Category: Cəmiyyət

  • Borcunu ödəməyənlərə görə bütün binaların işığı niyə kəsilir? – RƏSMİ AÇIQLAMA (FOTO)

    Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən 16 mərtəbəli (Müasir Tikinti Şirkəti) binanın hər blokuna sakinlərə ünvanlanmış elan vurulub.

    Baku.ws-in məlumatına görə, elanda sakinlərin elektrik enerjisinə görə borclarını ödəməyəcəyi təqdirdə binanın işıqsız qalacağı açıqlanıb. Bu elan sakinlərin narazılığı ilə qarşılanıb. Çünki hər kəs yalnız öz mənzilinə görə cavabdeh olduğunu, kiminsə borcuna görə binanın işıqsız qalmasını doğru hesab etmədiyini deyir.

    Elanda deyilir:

    “İşıq sərfiyyatından yaranmış borcların verilməsində çətinlik çəkirik. Bir ay ərzində yığılmış 1135 AZ-lik borcu kommunal ödənişlərin zəif olması ilə əlaqədar verə bilmirik. Fevral ayının sonuna qədər işıq borcu ödənilmədiyi təqdirdə binaya gələn elektrik enerjisi Azərişıq tərəfindən dayandıracaq. Nəticədə lift, motorlarda paylanan su və blokların işıqlandırılması da dayancaq”.

    Məsələ ilə bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. Qurumun sözçüsü MTK-nın haqlı olmadığını deyib.

    “MTK-nın daxili işlərinə Azərişıq qarışmır. Və xahiş edirəm ki, MTK rəhbərliyi Azərişıq adından istifadə etməsin. Azərişıq əgər xəbər yayırsa öz adından yazır. Amma MTK xəbər yayanda Azərışığın adından istifadə edir. Azərişığın gəlib işığı kəsməsi düzgün deyil və biz işıq kəsmirik. Bizim abonentimiz MTK-dır. Onların bizə borcu olsa biz onların işığını kəsə bilərik. MTK-nın daxilindəki işlərə isə bizim əlaqəmiz yoxdur”

  • “Şəbnəmi saxlayan kişidən…” – Canlı yayımda biabırçılıq – VİDEO

    Şəbnəm Tovuzlu canlı yayımda biabır olub.

    Yenicag.az xəbər verir ki, bu gün Xəzər televiziyasının “Hər şey daxil” verilişində qonaq olan Şəbnəm Tovuzluya Səadət xanım adlı bir tamaşaçı zəng edərək, müğənnidən 4 il bundan əvvəlki borcunu tələb edib:

    “O Şəbnəm var ey Tovuzlu, ona de ki 4-5 il bundan əvvəl Bakıxanov qəsəbəsində əvvəlki ərindən olan qızını saxlayan qadın vardı. Həmin qadına Şəbnəmin 208 manat borcu vardı. Onun 40 manatını Tovuzda, “pavarotda” yanındakı ağdamlı kişidən alıb verdin, bəs o pulun qalanını nə vaxt qaytaracaqsan? Dedin ki, yerdə qalan 168 manatı da Bakıda verəcəm. 4 ildir o pulu vermir”.

    Şəbnəm Tovuzlu qadını xatırladığını deyərək bildirib:

    “Bu Şəbnəm sizə 4 min xeyir verib. Lap gəlin 1800 manat verim. Sizə ayıb olsun, ağbirçək adamsız”.

  • Nazirlikdən hava şəraiti ilə bağlı – XƏBƏRDARLIQ

    Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən azxeber.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 18-i axşamdan 19-u səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

    Fevralın 18-dən 19-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

  • Bu dövlət qurumuna 6 şöbə müdiri təyin edildi (SİYAHI)

    Qida Təhlükəsizliyi Agentliyində şöbə müdiri vəzifələrinə təyinatlar olub.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən bildirilib.

    Qeyd olunub ki, Balarəhim Quliyev Təftiş və dövlət nəzarəti şöbəsinə, Xalid Bayramlı Risklərin idarə olunması şöbəsinə, Rauf Məmmədov İnsan Resursları şöbəsinə, Natiq Kərimov Maliyyə və təsərrüfat şöbəsinə müdir təyin olunub.

    Aynur Kərimova Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsinin müdiri, Nübar Hüseynli isə Sertfikatlaşdırma və qeydiyyat şöbəsinin müdiri vəzifəsini icra edir.

    Agentliyin Hüquq şöbəsinə isə hələ təyinat olmayıb.

  • Bakıda köşklərdə 7 yaşlı uşağa siqaret satılır – VİDEO

    Space Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində tamaşaçılar yenidən maraqlı reydin şahidi olub.

    Araşdırmaçı jurnalist Amil Xəlil bu dəfə sosial şəbəbkələrdə yayılan “siqaret çəkən məktəblilər”in görüntülərindən danışan aparıcı daha sonra bir məktəblini siqaret almaq üçün köşklərə yollayıb.

    Formal olaraq alıcı az yaşlı Elnur Müslümov mağazaya yaxınalaşaraq siqaret istəyir. Acınacaqlı məqam isə bundan sonra başlayır. Kimisi aparıcını görüb yalan danışmağa başladı (Mən uşağı tanıyıram, burada qalır) kimisi də səhvini qəbul etdi.

    Qeyd edək ki, veriliş həftə içi hər gün saat 19-55 də Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır.

    Bu axşam bağçaların və məktəblərin qarşısında sünü maneə (tranplin) əlavə edilməsi müzakirə olunacaq. O cümlədən əyani olaraq təhlükəli anların görüntüləri tamaşaçılara təqdim ediləcək.

  • Ramiz Mirzəyevin oğlunun həlak olduğu qəzanın — Videosu

    Xəbər verdiyimiz kimi, Sabirabad rayonunun Həşimxanlı kəndində “Jeep” markalı minik avtomobili su kanalına aşıb.

    Hadisə nəticəsində AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin 33 yaşlı oğlu Anar Mirzəyev həlak olub.Femida.az

  • Azərbaycanda məhkumlar məzuniyyətə buraxıla bilər – FOTO

    Məhkumların da məzuniyyətə buraxılma hüququ var.

    Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 89-cu maddəsinin 89.4-cü bəndinə görə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə həbs olunan məhbuslara ildə bir dəfə 7 günlük (ölkədaxili) məzuniyyət verilə bilər.

    Bəs Azərbaycanda bu qanun nə dərəcədə tətbiq olunur?

    Məhkumlar, doğrudan da, ağır cinayət törətmədikləri halda məzuniyyətə buraxılırlarmı?

    Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqovun Toplum.Tv-yə deyib ki, ciddi cinayət törətməmiş məhbuslar məhkumluq dövründə özlərini nümunəvi apardıqları halda məzuniyyətə buraxılırlar: “Vaxtaşırı bu qanun tətbiq olunur, məhkumlar saxlandığı dövr ərzində özlərini nümunəvi aparırlarsa, eyni zamanda ictimai faydalı əməyə cəlb olunur və orada müəyyən bir göstəriciləri olursa, həmin məhkumlara qısamüddətli məzuniyyət verilir.

    Öncə məhkumun şəxsiyyəti çox ciddi araşdırılır ki, bu adama qısamüddətli məzuniyyət verilsə, özünü necə aparacaq, yenidən cinayət törətmə ehtimalı varmı, cəza çəkməkdən yayına bilərmi və s. Bütün bunlar ciddi şəkildə araşdırıldıqdan sonra bu meyarlara uyğun olan məhkum məzuniyyətə buraxılır”.

    Hüquqşünas Sübhan Həsənli isə deyir ki, praktikada buna çox nadirən rast gəlinir: “Ola bilsin ki, səfər icazəsi verilən məhkumlar üzərində nəzarət etmək çətin olduğu üçün bir sıra hallarda dövlət orqanları belə icazələrin verilməsində maraqlı olmurlar.

    Bu məsələ Cəzaların İcrası Məcəlləsinin 89-cu maddəsində öz əksini tapıb. Həmin maddəyə görə, cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda qısamüddətli səfərlərin dairəsi müəyyənləşdirilir.

    Maddənin bəndlərinə baxdıqda, məhkumun bu qanundan yaralanması üçün bir sıra şərtlərin nəzərdə tutulduğunu görürük. Məsələn, ilk dəfə ilk qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, yaxın qohumlarının ölümü, yaxud həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar və s. məsələlər. Lakin maddənin 4-cü bəndi ildə bir dəfə olmaqla məhkuma məzuniyyəti nəzərdə tutur, bu diskresion səlahiyyətdir. Yəni dövlət orqanın mülahizəsinə buraxılır”.

    Vəkillər Kollegiyasının üzvü Zibeydə Sadıqovanın dediyinə görə məhbuslara ancaq ailələrində itki olduğu halda məzuniyyət verilir: “Məhkumların belə bir hüquqları var, ancaq mən öz təcrübəmdə bununla rastlaşmamışam. Bu hüquq var, ancaq tətbiqi real deyil.

    Xüsusi hallarda bu məzuniyyət yada düşür. Yenə deyirəm, mən öz təcrübəmdə 89.4-cü bəndin icrasına rast gəlməmişəm. Heç digər vəkillərdən də bu barədə eşitməmişəm. Çox guman ki, bu, real bir hüquq deyil, özü var, ancaq işləmir”.

  • Rektordan dərsə gecikən tələbəyə qeyri-adi hədiyyə – VİDEO

    Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tələbəyə “budilnik” hədiyyə edib.

    Baku.ws-in məlumatına görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ali Məktəbin tələbələrini müxtəlif nominasiyalar üzrə qiymətləndirərkən qeyri-adi addım atıb.

    Belə ki, rektor 2 tələbəni – Famil Babayev və Abusupyan Adıyevə xüsusi mükafat verəcəyini deyərək onlara zəngli saat hədiyyə edib. Məsələ burasındadır ki, həmin tələbələr BANM-ın dərslərə ən gecikən tələbələridir.

    Rektor bu zəngli saatlarla tələbələrin bir də heç vaxt dərslərə gecikməyəcəyinə inandığını bildirib.

  • Mədət Quliyevin oğlu Aygün Kazımovayla görüşdü – FOTO

    Xalq artisti Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədəd Quliyevin oğlu Murad Qulubəyli ilə görüşüb.

    Baku.ws-in məlumatına görə, Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzinin rəhbəri Murad Qulubəylinin Xocalıya Ədalət kampaniyası çərçivəsində rəsmi sərgisində iştirak edib.

    Həmin fotoları təqdim edirik:




  • Bakıda qəribə hadisə: Paytaxt sakininə unutmayacağı dərs verildi

    Bakıda Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) əməkdaşları paytaxt sakinlərindən birini maraqlı üsulla cəzalandırıb.

    Hadisə Yasamal rayonu Əsəd Əhmədov küçəsində baş verib.

    Belə ki, sakinlərdən biri avtomobilini zibil qablarının qabağında saxladığından MKİS əməkdaşları gecə zibili apara bilməyiblər.

    Onlar da sürücüyə etirazlarını bu yolla bildiriblər – zibil torbalarını maşından asıblar.//baku.ws