Category: Cəmiyyət

  • Bakının mərkəzindəki təhlükəli vəziyyətlə bağlı VACİB QƏRAR

    Bayıl yamacında baş verən sürüşmənin dəqiq səbəblərinin öyrənilməsi üçün Dağüstü Parkda, Şəhidlər Xiyabanında, Teleqüllənin arxasında, N.Nərimanov heykəlinin olduğu ərazidə də tədqiqat aparılmalıdır.

    Median.Az xəbər veir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli deyib.

    Onun sözlərinə görə, daha dəqiq nəticələrin əldə edilməsi üçün tədqiqat daha geniş ərazidə aparılmalıdır. Buna görə də Bayıl yamacı ilə yanaşı, adları çəkilən ərazilərdə də tədqiqatların aparılması nəzərdə tutulur:

    “Tədqiqatlar N.Nərimanov heykəlinə qədər olan ərazilərdə aparılmalıdır ki, Bayıl yamacında sürüşmənin baş verməsinin səbəblərini elmi əsaslarla aydınlaşdıraq və nəticə çıxaraq. Araşdırmalarda sürüşmə müstəvisi, layların növləri, hansı bucaq altında yatdığı, sürüşməyə meyilli ərazilər, onun kütləsi, istiqaməti, ərazidəki sululuq və s. müəyyənləşdiriləcək. Biz tədiqatların sonunda sürüşmə prosesinin əsas səbəblərini, onu törədən amilləri müəyyən edəcəyik. Nəticə çıxarmaq üçün isə tədqiqatları tam olaraq aparmaq lazımdır. Buna görə də təqqiqatlar yalnız lokal sahədə deyil, bütün Bayıl yamacında, Dağüstü Parkda, Şəhidlər Xiyabanında, Teleqüllənin digər hissəsində, N.Nərimanov heykəli ətrafında aparılmalıdır”.

    Q.Yetirmişli qeyd edib ki, tədqiqatlar mart-aprel aylarında yekunlaşacaq.

    Qeyd edək ki, RSXM tərəfindən “Televiziya” qülləsi kompleksinin yaxınlığında – Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunan ərazidə kompleks tədqiqatlar aparmaq üçün seysmik, geofiziki cihaz və avadanlıqlar quraşdırılıb.

    Tədqiqatların nəticəsi təhlil edildikdən sonra sürüşmənin baş vermə səbəblərinə dair hesabat hazırlanaraq rəsmi dövlət qurumlarına təqdim ediləcək.

  • “Şanxay” sakinləri daha qatar səsi eşitməyəcək: söküntü sürətləndi

    Təhlükəli ərazidə yerləşən yüzlərlə evin taleyi qətiləşdi; sakinlər həm razıdır, həm də narazı; “Həmişə səksəkə içərisində idik ki, uşaqlar qapıdan çıxıb qatarın altında qalar…”

    Uzun müddətdir söküləcəyi söylənilən Keşlə qəsəbəsindəki “Şanxay” adlanan ərazidə, nəhayət, söküntü işləri başlayıb. Öncə onu qeyd edək ki, “Şanxay”da yəni Nizami rayonu, Pəhləvan Fərzəliyev küçəsində 4 mindən çox sənədsiz ev var. Rəsmi məlumata görə, 800-dən çox tikili isə məhz təhlükəli ərazidə yerləşir.

    Nazirlər Kabinetinin 22 yanvar, 2005-ci il qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı, 20 metr məsafə olmalıdır. “Şanxay”dakı evlərlə dəmir yolu relslərinin ara məsafəsi ən çoxu 3 metrdir. İlkin mərhələdə dəmir yolu xəttinin yaxınlığındakı evlərin köçürülməsi planlaşdırılıb.

    Artıq bu evlərin bir hissəsi sökülüb. Digərlərinin isə qapıları nömrələnib, evlərin sahəsi ölçülüb, söküntü işlərinə hazırlıq gedir.

    “Yeni Müsavat”ın əməkdaşı olaraq əraziyə yollanıb, görülən işlərlə tanış olduq. Müşahidə etdik ki, “Şanxay” ərazisinin bir hissəsində söküntü işləri aparılsa da, digər tərəfdə həyat əvvəlki tək öz axarı ilə davam edir. Söküntü aparılması planlaşdırılan ərazidə uşaqlar dəmir yolu xətlərinin üzərində “futbol meydançası” yaradıb oynayırdılar. Söylədilər ki, buradan tez-tez qatar keçir. Hər dəfə qatar keçəndə də topları yığışdırırlar. Sonra yenidən futbola davam edirlər…

    Hazırda söküntüsü gedən evlərdə qeydiyyat ötən ilin iyun ayında aparılıb. Söküntü işlərinə isə sakinlərin sözlərinə görə, 2 aya yaxındır başlanılıb. Müşahidə etdik ki, ərazidə sakinlərin səhhəti üçün təhlükə yaradan təkcə qatarlar deyil. Əksər evlərin altında qrunt suları yığılıb. Bundan əlavə, dəmir yolu xəttinə yaxın ərazidə yerləşən evlərin heç birinin sənədi olmayıb. Lakin buna baxmayaraq, söküntü aparılan zaman sakinlərə kompensasiya ödənilib. Belə ki, sakinlərə evlərinin sahəsinə uyğun olaraq müxtəlif məbləğ verilib. Hər kvadratmetr üçün isə standart olaraq 1000 manatın ödənilməsi nəzərdə tutulub. Lakin söhbət etdiyimiz sakinlərdən bəziləri bildirdilər ki, onlara kvadrata 700-800 manat veriblər.

    Bunu da öyrəndik ki, kimin evinin bələdiyyə sənədi olubsa, onlara hər kvadrata görə 1000 manat ödənilib. Evinin heç bir sənədi olmayana isə məbləğ aşağı verilib. Buna baxmayaraq, söhbət etdiyimiz sakinlər narazılıq etmədilər. Bildirdilər ki, ərazidə onsuz da yaşamaq çox çətin idi.

    Əhməd Cəfərov söylədi ki, camaatın çoxu buradakı pulunu alıb Qobu tərəfə gedib: “Burada dəmir yoluna yaxın ərazidə yerləşən evlərin sahələri çox kiçik idi. Ona görə də əhali elə də böyük məbləğdə kompensasiya ala bilmədi ki, onunla başqa yerdən ev alsınlar. Şəxsən mən Qobudan torpaq almışam, orada ev tikdirirəm. Eləcə də bir çox evi sökülən şəxs bu cür edib. Burada vəziyyət çox pis idi. Nəmişlik əlindən tərpənmək olmurdu. Oktyabr ayından sonra həyətləri su basırdı. İndi də ərazi suyun içərisindədir. Həmişə səksəkə içərisində idik ki, uşaqlar qapıdan çıxar, qatarın altında qalar. Burada bədbəxt hadisələr tez-tez baş verirdi. Ona görə də bir tərəfdən elə köçürülməyimiz yaxşıdır”.

    Evi hələ nömrələnən və söküntü aparanların “B” hissəsi adlandırdıqları ərazidə yaşayan Cavid Kərimov isə bildirdi ki, onlara da artıq söküntü ilə bağlı xəbərdarlıq edilib: “Bildirdilər ki, bizim evləri yaya kimi sökəcəklər. Hələ ki konkret olaraq kompensasiya məbləği deyilməyib. Mənim torpağımın sənədi bələdiyyədəndir. Burada bütün normal evlərdə bələdiyyə sənədi də olsa, var. Son zamanlar dəmir yolu xəttinin yaxınlığında gecəqondular tikilmişdi ki, onların heç birinin sənədi yox idi. Ancaq sağ olsunlar ki, həmin tikililərin də sahiblərində müəyyən qədər pul verdilər. Biz də evimizin söküləcəyi günü gözləyirik. Kimin evinin sahəsi böyükdürsə, o, söküntü işləri ilə razıdır. Ancaq kimin evi kiçikdirsə, buna qarşı çıxır, narazılığını bildirir. Burada evlər 1990-cı illərin əvvəllərindən çoxalmağa başladı. Son zamanlarda tikintilər aparılmır. Çünki artıq evlər dəmir yolu xəttinə dirənib. Hər anımız təhlükədir. Yuxarıda yüksək gərginlikli elektrik xətti, aşağıda da qatar…”

    Sakinlər onu da qeyd etdilər ki, evlər söküldükdən sonra dəmir yolu xətlərinin sayının artırılacağı söylənilir.

    Məsələ ilə bağlı daha dəqiq məlumat əldə etmək üçün Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən “Yeni Müsavat”a bildirildi ki, evlər söküldükdən sonra dəmiryolu xətlərində yenilənmə işlərindən başqa heç bir dəyişiklik nəzərdə tutulmur: “Köhnəlmiş və sıradan çıxmış yolun üst quruluşu elementlərinin yeniləri ilə əvəzlənməsi nəzərdə tutulub. Yolların sayının artırılması nəzərdə tutulmur”.

    Söküntü işlərinin nə zamana qədər davam etməsinə gəlincə isə aşağıdakıları bildirdi: “Söküntü işləri dəmir yolunun mühafizə zolağı qeyri-qanuni tikililərdən tam təmizlənənə və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsinə imkan verən vəziyyətə gətirilənə qədər davam etdiriləcəkdir”.

  • ““McDonalds”ın tərkibində zərərli maddələr aşkarlanıb” – Həkim xəbərdarlığı

    Azərbaycan Tibb Universitetinin həkim-qastroenteroloqu Vüqar Rəsulov “fastfood” hazırlayan “McDonalds” və “KFC”məhsullarının orqanizm üçün zərərli olduğunu bildirib.

    Median.Az xəbər verir ki, həkim modern.az-a müsahibəsində deyib ki, “fastfood” yeməkləri konkret olaraq zəhərdir, hətta genetik silahdır:

    “Hətta elə ailələr var ki, uşaqlarının şıltaqlığının ardınca gedərək, “McDonalds”da oturub çipsi yeməyi özlərinə istirahət sayırlar. Aydındır ki, o dəyərdə, özü də Amerikadan bura gətirilmiş qida heç yemək deyil. Hətta sintetik məlzəmələr belə, hansısa bir paltar ondan qat-qat baha başa gəlir. Bütün məhsullar Gigiyena və Epidemologiya Mərkəzindən sertifikat almalıdır. “McDonalds”dakı qidaların heç biri qida məhsulu kimi rəy ala bilməyib. Hətta onların bir çoxunun tərkibində zərərli maddələr aşkarlanıb.

    “McDonalds” bir nümunədir, əslində bütün “KFC”lərdə vəziyyət bu cürdür. Biri bir az ucuzdur, digəri bir az bahadır, amma nəticə etibarilə hamısı orqanizm üçün zərərlidir. “KFC”lərdə insanları nə ilə isə cəlb etməyə çalışırlar. Yalnız toyuq qanadı, toyuq budu, toyuq döşü və s. təklif edilir. Amma onların hamısı broyler toyuqlarının dərmanlar toplanmış qanadları, budları və s.dir. Adi, evimizə aldığımız “doktorskaya kolbalas”ları götürək. Kiloqramı neçəyə düşür? 4-5 manata. Maraqlıdır, hansı ətdən istifadə edirlər ki, bu kolbasalar 4-5 manata satılır? Südlü kolbasalar, sosiskalar da onun kimi. Mən hələ demirəm ki, istifadə etdiyimiz yağlar sağlam yağlar deyil. Çoxusu deyir ki, yeməkləri qarğıdalı, günəbaxan yağında bişirir. Əslində mağazalarda satılan günəbaxan yağının ən keyfiyyətlisinin 1 litri 6 manatadır. Maksimum İtaliya istehsalı olan günəbaxan yağlarıdır ki, 9 manata satılır. Neçə kiloqram günəbaxan tumu sıxmaq lazımdır ki, 1 litr yağ alınsın? Əminliklə deyirəm ki, bitki yağlarının çoxunun tərkibi sintetik yağlardır. Əvvəl “Teksun”, “Sana”nın adı çəkilirdi. Bunlar da həmin şeylərdir. Əslində dədə-baba qaydasında hazırlanan kərə yağı hamısından ləzzətli və keyfiyyətlidir”.

  • Bakı qəbristanlığında yenə cadu tapıldı: Şəkildəkini tanıyan varsa… – FOTOLAR

    Məzarlıqda növbəti dəfə cadu tapılıb.

    Bakı sakini Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda qəribə halla qarşılaşıb.

    Belə ki, yaxının məzarını ziyarət etmək istəyən şəxs xoşagəlməz mənzərənin şahidi olub. O, qəbrin üzərini təmizləyərkən orada tanımadığı şəxsin şəklini və yanında yazı yazılmış kağız tapıb.

    Yazıların ərəb dilinə bənzədiyi bildirilir. Bu səbəbdən yaxınının məzarını ziyarət edən Bakı sakini bunun cadu olduğunu düşünür.

    Xatırladaq ki, bununla artıq bir neçənci dəfədir ki, qəbiristanlıqda cadu tapılır.//minval.info

  • `Topaz`hər kəsi şoka saldı: `Ararat` Azərbaycanda – FOTOFAKT

    “Topaz” mərc şirkəti sabaha olan mərc proqramını müştərilərə təqdim edib.

    Median.Az Yenicag.az-a istinadən xəbər verir ki, proqramda ermənilərin də oyunu yer alıb.

    Söhbət ermənilərin təsis və himayədarlıq etdiyi Rusiya II Liqasının Mərkəz zonasında çıxış edən “Ararat”la “Tümen” arasında keçiriləcək yoldaşlıq matçından gedir.

    Sabah saat 20:00-da başlayacaq görüşdə “Ararat”ın qələbəsi 3,65 əmsalla dəyərləndirilib. Heç-heçəyə 3,10, tümenlilərin qələbəsinə isə 1,65 əmsal verilib.

    Qeyd edək ki, “Topaz” Gənclər və Turizim nazir Azad Rəhimov tərəfindən dəstəklənən mərc şirkətidir. Belə durumda şirkət rəhbərliyinin hansı məntiqlə oyun proqramına düşmənlərin komandasını daxil etməsi, bundan qazanc güdməsi böyük sual doğurur.

    Maraq üçün onu da bildirək ki, “Ararat” Ermənistanın siyasi maraqlarına xidmət edən klubdur. Təsadüfi deyil ki, daha əvvəl bu komandanın “Ryazan”la görüşündə Dağlıq Qarabağdakı separatçı rejimin “bayrağ”ı nümayiş etdirilib.

    Buna görə hətta AFFA RFS-ə müraciət ünvanlayaraq faktla əlaqədar tədbir görülməsini istəmişdi.

  • Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

    Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı ölkədəki vəziyyət barədə açıqlama verib.

    Mərkəzin direktor müavini Afaq Əliyeva Trend-ə bildirib ki, ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma ötən ilki səviyyədədir.

    Mütəxəssisin sözlərinə görə, xəstəliyin yayılma göstəricisində artım müşahidə edilmir.

    “Səhiyyə Nazirliyinin əmrinə uyğun olaraq, xəstələrin aşkar olunması, müəssisələrdə dezinfeksiya tədbirlərinin gücləndirilməsi, müayinələrin aparılması üçün tədbirlər davam etdirilir. Bu payız-qış mövsümündə laborator müayinələr aparılıb. Hələ ki, pandemik qrip virusları aşkarlanmayıb. Nümunələrin müayinəsi zamanı xəstələrin əsasən müxtəlif kəskin respirator virus infeksiyalarına yoluxduğu məlum olub”.

  • Prezidentə ən çox şikayət edən vətəndaşlar KİMLƏRDİR? – ADLAR

    “Prezident Administrasiyasına, eləcə də respublikanın mərkəzi və yerli dövlət qurumlarına daxil olan müraciətlərin bir qismi təkrar müraciətlərdir. Belə müraciətlərin yaranma səbəbləri araşdırılarkən aydın olur ki, vətəndaşlar bəzi hallarda öz müraciətlərinə ilkin instansiyada lazımi cavab ala bilmədikdə, məmur laqeydliyi və biganəliyi ilə qarşılaşdıqda eyni məsələ ilə əlaqədar dəfələrlə müraciət etməyə məcbur olurlar”.

    Bu haqda Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən ilin yekunları ilə bağlı yazdığı məqalədə bildirib. O, qeyd edib ki, ötən il Prezident Administrasiyasına təkrar müraciətlər Bakı şəhərinin rayonlarından, həmçinin Şəki, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Balakən, Beyləqan, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Kürdəmir, Qobustan, Quba, Lerik, Oğuz, Saatlı, Şəmkir, Tovuz, Yardımlı, digər şəhər və rayonlardan daha çox daxil olub:.

    “Təkrar müraciətlərin mövzularına gəldikdə, deməliyik ki, onlar daha çox hüquq mühafizə, məhkəmə orqanlarının fəaliyyəti, şəhər, rayon icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyəti, sosial müdafiə, mənzil, torpaq, səhiyyə, maliyyə və bank, dövlət qulluğu və kadr, enerji daşıyıcıları və su təchizatı, şəhərsalma və tikinti, elm və təhsil, kənd təsərrüfatı, qaçqınların və məcburi köçkünlərin problemləri barəsindədir.

    Təəssüf ki, bəzi hallarda vətəndaşlar tələblərinin əsassız olduğu barədə izahatla razılaşmır, eyni müraciətinə müxtəlif instansiyalardan əsaslı cavablar almalarına baxmayaraq, təkrar müraciətlər göndərməkdə və qəbula gəlməkdə davam edirlər. Abşerondan Sima Hüseynova, Binəqədidən Zərbani Ağayeva, Roza Hümbətova, Nərimanovdan Ülviyyə Baxşiyeva, Kamran Rəcəbov və Yeganə Səlimova, Nəsimidən Sevda və Gülnarə Hüseynovalar, Suraxanıdan Nizami Əlibəyov, Aygün Əmiraslanova, Səmilə Məşədiyeva və Rəşid Rzayev, Yasamaldan Elman Abiyev, Elmidar İsmayılov, Sevil Səfərova, Sevda Süleymanova, Kəmalə Abdullayeva və Yelena Yusupova, Masallıdan Elçin Axundzadə, Şahid Əliyev, Əlizamin Bədirov, Ağdamdan Rafil Hətəmov və İsmayıl Məmmədov, Biləsuvardan Tacəddin Əliyev, Füzulidən Anar İsmayılov, Qubadlıdan Bakir Bayramov, Lerikdən İlham İbadlı, Sabirabaddan Vilayət Cəbrayılov, İmişlidən Qalib Nağıyev, Kürdəmirdən Kamil Kərimov, Ucardan Şahlar Ələkbərov, Zəngilandan Yaşar Ağazadə, Qazaxdan Minayə Əliyeva və başqaları müxtəlif mövzularda ən çox müraciət edən vətəndaşlardır”.

  • Bakıda daha bir marşrut kartla olacaq

    Müntəzəm marşrut xətləri üzrə gediş haqqının “BakıKart” vasitəsi ilə ödənilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Bakı Nəqliyyat Agentliyi baku.ws-ə verilən məlumata görə, bu çərçivədə görülən işlər nəticəsində daha bir müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək.

    Belə ki, 17.02.2018 tarixindən 52 nömrəli müntəzəm marşrut xəttindən (Binəqədi rayonu, M.Kazımovski küçəsi-Səbail rayonu, Ə.Cavad küçəsi) istifadə edən sərnişinlər gediş haqqını “BakıKart” vasitəsi ilə ödəyəcəklər. Nağdsız ödəniş sisteminə keçidlə əlaqədar 52 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC tərəfindən avtobuslarda xüsusi kart oxuma cihazları quraşdırılıb.

    52 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə edən sərnişinlərin “BakıKart” əldə etməsi, eyni zamanda, balanslarını rahat şəkildə artıra bilməsi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri işlərin görülməsi təmin edilib.

    Məlumat üçün bildirək ki, hazırda paytaxtda 21 marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada “BakıKart” vasitəsi ilə həyata keçirilir.

  • 11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı – Azərbaycanda ŞOK

    Azərbaycanda 11 yaşlı oğlan uşağı qarında dəhşətli ağrılar, ürəkbulanma şikayətləri ilə həkimə müraciət edib.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, müayinə nəticəsində məlum olub ki, uşağın qaraciyərində 12 sm ölçüdə qurd kistası – Exinokokk vardır. Bir müddət dərman müalicəsi aldıqdan sonra cərrahi əməliyyat aparılıb. Həkimlərin səyi nəticəsində qaraciyərin 7-8 seqmentində diafraqmaya bitişik yerləşən nəhəng kistanı çətin cərrahi texniki üsullarla xaric etmək mümkün olub.

    Uğurlu əməliyyatdan 3 gün sonra uşaq evə yola salınıb.

    Uşaq üçün olduqca böyük hesab olunan Exinokokun orqanizmə ev heyvanları ilə təmasdan yoluxduğu təxmin olunur.

  • Azərbaycanın ucqar kənd müəllimi: “Onların belə olması adamı dəhşətə gətirir…”

    “Hazırda işlədiyim kənddə məni ən çox üzən və dəhşətə gətirən şey qızların kiçik yaşlardan tez ailə qurmağa meyilli olmaları, uşaq kim yox, qadın psixologiyası ilə böyümələridir. Görünüşlərindən, geyimlərindən elə bilirsən 22, 23 yaşlı qızlardır”.

    Bu sözləri Quba rayonunun Möhücə kənd məktəbinin gənc müəllimi Gülşən Yolçubəyov qeyd edib.

    Müəllim bildirib ki, 8, 9, 10-cu siniflərdəki nişanlı qızları gördükcə ürəyi parçalanır: “Mən məktəbə bot geyindiyim halda, şagirdlərim kablokda gəlirlər. Tanıyan olmasa, elə bilərlər onlar müəllim, mən şagirdəm. Tənəffüslərdə 9-cu sinifdə oxuyan qızların bir-birinə “evdəqalmış ifritə”-deyə müraciət etməsi, oğlanların bir-biriylə “mənim bacım köçəndə mən ağlamayacağam”-deyib mərcə girməsi, ümumiyyətlə, uşaqdan böyüyə hər kəsin ağlında yalnız evliliyin olması adamı dəhşətə gətirir. 8, 9, 10-cu siniflərdəki nişanlı qızları gördükcə ürəyim parçalanır. Heç olmasa, digərlərinə təsir edib, gözlərini açmaq üçün hər dərs demək olar ki, 10- 15 dəqiqə bu mövzu üzrə söhbət aparıram. Danışdığım zaman isə nişanlı qızların qızararaq başlarını aşağı salıb üzümə baxmamaları isə bir başqa cür üzür”.

    Gülşən Yolçubəyovun sözlərinə görə, hazırda onlara bilik verməkdən çox, psixologiyalarına təsir edib fərqli yöndə düşünməyə təhrik etmək üçün bütün gücü ilə çalışır: “Çox təəssüf ki, yuxarı siniflərdə oxuyan qızlara təsir etmək elə də asan deyil. Ağıllarında yalnız bir şey var: “Filankəs nişanlandı, mən qaldım”. Məqsədləri də geyinib-keçinib, bəzənib özlərini elçilərə bəyəndirməkdir. Onları belə gördükcə o qədər pis oluram ki, bütün günü ağlımdan çıxara bilmirəm”.//minval.info