Category: Cəmiyyət

  • Çingiz Abdullayev: Mənim kitablarımı yandırın, Fərhad Bədəlbəylinin barmaqlarını kəsin

    “Azadlıq” radiosu və “Müsavat” qəzetində yazılır ki, ölkəmizdə fikirləri nəşriyyatın siyasəti ilə ziddiyyət təşkil etdiyinə görə öz fikrini ifadə etmək hüququndan məhrum olan yazıçılar var.

    Onların məharətli təbliğatı nəticəsində bəzi müəlliflərin kitablarının tonqalda yandırılmalı olduğunu düşünən bir qrup insan peyda oldu. Söhbət xalq yazıçısı Anar və xalq yazıçısı Çingiz Abdullayevdən gedir”.

    Bunları azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev öz “Facebook” səhifəsində yazıb.

    Ç.Abdullayev müxalifətin qarşıdakı prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən yazıçıların kitablarını yandırmaqla bağlı çağırışlarını hiddətlə qarşılayıb.

    Ç.Abdullayevin müraciətinin mətnini oxuculara təqdim edirik:

    “Nə üçün? Seçkilərdə indiki prezidentin namizədliyini dəstəklədiklərinə görə? Bravo! Afərin sizə! Nədənsə bu vaxta qədər bir dəfə olsun, Xocalı soyqırımını böyük şövqlə təsvir edən, qonşu xalqın bizim torpaqlara olan iddiasını əsaslandırmağa çalışan Balayanın kitabını yandırmaq təklifi eşitmədim. Halbuki onun kitablarını heç yandırmağa lüzum da yoxdur. Onun kitabları qonşu xalqa olan zooloji nifrətin baris nümunəsidir”.

    Aydın olur ki, bu azərbaycanlı müəlliflərin kitablarını yandırmaq daha xoşdur. Ancaq məsələ təkcə bununla bitmir! Orada zarafatyana Fərhad Bədəlbəylinin barmaqlarını kəsmək, Əlibəy Qasımzadənin binasını dağıtmaq təklifləri də səsləndi.

    Bu siyahıya əlavələr edə bilərəm. Yəqin, Firəngiz Əlizadənin partituralarını yandırmaq, Şəfiqə Məmmədovanın filmlərini qadağan etmək, Fərhad Xəlilovun şəkillərini yandırmaq, Azərpaşanın tamaşalarını bağlamaq lazımdır.

    Bəlkə, dayanaq? Anar artıq bildirib ki, onun kitablarını yandırmağa başlasalar və o, bu şərəfli siyahıya düşsə, bununla qürur duyar. Bildirmək istəyirəm ki, onu tamamilə dəstəkləyirəm, mənim üçün də bu siyahıya düşmək böyük qürur olar. Məsələn, Tomas Mann, Heyne, Feyxtvanqer, Freydin kitablarını Hitler Almaniyasının vaxtında yandırıblar.

    Ancaq məni İsa Qəmbərin bu məsələdə susması təəcübləndirir, o İsa Qəmbər ki, Anar onu həbsxanadan çıxaran zaman ona zamin durmuşdu. O İsa Qəmbər ki, onu ən sadiq oxucularımdan hesab edirdim.

    Azərbaycanın ən iri müxalifyönlü informasiya agentliyinin rəhbəri Mehman Əliyev niyə susur? O tutulan zaman Anar, Fərhad Bədəlbəyli və bu yazının müəllifi onun müdafiəsinə qalxmadımı?

    Yəqin ki, belə də lazım imiş. Bizim ənənələr belədir. Ən üzücü tərəfi odur ki, hər ikisi bu “autodafe”nin böyük xəcalət gətirəcəyini yaxşı anlayan kifayət qədər savadlı insanlardır. Yenə də onu demək istəmirəm! Kitablarımın yandırılmalı olduğu ilə razıyam. Ancaq kitablarım axı bir çox ölkələrdə satılır.

    Onları bütün dünya ölkələrindən toplamaq və yandırmaq müşkül məsələ olacaq. Üstəlik, onların çoxu artıq internetdə elektron şəkildə dərc olunub.Yandırmağa başlayın, sizə uğurlar!

    İndi isə ən vacibinə gələk! Səksən yaşlı Anara zəng vurub, böyük şövqlə hansısa sarsaqların onun kitabını yandırmağa çalışdığını xəbər verən yaramazların böyük alçaqlığına diqqət çəkmək istərdim. İki ay bundan əvvəl ağır ürək əməliyyatı keçirmiş bir insana zəng edirlər. Bu şüurlu qətl deyilsə, başqa hansı adı vermək olar?

