhrəman hekayəsinin ilk cümləsini yaza bilmədiyi üçün daxili sarsıntılar yaşayır. Hadisələrin inkişafı onun yaradıcılıq axtarışları və daxili mübarizəsi üzərində qurulub.

    Filmin yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağı gözlənilir. Müəllif filmin əsas məqsədinin yaradıcı insanların daxili dünyasını göstərmək olduğunu vurğulayıb.

    Qeyd edək ki, filmin çəkilişləri Sumqayıt şəhərində aparılıb. Ekran işinin yerli tamaşaçılarla yanaşı, müxtəlif qısametrajlı film festivallarına da təqdim olunması planlaşdırılır.





  • Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi

    Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 2 və 3 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

    Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

    Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.

    Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

  • Baş nazirdən YENİ QƏRAR: İki şirkət siyahıdan çıxarıldı

    Baş nazirdən YENİ QƏRAR: İki şirkət siyahıdan çıxarıldı

    Nazirlər Kabineti 2024-cü il 1 avqust tarixli 372 nömrəli qərarla təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, “Təbii inhisar subyektlərinin Siyahısı”nda 14-cü və 15-ci hissələr ləğv edilib.

    Dəyişikliyə görə, “ASG Business Aviation” MMC və “ASG Helicopter Services” MMC artıq təbii inhisar subyektlərinin siyahısında yer almırlar.

    Qeyd edək ki, sözügedən şirkətlər indiyədək aeroport xidmətləri, hava gəmilərinə aviasiya xidmətləri, eləcə də uçuş zolaqları və müvafiq qurğuların istismarı sahəsində fəaliyyətlərinə görə bu siyahıya daxil edilmişdilər.

  • Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ

    Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ

    Ali Məhkəmədə ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib.

    Aparıcı ilə bağlı bəraət qərarı qüvvədə saxlanılıb.

    Qeyd edək ki, Z.Baxşəliyevə qarşı Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə ittiham irəli sürülmüşdü.

  • Yol polisindən hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT

    Yol polisindən hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT

    Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

    Median.Az həmin müraciəti təqdim edir:

    “Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda respublikanın bir sıra bölgələrində külək və yağışla müşahidə olunan qeyri-sabit hava şəraitinin qarşıdakı iki gün ərzində də davam edəcəyi gözlənilir.

    Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

    Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

    Ayrı-ayrı bölgələrdə yağışın intensiv olacağını nəzərə alaraq, sürücülər ehtiyat tədbirləri görməli, yağmurlu, çiskinli havada sürət həddini, ara məsafəsini nəzarətdə saxlamalı, avtomobilin texniki sazlığını, xüsusilə işıq cihazlarının, şüşəsilgəclərinin işlək vəziyyətdə olmasını təmin etməlidirlər.

    Piyadalar da əlverişsiz hava şərtlərini nəzərdən qaçırmamalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”.