Category: Cəmiyyət

  • “Mübariz yuxuma girsə, ona deyəcəklərim çoxdur” – VİDEO

    Bu gün Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

    Lider TV-də yayımlanan “7gün” verilişi milli qəhrəmanın evində qonaq olub. Verilişin aparıcısı Zaur Nəbioğlu Biləsuvara yollanıb və qəhrəmanımızın ailə üzvləri ilə görüşüb.

    Mübarizin atası Ağakərim oğlunun təmtəraqlı ad gün etməyi sevmədiyini bildirib. Daha sonra Ağakərim 2-3 ildir ki, Mübarizin otağına girmədəyini bildirib.

    Mübarizin anası isə oğlu haqqında çox danışa bilməyib. O “Mübariz yuxuma girsə ona deyəcəklərim çoxdur” deyərək göz yaşlarına hakim ola bilməyib.

    Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci ilin fevral ayının 7-si Biləsuvar rayonunda anadan olub. Mübariz 2010-cu ilin 18 iyun tarixində şəhid olub.

  • Evi daşlanan sakinlər danışdı: “Kvadratını 4 mindən versinlər” – FOTO + VIDEO

    Bakının Yasamal rayonunun Hüseyn Cavid prospektində yaşayan altı ailə məcburi şəkildə evlərindən çıxarıldıqlarını iddia edirlər. 

    Sakinlərlə görüşən Baku.ws-in əməkdaşına bildiriblər ki, “Olympus Park” tikinti şirkətinin əməkdaşları evlərini uçurmağa çalışırlar. Onlar bildirirlər ki, hətta bir neçə gün əvvəl tikinti şirkətinin mühafizəçiləri gecə sakinlərin evlərinə hücum çəkiblər.
    Səbəb isə sakinlərin şirkətin onlara verdiyi kompensasiya ilə razılaşmamasıdır. Sakinlər iddia edir ki, şirkət sakinlərə kvadrat metrinə 1500 AZN təklif edib. Lakin sakinlər 4 min AZN tələb edirlər. Onlar bildirir ki, şirkət onların evlərinin yerində ucaltdıqları binada evin kvadratını 5000 AZN-ə satırlar. 

    Məsələ ilə bağlı Yasamal Rayonun İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

    İcra Hakimiyyətindən bildiriblər ki, Yasamal Rayonun İcra Hakimiyyəti Əziz Əliyev ərazidə olaraq sakinlərlə danışıb. “Yasamal Rayonun İcra Hakimiyyətin başçısı Əziz Əliyev şəxsən özü ərazidə olub və sakinlərlə danışıb. O, şirkət rəhbərinə göstəriş verib ki, şirkətlə sakinlər arasında yaranan problem qanunla həll olunsun”.
    “Olympus Park”ın direktoru Səmədzadə Sərxan BAKU.WS-ə sakinlərin ittihamı ilə razı olmadığını deyib. Onun sözlərinə görə, gecə onların evlərinə daş atılmayıb. 

    ““Olympus Park” şirkəti 22 noyabr 2007-ci il tarixində Bakı şəhər İcra hakimiyyəti tərəfindən verilmiş sərəncam üzrə Hüsen Cavid prospekti ilə Haqverdiyev küçələrin kəsişməsində çoxmərtəbəli binaların inşaası ilə məşğuldur. İnşaat işləri başa çatıb hazırda binada abadlıq işləri gedir. Burada yaşayan sakinlərə pul kompensasiya ödənilməsi şərti ilə köçürülmüşdü. Hal hazırda orada bir həyət qalıb. Nazirlər Kabinetinin qərarı ilə torpaq daşıntısı, iritonnajlı avtomobillərin şəhərə buraxılması ancaq gecə vaxtı baş verir. Onun üçün də, ekskvatorun işi axşam 10-dan sonra başlayır. Bu da təbii ki, sakinlərin narazılığına səbəb olur. Onlar deyirlər ki, səs-küy olduğu üçün yata bilmirik. Lakin bizim başqa çıxış yolumuz yoxdur”.
    Şirkətin direktoru bildirib ki, fevralın 5-də gecə sakinlər eksvatoru daşlayıblar. 