    Əslində, hər şey düzdür. Heç kim başqa şey gözləmirdi. Bu “çürümüş ziyalılara” belə də lazım idi. Oxlokratiyanın hərc-mərcliyi hakimiyyətin diktatından heç də yaxşı deyil”.//oxu.az

  • Nazirlər Kabineti “Sovetski” ilə bağlı qərar verdi

    Nazirlər Kabinet “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərar verib.

    Bu barədə Oxu.Az-a Nazirlər Kabinetindən məlumat verilib.

    Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.

    Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

    Qeyd edək ki, həmin küçə və prospektlər Yasamal rayonunun “Sovetski” adlanan ərazisinə daxildir və “Sovetski”dən köçürülmə ilə bağlı ikinci mərhələni əhatə edir.

  • Ekstrasensin xəritədə göstərdiyi yerdən Kamranın cəsədi tapıldı – Ana efirdə şok yaşadı – VİDEO

    2017-ci ilin dekabrın 16-sı müəmmalı şəkildə yoxa çıxan Kamran Nurullayevin cəsədi tapılıb.

    “Səni axtarıram”a övladını axtarmaq üçün müraciət edən Kamranın anası oğlunun ölüm xəbərindən şok olub.

    Qeyd edək ki, qardaşı Elxanın ailəyə məxsus evi sataraq pulu onlardan gizlətməsindən sonra Kamranla tez-tez münahisələri düşürmüş.

    Xatırladaq ki, günlər öncə “Səni axtarıram”a Ukraynadan Kamranın cəsədinin harada olduğu barədə xəritə gəlmişdi. Aparıcı bu xəritəni bir ekstasensin çəkdiyini də bu gün açıqlayıb.//milli.az

  • Yaşayış binalarının tikinti qaydası dəyişir, universal dizayn tətbiq olunacaq

    Binalar və infrastruktur obyektləri əlillərin istifadəsi üçün uyğunlaşdırılacaq

    Azərbaycanda yaşayış binaları və infrastruktur obyektləri əlillərin istifadəsi üçün uyğunlaşdırılacaq. Tikililərə xüsusi dizayn zərurəti olmadan bütün insanlar üçün istifadəyə maksimum dərəcədə yararlı dizayn veriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələlər yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində əksini tapıb.

    Qanun layihəsinin 15-ci maddəsində (Yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdınlması) deyilir ki, yaşayış binaları, pilləkənlər, pilləkən qəfəsləri, çıxış və girişlər, dəhlizlər, açıq keçidlər, rampalar, liftlər, əlilliyi olan şəxslərin yaşadıqları mənzillərin giriş qapıları əlilliyi olan şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün ağlabatan uyğunlaşdırılır. Bu obyektlərin əlilliyi olan şəxslər üçün ağlabatan uyğunlaşdırılması həmin obyektlərin sifarişçisi tərəfindən həyata keçirilir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər istisna olmaqla, əlilliyi olan şəxslərin yaşadıqları fərdi evlərin onlar üçün uyğunlaşdırılması onların vəsaiti hesabına təmin edilir.

    İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlərin uyğunlaşdırılması ilə bağlı xərclər təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilir. Həmin xərclərin minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

    Qanun layihəsinin 14-cü maddəsində (İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdınlması) deyilir ki, müvafiq icra hakimiyyəti orqanları, müəssisələr və təşkilatlar tabeliklərində olan yol-nəqliyyat, rabitə, informasiya, mədəniyyat, məişət və digər sosial infrastruktur obyektlərini əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırırlar. Bu infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

    Qanun layihəsinin 17-ci maddəsində (İnfrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərə müyəssər olmasına dövlət nəzarəti) göstərilir ki, infrastruktur obyektlərinin və yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı nəzarət edir.

    Qeyd edək ki, qanun layihəsində “universal dizayn” anlayışı təsbit olunub. Həmin anlayışda əşyaların, şəraitin və xidmətlərin adaptasiya və ya xüsusi dizayn zərurəti olmadan bütün insanlar üçün istifadəyə maksimum dərəcədə yararlı dizaynı ifadə olunur. Qanun layihəsində deyilir ki, layihələndirmə və tikinti zamanı universal dizayn əsasında bu obyektlərin əlilliyi olan şəxslərə maneəsiz müyəssər olması, onların infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilir.

    Onu da bildirək ki, qanun layihəsində mədəniyyət və idman obyektlərinin də əlilliyi olan şəxslərə müyəssərliyinin təmin edilməsi nəzərdə tutulur.

    Qanun layihəsi Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında birinci oxunuşda səsə qoyularaq qəbul olunub.

  • Bakının mərkəzində meyit tapılıb – FOTO (18+)

    Fevralın 19-da, Səbail rayonunun Nizami küçəsindəki yaşayış binalarının birinin həyətində təxminən 25-30 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib.

    Daxili İşlər Nazirliyindən oxu.az-a verilən məlumata görə, onun xarakterik əlamətləri belədir: boyu 160-170 santimetr, arıq bədən quruluşlu, qara saçlı, gözlərinin rəngi qaradır. Sağ biləyində beş ədəd nöqtə şəkli olan döymə var.

    Əynində göy rəngli gödəkçə, mavi rəngli cins şalvar, ağ zolaqları olan qara rəngli idman ayaqqabısı var.

    Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə (012) 498-02-02, həmçinin (050) 636-60-60, (055) 332-32-38, (051) 409-28-89 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

  • “Bakı Kart”ın “yararsız pul” problemi: Aparatlar işləmir

    Baxış zamanı qəpik qəbuledicidə paslı və əyilmiş, istifadə üçün yararsız 20 qəpik aşkarlanıb

    Metro və bəzi avtobusların ödənişi “Bakı Kart” vasitəsilə həyata keçirilir. Amma şəhərin bəzi ərazilərində qurulan “Bakı Kart” terminallarında tez-tez problemlər yaranır.

    Bu gün Sputnik Azərbaycan-a müraciət edən Elyar İslam adlı vətəndaş da “Bakı Kart”da olan problemlərdən şikayət edib. O bildirib ki, dünən səhər saatlarında Heydər Əliyev prospektində üzərində saat olan binanın yaxınlığındakı dayanacaqda “Bakı Kart” terminalı işləməyib: “Terminal qəpik qəbul etmirdi. Dayanacaqda yağışın altında xeyli insan qalmışdı. Ümumiyyətlə, bu terminalların tez-tez sıradan çıxdığını görürük. Gah yeni kart vermir, gah qəpik, gah da kağız pul qəbul etmir. Bir sözlə, problemlidir. Xahiş edirik, bu problemin səbəbini araşdırasınız”.

    Sputnik Azərbaycan məsələni aydınlaşdırmaq üçün “Bakı Kart”-ın mətbuat xidmətinə müraciət edib. “Bakı Kart”-ın mətbuat xidmətindən bildirilib ki, yaranmış problemdən artıq məlumatlıdırlar. Müraciət dərhal araşdırılıb və problemin səbəbi müəyyən olunub: “Müəyyən edilib ki, 18 fevral tarixində saat 10:18-də terminalda qəpik ilişməsi olub. Terminalın işləməməsi səbəbilə, saat 11:10-da baxış keçirilib. Bu zaman qəpik qəbul edən hissədə paslı və əyilmiş, istifadə üçün yararsız 20 qəpik aşkarlanıb. Ona görə də terminalın qəpik qəbulu işləməyib. Ümumiyyətlə, bu hallar yalnız yararsız qəpik və ya kağız əsginas (əyri qəpik, əzik, kəsik kağız pul) terminala yükləndikdə baş verir. İstər “Bakı Kart”, istərsə də digər terminallar olsun, yararsız pul qəbul etdikdə terminalda problem yaranır”.

  • Bakıya uçan təyyarə qəza enişi etməli oldu

    Fevralın 15-də “Aeroflot” hava yolları şirkətinə məxsus Frankfurt-Han aeroportundan Bakıya uçan yük təyyarəsinin göyərtəsində kənar səslərin eşidildiyinə görə qəza enişi etməli olub.

    Bu barədə “T-online” alman saytında məlumat yayılıb.

    Məlumata görə, təyyarə havaya qalxdıqdan təxminən bir saat sonra, Almaniyanın hava məkanından kənarda, Bakı istiqamətində uçan zaman ekipaj üzvləri partlayışabənzər kənar səslər eşidib. Hava gəmisinin komandiri Frankfurt-Han aeroportuna geri dönməyi qərara alıb.

