Category: Cəmiyyət

  • FHN-dən restoranın borusuna düşənlə bağlı açıqlama – VIDEO

    Fövqəladə Hallar Nazirliyi oğlu “Alov” restoranının havalandırma sisteminin borusuna düşən şəxslə bağlı məlumat yayıb.

    Median.Az FHN-in saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1988-ci il təvəllüdlü Mehrəliyev Asif Çingiz oğlu “Alov” restoranının havalandırma sisteminin borusunda köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı borudan çıxarmış və adiyyəti üzrə təhvil veriblər.

    Qeyd edək ki, zərərçəkən xilasetmə zamanı açıqlamasında onu öldürmək məqsədi ilə gecədən ora atdıqlarını qeyd edib.

  • Niyamməddin Musayev oxşarı ilə görüşdü, gözlərinə inanmadı (VİDEO)

    Space TV-də yayımlanan “Yerimdəyən” verilişinin qonağı xalq artisti Niyamməddin Musayev olub.

    Baku.ws xəbər verir ki, verilişin aparıcısı əməkdar artist Çingiz Əhmədov xalq artistinə inanılmaz sürpriz edib. Belə ki, Əhmədov Musayevin oxşarını studiyaya dəvət edib. İki almanın yarısı qədər Niyamməddinə oxşayan şəxs xalq artistini mat məəttəl qoyub.

    Sözügedən kadrları sizə təqdim edirik:

  • Bakıda ünvan soruşan “erməni qız”a hücum çəkdilər (VİDEO)

    Bakıda gənclər maraqlı sosial test edib.

    Baku.ws-in məlumatına görə, bir qız paytaxt sakinlərindən Bakı Dövlət Universitetinə getmək istədiyini və ətrafdakı insanlardan köməklik etməyi xahiş edir.

    Ona yaxınlaşıb ünvanı deyən insanlara erməni olduğunu deyən qıza qarşı münasibətlər birmənalı olmayıb. Bəziləri buna normal yanaşsa da çox sərt reaksiya verənlər də olub. Hətta bir gənc oğlan erməni qızı döymək istəyib.

    Sosial çarx vasitəsi ilə paytaxt sakinlərinin ermənilərə olan münasibəti yoxlanılıb:

    VİDEO:AzPrank TV

  • Xoşqədəm onu təhqir edən transı bağışladı – FOTO

    Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə ona tənqidi şərh yazan Nura Paşayevanı bağışlayıb.

    Baku.ws-in məlumatına görə, aparıcı bu barədə şəxsi Instagram hesabında paylaşım edib:

    “Məni tanıyanlar bilir ki, mən tənqidi normal qarşılayan biriyəm. Amma tənqid və təhqiri səhv saldınsa, bax o zaman gözüm heç nəyi görmür. Mən 3 gün öncə bir qərar verdim. Özümə və ailəmə təhqir gördümsə, o şəxslərə qarşı hüquq müstəvidə mübarizə aparacam. Artıq bəzilərinə qarşı başlamışam.

    Dünəndən o şəxslər məndən üzr istəyir ki, bəs profilimiz oğurlanıb və yazılanlardan xəbərimiz yoxdur. Bilmirəm gülüm yoxsa aglayım. Bu xanım isə deyir ki, bir sözdü də yazdım. İndi də üzr istəyir. Bibisi oğlu və bəzi dost-tanışları xahiş etdi ki, bağışlayın. Mən də səhifəsində bu paylaşımı etdikdən sonra bu qızı bağışlamaq qərarı verdim.

    Qeyd edək ki, aparıcı Nura Paşayeva adlı şəxsin trans olduğunu bildirmişdi.

  • Bakıda alqışa layiq addım: kimsə nisyə dəftərlərindəki borcları silir

    Bakıda xeyirxah addım sosial şəbəkələrdə böyük marağa səbəb olub.

    Kimliyi məlum olmayan xeyirxah insan paytaxtda mağazalara, dükanlara, un və un məmulatları bişirilən sexlərə girib nisyə dəftərlərindəki bütün pulları ödəyirlər. Bu hal artıq bir neçə dəfə təkrarlanıb.

    Bu nümunəvi addım sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

    Qeyd edək ki, Bakıda və rayonlarda tez-tez buna oxşar hallarla rastlaşırıq. Xüsusilə, şəhid ailələrinə və onların övladlarına bəzi mağazalarda və xidmət sahəsində ödəniş tələb edilmir.//baku.ws

  • Deputat: Azərbaycanda siyasi məhbus yoxdur

    Azərbaycanda siyasi baxışlarına, siyasi davranışlarına görə indiyə kimi heç bir şəxs məsuliyyətə cəlb edilməyib.

    Bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

    O xatırladıb ki, bu proses 1993-cü ildən belədir:

    “Düzdür, başqa hakimiyyətlərin dövründə belə şeylər olub. Amma bizim hakimiyyətimiz dövründə bu cür addımlar olmayıb. Kiminsə törətdiyi əməldə cinayət tərkibi varsa, o, partiya mənsubiyyətindən asılı olmayaraq, məsuliyyətə cəlb edilib.

    Bəzən mənim adımdan mətbuatda müəyyən məlumatlar yazılır ki, guya Azərbaycanda siyasi məhbus var. Amma bir daha bildirmək istəyirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycan qanuni, hüquqi dövlətdir. Qanunun aliliyi hər şeydən üstündür”.

    Spiker Oqtay Əsədov da S. Novruzova bu məsələni qaldırdığına görə təşəkkür edib. O xatırladıb ki, parlamentin komitə sədri Əli Hüseynliyə cinayət qanunvericiliyə ilə bağlı müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi hazırlamağı tapşırıb.

  • Bakıda kişini öldürmək üçün havalandırma qurğusuna atdılar – VİDEO

    Bakıda orta yaşlı kişi “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən restoranın havalandırma qurğusunun içərisində qalıb.

    Bu barədə oxu.az-a hadisə şahidləri məlumat veriblər.

    Onların sözlərinə görə, “Alov” restoranının havalandırma qurğusunun içərisinə düşən şəxs Asif Mehrəliyevdir. A. Mehrəliyev vurğulayıb ki, kimsə onu qurğunun içinə atıb.

    Zərərçəkən bildirib ki, onu öldürmək məqsədi ilə gecədən ora atıblar.

    Hadisə şahidləri iddia edirlər ki, o şəxs gecə saatlarında restorana havalandırma qurğusu ilə daxil olaraq oğurluq etmək istəyib. Onun niyyəti baş tutmayıb.

    Məlumatda qeyd olunur ki, onu çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Paytaxtın iki rayonu susuz qalacaq

    Bu gün saat 23:00-dan fevralın 23-ü saat 12:00-a kimi Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq.

    Bu barədə oxu.az-a “Azərsu” ASC-nin Mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, fasilə Yasamal rayonu ərazisində magistral kəmərdən yeni çəkilmiş xətlərə birləşmələrin verilməsi ilə əlaqədardır.

  • Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

    Son zamanlar Bakı məktəblərində əxlaqla bağlı məsələlər tez-tez gündəmə gəlir.

    Belə ki, fevralın əvvəli 132-134 saylı Təhsil Kompleksində şagirdlərin cinsi əlaqəyə girməsi, həmin prosesin lentə alınması və məktəbdə yayılması cəmiyyətə böyük müzakirələrə səbəb olub və tənqid olunub.

    Bu gün isə Nərimanov rayonu 82 saylı orta məktəbdə yeniyetmə qızın açıq-saçıq görüntüləri yayılıb. Hətta bu məsələdə müəlliminin əli olduğu qeyd edilib. Hadisə ilə əlaqədar polisə müraciət olunub.

    Hər iki insident zamanı görüntülər mobil telefonla lentə alınaraq yayılıb.

    Bunları nəzərə alaraq məktəblərdə mobil telefonların qadağan olunması aktuallaşır.

    Bəs görəsən, məktəblərdə belə neqativ halların qarşısını almaq üçün telefonlara qadağa qoymaq lazımdırmı?

    Məsələ ilə bağlı təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov Oxu.Az-a bildirib ki, məktəblərdə əxlaq problemi hər zaman aktual olub, lakin əvvəllər bu hadisələr belə ictimailəşməyib:

    “Bir tərəfdən, yüksək texnologiyaların inkişafı, qloballaşma telefondan imtina edilməsini mümkünsüz edir.

    Valideynlər narahat olurlar. Fikirləşirlər ki, uşaqda telefon olmalıdır. Əlaqə saxlamaq, “online” əməliyyatları həyata keçirmək, məktəbə qəbul və uşaqların qiymətlərinin valideynə elektron şəkildə göndərilməsi bu zərurəti ortaya çıxarır.

    Digər tərəfdən, orta məktəbə, yaxud ali təhsil ocağına gedəndə müşahidə edirsən ki, məktəblilər, ya tələbələrin hərəsinin əlində telefon var. Biri oyun oynayır, o biri şəkil çəkir, digəri başqa bir işlə məşğul olur.

    Şübhəsiz ki, bu, təhsilin səviyyəsinə, keyfiyyətinə mənfi təsir göstərir.

    Qaldı ki mobil telefonlar vasitəsilə şagirdlərin açıq-saçıq şəkillərin yayılması məsələsinə, belə hallar özünü təkcə şagirdlər arasında yox, həm də müəllimlər arasında göstərir”.

    Onun sözlərinə görə, məktəblərdə şagirdlərin mobil telefondan istifadəsi respublika üzrə qadağan olunmalıdır:

    “Bəzi məktəblərdə şagirdlərin telefondan istifadəsi qadağandır. Lakin bunu kütləvi şəkildə etmək lazımdır. Dünyada belə bir təcrübə var ki, məktəblərin girişində telefonlar yığışdırılıb, bir qutuya qoyulur, dərslər bitəndən sonra isə şagirdlərə qaytarılır. Bunun üçün xüsusi bir vəsaitin ayrılmasına ehtiyac yoxdur”.

    Ekspertin sözlərinə görə, baş verənlər məktəbin nüfuzuna, təhsilə, tərbiyəyə təsir edən amillərdir:

    “Hesab edirəm ki, məsələ ilə bağlı yüksək səviyyədə bir qərar qəbul edilməlidir. Neqativ halların qarşısını almaq üçün Milli Məclisdə bununla bağlı qanun qəbul etmək lazımdır”.

  • Transseksual jurnalistdən ŞOK etiraf: “Kişi sevgililərimə həftədə 300 manat xərcləyirəm” – VİDEO

    Azərbaycanlı jurnalist və produsser Aydın Ulusoyun verdiyi cəsarətli və ŞOK açıqlamalar sosial şəbəkələrdə səs-küy yaradıb!

    Baku.ws xəbər verir ki, Ayka ləqəbi ilə tanınan Aydın heç kəsin hünər edə bilməyəcəyi sandıq-sandıq iddialar irəli sürüb.

    Gündüzlər Aydın kimi gecələr isə Ayka kimi fəaliyyət göstərən transseksual, müxbirin: “Sevdiyin kişi və ya qadın var mı?” sualına, kişi deyərək cavab verən jurnalist, daha sonra ona xərclədiyi pullardan söhbət açıb.

    Transseksual jurnalist sözlərinə görə, “Sevgilimə həftədə 200-300 azn pul xərcləyirəm.” Müxbir xanımın : “Adam istəyir sənin sevgilin olsun. Amma təəsüf ki, qadınam kişi deyiləm” şərhi isə Aydını gəhgəhələrə bürüyüb.

    O isə, müxbir xanımla yalnız dost ola biləcəyini dilə gətirib. Hətta Aydın Samiraldonun da bostanına daş ataraq, onun da sevgilisinə küllü miqdarda pullar xərclədiyini söyləyib. Daha sonra Ayka ləqəbli transseksual jurnalist kişi sevgilisinin ona aldığı qırmızı alt paltarını çantasından çıxardaraq müxbir xanıma göstərib. Hətta eks kişi sevgilisinin ona anladığı qara rəngdə qısa gecə geyimini “kombinasiyanı” müxbirə hədiyyə edib.

    Aydın isə yarı ciddi yarı zarafat eks sevgilisini başının yediyini söyləyib.

    Ayka ləqəbi ilə gecələr fəaliyyət göstərən transseksual jurnalist və produsser Aydın Ulusoyun heyrət doğan etiraflarının yer aldığı videomüsahibəni sizə təqdim edirik: