Category: Cəmiyyət

  • “Quş qripi” olan ölkələrdən Azərbaycana quş əti idxalına qadağa qoyuldu

    Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) son məlumatlarına əsasən, bir sıra ölkələrdə (İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə) quşlar arasında “quş qripi” xəstəliyi qeydə alınıb.

    Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hazırda bu xəstəlik Azərbaycanla həmsərhəd olan İranın bir çox regionlarında müşahidə edilir.

    “Qonşu ölkədən verilən məlumata görə, İranda quşlar arasında “quş qripi” virusunun yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə 25 milyona qədər quş zərərsizləşdirilib. Hər gün bu xəstəliyin yayıldığı bildirilir.

    Bununla əlaqədar “quş qripi” xəstəliyi baş vermiş ölkələrdən və regionlardan, o cümlədən İrandan ölkəmizə diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulub və bu barədə aidiyyəti qurumlara məlumat verilib.

    Respublikamızın quşların “miqrasiya xətti” üzərində yerləşməsini və qonşu ölkədə “quş qripi” xəstəliyinin yayılmasını nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatlarının rəhbərlərinə təsərrüfatlarında saxlanılan quşları “quş qripi” xəstəliyindən qorumaq, qabaqlayıcı tədbirlər görmək məqsədi ilə ev və sənaye quşlarının qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasını tövsiyə edir.

    Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir”, – DBNX-dan deyilir.

  • “Sovetski”də yeni köçürülmə dalğası başlayır

    Yaxın günlərdə Nazirlər Kabineti Bakı şəhərinin “Sovetski” məhəlləsində köçürmə prosesinin ikinci mərhələsinin başlanması barədə qərar verəcək.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Yasamal rayon İcra Hakimiyyətində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş toplantıda rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov deyib.

    O bildirib ki, prezident İlham Əliyev tərəfindən “Sovetski” adlanan ərazidəki istifadəyə yararsız evlərin satın alınması işlərinin davam etdirilməsi məqsədilə 2018-ci ildə “Təzə Pir” məscidinin yuxarı hissəsində Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı evlərin satın alınması və həmin ərazinin təmizlənməsi barədə müvafiq tapşırıqlar verilib.

    İH başçısı nəzərə çatdırıb ki, 2018-ci ildə həyata keçiriləcək növbəti mərhələdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınması, onların sökülərək ərazinin təmizlənməsi qarşıya qoyulmuş başlıca vəzifələrdən biridir: “Artıq bu məqsədlə vəsait ayrılıb, qiymətləndirici və söküntü təşkilatlarının müəyyənləşdirilməsi məqsədilə tenderlər keçirilib. Yaxın günlərdə ərazidə köçürmə tədbirlərinin başlanması ilə əlaqədar Nazirlər Kabinetinin yeni qərarı gözlənilir”.

    Yasamal rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, “Sovetski” ərazisində Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar söküntüyə məruz qalmış Hacı Cavad məscidinin Mətbuat prospektində daha münasib və mükəmməl layihə əsasında yeni binası inşa olunur. Tikinti işləri artıq başa çatdırılıb, hazırda tərtibat işləri icra olunur, məscidin yaxın zamanda dindarların istifadəsinə verilməsi nəzərdə tutulur:

    “Mədəniyyət və Turizm Nazirliyi xətti ilə rayonda daha bir məsciddə – İmam Hüseyn məscidində əsaslı təmir işləri aparılır, yaxın gələcəkdə paytaxtımızı daha bir dini tarixi memarlıq abidəsi bəzəyəcək”.

  • “Kəndlilərdən vergi alınsın” – Deputat

    Median.Az“Report”a istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkil etdiyi “Vergilər, şəffadlıq, inkişaf” adlı konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə deyib.

    Onun sözlərinə görə, son 15 ildə büdcə proqnozlarının yerinə yetirilməməsi faktı yoxdur: “Vergi yükünü yox, vergi ödəyicilərinin sayını artırmaq lazımdır. Azərbaycanda əhalinin 35-36%-i kənd təsərrüfatı sahəsində çalışır. Bu də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq”.

  • Xalq artisti vəfat etdi

    Xalq artisti Kamil Vəzirov vəfat edib.

    Məşhur qarmon ustasının ölüm xəbəri sosial şəbəkədə yayılıb.

    O, bu gün günorta saatlarında vəfat edib.

    Qeyd edək ki, Kamil Vəzirov mərhum kamança ustası, Əməkdar artist Ədalət Vəzirovun qardaşı olub.//oxu.az

  • Ramiz Rzayev Ali Məhkəmənin hakimi təyin edildi

    Milli Məclisin bu gün keçirilən iclasında Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb.

    Məsələ barədə deputatları məlumatlandıran parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ramiz Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olub:

    “2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədridir. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür. O, prokurorluq orqanlarında dövlətçilik prinsiplərinə sadiq olub. Bu prinsiplərə sadiqliyini Ali Məhkəmənin sədri vəzifəsini icra edən zaman da davam etdirib. Məhz onun təşəbbüsü ilə Ali Məhkəmə tərəfindən bir neçə mühüm qanun layihəsi hazırlanıb, parlamentə göndərilib və qəbul edilib.

    Bir müddət öncə Məhkəmə-Hüquq Şurasında onun namizədliyi məsələsi müzakirə olunub və ölkə prezidentinə göndərilib. Bu gün isə dövlət başçısının təqdimatı ilə məsələyə baxılması tövsiyə edilib”.

    R. Rzayev qısaca olaraq təqdimata görə ölkə prezidentinə minnətdarlığını bildirib.

    Bundan əlavə, Qasım Əliyevin vəzifəsi dəyişdirilərək Naxçıvan Muxatar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb.

    Qeyd edək ki, Q. Əliyev bu vəzifənin icrasına qədər Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin sədri vəzifəsində çalışıb.

    Sonda hər iki məsələ səsə qoyularaq qəbul edilib.//oxu.az

  • Bayıl sürüşmə zonasında son durum – FOTO

    Son günlər Bayıl yamacında aktivləşən sürüşmə nəticəsində beş ev dağılıb. Hadisə nəticəsində bir neçə evə ciddi ziyan dəyib, elektrik dirəkləri aşıb.

    Oxu.az xəbər verir ki, sürüşmə nəticəsində çoxsaylı çatlar əmələ gəlib.

    Bəzi çatlar 20 metrə qədər aralanıb. Hazırda sürüşmə təhlükəsi ilə əlaqədar sakinlərin ərazidən köçürülməsi davam edir.

    Mövzu ilə əlaqədar şəkilləri təqdim edirik:

















  • Cəfər Cabbarlının qızı vəfat etdi

    Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı rəhmətə gedib.

    Bu barədə oxu.az-a Cəfər Cabbarlının ev muzeyindən məlumat verilib.

    Gülarə Cabbarlı bir neçə dəfə ürək çatışmazlığı ilə bağlı xəstəxanada müalicə alıb. Sonuncu dəfə isə soyuqlayıb və buna ürəyi tab gətirməyib. O, 11 fevral tarixində 88 yaşını qeyd edib. 12 fevral tarixində isə dünyasını dəyişib.

    Xatırladaq ki, Gülarə Cabbarlı ilə vida mərasimi bu gün saat 14:30-da, Təzə Pir məscidində keçiriləcək.

    Allah rəhmət eləsin.

  • Fədayə Laçın Əfv Məsələləri Komissiyasına müraciət etdi

    Həbsdə olan müğənni Fədayə Laçın bağışlanmaq üçün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət edib.

    Median.Az-in məlumatına görə, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı deyib.

    Vəkilin sözlərinə görə, F.Laçın özü komissiyaya müraciət göndərib: “Mənim iştirakım olmayıb. Fədayə xanım özü birbaşa təcridxanadan yazılı şəkildə komissiyaya müraciət edib”.

    Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə Fədayə Məmmədova (Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan onun barəsindəki həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

  • Bayıl çökən evlərdən sonra bu vəziyyətdədir – Hadisə yerindən FOTOLAR

    Dünən günorta saatlarında Bayıl yamacında aktivləşən sürüşmə 10-a yaxın evi yararsız hala salıb.

    Median.Az xəbər verir ki, qafqazinfo bu gün hadisə yerində olublar. Hazırda teleqüllənin aşağı hissəsində, yəni sürüşmənin ilk qeydı alındığı ərazidə böyük yarğanlar əmələ gəlib. Uçqun nəticəsində dərinliyi 6-8 metrə qədər olan çökəkliklər yaranıb. Sürüşmə çatları isə aşağı irəliləyərək evlərə çatıb.

    Hazırda yamacın sürüşmə zonasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əkilən ağacların çıxarılıb köçürülməsi ilə məşğul olur. Sakinlərdən biri buna etiraz etdikdə isə qurum əməkdaşı “çıxarmayaq torpağın altında qalsın? Onsuz da, sürüşür” deyərək cavab verib. Çıxarılan ağaclar yük maşınlarına yığılaraq daşınır.

    Bundan öncəki reportajda sürüşmənin qarşısını almaq üçün qurulan istintaq divarında çatların genişləndiyini qeyd etmişdik. Lakin indi həmin divarlar tamamilə uçaraq torpağa qarışıb və quraşdırıldığı yerdən bir neçə metr aşağıya sürüşüb. Ərazidə iş aparan şəxslər də orada gəzməyin təhlükəli olduğunu bildirdilər və bizə çox da uzağa getməməyi məsləhət gördülər: “Hər an yenə də uça bilər, biz də evdəkilərə bura gəldiyimizi deməmişik ki, narahat olmasınlar”.

    Nazirliyin daha bir əməkdaşı isə yamacın yuxarı hissəsindı, yarğanın kənarında xüsusi avadanlıq quraşdıraraq sürüşmənin hərəkətliliyinə nəzarət edir. Məlumata görə, dünən gecədən sonra sürüşmədə aktivlik qeydə alınmayıb. Yamacın dənizə tərəf olan hissəsinə gedən yol tamamilə uçduğu üçün həmin ərazidə vəziyyətin nə yerdə olduğu bəlli deyil.

