Category: Cəmiyyət

  • Yağışdan sonra Teleqüllənin yanındakı sürüşmə aktivləşdi – Nazirlikdən təhlükə barədə AÇIQLAMA

    Dünən və bu gün yağan yağışın təsirindən Bayıl yamacında – Teleqülləninin yaxınlığındakı sürüşmə sahəsində torpaq qatı daha da ağırlaşıb.

    Median.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

    Onun sözlərinə görə, ərazidə sürüşmə prosesinin bitdiyini demək olmaz. Hazırda ərazidə sürüşmə prosesi aktiv fazadadır: “Dünən və bu gün atmosfer yağıntılarının miqdarı çox olduğundan burada torpaq qatı bir az da ağırlaşıb. Amma hələ ki, elə bir ciddi dəyişiklik hiss etməmişik”.

    Ə.Qaralov bildirib ki, sürüşmə sahəsində torpaq qatının daha da ağırlaşması sürüşməyə səbəb olan amillərdən biridir:

    “Torpaq qatının ağırlaşması təhlükəni bir az da artırır. Atmosfer çöküntüləri normadan artıq olanda qrunt bir az ağırlaşır, nəticədə yamac boyu, relyefə uyğun olaraq, süxurlar arasında ilişmə qüvvəsi itdiyinə görə o, hərəkət edir. Bu da sürüşməyə səbəb olan amillərdəndir. Hazırda burada kütlənin üzərində o qədər çat var ki, onlardakı artımları gözlə müşahidə etmək artıq mümkün deyil”.

  • 25 il efirdən uzaq düşən xalq artisti efirdə: “Kövrəldim” – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı xalq artisti Səfurə İbrahimova olub.

    25 il sonra efirə gələn xalq artisti göz yaşlarını saxlaya bilməyib:

    “Çoxdandır görmürdüm. Ona görə kövrəldim. Deyəsən bu verliş mənə həsr olunub”.

    Həmin görüntüləri təqdim edirik:

  • Yağış yağdı: Bakıda biabırçı mənzərələr yarandı – VİDEO

    Ötən gün axşam saatlarından başlayan aramsız yağış paytaxt yollarında problemlər yaradıb.

    Baku.ws-in məlumatına görə, yağış Bakının və Xırdalanın bir neçə rayonları, prospektlərində nəqliyyatın hərəkətini iflic edib. Paytaxtın bəzi küçə və prospektləri su altında qalıb.

    Sabunçu vağzalı, Xırdalan şəhəri, Zığ yolunda yağış sürücüləri və insanları çətin vəziyyətə salıb.

  • Bakıda yolun kənarında cadu edilmiş qıfıl və açar tapıldı – VİDEO

    Yolun kənarından sapla bağlanmış qıfıl və açar tapdılar.

    “Xəzər Xəbər”ə müraciət edən həmin şəxs bu əşyaları tapdıqdan sonra qıfıl və açarın üzərində olan sapı yandıraraq gölməçəyə atıblar. Onlar bunun cadu olduğunu idda edirlər.

    Xezerxeber.az-ın məlumatına görə, bu dəfə cadu üçün başqa bir üsul seçdilər. Çadu edilmiş qıfıl və açarı ənənəvi olaraq qəbiristanlığa yox, yolun kənarına atdılar.

    Sabirabad rayon sakinləri Elçin Əşrəfov və Əliəşrəf Şıxıyev Binəqədi rayonu ”Desqa” yolu adlanan ərazidən keçən zaman yolun kənarıda sellofanın içərisində sapla bağlanmış, üzərində isə maşın açarı olan qıfıl görüblər. Onlar iddia edirlər ki, kimsə bu üsulla cadu elətdirib.

    Bundan sonra hər iki şəxs sellofandakı qıfıl və açarı götürərək üzərində olan sapı açıblar.

    Onların sözlərinə görə, bir neçə dəfədir ki, həmin ərazidə belə bir halla qarşılaşırlar. Elə buna görə də cadu edilən bu əşyaları yaxınlıqda olan gölməçənin içərisinə atıblar.

    Hadisə şahidlərinin sözlərinə görə, sellofanın içərisində şakil olmayıb.

    İlahiyyatçılar isə caduya inanan və maraq göstərən vətəndaşlara tövsiyə edirlər ki, belə xurafatdan uzaq dursunlar. Bununla yanaşı, belə bir halla qarşılaşdıqda isə həmin cadunu məlumatı olan şəxsin yanına aparmalı və həmin cadu xüsusi dualar oxunduqdan sonra yandırılmalıdır.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • 40 ildir axtardığı oğlunu tapdı, qadın efirdə şoka düşdü – VİDEO

    Ana 40 ildən sonra tapdığı oğluna görə efirdə şoka düşüb.

    Baku.ws-in məlumatına görə, Sədəf adlı xanım XƏzər TV-nin “Səni axtarıram” verilişinə müraciət edərək adını, soyadını bilmədiyi övladığını tapmağı istəyib.

    Qadının başqa kişidən olan oğlu araşdırmalardan sonra həbsxanada tapılıb. Studiyada şok anlar yaşanıb. Efirdə məlum olub ki, qadın öz ərindən yox, sevgilisindən olan oğlunu axtarırmış.

    Sədəf adlı qadının ərinin də həbsxanada olduğu məlum olub:

  • Quba-Xınalıq yolunda uçqun: Kəndlərlə əlaqə kəsildi

    Bu gün şəhər saatlarında Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

    Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, yolun 35-ci km-dən 37-ci km-nə qədər olan dörd yerdə qar uçqunu qeydə alınıb.

    Yolda avtomobillərin hərəkəti dayanıb.

    Hazırda yolun qardan təmizlənməsi üçün əraziyə texnika cəlb olunub.

    Bu istiqamətdə olan kəndlərlə əlaqə kəsilib.

  • Heydər Əliyev: “Kəsilmiş ağacların yerində tikilmiş kafe və restoranlar dağıdılmalıdır” – FOTO + VIDEO

    Bakının müxtəlif rayonlarında, xüsusilə Xətai rayonunun ərazisində ağacların kütləvi kəsimi davam edir. Ən müxtəlif bəhanələrlə icra hakimiyyəti başçıları parkları, bağları və meşəlikləri məhv edirlər… Eyni zamanda, səslərini məmurların kabinetlərinə çatdırmaq istəyən Bakı sakinlərinin etirazları eşidilməz qalır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də yaşıllıqların məhv edilməsinin qarşısını almaq istəyir. Fəqət bu dövlət qurumunun da etirazı – səhrada çığıran şəxsin hayqırtısından başqa bir şey deyil.

    Son günlər internetdə ümummilli lider Heydər Əliyevin tarixi çıxışı fəal şəkildə yayılmaqdadır. Həmin çıxışında Heydər Əliyev Bakıda ağacların kəsilməsini “öz uşaqlarının başının kəsilməsi” adlandırmışdı.

    O məşhur çıxışda Heydər Əliyev demişdi: “Bakıda bir ağacı əkib böyütmək bir il bir övladı böyütməyə bərabərdir. Çünki Bakıda ağac əkmək çətindir. Vaxtilə Bakıda ağaclar yox idi. İyirminci illərdə Bakıya gələn Maksim Qorkinin, Vladimir Mayakovskinin sözlərini yadınıza salın: “Bakıda cəmisi iki-üç dənə ağac gördüm”.

    Amma biz Bakını yaşıllaşdırdıq. Küçələri, meydanları, o cümlədən, Bakıxanov, Badamdar qəsəbəsini Bakıdan hava limanına gedən yolu yaşıllaşdırdıq. “Xalqlar Dostluğu” parkını, oradakı ağacları nə əziyyətlə saldıq. Biz iməciliklər keçirirdik, hər həftədə o ağaclar iki dəfə suvarılırdı. Bu Bakı üçündür, xalq üçündür, təbiət üçündür, Bakının iqlimi üçündür. Bəs bu ağacları kəsib onları baqqalxanaya keçirənlər bu ölkəyə xəyanət etməyiblərmi? O kəsilən ağacları indi bərpa etmək çətindir. Onlar hesab edin ki, mənim balalarımın başını kəsiblər. Onlar gərək haqq-ədalət məhkəməsi qarşısında cavab versinlər. Orda gəlib baqqal dükanları salanlar, özlərinə xüsusi mülklər salanların hamısını dağıtmaq lazımdır, qovmaq lazımdır, uçurtmaq lazımdır”.//virtualaz.org



















  • Bayılda təhlükəli ərazini satışa çıxardılar – VİDEO

    Sürüşmənin aktiv fazada davam etdiyi Bayıl yamacında aidiyyati bütün qurumlar tikinti aparmağı qadağan ediblər. Ancaq məhz bu ərazidə tikinti aparmaq üçün icazə sənədi ilə birgə ərazilər elan saytlarında satışa çxarılıb.

    Xezerxeber.az-ın məlumatına görə, nazirlik tikintini qadağan eləyib, ancaq həmin ərazidə tikinti icazəsi kağızı ilə torpaq satmaq elanı veriblər.
    Söhbət Bayıl yamacında sürüşmə baş verən ərazidə satışa çıxarılan 48 sotluq ərazidən gedir. Qiyməti 4 milyon təklif edilən ərazidə bina, klinika, ofis, otel və sair obyektlərin tikintisi üçün çıxarış olduğu da qeyd olunub.

    Ekspert Nofəl Quliyev bildirir ki, bu hal insanları aldatmaq üçün atılan bir addımdır və ordan topaq almaq heç bir məntiqlə düzgün seçim deyil.

    Mütəxəssisin sözlərinə görə, təkcə həmin ərazidə deyil, Bakının sürüşmə baş verən digər ərazilərində də tikinti üçün torpaq almaq məqsədəuyğun deyil.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov da hazırda ən aktiv sürüşmə zonası olan Bayıl qəsəbəsində tikinti aparmağın birdəfəlik qadağan olunduğunu bildirib. O qeyd edib ki, Bayılı bundan artıq yükləmək olmaz.

    Səbail rayon İcra Hakimiyyətindən də ”Xəzər Xəbər”ə bildiriblər ki, vətəndaşlar bəzi işbazların Bayıl yamacından torpaq satmaq təkliflərinə aldanmasınlar. Çünki həmin ərazidə vəziyyət o qədər gərgindir ki, hətta ağac əkməyə belə icazə verilmir. Həmin ərazidə isə 2000-ci ildən bu yana hansısa tikinti işi aparılmasına icazə verilmir.

  • Bakı sakini mağazadan dovğa aldı: Görün içindən nə çıxdı- VİDEO

    Paytaxt sakinlərindən biri aldığı dovğanın içindən çıxan yad cismi qeydə alıb.

    Median.Az A24.az-a istinadən xəbər verir ki, tək nəfərlik fincanlarda qablaşdırılan dovğanın içindən o qədər də kiçik olmayan plastik nəsnə tapılıb. Həmin anları şəxsin özü videoya çəkib.

    Qeyd edək ki, həmin içki “uzun ömür” adı altında qablaşdırıllır.

    Həmin kadrları təqdim edirik:

  • 200 sakin aldıqları evə köçə bilmir – VIDEO

    “200-ə yaxın sakin bir neçə il əvvəl Bakıda tikintisi davam etdirilən binalardan ev alıb. Lakin inşaat işləri 2013-cü ildə dayandırılıb. Buna baxmayaraq sakinlərin pulları da qaytarılmır”.

    Median.Az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, 200-ə yaxın sakin “GLOBAL-SF” MMC tərəfindən paytaxtın Yasamal rayonunda inşa edilən və 25 mərtəbə tikilməsi nəzərdə tutulan binalardan ev alıb. Sakinlərin əksəriyyəti pulu tam, bir qismi isə yarısından çoxunu ödəyib.

    Sakinlərin sözlərinə görə, tikinti işləri 2013-cü ildə dayandırılıb. Buna baxmayaraq sakinlərin pulları da qaytarılmır.

    Məsələ ilə bağlı şirkətdən bildirildi ki, binada texniki çatışmazlıq olub və bu səbəbdən də Fövqəladə Hallar Nazirliyi tərəfindən inşası yarımçıq saxlanılıb. Artıq problem aradan qaldırılıb və gələn həftədən tikinti işləri davam etdiriləcək.

    Şirkətin nümayəndəsi bildirdi ki, binaların bu ilin oktyabrında təhvil verilməsi nəzərdə tutulub.