Category: Cəmiyyət

  • “Xəzər adaları” Hacı İbrahimdən alındı – Yeni investorlara təklif olunur

    “Xəzər Adaları” layihəsi bütünlüklə iş adamı Hacı İbrahimdən alınıb, dövlət tərəfindən yeni investorlara təklif olunub.

    Median.Az xəbər verir ki, bu barədə məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Qəzet bildirir ki, yaxın zamanlarda yeni inverstorlar layihənin icrası prosesini davam etdirməyə başlayacaqlar.

    Məsələ ilə bağlı Hacı İbrahim Nehrəmli açıqlama verib. O, layihə ilə bağlı hər hansı yenilik olmadığını, yayılan məlumatın həqiqətə uyğun olmadığını deyib: “Yalan söhbətdir, belə bir məsələ yoxdur”.

    Hacı İbrahimdən Beynəlxalq Banka olan borcunu ödəyib-ödəmədiyi də soruşulub. O, suala cavab vermək istəmədiyini bildirib: “Mən bu barədə danışmaq, müsahibə vermək istəmirəm. Müsahibə vermək istədikdə özüm sizlərə xəbər edəcəm”.

    Xatırladaq ki, 2015-ci ilin martında Cahangir Hacıyev Beynəlxalq Bankın direktoru vəzifəsindən uzaqlaşdırılandan az sonra məlum oldu ki, Azərbaycanda çoxlu sayda iş adamı bankdan yüz milyonlarla manat kredit götürüb qaytarmayıblar. Fakt üzrə qaldırılmış cinayət işi çərçivəsində onlarla sahibkar DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi (MCQMBİ) tərəfindən saxlanıldı. Saxlanılan iş adamlarından biri də “Avesta” konserninin rəhbəri, Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmli idi.

  • Bayılda dəhşətli sürüşmə anı (VİDEO)

    Xəbər verdiyimiz kimi Bayıl yamacında sürüşmə yenidən aktivləşib.

    Hadisə nəticəsində 4 ev dağılıb.

    Dağıntılardan sonra görüntüləri təqdim edirik. (Yenicag.az)

  • Cəriməsini ödəməyən piyadalar üçün yeni cəza – VİDEO

    Cəriməsini ödəməkdən imtina edən piyadalara qarşı tədbirlər gücləndirilib. Bundan sonra yol hərəkəti qaydalarını pozduqları üçün cərimələnən piyadalar cərimələrini ödəməsələr, bəzi sənədləri ala bilməyəcəklər.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, piyadalara qarşı tətbiq edilən cərimələrin ödənilməsini təmin etmək üçün “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib.

    Yol hərəkəti üzrə ekspet Ərşad Hüseynovun sözlərinə görə, əksər piyadalar illər keçsə də, cərimələri ödəməkdən boyun qaçırırlar. Qanuna dəyişikliklərin edilməsində əsas məqsəd də məhz ödənilməyən cərimələrin qalmamasıdır. Bu dəyişiklik, həmçinin piyadaların üzərinə bəzi vəzifələr qoyur.

    Ekspertlər piyadaları nizam-intizamlı olmağa və tətbiq edilmiş cərimələri vaxtında ödəməyə çağırırlar.

  • Abşeronda polis bölməsində qumbara tapılıb – FOTO

    Abşeron rayonu Mehdiabad qəsəbəsində əl qumbarası aşkarlanıb.

    ANAMA-dan oxu.az-a verilən məlumata görə, bu gün Mehdiabaddakı Polis Bölməsindən agentliyə 1 ədəd əl qumbarasının aşkar olunması barədə məlumat daxil olub.

    Məlumata əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş polis bölməsindən 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


  • Sulutəpə suyun altında qaldı – VİDEO

    Bakının Sulutəpə ərazisinin yolları yağışdan sonra su ilə dolub.

    Baku.ws-in məlumatına görə, bu gün Bakıya yağan yağış bəzi yolları yenə iflic edib.

    Sulutəpədə yolda suyun səviyyəsinin artması nəticəsində sürücülər avtomobillə hərəkət etməkdə çətinlik çəkib.

    Həmin görüntüləri təqdim edirik:

  • Bakıda broyler toyuqları kənd toyuğu adı ilə satılır – (VİDEO)

    Broyler toyuqları kənd toyuğu adı ilə vətəndaşlara satılır. Həmin toyuğu alıb istifadə edən müştərilər isə sonradan məhsulun keyfiyyətində fərqliliyin şahidi olurlar.

    Median.Az xezerxeber.az-a istinadən xəbər verir ki, məlumatına görə, paytaxtın Nizami rayonu ərazisindəki 8-ci kilometr bazarı yaxınlıgında yolun kənarında olan ticarət köşklərində toyuq məhsulları satılır. Köşklərdə vətəndaşlara həm broyler, həm də kənd toyuğu təklif edilir. Maraqlısı isə odur ki, kənd toyuğu ilə broyler toyuğunun qiyməti arasında elə də böyük fərq yoxdur.

    Satılan toyuqların kənd toyuğu olmadığını elə alıcılar da təsdiq edir.

    Satcılar iddia edirlər ki, satdıqları toyuqlar müxtəlif rayonlarda kənd şəraitində saxlanılaraq bəslənilir. Sonra isə kəsilərək bazara gətirib, vətəndaşlara satırlar.

    Bakı şəhər Baytarlıq İdarəsinin müffətişlik şöbəsinin müdiri Zahid Nəsibli deyir ki, vətəndaşlar toyuq alarkən onun kənd və ya broyler toyuğu olduğunu asanlıqla seçə bilərlər. Bunun üçün isə bəzi nüanslara diqqət etmək lazımdır.

    Diqqət etməli məqamlardan biri də qiymət fərqidir. Belə ki, hazırda bazarda kənd toyuğunun qiyməti 7-8 manat arasında dəyişir.

    Hüquqşunaslar isə bildirir ki, belə vəziyyətdə isehlakçıların hüquqlarının pozulmazı vəziyyəti yaranır. Buna görə də, İnzibati Xətalar Məcəlləsinə görə, vətəndaşları aldadan fiziki şəxslər 350 manatdan 500 manata, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək cərimə oluna bilərlər.

  • Xadimələrin aylıq vəzifə maaşları artırılıb

    Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) vəzifə maaşları artırılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, qərara əsasən 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında çalışan xadimə, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlələrin aylıq vəzifə maaşları 125 manatdan 130 manata qaldırılıb.

    Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

    Qeyd edək ki, müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri – 4-cü kateqoriya dövlət orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri -5-ci kateqoriya dövlət orqanlarıdır.

  • Sabah hava çiskinli olacaq

    Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən oxu.az-a verilən məlumata görə, fevralın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir.

    Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayolarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

  • Ufadan Bakıya birbaşa aviareys açılır

    Rusiyanın Ufa şəhərindən Bakıya birbaşa aviareyslər açılır.

    Oxu.az-ın UfacityNews.ru saytına istinadən xəbərinə görə, uçuşları “Saratov Hava Yolları” şirkəti həyata keçirəcək.

    Uçuşlar 29 mart tarixindən etibarən “AN-148” təyyarəsində cümə axşamı günləri həyata keçiriləcək.

    Ufa beynəlxalq aeroportundan uçuş yerli vaxtla 21:55-də, Heydər Əliyev hava limanına eniş isə Bakı vaxtı ilə cümə günü gecə saat 00:15-də olacaq. Uçuş vaxtı 3 saat 20 dəqiqə təşkil edəcək.

    Geri uçuşlar Bakı vaxtı ilə 05:40-a, Ufaya eniş isə yerli vaxtla 10:00-a təsadüf edəcək.

    Promo-tarif üzrə hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 20 516 rus rublu (353 ABŞ dolları) təşkil edəcək.

  • Bakıda məktəbdə 7-ci sinif şagirdlərinin intim görüntüləri yayımlandı – Nazirlik işə qarışdı (FOTOLAR)

    Bakı şəhəri Səbail rayonunda yerləşən 134 saylı orta məktəbdə şagirdlərin intim münasibətdə olması ilə bağlı video yayılıb.

    Yayılan videoda olanların 7-ci sinifdə oxuduğu ehtimal edilir. Videoda şagirdlərin məktəbin geyinmə otağında cinsi əlaqədə olduqları açıq-aşkar qeydə alınıb. Bu haqda məlumatı ilk olaraq primetime.az saytı yazıb.

    Təhsil Nazirliyindən məsələ ilə bağlı açıqlama verilib. Nazirliyin açıqlamasını təqdim edirik:

    “Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin birində baş vermiş hadisə ilə bağlı bildiririk ki, təhsilalanların yaş həddi nəzəra alınmaqla onların mənafeyinin qorunması, həmçinin təhsil ocağında mənəvi iqlimə xələl gətirilməməsi və belə halların baş verməməsi üçün Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumların mütəxəssisləri cəlb olunmaqla müvafiq tədbirlər həyata keçirilir.

    Eyni zamanda bildirilir ki, müvafiq materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.

    Şagirdlərin yetkinlik yaşına catmadığını nəzərə alaraq, kütləvi informasiya vasitələrindən məsələyə həssas yanaşmaları xahiş olunur”, – deyə açıqlamada bildirilir.