    “Sakinlər səs-küydən narazı qalaraq eksvatora daşlıyıblar. Əməkdaşımız da işini dayandırıb ərazini tərk edib. Daha sonra sakinlər tikinti ərazisinə daxil olaraq 1-ci mərtəbəninin şüşələrini qırıblar. Orada olan boya dolu qabları aşırdıblar. Bunu edən burada yaşayan sakinlər olmayıblar. Burada yaşayan sakinləri toplasan təxminən 10 nəfər olar. Amma hücüm edənlər 40 nəfərə yaxın cavan oğlan olub. Biz tərəfdən onların evlərinə heç bir müdaxilə olunmayıb.
    “Biz sakinlərin yaşadığı mənzillərin ümumi sahəsini, yəni divarları da, həyət yani daxil nəzərə alaraq ölçüb 1650 manatdan kvadratına pul təklif edirik. Bu da ən kiçik evdə 117 min AZN edir. Biz onlara 125 min AZN, 134 min AZN təklif etmişik. Hər ailəyə biz o qədər pul təklif edirik. Bunları toplayanda isə yarım milyon pul edir. Əgər onlar razılaşmırsa biz onları məcburi şəkildə çıxartmırıq. Bundan əlavə, biz onlara hər ailəyə tikdiyimiz binadan ev veririk. Lakin onlar bu şərtlərlə də razı deyillər. Onların dedikləri qiymət bu günün reallığını əks etmir”, – deyə şirkət direktoru bildirib. 
    Şirkət direktoru əlavə edib ki, “Olympus Park” tikinti şirkəti məhkəməyə müraciət edəcək. O, bildirib ki, artıq hüqüq yolu ilə məsələ həll olunacaq.








  • Azərbaycanda bu mobil tədbiq DAYANDIRILDI – Girə bilməyəcəksiniz…

    “GetContact” proqramının fəaliyyəti dayanıb.

    Median.Az Metbuat.az-a istinadən bildirir ki, mobil nömrəni yazmaqla onun kimə məxsus olduğunu öyrənmək üçün istifadə olunan “GetContact” proqramı bu gün səhər saatlarından etibarən işləmir. Son günlər müzakirə mövzusuna çevrilən mobil tədbiqin hansı səbəbdən işləməməsi hazırda araşdırılır.

    Qeyd edək ki, ötən gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi proqramla bağlı açıqlama yaymışdı.

  • AZAL daha 20 “Boeing” almaq istəyir

    Görüşdə tərəflər əsası 2001-ci ildə “Cargolux” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna və əks istiqamətə müntəzəm reyslər yerinə yetirməsi ilə qoyulan yük aviadaşımaları sahəsindəki 17 illik səmərəli əməkdaşlıqdan razılığını bildirib.

    Aviaşirkətlər arasında əməkdaşlıq 2010-cu ildən 2014-cü ilə kimi “Cargolux” şirkətinin Azərbaycanın “Silk Way Airlines” aviaşirkətinə 3 ədəd “Boeing 747-400F” təyyarəsinin tədarük edilməsini nəzərdə tutan müqavilənin imzalanmasından sonra daha da möhkəmlənmişdir. Hazırda hər iki aviaşirkət arasında əməkdaşlıq həmçinin “Boeing 747” təyyarələrinə texniki xidmət, bu təyyarənin simulyatorunda heyət hazırlığı və s. nəzərdə tutur.

    Cahangir Əsgərovun sözlərinə görə, hazırda Azərbaycan mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıtmışdır. Yükdaşımaları bazarında özünü çox yaxşı tanıdan yeni geniş füzelyajlı uzaq magistrallı “Boeing 747-8F” təyyarələrinin istifadəsi bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.

    Eyni zamanda Cahangir Əsgərov “Boeing” şirkətinin “Boeing 747-8F” təyyarələrinin istehsalı proqramının bağlanması barədə potensial qərarından təəssüfləndiyini bildirmişdir. Belə ki, Azərbaycanın mülki aviasiya üçün yaxın 10 il ərzində 20 ədəd “Boeing 747-8F” təyyarəsinin alınmasına ehtiyac olacaq və bununla da əlaqədar olaraq Cahangir Əsgərov bu tipli hava gəmisinin istehsalının davam etdirilməsi üçün Boeing Korporasiyasına müraciət etməyi təklif edib.

    Öz növbəsində Riçard Forson Heydər Əliyev Beynəlxalq Aeroportunda göstərilən xidmətlərin yüksək keyfiyyətindən məmnunluğunu bildirmişdir. O, həmçinin “Boeing 747-8F” təyyarələrinin beynəlxalq aviadaşımalar bazarında özünü çox yaxşı tanıtması ilə razı olduğunu və bu təyyarələrə tələbin hələ də qaldığını qeyd edib.

    AZAL QSC-nin Prezidenti cənab Forsona bildirmişdir ki, onun dəvəti ilə yaxın həftələrdə “Boeing Commercial Airplanes”in Prezidenti və Baş İcraçı Direktoru Kevin Makalister Bakıya işgüzar səfərə gələcək. Cahangir Əsgərov Riçard Forsona görüşə qoşulmağı və geniş füzelyajlı yük laynerinin gələcəyini müzakirə etməyi təklif edib.

    Qeyd edək ki, “Silk Way Airlines” Avropa, Asiya, Yaxın Şərq və Şimali Amerikada 20-dən çox istiqamətə müntəzəm reyslər yerinə yetirir . Aviaşirkətin donanması müasir və iritutumlu “Boeing 747-8F” və “Boeing 747-400F” yük təyyarələrindən ibarətdir.

    Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu yük aviadaşımalarının böyük logistik mərkəzinə çevrilmişdir.

  • Azərbaycanda haram malları əhaliyə “halal qida” adı ilə satan ŞİRKƏTLƏR

    Kolbasa və sosislərin halal olub-olmaması həmişə müzakirə edilib. Heç kimə sirr deyil ki, bu gün satılan kolbasa və sosislərin bir hissəsi əslində yalançı ” Halal” sertifikatı ilə satılır.

    Median.Az Fins.az-a istinadən xəbər verir ki, Azərbaycanda ” Halal” sertifikatı almış müəssisələrin adları açıqlansa da, bu sənədi almayan bəzi şirkətlər də öz məhsullarını ” Halal” yarlığı ilə təqdim edib, insanları aldadırlar. Belə qurumlar əvvəlcə akkreditasiyadan keçməlidir, Ancaq Azərbaycanda akkreditasiyadan keçməyən və insanala saxta “halal qida” yedizdirən onlarla sahibkar fəaliyyət göstərir.

    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xiddmətinin rəhbəri Fazil Talıblı Modern.az-a bildirib ki, Azərbaycanda sertifikatlaşdırma fəaliyyətini akkreditasiya edilmiş qurumlar həyata keçirir:

    “Standartlaşdırma,Meterologiya və Patent üzrə Dövlət Komitəsi standartlaşdırmayla məşğul olmur. Azərbaycanda “halal qida” məhsullarının sertifikatlaşdırılmasını Akkreditasiya mərkəzində akkreditasiya olunan qurum – “AzeSERT Halal” MMC həyata keçrir”.

    Komitə rəsmisi bildirib ki, müəssisələrə sertifikatın verilib-verilməməsi auditin nəticəsindən asılıdır:

    “”Halal qida” istehsal edən və bunu təsdiqləyən sənəd üçün sahibkarlar məhz həmin quruma müraciət etməklə öz müəəsisələrindəki mövcud vəziyyətli istehsal prosesini bu orqanın auditorlarına nümayiş etdirməli, auditin nəticəsinə uyğun olaraq ona sertifikat verilməlidir”.

    Fazil Talıblının sözlərinə görə, “halal qida” ilə bağlı dövlət standartları mövcuddur: ” Bu standartların qərarları çox sərtdir. ” Halal qida” standartları İslam Əməkdaşlıq Təşkilatının Standartlaşdırma Şurasının qəbul etdiyi standartlardır. Müsəlman ölkələrində tətbiq edilən vahid beynəlxalq ” Halal” standartıdır. İslam dininin bütün tələbləri burada əksini tapır”.

    O qeyd edib ki, tələblər sərt olduğuna görə, sertifikat alanların sayı 10-nu keçmir:

    “Təbii ki, müraciət edənlərin sayı çoxdur. