Category: Cəmiyyət

  • Baş epidemioloq: Xəstələr evdə oturmalıdırlar

    Əksər müəssisələrdə infeksion xəstəliyə yoluxmuş şəxslər işə gəlirlər.

    Bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu, professor İbadulla Ağayev “AZDAS 2018” tədbirində deyib.

    Onun sözlərinə görə, hər hansı infeksiyanın yayılmasının qarşısının almasında vətəndaşlar özləri də maraqlı olmalıdır:

    “Yoluxucu xəstəlik daşıyıcıları işə buraxılır. Onlar nə tibbi ağızlıq taxır, nə də başqa dezinfeksiya tədbirləri görür. İşdə asqırır, öskürür, qucaqlaşır, bunun nəticəsində digər işçilər həmin xəstəliyə yoluxur.

    İş yerlərində yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında vətəndaşlar da iştirak etməlidirlər. Xəstə insanlar sağalana qədər evdə qalmalıdır, işə gəldiyi zaman isə müvafiq tibbi ağızlıq taxmalıdır”.//oxu.az

  • Hər kəsin bilməsi vacib olduğu qayda: Ev tikmək üçün rüsum və icazəyə ehtiyac yoxdur

    Yerli icra hakimiyyətlərinin tikinti sahəsində nöqsanları və özbaşınalıqları Azərbaycan Respublikasında yaşayan hər bir insana məlumdur. Bunların qarşısı alınmaz dərəcədə mövcud qanunların pozulmasına yönəldilmiş hərəkətlərinə rəvac verən orqanlarla yanaşı elə sadə vətəndaşların özləridir.Vətəndaşların öz hüquqlarını və qanunu bilməməsi tikinti ilə bağlı icra hakimiyyətinin qeyri-qanuni cinayətkar tələblərinin normaya çevrilməsinə səbəb olub.Baxmayaraq ki, son zamanlar Şəhərsalma və Tikinti Məcəlləsinə edilmiş dəyişiliklər, dövlət başçısının müvafiq sərəncamları və tapşırıqları tikinti sahəsində qanunsuzluqların qarşısını almağa hədəflənsə də tikinti sahəsində icra hakimiyyəti orqanlarının hələdə özbaşınalığı davam etməkdədir.

    Bu sahədə çoxlu sualların olduğunu nəzərə alaraq qeyd etmək istəyirəm ki, hal hazırda qüvvədə olan qanun tələblərinə görə fərdi mənzil tikintisi üçün icazə proseduru xeyli asanlaşdırılıb. 2015-ci il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəlki kimi rayon və ya şəhər icra hakimiyyətlərindən icazə alması tələb olunmur, sadəcə yerli icra hakimiyyəti orqanını özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır. Yəni, faktiki olaraq icazə “məlumatlandırma icraatı” ilə əvəz olunub.Təbii ki, “məlumatlandırma icraatı” üçün bir sıra şərtlər müəyyən edilib. Göstərilən tələblər daxilində yəni, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatının həyata keçirilməsi üçün tələb olunan sənədlər:

    – ərizə
    – şəxsiyyət vəsiqəsinin surəti;
    torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (notariat qaydasında təsdiqlənmiş surəti);

    torpaq sahəsinin planı və ölçüsü (notariat qaydasında təsdiqlənmiş surəti);
    Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmış memarlıq-planlaşdırma bölməsi (3 nüsxədə rəngli)icra hakimiyyətinə tikinti barədə yazılı xəbərdarlıq göndərərkən, memarlıq-planlaşdırma sənədləri də məktuba əlavə olunmalıdır. Yəni, tikiləcək evin fasadı və onun mərtəbələrinin quruluşunu əks etdirən plan-çertyoj (lahiyə) çəkilməlidir.Belə lahiyələr lisenziya əsasında fəaliyyət göstərən memarlar və ya tikinti-layihə işləri ilə məşğul olan müəsisələr tərəfindən müəyyən pul müqabilində hazırlanır.Qanuna əsasən, 15 gün ərzində həmin plan-çertyoja (layihəyə) yerli icra hakimiyyətindən irad tutulmazsa, tikintiyə başlanıla bilər.Qeyd etmək lazımdır ki, çertyoj-plana yerli icra hakimiyyəti orqanları yalnız bir dəfə irad tuta bilər.Əgər planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olarsa, vətəndaş bu iradları aradan qaldırıb tikintiyə başlaya bilər.Umumiyyətlə, qanunda plan-çertyojun (lahiyənin) peşəkarlar tərəfindən hazırlanmışı haqda tələbin qoyulmasını məntiqə uyğundur.Əks halda, infrastrukturun təşkilində, planlaşdırmada, ümumi standartlaşmada anlaşılmazlıqlar yarana bilər.

    Tikinti ilə bağlı hər hansı bir mübahisəni 2016-si ildən fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Apelyasiya Şurasına müraciət etməklə həll etmək mümkündür. Tikilmiş evin sökülməsi barədə hədələrə gəlincə, yerli icra hakimiyyətinin tələbinə əsasən, çertyoj-plana qanuni düzəlişlər edilmədən tikintiyə başlanılması vətəndaş üçün inzibati məsuliyyətə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 195-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxılmaqla evlərin tikilməsinə görə fiziki şəxslər yerli icra hakimiyyəti tərəfindən ancaq və ancaq 300-600 manatadək cərimə oluna bilərlər.
    Konkret olaraq icra hahimiyyətləri tikilinin sökülməsinə sərəncam verə bilməz.

    Bu hüquq Məhkəmə Hakimiyyətnə məxsusdur.
    Müəyyən icra hakimiyyətləri məsuliyyətdən yayınmaq məqsədi ilə ərazi üzrə tikinti işlərinə nəzarət etmək üçün işə müqaviləsiz yəni ştatdankənar işçiləri xidmətə cəlb edirlər.Vətəndaşla ünsiyyətdə olan özünü müəyyən orqanın işçisi kimi təqdim edənlərin şəxsiyətini və vəzifəsini müəyyənləşdirmək vətəndaşın haqqıdır.Bu gələcəkdə müəyyən problemlərin qarşısını almaq üçün vacibdir.Belə hallarda həmin işçilər tikinti aparan şəxslərə özlərini və müvafiq sənədlərini təqdim etmədən icra hakimiyyətinin nümayəndələri kimi qələmə verərək ancaq və ancaq tikintini dayandırmağı tələb etməklə tikinti aparan şəxsi icra hakimiyyətinin müvafiq idarəsinə şəxsən gəlmələrini tələb edirlər.Əks halda, tikilini sökəcəkləri ilə hədələyirlər. Vətəndalardan icra hakimiyyətinin müvafiq inzibati binasında səsyazma və video çəkiliş qabiliyyəti olan və olmayan bütün mobil telefonlar alındıqdan sonra total yoxlama keçərək qəbula buraxılırlar və qeyri qanuni tələblər isə oradaca məcburi qanuni tələblərə çevrilir.

    Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə “Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz”. Vətəndaş qeyri qanuni tələblərə görə hüquq mühafizə orqanlarına müraciət etməkdə haqlıdır.

    Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, fiziki və ya hüquqi şəxsə məxsus ev və ya tkililərin məhkəmə qərarı olmadan icra hakimiyyəti orqanları tərəfindən sökülməsi qeyri qanunidir. Bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinə “Əmlakı qəsdən məhvetmə və ya zədələmə” kimi qiymətləndirilərək cinayət məsuliyyəti yaradır. Tikilinin Məhkəmə qərarı olmadan sökülməsinə sərəncam vermiş vəzifəli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309-cu, 310-cu maddələrinə əsasən “Vəzifə səlahiyyətlərini aşma” və “Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə” kimi cinayət əməlinə görə məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının qanunlarına görə ölkəmizdə fərdi yaşayış ev tikmək üçün nə icazə nədə hər hansı bir dövlət rüsumu və ya hər hansı bir ödəniş tələb olunmur. Sadəcə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən yerli icra hakimiyət orqanına müvafiq sənədlər əlavə edilməklə “məlumatlandırma icraatı” şəklində rəsmi qaydada ərizə ilə ev tikmək məqsədi barədə məlumat verilir. Göstərilən Məcəllədən kənar tələblər qanuna ziddir, inzibati və cinayət məsuliyyəti yaraddır./Cebhe.info

  • Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində DƏYİŞİKLİK

    Fevralın 21-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.

    “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,Bakı-yük- Keşlə mənzilinin tək yolunda yolunda aparılan təmir işləri ilə bağlı “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, 21.02.2018-ci ildən 06.03.2018-ci ilədək (daxil olmaqla) Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.

    Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından əldə edə bilərsiniz.

    2017-2018-ci illər üçün (21.02.2018-ci ildən 06.03.2018-ci ilədək)

  • Taksiyə minib evdən qaçan gəlinin 11 gündür harada nə işlə məşğul olduğu bilindi – VIDEO

    Göygöl rayonunda itkin düşən gəlinin 11 gün ərzində harada yaşadığı məlum olub.

    Median.Az-in məlumatına görə, “Report”un Qərb bürosu xəbər verir ki, 11 gün əvvəl qayınatası ilə birgə Göygöl şəhərinə gələn və qəflətən orada taksiyə minərək Gəncə şəhəri istiqamətinə gedən gəlin Gülüstan qəsəbəsində düşərək rəfiqəsi ilə görüşüb.

    Əvvəlcədən planlaşdırdıqları kimi şəhər ərazisində kirayə ev tutub və 11 gün ərzində orada yaşayıb. A.Ağakişiyeva kosmetoloq olduğundan öz sahəsinə uyğun iş də tapıb.

    Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq şöbəyə gətirilən qadın ifadəsində bildirib ki, qayınana və qayınatası ilə yola getmədiyi üçün bu addımı atıb. O, bu 11 gün ərzində ailəsindən heç kimlə əlaqə saxlamadığını deyib.

    A.Ağakişiyeva dindirilmədən sonra ailəsinə təhvil veriləcək.

  • Bu sürücülər 50 manat cərimələnəcək – YENİ QANUN

    Nasaz və ya plombu pozulmuş taksometrlə (yol haqqını hesablayan taksi sayğacı) sərnişin daşıyan taksi sürücüləri cərimələnəcək.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə millət vəkili Vüsal Hüseynov qeyd edib.

    O bildirib ki, Milli Məclisdə müzakirə ediləcək yeni qanun layihəsinə əsasən nasaz və ya plombu pozulmuş taksometrlə sərnişin daşıyan taksiləri 40 manatdan 50 manatadək məbləğdə cərimə gözləyir.

  • Azərbaycanlı ana azyaşlı uşağı ilə maşının yük yerində yaşayır – Ürəkparçalayan görüntülər… (FOTOLAR)

    Ana azyaşlı körpəsi ilə birgə acınacaqlı vəziyyət yaşayır.

    Median.Az xəbər verir ki, onlar Bilgəh qəsəbəsində, Bağlar massivi adlanan ərazidə çöllük bir sahədə, maşının yük yerində məskunlaşıblar. Anqelina Sergeyevna xəsətəlikdən əziyyət çəkən azyaşlı qızı Esfir Zubanenko ilə birgə burada qalırlar.

    Bu barədə Gənc Xeyriyyəçilər İctimai Birliyini sədri Bamizər Aytən minval.info-ya məlumat verib.

    Aytən xanım bildirib ki, Anqelinanın kimsəsi yoxdur, yalnız Gədəbəy rayonunda yaşayan xalası var, lakin onları qəbul etmir: “Hazırda Sergeyevna tək-tənhadır, nənə rəhmətə gedəndən sonra onlara baxan yoxdur. Ana oğlu ilə birgə 4 bir tərəfi dəmir olan maşının yük yerində yaşayırlar. Özüm orada olmuşam, təsəvvür edin, qaldıqları yer o qədər soyuqdur ki, yaşamaq qeyri-mümkündür. O qədər acınacaqlı vəziyyətdə yaşayırlar…”

    Birliyin sədrinin sözlərinə görə, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən onlara iki otaqlı ev verilib: “Lakin həmin mənzildə işlər tamamlanmayıb. Kanalizasiya sistemi yoxdur, hamam-tualetinin yalnız daşı hörülüb, evin işığında problem var. Yəni “Azərişıq” ASC-yə ödəniş edilməlidir, daha sonra elektrik enerjisi verilməlidir”.

    A.Baməzər söyləyib ki, təşkilat onlardan xəbər tutmamışdan əvvəl daha da çətin vəziyyətdə olublar: “8-9 ay ətin dadını bilməyiblər. Mağazadan köhnə, quru çörək alıb suda islatdıqdan sonra uşağa verirdi. 70 manat sosial müavinət alırdı, onu da güclə nəyəsə çatdırırdı. Bilmirdi işığın pulun versin, ya yemək alsın, yaxud da uşağı müalicə etsin”.

    Aytən xanım deyib ki, 5 yaşlı Esfir qan dövranının prozulmasından əziyyət çəkir: “İndi biz onun müalicəsi üçün çalışırıq. İndiki şəraitdə yaşamağa davam etsələr, Esfirin vəziyyəti pisləşəcək. Onların həm maddi cəhətdən köməyə ehtiyacları var, həm də bu ailəyə verilən evin işlərinin tamamlanması üçün tikinti materialları lazımdır”.








  • Bayılın ardınca bu ərazilərdə sürüşmə aktivləşdi

    “Bayıl yamacında – Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində yeni dəyişikliklər müşahidə edilməsə də, orada sürüşmə prosesi dayanmayıb”.

    Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

    R.Həsənovun sözlərinə görə, hazırda ərazidə sürüşmə prosesi aktiv fazadadır.

    O qeyd edib ki, Bayılın Elşən İsmayılov küçəsindəki 102 və 102A ünvanındakı iki fərdi evinin damının çökməsinin sürüşmə prosesi ilə heç bir əlaqəsi yoxdur.

    Nazirlik rəsmisi həmin evlərin yerləşdiyi ərazinin Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsindən aralıda yerləşdiyini də söyləyib.

    R.Həsənov əlavə edib ki, son bir necə gün ərzində yağan yağışlarla əlaqədar Abşeron rayonunun “Nübar” qəsəbəsində (“At yalı” adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki “Zəli gölü” adlanan ərazidə sürüşmə prosesi aktivləşib.
    v

  • Metrodakı bu qurğudan istifadə etməyin – 70 manat CƏRİMƏSİ VAR!

    Metroda, metro keçidlərində gündəlik olaraq gördüyünüz cərəyan yuvalarından istifadə, əslində sərnişinlər üçün qadağandır.

    “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bununla bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsində bunun cəriməsi də var:

    “Ümumiyyətlə, Metropolitendən istifadə qaydaları var. Bu qaydalarda Metropolitenin elektrik şəbəkəsinə icazəsiz qoşulmaq qadağandır. Çünki onlar sərnişinlər üçün quraşdırılmayıb. Cərəyan yuvalarından yalnız Metropolitenin əməkdaşları istifadə edə bilərlər. Amma kiminsə ondan istifadə etməyi vacibdirsə, bu zaman onlar stansiya növbətçisi, rəis müavini, yaxud da rəisə yaxınlaşaraq lazımı köməkliyi ala bilərlər. İnzibati Xətalar Məcəlləsinə görə, müvafiq icazəsi olmadan Metropolitenin elektrik şəbəkəsinə qoşulan sərnişinləri 70 manat cərimə gözləyir”.

  • Azərbaycanda marketlərdə dərman satıla bilərmi?

    Bu gün dünyanın bir sıra ölkələrində reseptsiz dərmanların marketlərdə də satılmasına icazə verilir. Azərbaycanda isə hələ ki, bu cür icazə yoxdur.

    Median.Az-in məlumatına görə, məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev Trend-ə deyib ki, Azərbaycanda hələ ki, bununla bağlı məsələ gündəmdə deyil.

    Deputat vurğulayıb ki, dünyada belə bir təcrübə olsa da, Azərbaycanda tətbiq olunmur. Onun sözlərinə görə, ölkəmizdə dərman vasitələrinin deyil, bioloji aktiv maddələrin aptekdən kənarda, marketlərdə satılmasına icazə verilib:

    “Biz bu məsələyə bir neçə ay əvvəl baxdıq və qanunvericiliyə dəyişiklik edildi. Hazırda bioloji aktiv maddələrin marketlərdə satılmasına qanunla icazə var, burada uyğun sanitar-gigiyenik normalar, temperatur, işıq rejimi gözlənilməklə satışına icazə verilir. Əgər bu şəraiti təmin edən marketlər istəsələr, bioloji aktiv maddələri də sata bilərlər. Lakin dərman vasitələrinin satılmasına icazə verilmir. Dərmanların satışına icazə verilməsi hələ ki, gündəmdə deyil. Bilirsiniz ki, Azərbaycanda icbari tibbi sığortaya keçid planlaşdırılır və reseptlə satılan dərmanlar icbari sığorta paketinə daxil olacaq. Bəlkə də ondan sonra bu məsələyə baxmaq olar”.

    M.Quliyev bildirib ki, böyük ölkələrdə bu təcrübə tətbiq olunur: “Dərmanların marketlərdə satılmasına icazə verilməsi üçün uyğun şərait yaradılmalıdır. Təsəvvür edin ki, kənd rayonunda mağazada dərman satılır. Bilməyəcəklər ki, o dərmanı hansı şəraitdə, hansı tepmeraturda saxlamaq lazımdır. Hələ ki, reseptsiz satılan dərmanların apteklərdən kənarda satılmasına icazə verməyə ehtiyac görmürəm, çünki Azərbaycanda aptek şəbəkəsi kifayət qədər genişdir”.

    Qeyd edək ki, Rusiyada ərzaq mağazalarında reseptsiz verilə bilən dərmanların satışına icazəni nəzərdə tutan qanun layihəsi 2017-ci ildə hazırlanıb.

    Mütəxəssislər hesab edirlər ki, qanun layihəsi qəbul olunacağı təqdirdə əsasən kiçik şəhərlərdə apteklər bağlana bilər.

    Qeyd olunur ki, bu qanundan daha çox ərzaq mağazalarının yaxınlığında yerləşən apteklər zərər görəcək.

    Qanun layihəsinin müəlliflərinin fikrincə isə, reseptsiz verilə bilən dərmanların ərzaq mağazalarında satışı dərmanların ucuzlaşmasına gətirib çıxara bilər.

  • Azərbaycanda özbəkistanlı və qırğızıstanlı qadınlar tutulub

    Son günlər Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində iki halda Orta Asiya ölkələrinin vətəndaşları olan altı qanunsuz miqrantın dövlət sərhədini pozmaqla, İran ərazisinə keçmək cəhdinin, bir halda isə külli miqdarda alkoqol məhsullarının dəniz vasitəsilə ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.

    DSX-nın Mətbuat Mərkəzindən oxu.az-a verilən məlumata görə, fevralın 17-də Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Kərimbəyli kəndinin xidməti ərazisində yerləşən sərhəd zasta­vasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan İran istiqamətində naməlum şəxslərin ayaq izləri aşkar olunub, dərhal həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində beş nəfər sərhəd pozucusu saxlanılıb.

    Sərhəd pozucularının şəxsiyyəti dəqiqləşdirilib, onlardan dörd nəfər qadının Özbəkistan vətəndaşı, bir nəfərin isə onlara bələdçilik edən Azərbaycan vətəndaşı olmaları müəyyən edilib.

    Həmin gün Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonu Deman kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən bir Özbəkistan və bir Qırğızıstan vətəndaşı olan qadınlar saxlanılıb.

    Fevralın 16-sı və 17-də DSX Sahil Mühafizəsinin xidməti ərazisində Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamə­tində qaçaqmal yolu ilə ölkə ərazisindən dəniz vasitəsilə çıxarıl­ması üçün hazırlanaraq sahildən 150 metr məsafədə su sət­hin­də və kolluqlarda 39 qutuda 470 ədəd əksəriy­yəti bir litrlik şüşə qablarda alko­qol içkiləri aşkar olunaraq götürülüb.

    Qeyd olunan faktlar üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.