    Təyyarənin qayıtdığı barədə informasiya daxil olduqdan sonra aeroportda dörd yanğın-mühafizə briqadası və 64 aeroport əməkdaşı tam hazır vəziyyətə gətirilib.

    Frankfurt aeroportunun nümayəndəsi Kristof Qösmanın sözlərinə görə, təyyarənin qəza enişindən sonra hava gəmisi hərtərəfli şəkildə texniki baxışdan keçirilib, ancaq hər hansı şübhəli hal ortaya çıxmayıb.

    O bildirib ki, təhlükəsizlik məqsədilə yüklər təyyarədən boşalıdılıb və yoxlama başa çatdıqdan sonra yenidən təyyarənin göyərtəsinə yüklənib. Yalnız bundan sonra təyyarə yenidən Bakı istiqamətində yola düşüb.

  • Ziya Məmmədovun villasındakı yanğının görüntüləri yayıldı – VİDEO

    İsmayıllıda 3 otaqlı ev əşyalarla birlikdə külə dönüb.

    Hadisə gecə saat 4:00 radələrində İsmayıllı rayonunun Buynuz kəndində qeydə alınıb.

    ARB Şəki xəbər verir ki, Qubaxəlilli kənd sakini, 1987-ci il təvəllüdlü Bədirov Rəsul Zöhrab oğluna məxsus ümumi sahəsi 144 kvadratmetr olan 3 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

    Hadisə zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, APA İsmayıllı rayonunda ötən gecə yanan evin sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğunu yazıb.

  • Yol polisi gənc ananı və körpəsini ölümdən xilas etdi

    Fevralın 18-də, saat 19:00 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Yol Patrul avtomobilində xidmət aparan yol polisi əməkdaşları Natiq Hüseynov və Ruslan Həsənov leysan xarakterli yağışlı havada qarşıdan gələn “Mercedes” markalı avtomobilin idarəetməni itirərək yoldan çıxaraq qamışlığa tərəf getdiyini və gözdən itdiyini görüblər.

    DİN-in mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, həmin istiqamətə yollanan yol polisi əməkdaşları həmin maşının su kanalına aşdığını aşkar ediblər.

    Dərhal bu barədə xidmət rəhbərliyinə, FHN-ə və Təcili Tibbi Yardıma xəbər verərək avtomobildə olanları xilas etmək üçün kanala giriblər.

    Suya qərq olmuş və salonu tamamilə su ilə dolmuş maşının qapısını güclə açaraq oradan qadını və azyaşlı uşağı xilas ediblər. Uşaq boğulmuş vəziyyətdə olduğundan onu bu vəziyyətdən xilas edərək çətinliklə həyata qaytarıblar. Təəssüf ki, bütün cəhdlərə baxmayaraq, sürücünün həyatını xilas etmək mümkün olmayıb.

    Qadın və uşağı yolun kənarına çıxaran yol polisi əməkdaşları əyinlərindəki paltarlarla onları bükərək yoldan keçən maşınla Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yola salıblar.

    Baş Dövlət Yol Polisi İdarəsinin 8-ci taqımının komandiri, polis mayoru Etibar İbrahimov bildirib ki, yol polisi əməkdaşları hadisənin şahidi olmasaydı, yəqin ki, onların kanala düşməsindən xəbər tutanda çox gec olardı və onları xilas etmək mümkün olmazdı.

    Avtomobil FHN-in xilasetmə qüvvələri tərəfindən avtokran vasitəsilə kanaldan çıxarılıb. Orada sıxılmış vəziyyətdə qalmış sürücü – Oruc Hümmətzadənin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Əli Mirəliyev efirdə eşitdiyi xəbərə görə uşaq kimi ağladı – VİDEO

    Əli Mirəliyev efirdə xalq artistinin ölüm xəbərini eşidib hönkür-hönkür ağladı.

    Baku.ws-in məlumatına görə, Azərbaycanın xalq artisti, qarmon ifaçısı Kamil Vəzirovun dünyasını dəyişməsi xəbəri Əli Mirəliyevi kövrəldib.

    Efirdə özünü saxlaya bilməyən Mirəliyev Kamil Vəzirovla yaxın olduqlarını və bir çox məclisdə iştirak etdiklərini söyləyib.

    ARB TV-də yayımlanan “Səhə-səhər” verilişindəki həmin anları təqdim edirik: