Category: Cəmiyyət

  • Qanunsuz saxlanılan 4 avtomat, 18 tüfəng aşkarlandı

    Qanunsuz saxlanılan 4 avtomat, 18 tüfəng aşkarlandı

    Ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, aprelin 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 18 tüfəng, 4 patron darağı və 246 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

  • Teleqüllə yaxınlığındakı qanunsuz tikililər söküldü – Video

    Teleqüllə yaxınlığındakı qanunsuz tikililər söküldü – Video

    Gəncə və Göygöldə qanunsuz tikililər sökülüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Teleqüllə yaxınlığındakı ərazisində, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən isə rayonun Firuzabad qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

    Müraciətlər əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin və müvafiq icra hakimiyyətləri nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.

  • Əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır?

    Əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır?

    Əlillik sahəsində həyata keçirilən islahatlar nəticəsində artıq iki ildir ki, əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklərin sayı dəfələrlə artırılıb.

    Median.Az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

    Belə ki, Nazirlər Kabinetinin 11 may 2024-cü il tarixli Qərarı ilə müddət gözlənilmədən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsinə əsas verən xəstəliklərin sayı 5-dən 73-ə çatdırılıb (https://e-qanun.az/framework/56880).

    Bu xəstəliklər sırasına ağciyər sarkodiozu, oynaq ankilozu, demensiya, xroniki böyrək xəstəliyi, mərkəzi sinir sisteminin miеlinsizləşmə ilə müşahidə olunan xəstəlikləri, autizm və bir çox hematoloji xəstəliklər, 18 yaşadək olan şəxslərdə şəkərli diabet və s. daxildir.

    Həmin xəstəliklər səbəbindən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər müalicə müddəti gözlənilmədən rəsmiləşdirilir və qiymətləndirmə aparılır.

    Göndərişlər tibb müəssisələri tərəfindən elektron qaydada rəsmiləşdirildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altsisteminə daxil edilərək adsızlaşdırılır və göndərişin aid olduğu şəxsin kimliyi, göndərişi daxil edən tibb müəssisəsi və s. bilinmədən göndərişdəki diaqnoz əsasında şəffaf və obyektiv qərar qəbul olunur.

  • Bu marşrut nağdsız ödəniş sisteminə keçir

    Bu marşrut nağdsız ödəniş sisteminə keçir

    Aprelin 25-dən Bakıda 140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçəcək.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Məlumata görə, marşrut üzrə ekoloji cəhətdən təmiz CNG texnologiyasına malik 12 avtobus fəaliyyət göstərir, paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsini Xırdalan şəhəri ilə əlaqələndirir.

    Avtobuslar arası interval 10 dəqiqə, gediş haqqı 0,7 manatdır.

  • Sürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

    Sürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

    Avtomobil yollarında vəziyyət açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Aprelin 24-ü gecə və səhər saatlarında ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1 000 metrədək məhdudlaşacağı gözlənilir.

  • Salyanda marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

    Salyanda marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

    Salyan şəhəri, Bakı-Astara yolu, 130-cu kilometr ünvanında yerləşən, fiziki şəxs Bahar Ağasəf qızı Ələkbərovaya məxsus “Aystore” marketdə yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, ictimai iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, eləcə də temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. İstifadə müddəti bitmiş istehlaka yararsız qida məhsulları və etiket məlumatlarında uyğunsuzluqlar olan saxta alkoqollu içkilər aşkarlanıb. Yoxlama zamanı, həmçinin satışa çıxarılan qida məhsullarına dair müvafiq müşayiətedici sənədlər təqdim edilməyib.

    Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsulların satışının qadağan olunması və dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülüb, araşdırmalar davam etdirilir.

  • Bakıda məşhur biznesmeninin oğlunu aldatmaq istəyənin cinayət işinin DETALLARI

    Bakıda məşhur biznesmeninin oğlunu aldatmaq istəyənin cinayət işinin DETALLARI

    Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Rafiq Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənlərin və şahidlərin ifadəsi ilə davam edib.

    Zərərçəkən R.G. ifadəsində baş verənlərdən notariusdan gələn zənglərdən sonra xəbər tutduğunu bildirib:

    “Mənə bir gün 18 nömrəli notariatdan zəng gəldi. Bizə bildirdilər ki, siz hazırda xaricdə müalicədə olduğunuzdan torpaq sahənizin alqı-satqısı ilə bağlı etibarnamə vermisiniz. Zəng edənə dedim ki, elə bir hal yoxdur, mən Bakıdayam. Dərhal Qeydiyyat və Notariat Baş İdarəsinə gedib əmlakın satışına stop qoydurdum, sonra prokurorluğa şikayət ərizəsi yazdım. O vaxt notariatdan mənə zəng gəlməsəydi, torpağım xəbərim olmadan satılacaqdı. Bu (təqsirləndirilən Rafiq Vəliyevə işarə edir – red.) sadəcə fiqurdur, onu kimin fiqur olaraq ortaya saldığını da yaxşı bilirəm. Bunun təqsiri odur ki, sənədi düzəldib, buna görə də cəzasını çəkməlidir. Novxanıdakı o ərazilərə görə dəfələrlə maklerlərin təzyiqinə məruz qalmışam. Bir dəfə Fuad adlı şəxsi vasitəçi kimi qabağıma çıxartdılar ki, Binəqədinin icra başçısı torpağımı 14 000 manatdan almaq istəyir. Dedim ki, bu qiymətə torpaq satılmır. Mənə dedi ki, nə olsun, sən razılaş, sonra onunla dost olarsan, münasibətin olar”.

    Təqsirləndirilən R.Vəliyev sözügedən torpağın çıxarış sənədini Sədi adlı şəxsdən aldığını deyib:

    “Onun telefonu məndə yoxdur. Həmişə maklerlərin olduğu yerdə görüşürdük”.

    Şahid Q.C. isə bildirib ki, təqsirləndiriləni tanımır:

    “Mən sahibkaram. Kiməsə hansısa mülkiyyətin çıxarışını göndərməmişəm. 2010-cu ildə R.G. mülkiyyətində olan obyekt mənim istifadəmdə olub. Vüqarı makler kimi tanıyırdım. Gəlib obyekti almaq istədiyini dedi. Obyekti 180 000 manata ona satacağımı dedim. Lakin şərt qoydum ki, obyekt sahibi ilə görüşsün”.

    Şahid N.N. 48 saylı notarialda işlədiyini bildirib:

    “Rüfət Novruzov və Arzu Əliyevi tanımamışam. Onlar mənzil satışı ilə bağlı müraciət etmişdilər. Rüfətin saxta sənədləri kimlərlə, necə hazırlaması mənə məlum deyil”.

    Şahid N.K. isə təqsirləndirilən R.Vəliyevi tanıdığını deyib:

    “Bizim ailəvi get-gəlişimiz var idi. Bir gün evdə idim, zəng gəldi Rafiqdən ki, bir tanışımın xalası xaricdə yaşayır, torpağı satılmalıdır, sənə etibarnamə verək. Dedi ki, vəsiqəmi göndərim, mən də göndərdim. Sonra Vüqar adlı oğlanı göndərdi notariata, oradan da banka getdik. Elə ora-bura yönləndirirdilər ki, ora qol çək, bura qol çək. Rafiq bunun müqabilində 30 000 manat hörmət edəcəyini demişdi. Amma günlər keçməsinə baxmayaraq, puldan xəbər çıxmadı. Bu xoşuma gəlmədi. Rafiqə dedim ki, gedib ləğv etmək istəyirəm. Bir gün gözləyib notariala getdim. Sonra mənə xəbər çatdı ki, Vüqar o əmlakı başqasına satıb. Rafiq zəng edib dedi ki, qoyma alqı-satqı olsun, mən gəlirəm. Ona kimi dirəşib qoymadım”.

    Şahid N.R. taksi sürücüsü olduğunu və Vəliyevi Biləcəri sakini kimi tanıdığını bildirib:

    “Vəsiqəmi istədi ki, dostunun Xırdalandakı evini satmaq istəyir, mən də verdim. Bunun müqabilində ondan ödəniş almamışam, lakin maşınımın dağılmış motoru üçün 1000 manat verəcəkdi mənə. Rafiq Türkiyəyə gedib-gəlirdi. Ondan şübhələnmədim ki, niyə türk vətəndaşının evini mənim adıma sənədləşdiriblər”.

    Şahid M.K. isə 23 saylı notarialda kargüzar kimi çalışdığını deyib:

    “Rafiqi tanımıram. Mənə Turab adlı bir vətəndaş yaxınlaşdı ki, alış-veriş var. Dedim sənədləri gətirin, baxaq. Sənədlər qaydasında göründüyündən daha sonra alqı-satqı yerinə yaxınlaşdıq. Sonradan notarius məni çağırdı ki, o sənəddə problem var, müqaviləni ləğv etmək lazımdır. Etibarnamə mülkiyyətçi adından verilmişdi. Mən mülkiyyətçinin nömrəsini tapıb sənədləri ona göndərdim. Ondan cavab gəldi ki, belə bir iş olmayıb. Bu, bizə kədərli bir təcrübə olduğundan bundan sonra işimizdə mülkiyyətçi ilə görüntülü danışıb, onu görmədən sənəd qəbul etmirik”.

    Şahid N.H. “ASAN Xidmət”də tərcümə xidmətlərinin təşkili işinə nəzarət etdiyini deyib:

    “Sənədi bizə göstərəndə baxdıq. Yüklədik sistemə. Baxdıq ki, tərcümə çıxmır”.

    Bu zaman təqsirləndirilən R.Vəliyev “Tərcümə əlbəttə tapılmazdı, çünki onu özüm tərcümə elətdirmişdim” deyib.

    Məhkəmə digər şahid ifadələrinin dinlənilməsi üçün növbəti prosesi 4 may 15:00-a təyin edib.

    Qeyd edək ki, təqsirləndirilən şəxs məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunur. Belə ki, əvvəldən tanıdığı Rafiq Vəliyev Dəmirliyə yalan vəd verərək ondan 400 min manatdan çox pul almağa razılaşıb.

    Lakin dələduzluq əməlini başa çatdıra bilməyib. R.Vəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq vaxtı onun daha iki nəfərə qarşı dələduzluq cinayəti də ortaya çıxıb.

    R.Əliyev barəsində sonradan həbslə bağlı olmayan polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə yekun ittiham elan edilib. İş üzrə Seyfəddin Dəmirli, Gülnarə Rəhimova və Rüxsarə İbrahimova zərərçəkmiş qismində tanınıb.

    Seyfəddin Dəmirli bir neçə ay əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi təyin edilib. O, vaxtilə Təhsil Nazirliyinin (Hazırkı Elm və Təhsil Nazirliyi – red.) Əsaslı Tikinti İdarəsinə və “Bakı 6 saylı Yol İstismarı” MMC-yə rəhbərlik etmiş Allahverdi Dəmirovun oğludur. Ailə mediada geniş biznes əlaqələri və çoxsaylı əmlakları ilə tanınır.

    Xatırladaq ki, Rafiq Vəliyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 29, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədilməyə cəhd) və 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

  • Küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

    Küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

    Aprelin 24-25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağdam, Lerik, Yardımlı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Qusar, Xızı, Salyan, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

    Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Naxçıvanda yüksəkvəzifəli şəxs İŞDƏN ÇIXDI

    Naxçıvanda yüksəkvəzifəli şəxs İŞDƏN ÇIXDI

    Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində Naxçıvan Şəhər Ticarət və Xidmət Departamenti publik hüquqi şəxsin direktoru işdən çıxarılıb.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İlqar Hüseyn oğlu Namazov öz ərizəsi ilə vəzifəsindən azad olunub.

    Qurumun direktor əvəzi vəzifəsi Vüsal Musa oğlu Rəhimova həvalə edilib.

    Qeyd edək ki, bu ilin fevral ayında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev vəzifəsindən azad olunaraq Naxçıvanın Baş naziri təyin olunub. Hazırda şəhərin icra başçısı vəzifəsi boşdur.

  • Bakı metrosunda qrafiklə bağlı YENİ QƏRAR

    Bakı metrosunda qrafiklə bağlı YENİ QƏRAR

    Bakı Metropolitenində qatarların hərəkəti tam bərpa olunub.

    Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb.

    Bildirilib ki, sistem tam gücü ilə fəaliyyət göstərir:

    “Bütün xətlər üzrə hərəkət stabil təşkil edilir. Qatarlar mövcud texniki imkanlar çərçivəsində ən sıx qrafiklə işləyir. Texniki sistemlər üzərində nəzarət gücləndirilib, monitorinq fasiləsiz davam edir”.

    Qeyd edək ki, 21 aprel tarixində Bakı metrosunda problem yaranmışdı. Stansiyaların giriş-çıxışı bir müddətlik bağlanmışdı.