Category: Cəmiyyət

  • “Yaxşı edirəm qaydaları pozuram” – Reyd zamanı gərgin anlar – VİDEO

    Gün ərzində cərimələnib avtomobili müvəqqəti duracağa yerləşdirilən sürücülərin sayı onlarladır.

    Median.Az ARB 24-ə istinadən xəbər verir ki, Tovuz rayonunda keçirlən reyd zamanı bir çox sürücülərin qanundan yayınması faktı aşkar olunub.

    Hətta elələri olur ki, yol verdikləri kobud qayda pozuntularına görə sürücülük hüququndan məhrum olunur. Amma nə faydası? Kənardan bu mənzərəni müşahidə edəndə adama elə gəlir ki, sanki sürücülər qayda pozmaq üçün bir-biri ilə yarışırlar.

    Yol polisi “saxla” əmri verəndə isə vəziyyət dəyişir. Qayda-qanuna məhəl qoymayan həmin sürücüdən əsər-əlamət belə qalmır. Qanun qarşısında cavab verməyə söz tapmayan bu sürücülər dərsini öyrənməyən məktəbli kimi görünür. Bəzi sürücülər isə cərimələri niyə pozursunuz sualına isə belə sərt reaksia verir:

    Sürücü: “Qadan alım get işinlə məşğul ol. Əsəblərim pozulub. Qaydaları yaxşı edib pozuram. Pozuram, cəriməni də ödəyəcəm. Get işində ol”.

    Ən pisi isə odur ki, bu məsuliyyətsizlik davamlı olur. Ümumiyyətlə, hər bir qayda pozuntusu real qəza deməkdir. Yoldaş sürücülər, sükan arxasına əyləşib mühərriki işə salmazdan öncə bir daha yaxşı-yaxşı fikirləşin və düzgün qərar verin ki, yollar hamı üçün təhlükəsiz olsun!

  • Bakıda velosipedçi yolda təhlükəli manevr etdi (VİDEO)

    Bakıda velosipedçi maşın yolunda təhlükəli hərəkəti ilə yadda qalıb.

    Baku.ws-in məlumatına görə, velosiped sürən şəxs mikroavtobusun qapısından tutaraq hərəkət edir. Velosipedçinin bu əməli həm özünə həm də digər maşınlara qəza şəraiti yaratmış olur.

  • Azərbaycanda 6 yaşlı uşağa 2 fərqli diaqnoz qoyuldu: ailə çaş-baş vəziyyətdə (VİDEO)

    Həkim səhlənkarlığı və qoyulan yanlış diaqnozlar haqqında daha əvvəl də sizə süjetlər təqdim etmişik. Sıradakı xəbərimiz də bu haqdadır. Sumqayıtda 6 yaşlı uşağa özəl klinikada bir diaqnoz qoyulub, Bakıdakı dövlət xəstəxanasında isə başqa diaqnoz. İndi ailə çaş-baş vəziyyətdə qalıb. Valideynlər uşağı hansı diaqnoz əsasında müalicə etdirəcəklərini bilmirlər.

    6 yaşlı uşağa iki xəstəxana fərqli diaqnoz qoyub. İlkin diaqnozdan ailə psixoloji sarsıntı keçirib.

    Hadisə Sumqayıtda baş verib. Səbinə Rüstəmli oğlu İsmayılın dərisində problem yarandığına görə özəl klinikalardan birinə müraciət edib. Valideynə bildirilib ki, təcili olaraq qaraciyəri yoxlanılmalıdır. Biokimyəvi analizlərdən sonra qaraciyər fermentinin miqdarı 356 kimi göstərilib. Halbuki bu göstərici uşaqlarda 35 olmalıdır. Yalnız hepatit və sirroz kimi dəhşətli viruslar zamanı bu göstərici qalxa bilər. Analizin nəticəsi isə o anlama gəlir ki, İsmayıl qaraciyər şoku keçirir.

    Təxminən 3 həftə sonra uşaq heç bir müalicə kursu keçmədən bu dəfə Bakıda dövlət xəstəxanalarının birində yenidən analiz verib. Nəticələr valideynlərin təəccübünə səbəb olub.

    Valideynlər daha sonra ilkin analizin verildiyi Sumqayıtdakı klinikaya müraciət ediblər. Bu dəfə onlara başqa xəstəliyin simptomlarından danışıblar.

    Uşağa 3 fərqli diaqnoz qoyulduğundan indi ailə hansı xəstəlik üzrə müalicə aparmalı olduqlarını bilmirlər. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən “XəzərXəbər”ə bildirilib ki, analizlər mütləq yenidən yoxlanılmalıdır. Əgər həkim səhvi sübut edilərsə, o zaman sözügedən klinika və həkim haqqında tədbirlər görüləcək.

  • İcbari tibbi sığortanın coğrafiyası genişlənir

    Prezident İlham Əliyev İcbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin genişləndirilməsi və “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

    Fərmana əsasən, İcbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq Ağdaş rayonunun inzibati ərazisində həyata keçiriləcək, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində davam etdiriləcək.

    Fərmanda bildirilir:

    1. “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üzrə tədbirlər planı” təsdiq ediləcək.

    2. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar pilot layihənin həyata keçirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.5.5.10-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 1 560 000.0 manat, 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 16 760 000.0 manat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayrılıb.

  • Bakıda polis bölmələrinin rəisləri dəyişdirilib

    Bakıda iki polis bölməsinin rəisi dəyişdirilib.

    APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi Lətif Cahangirov tutduğu vəzifədən azad edilərək Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin rəisi, 37-ci Polis Bölməsinin rəisi Bayram İslamov tutduğu vəzifədən azad edilərək Nəsimi rayon Polis İdarəsinin 21-ci Polisi Bölməsinin rəisi təyin olunublar.

    11-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

  • Miqrasiya Xidmətinin DTX ilə birgə ƏMƏLİYYATI: 26 əcnəbi sax­­­la­nıl­dı

    12 və 14 fevral 2018-ci il tarixlərdə Dövlət Miqrasiya Xidmətinin Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirdiyi təd­bir­lər za­ma­nı 24 nə­fər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan və­­tən­da­şı olmaqla, ümumilikdə 26 nəfər əcnəbi sax­­­la­nıl­ıb.

    Median.Az xəbər verir ki, Miqrasiya Xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı 17 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türk­mənistan vətəndaşının ölkə əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duğu, 7 nəfər Hindistan vətəndaşının ölkəyə gəlişinin bəyan edil­miş məqsədinə əməl etmədiyi məlum olub.

    Eyni zamanda Hindistanın Qucarat əyalətində fəaliyyət göstərən Mehbub adlı şəxsin Azərbaycandakı əla­qələndiricisi Nirav Dineshkumar Patel vasitəsilə Hindistan vətəndaşlarının öl­kəyə göndərilməsini və burada yerləşdirilməsini təşkil etdiyi müəyyən edil­ib.

    Qeyd olunan şəxslər Hindistan vətən­daş­la­rı­nı aldadaraq yüksək aylıq əmək haqqı olan iş yeri vəd etməklə, Azər­­bay­can Respublikasında leqallaşacaqlarına inandırıb və dələduzluq yolu ilə müəy­yən məb­ləğdə pul vəsaitlərini mənimsəyiblər. N.D.Patel al­da­dı­laraq ölkə əra­­zi­si­nə gətirilən Hindistan vətəndaşlarını Bakı şəhərinin Yasamal və Nəsimi ra­yon­la­rı əra­zi­sin­dəki müxtəlif ünvanlarda yer­ləş­dir­ib, özü isə məqsədli şəkildə Gürcüstan istiqamətində Azər­bay­can Res­­publikasını tərk edib.

    Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində qeyd olunan şəxslər tərəfindən Hindistan vətəndaşlarının Azərbaycan Respublikasına gətirilərək qanunsuz miqrantlara çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

    Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir.

  • Siçovullarla birgə yaşayan zəngilanlı köçkün ailəsi Mehriban Əliyevadan kömək istəyir – VİDEO

    15 Fevral 2018 Author Manşet Bakı şəhəri , Biləcəri qəsəbəsindəki “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə aid idarələrdən birinin yataqxanasının ətrafında məskunlaşan Zəngilandan olan məcburi köçkün ailəsi acınacaqlı həyat şəraitində yaşamaları ilə bağlı Azinforum.az-a müraciət edib.

    Ailənin xanımı Bağırova Aidə Yəhya qızı saytımıza verdiyi eksklüziv açıqlamada düşdükləri acınacaqlı durumla bağlı ölkə rəhbərliyindən kömək istəyib. Məcburi köçkün olan xanım xüsusilə də, bir ana kimi ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevadan onların problemini nəzarətə götürməyi xahiş edib. Şikayətçilər bildirir ki, real yaşayış şəraitindən Zəngilan Rayon İcra Hakimiyyətinin və Qacqınlar Komitəsinin müvafiq qrumlarının da məlumatı var.

