Category: Cəmiyyət

  • Sələmçiliklə bağlı XƏBƏRDARLIQ – Ali Məhkəmə məlumat yaydı

    Sələmçiliklə bağlı XƏBƏRDARLIQ – Ali Məhkəmə məlumat yaydı

    Faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər ilk baxışdan sadə görünsə də, praktikada vətəndaşlar üçün ciddi hüquqi risklər yarada bilər. Buna görə də belə əməliyyatlara başlamazdan əvvəl bəzi vacib məqamları nəzərə almaq tövsiyə olunur.

    Bu barədə Ali Məhkəmə məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə müəyyən edilmiş qaydada və məbləğdə faiz tələb edə bilər. Yəni faizlə borc vermək prinsip etibarilə qanunla qadağan olunmur və fiziki şəxslər arasındakı bu münasibətlərə məişət dilində, adətən, “sələmçilik” deyilir. Əsas risklər bu münasibətlərin necə rəsmiləşdirilməsindən qaynaqlanır:

    “Praktikada fiziki şəxslər arasında borc münasibətləri çox vaxt qeyri-rəsmi şəkildə qurulur. Yazılı müqavilə tərtib olunmur və ya tərtib edilsə belə, əsas şərtlər – borcun məbləği, faiz dərəcəsi, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilmir. Bu isə mübahisə yarandıqda sübutetməni çətinləşdirir.

    Bundan əlavə, ödənişlərin nağd şəkildə və sənədsiz aparılması da ciddi problemlərə səbəb olur. Hər bir ödənişin qəbz, köçürmə sənədi və ya digər sübutlarla rəsmiləşdirilməsi tərəflərin hüquqlarının qorunması baxımından vacibdir.

    Digər mühüm məqam isə fəaliyyətin xarakteri ilə bağlıdır. Əgər şəxs davamlı və sistemli şəkildə müxtəlif şəxslərə faizlə borc verirsə, bu fəaliyyət artıq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilər. Qanunvericiliyə əsasən, sahibkarlıq fəaliyyəti dövlət qeydiyyatından keçməklə gerçəkləşdirilməlidir. Əks halda, belə fəaliyyət qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyət yarada bilər.

    Məhkəmə təcrübəsindən görünür ki, borc verən şəxslərin davranışlarında qanunsuz sahibkarlıq fəaliyyəti və ya digər hüquq pozuntularının əlamətləri aşkar edildikdə məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilir.

    Bu riskləri minimuma endirmək üçün aşağıdakı tövsiyələrə əməl etmək məqsədəuyğundur:

    – borc münasibətlərini mütləq yazılı müqavilə ilə rəsmiləşdirmək;

    – müqavilədə bütün mühüm şərtləri (məbləğ, faiz, müddət, qaytarılma qaydası və s.) aydın şəkildə göstərmək;

    – ödənişləri mümkün qədər bank vasitəsilə həyata keçirmək və ya digər formada sənədləşdirmək;

    – bu fəaliyyət mütəmadi xarakter daşıyırsa, onun hüquqi statusunu (sahibkarlıq kimi) qanunvericiliyin tələblərinə uyğun düzgün müəyyən etmək;

    Nəticə olaraq, faizlə borc vermək hüquqi baxımdan mümkündür, lakin bu münasibətlərin düzgün qurulmaması həm maliyyə itkilərinə, həm də hüquqi məsuliyyətə səbəb ola bilər. Buna görə də belə əməliyyatlarda ehtiyatlı davranmaq və mümkün hallarda hüquqşünas məsləhəti almaq tövsiyə olunur”.

  • Ali məktəbə qəbul olmaq istəyən əvvəlki illərin məzunlarının NƏZƏRİNƏ

    Ali məktəbə qəbul olmaq istəyən əvvəlki illərin məzunlarının NƏZƏRİNƏ

    Mayın 3-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, həmçinin mayın 3-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.

    Cari ilin 9-cu və 11-ci sinif şagirdləri https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov, əvvəlki illərin məzunları isə https://eservices.dim.gov.az/BRXV/login/login?usdcnt=1 linkindən “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

    İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

    – imtahana buraxılış vərəqəsi;

    – şəxsiyyəti təsdiq edən sənədin əsli.

    a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

    b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

    -Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

    Qeyd edilib ki, imtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

  • Ombudsmanın nümayəndələri Suriyadan gətirilən repatriantlarla görüşüblər

    Ombudsmanın nümayəndələri Suriyadan gətirilən repatriantlarla görüşüblər

    Aprelin 21-də Suriya Ərəb Respublikasının münaqişə bölgəsində yaşamış beş nəfər (iki qadın və üç uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

    Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

    Bildirilib ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib, müəssisə tərəfindən zəruri məlumatlar əldə ediblər.

    Görüş zamanı repatriantların ehtiyacları və hüquqlarının təmini vəziyyəti qiymətləndirilib, onlara Müvəkkilin mandatı və hüquqlarının müdafiəsi mexanizmləri barədə ətraflı məlumat verilib.

  • Ailə başçısını itirməyə görə pensiya və müavinət alanların SAYI AÇIQLANDI

    Ailə başçısını itirməyə görə pensiya və müavinət alanların SAYI AÇIQLANDI

    Bu ilin mart ayında Azərbaycanda ailə başçısını itirməyə görə 192 913 nəfər şəxsə pensiya və müavinət ödənilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Bildirilib ki, onların 136 996 nəfəri pensiya, 55 917 nəfəri isə müavinət alıb.

  • Tovuzda ailəsi tərəfindən atılmış üç azyaşlı uşaq evinə yerləşdirildi

    Tovuzda ailəsi tərəfindən atılmış üç azyaşlı uşaq evinə yerləşdirildi

    Tovuz rayonunda valideynlərinin imtina etdiyi üç uşaq Şəkidəki uşaq evinə yerləşdirilib.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib.

    Məlumatda qeyd edilir ki, azyaşlılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən qəbul edilərək Şəki şəhərindəki 6 saylı uşaq evinə təhvil veriliblər:

    “Azyaşlıların vəziyyətləri nəzarətdə saxlanılır, onlara mütəmadi baş çəkilir. Hazırda uşaqların vəziyyətləri normaldır. Uşaqlar valideynləri ilə telefon vasitəsilə əlaqə yaradırlar”.

    İcra hakimiyyətindən bildirilib ki, azyaşlıların anası Təranə Ələsgərovanın vəziyyəti də nəzarətdədir:

    “Qadın ikinci qrup əlildir, danışma və eşitmə məhdudiyyətləri var. Təranə Ələsgərova hazırda anasının himayəsindədir. Həmçinin rayon icra hakimiyyəti də qadını nəzarətdə saxlayır. Ana ilə uşaqlarını bir neçə dəfə görüntülü danışdırmışıq”.

    Xatırladaq ki, Tovuz şəhəri, Məhəmməd Zeynallı küçəsindəki yataqxanada yaşayan ailə üç azyaşlı övladından imtina edib. Ailə başçısı Səbuhi Ələsgərovun içki aludəçisi olduğundan ailədə tez-tez mübahisə yaradıb psixoloji problemləri olan arvadı Təranə Ələsgərovanı və övladlarını döyməsi, işgəncə verməsi barədə məlumat daxil olub.

    Araşdırmalar zamanı məlum olub ki, ailənin üç övladı – 2024-cü il təvəllüdlü İ.Ələsgərov, 2019-cu il təvəllüdlü İ.Ələsgərov, 2018-ci il təvəllüdlü Y.Ələsgərov – ataları tərəfindən dilənçiliyə vadar edilib.

    Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları həmin ünvanda yaşayan ana və üç övladını Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişdilər.

  • Bakıda faciəli durum: Yeddi nəfərlik ailə zirzəmilərdə gecələyir – Video

    Bakıda faciəli durum: Yeddi nəfərlik ailə zirzəmilərdə gecələyir – Video

    Bir ailənin 7 üzvü evsiz qalıb. Nə kirayə pulu ödənilir, nə də kompensasiya verilir…

    Median.Az “Xəzər” TV-yə istinadən xəbər verir ki, 2021-ci ildə Bakı şəhərinin Nəsimi rayonu, Azadlıq prospekti, 104 ünvanındakı çıxarışlı mənzilinin və mağazasının söküldüyünü iddia edən vətəndaşın sözlərinə görə, düz üç ildir “Olympus Park” ona verilən kirayə pulunu kəsib.

    Ailə şəhərin müxtəlif ünvanlarındakı zirzəmilərdə gecələdiklərini deyir.

    Nə mənzil, nə də kompensasiya ala bilmədiklərini deyən sakinlər iddia edirlər ki, apellyasiya məhkəməsi də vətəndaşların xeyrinə qərar verib, lakin qərar icra olunmur.

  • Paytaxt sakinlərinə sevindirici xəbər – Video

    Paytaxt sakinlərinə sevindirici xəbər – Video

    Bakı şəhərində abadlıq-quruculuq işlərinin aparılması davam edir.

    Median.Az Baku TV-yə istinadən xəbər verir ki, bu istiqamətdə həyata keçirilən layihələrdən biri də Bakı sakinlərinin və qonaqlarının tez-tez istifadə etdiyi İslam Səfərli küçəsini əhatə edir.

    Küçənin piyadayönümlü formata keçirilməsi məqsədilə aparılan quruculuq işləri demək olar ki, yekunlaşıb. Küçə boyu mövcud olan kommunikasiya xətləri yenilənib, beton örtük salınıb. Yaşıllıqlar üçün xüsusi sahələr ayrılıb. Eyni zamanda küçənin hər iki tərəfində skamyalar quraşdırılıb.

    Ən önəmli məqamlardan biri də odur ki, bu küçə şəhərin iki vacib məkanını – Qış parkı ilə Fəvvarələr meydanını bir-birinə birləşdirir. Şəhərin qonaqları və sakinləri bu küçədən istifadə etməklə rahat şəkildə Qış parkından Fəvvarələr meydanına keçə biləcəklər.

  • Bakının bəzi yollarında HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ – SİYAHI – XƏRİTƏ (FOTO)

    Bakının bəzi yollarında HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ – SİYAHI – XƏRİTƏ (FOTO)

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakıda vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün həftəsonu 3 ünvanda təmir işləri aparacaq.

    Bu barədə AAYDA məlumat yayıb.

    Bildirilib ki, təmir bu ünvanları əhatə edəcək:

    1. Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələri arası)

    2. Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələri arası)

    3. Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov – Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində).

    Təmir işlərinə bu gün saat 23:00-da başlanılacaq və 26 aprel saat 07:00-a qədər yekunlaşdırılması planlaşdırılır.

    Rəşid Behbudov küçəsində hazırlıq işlərinə artıq başlanılıb.

    Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin mərhələlərinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq.

    “Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddətdə həmin ərazilərdə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər”, – deyə məlumatda qeyd olunub.

  • Fazil Mustafa: “Gənclər iş və mənzil problemi səbəbindən ailə qura bilmir”

    Fazil Mustafa: “Gənclər iş və mənzil problemi səbəbindən ailə qura bilmir”

    Son illərdə Azərbaycanda gənclərin evlilik yaşı yüksəlir, nikahların sayı isə azalır. Bu meyl təkcə fərdi seçimlərlə deyil, həm də iqtisadi şərait, karyera prioritetləri və sosial amillərlə izah olunur. Müasir həyatın tempi və artan məsuliyyətlər gənclərin ailə qurmaq qərarını daha da təxirə salmasına təsir edir. Bu baxımdan dövlətin ailə institutunun möhkəmləndirilməsi istiqamətində rolu aktuallaşır. Bəs ailə institutunun dayanıqlığının artırılması üçün hansı sosial və iqtisadi dəstək mexanizmləri tətbiq edilməlidir?

    Mövzu ilə bağlı Median.Az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, əslində sosial və iqtisadi dəstək mexanizmləri bir sıra qanunvericilik aktlarında və dövlət proqramlarında nəzərdə tutulub. Lakin ipoteka sistemi gənclər üçün əlverişli mühit yarada bilməyib:
    “Açıq desək, burada sosial layihələrdə vətəndaşların, xüsusilə də gənclərin iştirakı ilə ilk dövrlərdə faydalı olsa da, sonrakı mərhələlərdə bu imkanlardan istifadə etməyə maraq azaldı. Xüsusilə MİDA vasitəsilə sosial mənzillərin əldə edilməsi prosesində ortaya çıxan müəyyən ziddiyyətlər bu istiqamətdə dövlət proqramlarının həyata keçirilməsində çətinliklər yaradıb. Təbii ki, dövlətin məqsədi gənclər üçün bu imkanları genişləndirməkdir. Əhalinin böyük əksəriyyəti mənzil və iş problemi səbəbindən ailə qura bilməmək kimi çətinliklərlə üzləşməməlidir. Gənclər daha yaxşı şərtlərlə ailə həyatı qurmalı və demoqrafik vəziyyətin yaxşılaşmasına töhfə verməlidirlər”.

    F.Mustafa qeyd edib ki, dəstək proqramları daha real və effektiv məzmun daşımalıdır:

    “Gənclərin xüsusilə işsizlikdən əziyyət çəkdiyini nəzərə alaraq, özəl sektorun inkişafı istiqamətində daha konkret addımlar atılmalıdır. Hazırda özəl sektorda mövcud problemlər gənclərin layiqli əməkhaqqı əldə etməsinə mane olur. Adekvat maaş olmadıqda isə ailənin sosial təminatını təmin etmək çətinləşir və bu, gənclərin ailə qurmasını gecikdirməsinə səbəb olur”.

    Depuata bildirib ki, əslində bu problemlərin həlli mürəkkəb deyil. Özəl sektor inkişaf etsə, iş tapmaq daha asan olar:

    “Dövlət sektorunda aparılan ixtisarlar da insanları özəl sektora yönəldir. İş imkanları kifayət qədər olmadıqda çətinliklər daha da artır. Problemlərin əsas mahiyyəti məşğulluğun artırılması və yeni iş yerlərinin yaradılması ilə bağlıdır.

    Xüsusilə bölgələrdə yeni iş yerlərinin açılması üçün investisiyaların qoyulması vacibdir. Əks halda, şəhərlərə köç sürətlənir, bu da həm demoqrafik vəziyyətə, həm də nəqliyyat infrastrukturuna mənfi təsir göstərir. Buna görə də bu məsələlər kompleks şəkildə həll olunmalıdır ki, gənclər normal ailə həyatı qura bilsinlər, nikahların sayı artsın və boşanmaların sayı azalsın”.