Category: Cəmiyyət

  • İcra başçısı: Düzgün tikilmiş bina torpağı daha da möhkəmləndirir

    Səbail Rayon İcra Hakimiyyətində rayonda pilot layihələri həyata keçirən sahibkarlarla görüş keçirilib.

    İcra Hakimiyyətindən oxu.az-a verilən məlumata görə, görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əvvəlcə son günlər Bayıl yamacındakı yaranan mövcud vəziyyəti təhlil edib, burada görülən və görülməsi nəzərdə tutulan tədbirlər, narahatedici amillər barədə ətraflı məlumat verib.

    Qeyd olunub ki, pilot layihələri həyata keçirən şirkətlərin böyük hissəsi Bayıl yaşayış massivində fəaliyyət göstərir.

    Şirkətlər bu ərazilərdə tikinti işlərinin aparılması üçün qanunvericiliyə uyğun olaraq öz layihələrini müvafiq qaydada ekspertizalardan keçirib, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyi alınıb.

    İcra başçısı təklif edib ki, bu sahədə tam əminlik yaranması üçün RİH tərəfindən aidiyyəti qurumlara Bayılda tikintisi aparılan və aparılacaq pilot layihələrin ərazisində təkrar ekspertizanın aparılması ilə bağlı müraciət olunsun:

    “Düzgün tikilmiş bina torpağı daha da möhkəmləndirir”.

    E.Əzizov qeyd edib ki, sahibkarlar tikinti ərazisindəki vətəndaşların köçürülmə və digər problemləri ilə bağlı sualları həssaslıqla, qanuna müvafiq həll etməli, onları narazı sala biləcək amillərə yol verməməlidirlər.

  • Abşeronda ŞOK OLAY – Aylardır axtarılan məktəbli evlərindəymiş – VİDEO

    Aylardır Saray qəsəbəsindən itkin düşdüyü deyilən məktəbli ilə bağlı ilginc olayın üstü açılıb.

    Milli.Az xəbər verir ki, “Səni axtarıram”a müraciət edən qadının tükürpədici yalanı hər kəsi təəccübləndirib.

    İtkin düşüb dediyi oğlunun sinəsində problem olduğu üçün müalicəsinə imkanı olmadığını deyən qadın övladının itkin düşdüyü barədə yalan məlumat verərək, bu yolla övladının studiyaya gətirilməsini və müalicə olunmasını planlaşdırıb.

    Median.Az verilişdən həmin olayla bağlı videonu təqdim edir:

  • Bakıda qız “Sevgillər Günü”ndə ona alınan gülü internetdə satışa çıxardı: “Solmağındansa, satıram!” (FOTO)

    Bakıda online satış səhifələrinin birində satışa çıxardılan güllər ciddi müzakirəyə səbəb olub.

    Satış səhifələrinin birində xanınımlardan birinin yerləşdirdiyi elan müzakirələrin başlamasına gətirib çıxardıb. Belə ki, ona alınan gülləri təəcili satdığını qeyd edən xanım, onları dəyərindən ucuz, 20 manata satdığını yazıb. İstifadəçilər həmin paylaşımı edən xanımın sevgililər günündən bir gün sonra gülləri satışa çıxarmasını etirazla qarşılayıblar.

    Şərhlərdə ona tutulan iradlara özünəməxsus cavab verən qız “zibil qutusuna atmaqdansa satmaq yaxşıdır” şərhini yazaraq müzakirəyə son qoymaq istəyib. Bu şərh istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Onların bəziləri xanımla həmfikir olsalar da, çoxluq etiraz edib.

    Həmin yazışmanın bir qismini təqdim edirik:

    /azxeber.com

  • Bakıda “Anamgilə gedirəm” deyən gəlin taksidə soyunub, otelə getdi – VİDEO

    Taksi sürücüsü Bakıda ərinə xəyanət edən gəlinin ilginc planından danışıb.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, sürücü şahidi olduğu bu hadisəni vəkil Şəfiqə Nağıyevaya deyib.

    Vəkilin “Səni axtarıram”dakı bu ilginc açıqlaması hər kəsi təəccübləndirib:

    “Bu gün bir taksi sürücüsü mən verilişə gələndə bir şey danışdı. “Ay bacı, dəhşətə gəlirəm. Bilmirəm bu nə işdir. Bir oğlan həyat yoldaşını maşınıma mindirdi ki, bunu apar mənim anamgilə. Yol gedə-gedə qadın arxa oturacaqda bütün paltarını soyundu, qısa paltar geyindi. Sonra dedi ki, otelə gedəcəyik”.

    Vəkilin tükürpədən açıqlamasını videodan izləyə bilərsiniz:

  • Azərbaycanda gözlənilməz istefa – Nazirlikdən RƏSMİ AÇIQLAMA

    Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib.

    Median.Az xəbər verir ki, bu barədə APA-ya Leyla Seyidbəyova özü bildirib.

    O, işdən öz ərizəsi ilə çıxdığını deyib.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, L. Seyidbəyova 7 saylı Doğum Evinin baş həkimi vəzifəsinə təyin olunub.

    O, yeni vəzifəyə Bakı Baş Səhiyyə İdarəsinin əmri əsasında təyin edilib.

  • Ramiz Mirzəyevin oğlunun həlak olduğu qəzanın görüntüləri – VİDEO

    Xəbər verdiyimiz kimi, Sabirabad rayonunun Həşimxanlı kəndində “Jeep” markalı minik avtomobili su kanalına aşıb.

    Hadisə nəticəsində AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin 33 yaşlı oğlu Anar Mirzəyev həlak olub.

    Median.Az ARB TV-yə istinadən hadisənin görüntülərini təqdim edir:

  • Martda 15 gün istirahət edəcəyik

    Mart ayında bayramlarla əlaqədar səkkiz qeyri-iş günü olacaq.

    2018-ci ildə 8 Mart – Qadınlar günü iş günü hesab edilmir, 20, 21, 22, 23, 24 mart isə Novruz bayramıdır.

    Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə – yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.

    Qərara əsasən, beşgünlük iş həftəsində 26 mart istirahət günüdür.

    Qeyd edək ki, şənbə və bazar günləri nəzərə alınmaqla, ümimlikdə 15 gün istirahət edəcəyik.

  • Bakıda nişanlısı qıza dərman içirdib, hamilə qoydu, qaynanası uşağın oğlundan olmadığını iddia etdi – VİDEO

    Bakıda Fatimə adlı gənc qızın başına gələnlər hər kəsi şoka salıb.

    Median.Az A24.Az-a istinadən xəbər verir ki, Xoşqədəm Hidayətqıznın verilişinə qonaq olan Fatimə adlı qız qaynanası ilə nişanlısının onun başına gətirdiyi olaylardan danışıb.

    Nişanlı ikən gənc oğlan qıza dərman içirərək başına oyunlar gətirib. Daha sonra isə qızın fəlakəti qaynanası olub. Qız həmin uşağı qəbul etmədiklərini və qaynanasının onun oğlundan olmadığını iddia etdiyini bildirib.

    Qeyd edək ki, artıq məhkəmənin ilkin mərhələsində işə baxılıb və Fatimənin haqlı olduğu üzə çıxıb.

    A24.Az sizə həmin kadrları təqdim edir:

  • Ramazan ayının DƏQİQ başlama vaxtı-QMİ-dən AÇIQLAMA

    Ramazan ayının başlanma tarixi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat yalan çıxıb.

    Median.Az A24.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə Ramazan ayının 2018-ci ilin may ayının 16-da başlanacağı ilə bağlı məlumat yayılıb. Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) yayılan bu informasiyanı təkzib edib.

    QMİ-nin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata bildirilib ki, 2018-ci ilin Ramazan ayının təqviminə əsasən Azərbaycanda bu il Ramazan ayı may ayının 17-də başlayır. Ramazan bayramının isə vaxtı hələ ki, məlum deyil.

  • Qida Təhlükəsizliyi Agentliyinə yeni təyinat

    Azərbaycan Respublikası prezidenti İlham Əliyev 14 fevral 2018-ci il tarixli, 3673 saylı sərəncamı ilə Rüfət Bünyat oğlu Rüstəmzadəni Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edib.

    Rüfət Rüstəmzadə 1975-ci ildə Bakı şəhərində anadan olub.

    Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. 1996-2002-ci illərdə illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa Birinci Texniki Yardım Layihəsinin işçi qrupunda müxtəlif vəzifələrdə çalışıb.

    2002-2007-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa İkinci Texniki Yardım Layihəsinin işçi qrupunun direktoru olub.

    2007-2010-cu illərdə “Caspian Biznes Consaltinq” MMC-nin idarəedici tərəfdaşı, 2010-2013-cü illərdə isə Liviya – Azərbaycan QSC-nin İdarə Heyətinin sədri kimi əmək fəaliyyətini davam etdirib.

    2014-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq layihələr şöbəsinin müdiri vəzifələrində çalışıb.

    Rüfət Rüstəmzadə daha sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyib.