Category: Cəmiyyət

  • Azərbaycanda güclü yağışlar yağacaq – XƏBƏRDARLIQ

    Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

    Nazirliyin Milli Hidrometeorologiya Departamentindən oxu.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir.

    Azərbaycanın bəzi rayonlarında fevralın 10-u gündüzdən 12-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

  • Azərbaycanlı şair “Quran”ı cırdı – FOTO

    Gənc şair Eminquey Akifin “Facebook” hesabındakı son statusu sərt reaksiyalara səbəb olub.

    Şair istehza ilə “Quran”ın vərəqini cırdığını etiraf edib:

    “Oturub gün sayıram ki, meymuna çevriləcəm, ya da ev başıma uçacaq… Qorxuram”.

    E.Akifin statusunu bəzi izləyiciləri qınasa da, digərləri ona elə istehza ilə dəstək olublar.//oxu.az




  • Xalq artisti evində ölü tapılıb – YENİLƏNİB

    Azərbaycanın Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib.

    Tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.

    FHN-nin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib.

    * * * * *

    Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında dünyasını dəyişib.

    O, fevralın 8-i, axşam saatlarında Yasamal rayonunda yaşadığı evdə vəfat edib.

    Aktrisanın meyiti ölüm səbəbinin araşdırılması məqsədilə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib və onun ürək tutmasından keçindiyi müəyyən edilib.

    Allah rəhmət eləsin!
    //oxu.az

  • Şəhərin ən böyük küçəsində söküntü işlərinə başlanılıb – FOTOREPORTAJ

    Nazirlər Kabinetinin 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtın bir sıra rayonlarında söküntü işləri davam edir.

    Cari ilin əvvəlindən Təbriz, Firdovsi Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsindəki məhəllədə yaşayan sakinlərin köçürülməsinə başlanılıb.

    Belə ki, 37 saylı MKİS-nin rəhbərliyi sakinlərə bildiriş göndərərək, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövləttikintilayihə” dövlət layihə institutu tərəfindən verilmiş aktın və qanunvericiliyin tələbi kimi həmin ərazilərdə mülkiyyətdə olan yaşayış evlərinin istismarının dərhal dayandırılmasını qeyd edib.

    Bildirişdə vətəndaşlara fevralın 1-nə qədər evlərin boşadılması tapşırılıb.

    Ərazidə olub, söküntü prosesini izlədik. Məlum oldu ki, hazırda “pilot layihə”ni bir neçə tikinti şirkəti icra edir. 

    Bunlar “Sipark-İnşaat”, “İnteks” Məhdud Məsuliyyətli Cəmiyyəti,  RNG Group, “Evrostroy-S.S”, “Şans”, “Alyans” MTK-lar və digərləridir. Sökülməsi nəzərdə tutulan binalar əsasən, 1, 3 mərtəbəli yaşayış evləridir.

    Artıq sakinlərin yarıdan çoxu evlərindən köçürülüb.

    Sakinlərin dediyinə görə, müvəqqəti kirayə evlərə yerləşdiriliblər. MTK-lar bununla bağlı onlarla 20 aylıq müqavilə imzalayıb.

    Öyrəndik ki, sakinlərə köhnə evlərinin müqabilində tikiləcək yeni binalardan mənzillər veriləcək. Binaların tikintisi azı iki il yarıma tamamlanacaq.


    Bəzi sakinlər isə söküntü işlərinə baxmayaraq, hələ yaşayış yerlərini tərk etməyiblər. Buna səbəb də evlərinin girov kimi bankda olmasıdır:

    “Bizim məsələmiz hələlik havada qalıb. Gözləyirik, qonşuların evlərini söküblər. Hər gün işləyirlər, iki uşaqla evdə qalmışıq, bankdan sənədləri ala bilmirik ki, bizi də köçürsünlər”.

    Ərazidə olarkən diqqətimizi çəkən məqamlardan biri də “pilot layihə” ilə bağlı sakinlərlər arasnıda məlumatlılığın az olması oldu. Belə ki, bəziləri tikinti şirkətinin inşa prosesində müflis olacağından, yarımçıq qalacağından qorxur.

    Halbuki pilot layihələr Nazirlər Kabinetinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və icra hakimiyyətlərinin nəzarətləri altında icra edilir.

    Belə binaların yarımçıq qalması, sənəd, qaz və elektrik enerjisi kimi problemlərinin yaranması riski çox aşağıdır.

    Ərazidə tikinti aparan şirkətlərdən birinin briqada rəhbəri isə əminliklə danışdı:

    “Sakinlərin mənzillərlə təminatı ədalətli prinsiplə həyata keçiriləcək. Yəni sənədlərə əsaslansaq, sakinlər var ki, mənzilləri 14-30 kvadratmetr olub.

    Layihə əsasında bu vətəndaşların mənzil təminatı da yaxşılaşdırılacaq. Belə ki, şirkət bu vətəndaşların ailə üzvlərinin sayını nəzərə alaraq, onları 60-80 kv.m. mənzillə təmin edəcək.

    Ümumilikdə sakinlərin minimum 53, maksimum 80 kv.m. mənzillə təmin olunması nəzərdə tutulub.

    Təbriz küçəsi ilə Kazım Kazımzadə küçəsinin kəsişməsində inşa etdiyimiz bu bina altı girişdən, 16 mərtəbədən ibarət olacaq. Binanın tikintisi ilə bağlı 158 ailə artıq kirayə mənzillərə köçürülüb.

    Onlara hər ay yaşadıqları mənzillərin kvadratmetrinə uyğun 300-600 manat arası kirayə haqqı ödənilir”. 

    Məlum oldu ki, əsasən Qarabağ küçəsindəki köhnə mənzillərin əksəriyyətinin ümumi sahəsi 18-20 kvadratmetrdir. 

     

    Onu da qeyd edək ki, beş il müddətində paytaxtın doqquz rayonunda şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən tikililər söküləcək.

    Belə ki, bu məqsədlə Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının, Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri – yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması həyata keçirilməlidir. //oxu.az






  • Facebook-da seçkiqabağı təşviqatı pozanlar cəzalandırılacaq

    “Sabahdan İctimai Televiziyada Mərkəzi Seçki Komissiyalarının üzvləri çıxış edəcək. İctimai Televiziyadakı çıxışlar eyni zamanda İctimai Radioda yayımlanacaq”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

    M. Pənahov deyib ki, dairə seçki komissiyalarının (DSK) üzvləri ilə müşavirə də tezliklə keçirilməlidir: “Daha sonra isə yerlərdə DSK üzvləri və məntəqə seçki komissiyalarının üzvlərinin iştirakı ilə belə tədbirlər keçirilməlidir. Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin də iştirakı ilə mətbuatla bağlı tədbir də keçirilməlidir. Eyni zamanda hesab edirəm ki, sosial şəbəkələrlə bağlı da təklif hazırlamalıyıq. Bunu tez hazırlamalıyıq ki, sosial şəbəkələrdə monitorinq təşkil edilsin və seçkiqabağı təşviqatı pozanlar haqqında müvafiq tədbirlər görülsün, təşviqatı pozanlar cəzalandırılsın. Seçki siyasi maraqları olan tərəflərin mübarizəsidir”.

  • Bazarlarda saxta pendir satılır – Şok araşdırma (VİDEO)

    Space Tv-də yayımlanan “Olar? Olmaz!” verilişi bu dəfə saxta pendirlərlə bağlı proqramı tamaşaçılara təqdim edib.

    Ölkəmizdə kifayət qədər saxta pendir məhsullarının olduğunu qeyd edən aparıcı Amil Xəlil pendirin tərkibinə vurulan inanılmaz maddələrdən söz açıb.

    Daha sonra bir neçə bazarlara üz tutdan araşdırmaçı jurnalist pendir satışı ilə məşuq olanlardan gigeyinik sertifikatının olub-olmamasını soruşub.

    Çörəyimizə haram qatanlar barədə veriliş bu gün saat 19-55 də Space Tv-də yayımlanacaq.

  • ŞOK: Bakıda insanları çılpaq göstərən eynək satılır – FOTO

    Bakıda insanları çılpaq göstərən eynək satılır.

    Median.Az Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə “1001_online_magaza” adlı “İnstagram” profilində paylaşım edilib.

    “Orijinal maldır. Yalnız dövlət işçilərində olan bu eynəkdən əlimizdə 4 dənə var. Bu eynək hər kəsi paltarsız göstərir. Qiyməti 220 AZN”, deyə paylaşımda qeyd olunub.

  • Bakıda qadın polisdən məşuqunu tapmağı xahiş edib

    Nəsimi rayonunun 22-ci bölməsinin polis əməkdaşları olduqca kuryoz və eyni zamanda, çətin bir vəziyyətə düşüb.

    İndiyə kimi heç kim bölməyə belə bir ərizə ilə müraciət etməyib. Qadın hüquq-mühafizə orqanı əməkdaşlarından yoxa çıxmış sevgilisini tapmağı, onu xoşbəxt etməyi xahiş edib.

    Fevralın 7-də 32 yaşlı Bakı sakini (adi etik dəyərlərə görə gizli saxlanılır) polis bölməsinə müraciət edərək, onunla bir evdə yaşayan Biləsuvar rayon sakini, 20 yaşlı N.Qasımovun dörd gün əvvəl evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.

    Polis əməkdaşları hesab edir ki, sözügedən gənc, sadəcə, münasibətlərdə bir qədər fasilə etmək qərarına gəlib və yaxın zamanda vətəndaş nikahında olduğu qadının yanına qayıdacaq.

    Bölmənin əməkdaşları hər ehtimala qarşı qadının ərizəsini qeydiyyata alaraq, axtarışlara başlayıb.//oxu.az

  • Çay içə-içə siqaret çəkən kişilərə CİDDİ XƏBƏRDARLIQ

    Siqaret çəkmək birmənalı olaraq insan sağlamlığı üçün ən zərərli vərdişlərdən biridir. Bunu hər kəs bilir. Amma siqareti çayla birlikdə içmək bu zərəri iki qat artırır. Hətta qida borusu xərçənginə kimi qorxulu xəstəliklə nəticələnə bilər. Bu haqda Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi, qastroentroloq Yüksel Gümürdülü xəbərdarlıq edib.

    Ailem.az bununla bağlı mütəxəssisin fikirlərini təqdim edir.

    Həkim bildirib ki, dünyada xərçəng ölümlərində 6-cı sırada qida borusu xərçəngi dayanır: “Bu xərçəng növünə nadir rastlanır və özünü gec biruzə verir. Qida borusu xərçəngi ilk növbədə özünü udma çətinliyi ilə göstərir. Əvvəl-əvvəl qatı qidaları yeyərkən yaşanan udqunma çətinliyi sonradan duru yeməklərdə də baş verir. Bununla yanaşı, digər əlamətlər də var – mədə ağrısı və arıqlama, sinə nahiyəsində yanma və ağrı, səs qısıqlığı, qidaların ağıza geri gəlməsi, qanama, öskürək, boğulma hissi”.

    Y. Gümürdülü qida borusu xərçənginin kişilərdə daha çox görüldüyünü deyib. Onun sözlərinə görə, xüsusilə isti içkilərlə siqareti birlikdə istifadə edənlər böyük risk altındadır: “Bu xəstəlikdə riskli qrup 50 və 70 yaş arasıdır. Endoskopik müayinə xərçəngin aşkarlanmasında önəmli rol oynayır. Müalicə üsulu isə 3 yöndə – cərrahi, radioloji və onkoloji olaraq aparılır. İlkin mərhələdə cərrahi üsul çox daha müvəffəqiyyətlidir. Ancaq xərçəngin ətrafındakı toxumalara yayılması halında radioloji müalicəsi və kimya terapiya müalicəsi ilə stend tətbiq olunur”.

  • Bakıda gənc qız binanın başına çıxıb özünü atmaq istədi: “Gəlməyin, atacam” (VİDEO)

    Bakıda gənc qız intihara cəhd edib.

    Məhəmmədi qəsəbəsi, Göy Qurşağı MTK-da yerləşən hündürmərtəbəli binada gənc qız intihara cəhd edib. İntihara səbəb isə ailə münaqişəsi zəminində baş verib. Belə ki, gənc qız həyatından bezdiyini deyərək binanın 15-ci mərtəbəsinə qalxaraq intihar etmək istəyib.

    Ətrafdakılar və binanın mühafizə xidmətinin səyi nəticəsində qızı bu fikrindən daşındırmaq olub.(azxeber.com)