Category: Cəmiyyət

  • Uşaq dünyaya gətirən 15 yaşlı qıza təcavüz olunub – İddia (Video)

    Xəbər verdiyimiz kimi, Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirib.

    Median.Az APA TV-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı həmin qızın anası danışıb.

    Ana iddia edib ki, hadisədə günahkar qonşusudur.

    “Xəbərim olmayıb. Martın 31-i qızımı həkimə apardım, orada bildim ki, hamilədir. Qız deyir ki, qonşu Vəliyev Sabir ona təcavüz edib. O qonşu ilə gedişli-gəlişli olmuşuq. Yaxın idik”, – deyə o əlavə edib.

    Adıçəkilən qonşunun atası isə bildirib ki, onun oğlunun bu məsələdə günahı yoxdur:

    “6-7 nəfəri şöbəyə çağırıb izahat alıblar. DNT nəticələrində bilinəcək. Uşağımın üstünə şər atırlar”.

    Faktla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, sosial şəbəkələrdə Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxsin uşaq dünyaya gətirməsi ilə bağlı yayılan məlumat əsasında müvafiq araşdırmalara başlanılıb.

  • Azərbaycanda məşhur iş adamı dəniz kənarındakı villasına mebel alıb pulunu ödəməyib? – İDDİA (Video)

    Mebel mağazasının sahibi aldadıldığını iddia edir.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət türkiyəli iş adamı, “Massimo Group” MMC-nin rəhbəri Necip Kösedən gedir.

    Onun sözlərinə görə, ötən ilin avqustunda müştəri Bayram Yusifov dəniz kənarında yerləşən villası üçün şirkətdən mebel sifariş edib. O iddia edir ki, şirkət bir neçə otaqdan ibarət villanın bütün otaqlarını 200 min manatlıq mebellə təchiz etdikdən sonra villa sahibi pulu ödəməkdən boyun qaçırıb.

  • Dəri, ürək və ümumi sağlamlıq üçün hansı balıq faydalıdır?

    Sardina çox qidalı olan kiçik balıqlardır. Onların tərkibində ürəyin, sinir sisteminin fəaliyyətinə və bədəndəki iltihab əleyhinə proseslərə kömək edən çoxlu miqdarda omeqa-3 yağ turşuları var. Onlar D və B12 vitaminlərinin, eləcə də hüceyrələrin bərpasında mühüm rol oynayan tam protein mənbəyidir.

    Qaynarinfo xəbər verir ki, bu barədə “WP kobieta” yazır.

    Niyə sardina yemək tövsiyə olunur?

    Sardina müntəzəm qidalanmaya daxil edilməsi tövsiyə edilən ən sağlam dəniz balıqlarından biri hesab olunur. Qida tərkibi sayəsində o, xəstəliklərin profilaktikasında və orqanizmin ümumi sağlamlığının dəstəklənməsində geniş istifadə edilir.

    Diyetoloq Rian Stivenson “vogue.co.uk” saytına açıqlamasında bildirib: “Sardinalar zülalla zəngindir, ucuzdur və omeqa-3 kimi əvəzolunmaz yağ turşularının ən yaxşı mənbələrindən biridir”.

    Mütəxəssislərin fikrincə, sardina “daxildən qulluq” effekti yaradan məhsuldur. Tərkibindəki faydalı yağlar dərinin lipid baryerinin bərpasına kömək edir və dəridə nəmin daha yaxşı saxlanmasını təmin edir.

    “Bunun sayəsində dəri daha gərgin, təravətli və dincəlmiş görünür. Dəri baxımından onların təsiri xüsusilə qiymətlidir. Sardinanın müntəzəm istifadəsi orqanizmin təbii müdafiə mexanizmlərini gücləndirə, iltihabı azalda və dərinin ümumi vəziyyətini yaxşılaşdıra bilər. Dəri quruluğa daha davamlı olur, strukturu isə daha elastik və hamar görünür”, deyə materialda qeyd olunub.

    Bundan əlavə, omeqa-3 ilə zəngin balığın müntəzəm qəbulu dərinin qocalma prosesini ləngidə bilər. Bu balıq dəri qüsurlarının görünməsini azaldır, üz rəngini isə daha bərabər və təbii edir.

    Sardinanı necə istifadə etməli?

    Ən sadə üsul sardinanı tam taxıllı çörək üzərində avokado, pomidor və bir neçə damcı limon suyu ilə təqdim etməkdir. Onu salatlara, sendviç pastalarına və ya makaron yeməklərinə də əlavə etmək mümkündür.

    Sardina zeytun yağı, sarımsaq, kapers və təzə göyərti ilə də yaxşı uyğunlaşır. Diyetoloqlar onları həftədə ən azı 2–3 dəfə qəbul etməyi tövsiyə edirlər.

    Rian Stivenson xəbərdarlıq edib: “Mütləq etiketləri oxuyun. Bəzi konserv məhsullarına hələ də əlavə şəkər, artıq duz və digər əlavələr qatılır, buna görə keyfiyyətə diqqət yetirmək vacibdir”.

  • Şəhid ailələrinin problemini həll etmədiyi üçün işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə TƏYİNAT

    Sumqayıt Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

    Median.Az Konkret.az-a istinadla xəbər verir ki, şəhərin yeni baş memarı vəzifəsinə Fərid Məzahir oğlu Ərşadlı gətirilib.

    Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Rəşad Əhmədəliyev çalışıb.

    Xatırladaq ki, Rəşad Əhmədəliyevin işdən çıxarılmasına səbəb fəaliyyətində yol verdiyi ciddi nöqsanlar olub. İddialara görə, sabiq baş memar şəhid ailələrini, qaziləri və digər sakinləri qəbul etməkdən yayınıb, onların müraciətlərinə laqeyd yanaşıb.

    Həmçinin, onun şəhərdə qeyri-qanuni tikintilərin aparılmasına şərait yaratması ilə bağlı şikayətlər olub. Bundan əlavə, mediada Rəşad Əhmədəliyevin çoxsaylı mülkləri və bahalı avtomobilləri barədə məlumatlar yayılmışdı.

  • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıldı

    Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb.

    Bunlar “Skynet” MMC və “Robonet” MMC-lərdir.

    Nəticədə sözügedən provayderlərin uçotu ləğv edilib.

    Xatırladaq ki, “Skynet” 2023-cü ilin aprel ayında, “Robonet” MMC isə 2024-cü ilin yanvar ayında uçota alınıb.

    Bununla da ölkədə uçota alınmış internet operator, provayder və host provayderlərin sayı 194 olub.

    Qeyd edək ki, internet operator və provayderlərinin uçota alınmasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

  • AzTV-də struktur dəyişiklikləri – Bəzi şöbələr birləşdirilir

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də bəzi şöbələrin birləşdirilməsi ilə bağlı struktur dəyişiklikləri həyata keçirilir.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, əsas məqsəd daha kompakt və effektiv idarəetmə sisteminin formalaşdırılmasıdır.

    Məsələ ilə bağlı qurumdan bildirilib ki, həm administrativ, həm də yaradıcılıq istiqamətlərində format dəyişikliyi aparılır.

    Qeyd olunub ki, aparılan islahatlar çərçivəsində bəzi şöbələr digər şöbələrlə birləşdirilir və daha güclü kadr potensialının formalaşdırılmasına üstünlük verilir.

    Bildirilib ki, müasir dövrün tələbləri 10-20 il əvvəlkindən ciddi şəkildə fərqlənir.

    Qurumdan əlavə olunub ki, ictimaiyyətin maarifləndirilməsi, məlumatlandırılması, mədəni təfəkkürün inkişafı və idmanın faydalarının təbliği kimi əsas istiqamətlər daha da inkişaf etdiriləcək.

    “Bu dəyişikliklər nəticəsində izləyicilərə daha maraqlı və keyfiyyətli kontent təqdim olunacaq”, – deyə məlumatda vurğulanıb.

  • Bakı-Ağdam marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 10 may tarixində Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

    Həmin gün qatarlar bu marşrutla hər iki istiqamətdə hərəkət edəcək.

    Qatar Bakıdan Ağdama saat 07:10-da, Ağdamdan Bakıya isə saat 18:10-da yola düşəcək.

  • Azad edilmiş ərazilərdə daha 79 mina aşkarlanıb

    İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (13.04.2026 – 19.04.2026) məlumat açıqlanıb.

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 62 piyada əleyhinə mina, 17 tank əleyhinə mina, 460 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 1455,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

  • Sabah yağış yağacaq

    Azərbaycanda aprelin 21-də havanın arabir yağıntılı keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

    Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir.

    Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 7-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

  • Azərbaycanda meyvə və çərəz adı verilən körpələr: Gilas, Badam…

    Azərbaycanda bəzi valideynlər yeni doğulan uşaqlarına meyvə və çərəz adları verirlər.

    “Unikal”ın məlumatına görə, ötən il 1 uşağa İnnab adı verilib.

    Son 5 ildə isə 2 uşağa Gilas, 6 uşağa Badam, 3 uşağa isə Püstə adı qoyulub.