    Dəfələrlə müraciət etməklərinə baxmayaraq, onların probleminə əncam çəkilməyib. Ailənin isə çox istəyi yoxdur, normal şəraitli dörd divar arasında yaşamaqdan başqa. Azinforum.az zəngilanlı ailənin yaşayış şəraitini əks etdirən videoreportajı təqdim edir. Mövzu ilə bağlı Zəngilan rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək cəhdlərimiz alınmadı. Onların da fikirlərini dinləmyə hazırıq. Mövzunu diqqətdə saxlayacayıq…

  • Mollanın əlifbanı bilməməsi başına dərd oldu – VİDEO

    Sosial şəbəkələlərdə yayılan mollanın videosu müzakirə mövzusuna çevrilib.

    Minval.info xəbər verir ki, Azərbaycanda mollalıqla məşğul olan şəxs fərqliliyi ilə yadda qalıb. Onun dua kitabının arasına qoyduğu kağız parçası gülüşə səbəb olub.

    Belə ki, molla “Yasin” oxuyan zaman videoya çəkilib. Sosial şəbəkədə yayılan görüntülər müzakirələ yol açıb. Videoda həmin şəxsin dua oxuyarkən onun əlində tutduğu kitabın arasında masaj xidmətinin nömrələri qeyd olunduğu əks olunub.

    Bunu bəziləri ələ salsa da, daha çox mollanın tərəfini tutanlar olub. Onu haqlı bilənlər səhifəni itirməmək üçün həmin şəxsin kağızı kitabın arasına qoyduğunu deyiblər. Həmçinin mollanın yeni əlifbadan xəbərsiz olduqlarını söyləyiblər.

  • Bakının bu küçəsində sürücülər kütləvi şəkildə cərimə olunur (VİDEO)

    Bakının Üzeyir Hacıbəyov küçəsi, Port Baku-nun yaxınlığında sürücülər kütləvi şəkildə qaydanı pozduqlarına görə cərimələnirlər.

    Median.Az baku.ws-ə istinadən xəbər verir ki, həmin küçədə sürücülər Yol hərəkəti haqda qanunun 327.1 maddəsinin tələblərini pozmuş sayılırlar. (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi).

    Qaydanı pozan sürücü 40 manat məbləğində cərimələnir. Videoda isə qısa müddət ərzində 10-a yaxın maşın qaydanı pozur.

  • “Bakının bu qəsəbələri şəhər olsun” – TƏKLİF

    Bakıda bəzi qəsəbələrin mikrorayona, Abşeronda isə şəhərə çevrilməsi təklif edilir.

    Median.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri, İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov Trend-ə bildirib ki, Əhmədli, Keşlə, Bibiheybət, Bakıxanov, Qaraçuxur qəsəbələrinin mikrorayona çevrilməsi daha düzgündür:

    “Bakının böyüməsi ilə əlaqədar əksər qəsəbələr artıq şəhərin bir hissəsinə çevrilib. Buna görə də belə qəsəbələri şəhərin mikrorayonu kimi qəbul etmək daha düzgündür. Əhmədli, Keşlə, Bibiheybət, Bakıxanov, Qaraçuxur paytaxtın mikrorayonu hesab edilərsə, bu ərazilərdə abadlıq, yendənqurma işlərini, əhaliyə sosial-mədəni xidməti daha yaxşı təşkil etmək mümkündür”.

    Z.Eminov təklif edir ki, Abşeron iqtisadi rayonunda olan qəsəbələrin də çoxu artıq şəhər kimi formalaşıb. Buna görə də Ələt, Sahil, Hövsan qəsəbələrinə şəhər statusu verilsin:

    “Abşeronun təbii, iqlim, torpaq şəraitinə görə bu qəsəbələr ətrafında kənd təsərrüfatını inkişaf etdirmək qeyri-mümkündür. Buna görə də respublikanın bir çox qəsəbələrinə şəhər statusu verilməlidir. Ümumiyyətlə, respublikanın yaşayış məntəqələrinin statusuna yenidən baxılması vaxtı çoxdan çatıb”.
    Hazırda Azərbaycanda 230-dan çox qəsəbənin olduğunu deyən Z.Eminov qeyd edib ki, qanunvericiliyə görə qəsəbənin əhalisinin sayı 15 min nəfərə çatarsa, ona şəhər statusunun verilməsi məsələsinə baxıla bilər.