Category: Cəmiyyət

  • Gənc şair şəhidin xanımını TƏHQİR ETDİ – FOTO

    Gənc şair, tarix müəllimi Emin Pirinin statusu sosial şəbəkədə birmənalı qarşılanmayıb.

    Milli.Az xəbər verir ki, o, 30 iyun tarixinin Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunmasına qarşı çıxıb.

    Emin Pirinin statusunu təqdim edirik:


    Qeyd edək ki, 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədar bu tarix ölkəmizdə “Sevgililər günü” kimi qeyd edilir.

  • Qaloşla efirə qaçıb gələn qadının taleyi eşidənləri DƏHŞƏTƏ GƏTİRDİ – VİDEO

    Bu gün “Səni axtarıram”da ilginc olay baş verib.

    Milli.Az xəbər verir ki, başqa qadınla görüşüb, sonra uşaqlarının yanında əri tərəfindən alçaldılan qadın qaloşla Bakının Sulutəpə qəsəbəsindən Xoşqədəmin verilişinə gələrək yaşadıqlarını danışıb.

    Qeyd edək ki, gənc qadının 5, 9 və 11 yaşlarında oğlan övladları var.

    Qadının başına gətirilən hadisə barədə açıqlamaları tam olaraq aşağıdakı videoda izləyə bilərsiniz:

  • Yenə Bakımızın “məşhur” rayonu, yenə sakinlər üçün “sürpriz” – FOTO

    Binəqədidə sakinlərin “rahatlığı” üçün daha bir maraqlı təmir işləri aparılıb.

    Rayonun Rəsulzadə qəsəbəsində “Azərsu” ASC-yə məxsus texnikanın apardığı qazıntı işi yöndəmsiz şəkildə aparılıb. Əvvəlcə qeyd edək ki, sözügedən ərazidə bir neçə dəfə eyni iş təkrarlanıb. Bunun sirri isə məlum deyil.

    Hazırda qəsəbənin qazılan hissəsində işlər bitsə də, asfalt örtüyündən söhbət belə gedə bilməz.

    Sözügedən ərazi qəsəbədaxili yol olsa da, nəqliyyat vasitələri intensiv hərəkət edir. Alternativ yol kimi tanınandan sonra artıq buradan demək olar ki, daimi istifadə edilir. Eyni zamanda həmin ərazidən 45 nömrəli marşrut avtobusu keçir. Sürücülər bir-birinə güzəşt etməsələr, burada qəzanın baş verməsi an məsələsidir.

    Həmçinin qeyd etmək lazımdır ki, yol ikitərəfli olduğu üçün normal sürətlə hərəkət edən nəqliyyat vasitəsinin “sürprizi” görüb manevr edərkən qarşı tərəfdən gələn avtomobillə toqquşma ehtimalı da var. Üstəlik, belə hava şəraitində çuxur avtomobillərin sıradan çıxamasına səbəb ola bilər. Belə ki, çuxur su ilə dolarsa, sürücülər buranı ayırd etməyə bilər.

    İndi iş qalıb Allahın ümidinə, çünki söhbət Binəqədi rayonundan gedir. Görək bura nə zaman normal vəziyyətə gətiriləcək. Allah sürücüləri və piyadaları qorusun.//miinval.info





  • “Bayıl yamacı” sürüşməyə davam edir – VIDEO

    Bakının Səbail rayonundakı Bayıl yamacında sürüşmə fəallaşmaqdadır. Sputnik-in bu barədəki videosuna baxın.

    Yağıntının həcminin artması Bayıl qəsəbəsi ərazisindəki “Bayıl dərəsi”ndəki yamaclarda yeni çatların yaranmasına səbəb olub. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji kəşfiyyat mütəxəssisləri gündəlik olaraq yeni çatların əmələ gəldiyi ərazilərdə tədqiqat aparırlar.

  • “Alpinistlərin tapılmaması qeyri – peşəkarlıqdır”

    “İtkin düşən alpinistlərin tapılmaması düzgün qurulmayan işin nəticəsidir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu işi bacara bilmədilər. Hadisə burada baş versəydi, o axtarışa çıxan əməkdaşlar rəsmi olaraq hesabat verməli idilər. Dronlarla ilk gündən axtarış olmalıydı”.

    Modern.az xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Hallar Nazirliyində işləyən azərbaycanlı xanım Fidan İsmixanova deyib.
    Alpinistlərin bu günə qədər tapılmamasının səbəbindən danışan İsmixanova hesab edir ki, Azərbaycanda dağlarda arama-qurtarma ilə məşğul olan əməkdaşlar tam peşəkar deyillər: “Ya o ərazinin planını bilmirlər və ya xüsusi plan xəritəsi çıxara bilməyiblər. Düzgün axtarış təyin olmayıbsa, nəticə müsbət ola bilməz. Çox güman ki, alpinistlərin üzərinə qar uçqunu düşüb. O uçqunu müəyyən edən dağçılar olmalıdır. Çox səbəb var. Mən orada olmadığım üçün tam deyə bilmirəm. Buradan mühakimə etmək ədalətsiz qərar olar. Amma mütləq bir qeyri-peşəkarlıq var. Bunun üçün də Azərbaycanın FHN işçiləri dağ təlimi almalıdırlar”.

    Qeyd edək ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib. Bu günə qədər onlarla bağlı heç bir iz tapılmayıb.

  • Mədət Quliyev ata oldu

    Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev üçüncü dəfə ata olub.

    Mədət Quliyevin xanımı Zəhra Quliyeva övlad dünyaya gətirib.

    Bu barədə fotolar sosial şəbəkələrdə paylaşılıb.

    Qeyd edək ki, M.Quliyevin Xədicə və Murad adlı iki övladı da var.

  • DYP rəisi işdən çıxarıldı – Nöqsanlara yol verdiyi üçün

    Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalov tutduğu vəzifədən azad edilib.

    Median.Az-in məlumatına görə, bu barədə Gununsesi.info-ya Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumatda qeyd olunur ki, Rəhim Zalovun DYP rəisi vəzifəsindən uzaqlaşdırılmasına səbəb işində yol verdiyi çoxsaylı nöqsanlar olub.

    Belə ki, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyindən xüsusi yoxlama qrupu Gəncə şəhər Baş Polis İdarəsində və Yol Polisi Şöbəsində yoxlamalar aparıb. Rəhim Zalovun işdən azad edilməsi həmin yoxlamaların nəticəsi ilə bağlıdır.

  • Bakının iki əsas avtomagistralında sürət həddi aşağı salındı – FOTO

    “Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı – Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb”.

    Bunu baku.ws-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev söyləyib.

    Onun sözlərinə görə, elektron lövhələrə “Sürüşkən Yol” işarəsi qoyulub:

    “Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər”, – deyə M.Ağayev əlavə edib.




  • Maral Tahirqızının ailəsində FACİƏ: bacısı həkim səhlənkarlığının qurbanı oldu – FOTO

    Müğənni Maral Tahirqızının bacısı həkim səhlənkarlığının qurbanı olub.

    Median.Az-in məlumatına görə, bu barədə Sonxeber.az saytına ifaçı özü məlumat verib. Onun sözlərinə görə, bacısı Leyla xanım həkim səriştəsizliyi nəticəsində komaya düşüb:

    “Bacım Leyla Gülməmmədova revmatizmdən əziyyət çəkirdi, oynaqlarında şiddətli ağrılar olurdu. Bakının məşhur klinikalarından birinə apardıq, müalicə almağa başladı. Amma təəssüf ki, xəstəxanada o qədər iynə-dərman elədilər ki, ayağı inkişafdan qaldı. Bacım həkim səhlənkarlığının qurbanı oldu. Qəfil halı pisləşdi və reanimasiya şöbəsinə yerləşdirdik. Bizə xəstəxanadan dedilər ki, o sağalacaq. Reanimasiyada yatanda ağzından da su gəlirdi. Həkim onun dişini çəkdiyini bizdən gizlətmişdi. Komada yatan adamın dişini çəkərlər? 13 gün reanimasiyada yatdı və dünyasını dəyişdi”.

  • Azərbaycanda iki dərmanın satışı qadağan edildi

    Həddindən çox allergik reaksiyalar və anafilaktik şok verdiyinə görə “Bioporoks” və “Sonofaks” kimi dərman vasitələrinin satışı qadağan edilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət sektorunun müdiri Elmin Quliyev bildirib ki, ötən ilin yekunlarına görə 150-yə yaxın dərman vasitəsinin əlavə təsiri haqqında bildiriş əldə edilib. Bu ilin yanvarında isə 150-dən artıq dərman vasitəsi haqqında məlumat verilib.

    Şöbə müdirinin dediyinə görə, Azərbaycana daha çox Avropa ölkələrindən dərman vasitələri idxal edilir. Sonrakı yerləri Rusiya, MDB ölkələri, Türkiyədən gətirilən dərmanlar tutur. E.Quliyevin sözlərinə görə, Banqladeş və Hindistandan da dərmanlar gətirilsə də, onların sayı o qədər də çox deyil.