    Eni təxminən bir metr olan yarğanın izi ilə evlərə doğru getdik və sakinlər artıq yararsız olan evlərinin həyətinə toplaşmışdı. Fevralın 11-i günorta saatlarında başlayan uçqun 78,80, 82, 84 və 86 saylı evlərə ciddi ziyan vurub.

    Dünən dağılan evi videolentə alınan 82 saylı evin sahibi Nizami Məmmədov bizimlə söhbətində bildirdi ki, uçqundan 20 dəqiqə əvvəl evdən çıxıb: “Biz burdan köçürülən gündən bəri hər gün gəlib evə baş çəkirdim. Çünki əşyalarımız burada idi, oğurlana bilərdi. Dünən də səhər gəldim, yorğan-döşəyi yığıb bir kənara qoydum ki, apararam. Sonra peçi yandırıb çay qoydum, evdə qalacaqdım. Özüm usta işləyirəm, iş yoldaşım zəng etdi ki, “alçıpan işi” var, tez gəl. Mən də peçi söndürüb çıxdım, “Bayıl kruqu”na çatmamış zəng etdilər ki, evin uçdu qayıt. Hər şeyim evdə idi, soyuducunu da zərbə vurub küçəyə atıb. Tualetimiz tamamilə torpağın altında qalıb. İcra hakimiyyətindən gəlib baxdılar. Dedilər ki, evdə nələrin olduğunu gəlib yazdırarsan, verəcəyik. Evin uçmağı, torpağı pulu məsələlərini də Nazirlər Kabinetinin həll edəcəyini dedilər. Biz ailəlikcə məktəbdəki sığınacaqda qalırıq”.

    N.Məmmədov bildirib ki, sığınacaqda hər bir şəraitlə təmin olunublar: “Hər şey verirlər, yataqlarımız da var. Hər cür yeməklə də təmin edirlər”.

    Səbail Rayon İcra Hakimiyyəti köçürülən sakinlərin əşyalarını yığmaq üçün xüsusi yer də ayırıb. Sakinlər öz istəklərinə uyğun olaraq əşyalarını ya qohum evinə, ya da həmin anbara yerləşdirirlər.

    Füzuli Ələkbərova məxsus 78 saylı, Telman Aslanova məxsus 80 saylı, Raya xanımın 84 saylı, Şakir Süleymanova məxsus 86 saylı evlər də tamamilə və ya qismən uçub.

    T.Aslanov da bildirib ki, bütün əşyaları uçan evinin divarları altında qalıb. F.Ələkbərovun həyat yoldaşı Aidə Ələkbərovanın evinin arxa divarı tamamilə uçub, torpaq kütləvi otağa dolub: “İki ay əvvəl evimi təmir etdirmişdim, gəlinin bütün cehizi torpağın altında qaldı. Heç qapı da açılmır. Hadisə vaxtı mən evdə idim, birdən polis evə girib qışqırdı ki, “tez çıxın ev uçur”. Mən qaçdım, 10 dəqiqə sonra torpaq evə doldu. Amma bu uçqundan sonra bir nəfər gəlib bizlə maraqlanmayıb, bu evi qeydə almayıblar”.

    Ş.Süleymanovun həyat yoldaşı Nəzakət Süleymanova bildirib ki, bu gün onlara kirayə pulu veriləcəyi bildirilib: “Amma evimiz uçdu deyə hamımız bura gəldik, o məsələ də bilmədik necə oldu. Hələ ki gözləyirik”.

    Qeyd edək ki, ərazidən təxminən 100 ailə köçürülüb, onların və evlərinin gələcək taleyi ilə bağlı Nazirlər Kabineti qərar verəcək.





  • Bakıda baba və nənəsinin qəbrini ziyarətə gedən şəxs cadu tapdı – VİDEO

    Baba və nənəsinin məzarlarını ziyarət edən nəvənin rastlaşdığı mənzərə onu heyrətləndirib.

    Paytaxt sakini Fazil Əliyev qəbrin ayaq hissəsindəki torpağın yumşaq olmasından şübhələnib. Torpağı qazdıqda isə oradan müxtəlif əşyalar çıxıb.

    Maraqlıdır ki, qəbrin yanında basdırılan bu əşyaların hamısı təzə olub. Naməlum şəxs hər iki qəbrin ayaq tərəfində ayrı-ayrılıqda eyni əşyaları basdırıb.

    Fazil Əliyev bu addımın cadu məqsədilə atıldığını iddia edir.

    Fazil Əliyev deyir ki, belə bir niyyətə baba və nənəsinin qəbrinin alət edilməsi onu narahat edir.

    Bülbülə və Bakıxanov qəsəbələrinə məxsus böyük qəbiristanlıqda çəkiliş apardığımız müddətdə bir nəfər də olsun mühafizəçiyə rast gəlmədik.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: