Category: Cəmiyyət

  • Tələbələrə ŞAD XƏBƏR: İmkansız tələbələrin kirayə haqqı, kitab pulu ödənilsin

    Yeni hazırlanacaq “Təhsil kreditləri haqqında” qanun layihəsi ilk növbədə ehtiyacı olan tələbələrin minimum tələbatını – onun təhsil, kirayə, yataqxana haqqını, minimum kitab almaq üçün lazım olan xərcləri qarşılaya biləcək təhsil kreditlərinin verilməsi məsələsini əhatə edəcək.

    Median.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.

    İ.Həbibbəylinin sözlərinə görə, bu krediti alan tələbələrin ali məktəbi bitirib mütəxəssis kimi işləməyə başladıqdan sonra müəyyən olunmuş faizlərlə həmin vəsaiti geri qaytarması nəzərdə tutulur.

    Komitə sədri hesab edir ki, bu qanun layihəsi Azərbaycanda tələbələrin bəzi problemlərinin aradan qaldırılmasına töhfə verə biləcək:

    “Artıq xeyli vaxtdır ki, cəmiyyətdə təhsil kreditləri ilə bağlı məsələ gündəmdədir. Bununla bağlı parlamentdə müəyyən təkliflər irəli sürülüb. Komitə də belə bir layihənin hazırlanması üçün dünya təcrübəsini öyrənməyi, ölkə reallığını nəzərə alaraq, perspektivdə “Təhsil kreditləri haqqında” qanun layihəsini hazırlamağı nəzərdə tutur”.

  • İnstaqramdan növbəti yenilik

    İnstaqram mesaj ilə göndərilən şəkil və videoların yaddaşda saxlanılması funksiyasını əlavə edib.

    “Teach.az” xəbər verir ki, yeniləmədən sonra İnstagram istifadəçiləri göndərdikləri fotoşəkil və videoların qalıcılığını təyin edərək, saxlanılmasını və ya izlədikdən sonra dərhal silinməsini seçə biləcəklər.

  • Nəm salfet istifadə edənlərə HƏKİM XƏBƏRDARLIĞI: “Tərkibindəki maddə…”

    Hazırda məişətdə, işdə, məktəbdə, yolda – demək olar ki, hər yerdə ən geniş şəkildə istifadə etdiyimiz təmizləyici vasitə nəm salfetlərdir. Gözəl qoxuya sahib olan bu salfetləri alır, ondan evin, kompüterlərin, iş masalarının tozunun alınmasında, yeməkdən sonra əllərimizin silinməsində, ən çox da uşaqların təmizliyində və sair istifadə edirik.

    Mübaliğəsiz demək olar ki, bütün qadınların çantasında nəm salfet var.

    “Mənin çantamda nəm salfet mütləq olmalıdır. O olmayanda özümü narahat hiss edirəm, çünki tez-tez əllərimi onunla təmizləyirəm”. Bunu Ailem.az-a mövzu ilə bağlı həmsöhbət olduğumuz Sevinc Hüseynova söyləyir.

    Günay Babayeva isə bildirdi ki, əvvəllər nəm salfetlərdən makiyajını təmizləmək üçün istifadə edirmiş: “Amma gördüm ki, nəm salfetlərdən istifadə etdikdən sonra üzüm quruyur, dartılır, qaşınır. İndi qətiyyən istifadə etmirəm”.

  • Bakıda müəllim qız şagirdinin açıq-saçıq görüntülərini yaydı – ŞOK İDDİA

    Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin şagirdlərindən birinin valideyni polisə şikayət edib.

    Median.Az report-a istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət edən C.Ş. (şərtidir) bu məktəbdə təhsil alan yeniyetmə qızının açıq-saçıq görüntülərinin yayıldığını bildirib. C.Ş. şikayətində bu məsələdə qızının Ə. (şərtidir) adlı qadın müəlliminin əli olduğunu qeyd edib.

    Polis faktla bağlı araşdırmalara başlayıb.

    “Report” məktəbin direktoru Leyla Fətiyevaya açıqlama almaq üçün müraciət edib. Lakin o, bu mövzuda danışmaq istəmədiyini deyib.

  • Azərbaycanın bu rayonlarında insanlar çox yaşamır – SİYAHI

    Azərbaycanda 100 və daha yuxarı yaşlı sakini olmayan rayon və şəhərlər var.

    Median.Az xəbər verir ki, Trend-in apardığı təhlillərə görə, 2017-ci il yanvarın 1-ə olan məlumata görə, Bakının Qaradağ, Gəncənin Nizami rayonunda, Ağstafa, Oğuz, Lerik, Beyləqan, Qobustan rayonları, Şirvan şəhərində yaşı 100 və daha çox olan sakin yoxdur.

    2013-cü ildə Bakının Qaradağ rayonunda yaşı 100-dən çox olan 3 qadın olsa da, 2014-cü ildən sonra bu rayonda yaşı 100-dən çox olan uzunömürlü olmayıb.

    Son 5 il əzində Gəncənin Nizami rayonunda yalnız 2015-ci ildə 3 qadın yaşı 100 və daha çox olan şəxs kimi qeydiyyata alınıb. Həmin ildən sonra bu rayonda həmin yaşda sakin yaşamayıb.

    Ağstafa rayonunda 2013-cü ildə 5 nəfər yaşı 100-dən çox olan insan olsa da, 2017-ci ildə bu rayonda uzunömürlü olmayıb.

    Oğuzda da yaşı 100 və daha yuxarı olan sakin sonuncu dəfə 2013-cü ildə qeydə alınıb.

    2013-cü ildə 5 nəfər yaşı 100 və daha çox olan sakini olan Lerikdə ötən il bu yaşda sakin olmayıb.

    Beyləqan rayonunda ötən il, Şirvan şəhərində isə son 5 il ərzində yaşı 100 və daha çox olan sakin olmayıb.

    2013-cü ildə 7 nəfər 100 və daha yuxarı yaşlı sakini olan Qobustan rayonunda belə sakinlərin sayı getdikcə azalıb, 2017-ci ildə isə ümumiyyətlə qeydə alınmayıb.

    Yeri gəlmişkən, Bakının Səbail rayonunda 2013-cü ildən sonra uzunömürlü qeydə alınmasa da, ötən il burada yaşı 100-dən çox olan 2 nəfər yaşayıb.

    Ümumilikdə Bakıda yaşı 100 və daha çox olan 50 nəfər yaşayır. Paytaxtın ən yaşlı insanları daha çox (14 nəfər) Binəqədi rayonundadır.

    Paytaxtda ən çox uzunömürlülərin (yaşı 90-dan çox) yaşadığı rayon Yasamal (311 nəfər), ən az isə Pirallahıdır (23 nəfər).

    Azərbaycanda yaşı 90-dan çox olan ən az uzunömürlü yaşayan şəhər Naftalandır. Burada ümumilikdə 13 nəfər uzunömürlü yaşayır ki, onların 9-u qadın, 4-ü kişidir.

    Uzunömürlülərinin daha az yaşadığı növbəti rayon Naxçıvan Muxtar Respublikasının Sədərək rayonudur. Burada 15 nəfər yaşı 90 və daha yuxarı yaşda olan insan yaşayır ki, onların 8-i qadın, 7-si kişidir.

    Uzunömürlülərin daha az yaşadığı digər ərazilərə gəldikdə, Oğuz rayonunun 33, Xızı rayonunun 35, Şirvan şəhərinin 35, Mingəçevir şəhərinin 35, Qubadlı rayonunun 38, Zəngilan rayonunun 39 sakini 90 və daha yuxarı yaşdadır.

  • Sürüşmə zonasının sakinləri kirayəpulunun məbləğindən NARAZIDIR

    Bayıl yamacında sürüşmə zonasından köçürülən sakinlər narazılıq və narahatlıq içərisindədir. Bu barədə Modern.az-a sakinlər məlumat verib.

    Onların sözlərinə görə, ayrılan kirayə haqqı icra başçısının açıqladığı rəqəmdən xeyli aşağıdır:

    “Eldar Əzizov demişdi ki, ən aşağı kirayə haqqı 260 manat olacaq. Amma bütün sakinlərə 200 manat olmaq bir aylıq kirayə haqqı verdilər. Əksəriyyət verilən kirayə haqqından imtina edib. Çünki elə ailələr var ki, üzvləri 8-9 nəfərdən ibarətdir. Yəni onların hamısını bir ailə kimi qeydə alıblar. Baxmayaraq ki, 2-3 ailədirlər. Hətta bəzi ailələr Bayıldakı evinə geri qayıdıb ki, orada yaşayacaq. Digər tərəfdən, “icra başçısı alimlərin rəyini gözləyirik, söküləcək evlərə qərar veriləcək” deyib. Amma dünən axşam “Azərsu”nun işçiləri su sayğaclarını açıb aparıblar. Hətta bağlı evlərin sakinlərinə müraciət etmişdilər ki, “gəlin evləri açın sayğacları götürək”.

    Narazı sakinlər evlərinə qayıtmaq istədiklərini deyir:

    “Əgər bu evlərin köçürülməsilə bağlı qərar yoxdursa, rəy gəlməyibsə, “Azərsu” sayğacları niyə açıb aparır? İcra başçısının müavini Abid müəllim açıq şəkildə deyib ki, kirayə haqqını verdikdən sonra evlər söküləcək. Amma kirayə haqqı da tam deyil. Həm məbləğ aşağıdır, həm də bildirilib ki, kirayə pulları aybaay karta köçürüləcək. Ona görə də sakinlər geri qayıtmaq istəyir”.

  • Nazir polkovniki nöqsanlarına görə işdən qovub

    Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisinin işdən çıxarılması rəsmən təsdiqlənib.

    APA-nın məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov işdə yol verdiyi nöqsanlarla əlaqədar daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə tutduğu vəzifədən azad edilərək DİN-in sərəncamına götürülüb.

    DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.

  • Azərbaycanda bu yol pullu olacaq

    Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolu ödənişli olacaq.

    Median.Az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bildirib.

    Onun sözlərinə görə, 2018-ci ildə qarşıya qoyulan əsas vəzifə Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisidir.

    “Bu yol Bakı – Rusiya sərhədinin 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən başlayır və 208-ci kilometrə qədər olan məsafəni əhatə edir. Bu yol 4 cərgəli, 1-ci dərəcəli geniş yol olacaq. Gələcəkdə bu yoldan istifadə Azərbaycanda ilk dəfə ödənişli yol kimi nəzərdə tutulur”, – deyə S.Məmmədov əlavə edib.

    Qeyd edək ki, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılıb.

  • Azərbaycanda çay məcrasından çıxmaq üzrədir – YOL VƏ EVLƏR DAĞILA BİLƏR (VİDEO)

    Ağsu şəhəri ərazisindən keçən Ağsu çayının daşması sahilyanı ərazilərdə bir sıra fəsadlara səbəb olub.

    APA TV-nin yerli bürosunun xəbərinə görə, hər il yağan güclü yağışlar nəticəsində Ağsu çayında suyun səviyyəsi xeyli qalxır, sel suları çayın yatağını yuyaraq genişləndirir.

    Son günlər yağan güclü yağışlar və dağlara yağan qardan sonra əmələ gələn sel suları Ağsu çayının yatağının genişlənərək 150 metrə çatmasına səbəb olub. Qəflətən çay məcrasını dəyişib, sel suları çayın son sahilindəki beton mühafizə bəndini dağıdıb və təxminən 50-70 metr eni olan torpaq sahəsini yuyub aparıb. Çayın kənarındakı avtomobil yolu və evlər sel sularının təsiri nəticəsində dağılmaq təhlükəsi ilə üzləşib. Hər gün su çayın sahilindəki torpaq qatını yuyaraq avtomobil yolunun daralmasına səbəb olur. Çay sahilində torpaq sürüşməsi baş verdiyi üçün evlərdə və hasarlarda xırda çatlar əmələ gəlib.

    Seldən ziyan çəkən Ağsu şəhərinin Mikayıl Müşfiq küçəsinin sakinləri Mübariz Mürsəlov və Tolik Bayramov APA TV-yə bildirib ki, çayda suyun artması və məcranın dəyişməsi nəticəsində sahildəki torpaq qatı yuyulub. Sel suları böyük torpaq uçqunları törədib və çay yatağının genişlənərək həyətyanı sahələrə daxil olması təhlükəsi yaranıb. Onların sözlərinə görə, əvvəllər çayın eni 60-80 metr idisə, indi bu ərazi sel sularının dağıdıcı təsiri nəticəsində genişlənərək 150 metrə çatıb. Sakinlər deyir ki, əgər Ağsu çayının sol kənarında təcili beton bəndvurma işləri aparılmasa, yaz aylarında güclü sel suları nəticəsində çayın yatağı daha da genişlənəcək, yaxınlıqdakı 10-dan çox ev və yol dağılmaq təhlükəsi ilə üzləşəcək.

    Vətəndaşlar çayın kənarındakı yolda ağır tonnajlı yük avtomobillərinin intensiv hərəkət etməsindən də narahatdır. Çünki bu, yolun alt torpaq qatının çaya tərəf sürüşməsinin sürətlənməsinə səbəb olur.

    Ağsu rayon Suvarma Sistemləri İdarəsinin şöbə müdiri Eyvaz Babayev APA TV-nin yerli bürosuna bildirib ki, vətəndaşların müraciəti əsasında Ağsu rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri Ağsu çayındakı vəziyyətlə tanış olub. Problemin həlli üçün yaxın günlərdə tədbirlər görüləcək: “Çayın məcrasının dəyişməsi nəticəsində fərdi yaşayış evləri və yol üçün yaranan təhlükənin qarşısının alınması üçün çayın orada 250 metr uzunluğunda sel sularından mühafizə bəndi inşa ediləcək. Beton bəndin tikintisinə bu günlərdə başlanılacaq. Həmçinin çayın yatağında ağır texnikalar vasitəsilə məcradəyişmə tədbirləri görüləcək, suyun axını çayın kənarından ortasına yönəldiləcək”.

  • Bu dərmanları içib maşın sürsəniz cərimə oluna bilərsiz – SİYAHI

    Bir çox sürücülər elə hesab edir ki, sürücülük hüququ yalnız narkotik və psixotrop maddələrin və ya spirtli içkilərin istifadəsi zamanı yaranır. Bəs qanun dərmanlar haqqında nə deyir? Dərmana görə sürücülük hüququ məhdudlaşdırıla bilərmi? Əgər bilərsə, hansı dərmana görə ola bilər?

    İnzibati xətalar məcəlləsi deyir – Maddə 333. 

    Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi İnzibati məsuliyyət nəfəsdə 0,16 spirt olduqda yaranır.

    Əgər sürücü spirt tərkibli pereparat qəbul edibsə, o, idarəetmədən uzaqlaşdırıla bilər. Konkret desək 4 əlamətdən vətəndaşın sərxoş olması müəyyən edilə bilər. 

    – Nəfəsdən alkoqol iyi gəlməsi
    – Şax durmama və yeriyərkən ləngər vurmaq
    – Danışığın pozulması
    – Dərinin rənginin qəfil dəyişməsi (qızartı)

    Əgər sürücü spirt tərkibli dərman içibsə və bu zaman nitqi pozulub, düzgün yeriyə bilmir və dərisi qızarıbsa, deməli sürücü sərxoş olmaq səviyyəsində dərman qəbul edib. Bu zaman polis əməkdaşı əvvəl alkotesterlə sərxoşluğu müəyyən edir, alkotesterin nəticələri qənaətbəxş deyilsə, sürücü tibbi yoxlanışdan keçirilməlidir.

    Qanuna əsasən sürücünün dili dolaşırsa, ayaq üstə güclə dayanarsa demək o, qəzaya düşə bilər. Dərmanın tərkibi diqqətlə yoxlanılmalı və tərkibindəki spirtə diqqət edilməlidir. Əgər alkotester bu spirtə reaksiya verirsə, cəza qaçılmazdır. Dərmanın tərkibində bir və ya bir neçə psixotrop maddələr varsa bu zaman da cərimə və ya sürücülük hüququnun məhdudlaşdırılması baş verə bilər.

    “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları” qaydaları var.

    Sual verə bilərsi iz ki, miqrendən dərman içməyim?

    Cavab sadədir: 
    Əgər tərkibində bu qaydalarla nəzarət edilən narkotik maddə varsa, onu içmək olmaz. Eyni şey psixotrop maddələrlə bağlıdır. Onların da Azərbaycan ərazisində dövriyəsi qadağandır. Ona görə dərman içməzdən öncə onun tərkibini oxumaq mütləqdir.

    Təbii ki, Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarına uyğun hədlərdən artıq deyilsə, siz dərman içə bilərsiniz.

    Bu üç şeyə diqqət edin:

    -Tərkibində olan spirt icazə verilən həddən artıq olmasın
    -Tərkibində olan psixotrop və ya narkotik maddələr qadağan edilən və ya nəzarətdə olan olmasın. 
    -Qəzaya səbəb olacaq, rekaisyanı zəiflədəck dərman olmasın. 

    Həmçinin, qanuna əsasən sizin diqqətini yayındıracaq, reaksiyanızı azaldacaq dərman sizin sərxoş kimi rəsmiləşdirilməsinə gətirib çıxarda bilər. Və ona görə sizə bir neçə dərman təqdim edirik ki, tərkibindən xəbərdar olub, onu içərək sükan arxasına keçməyəsiniz.


    Mənbə: avtostop.tv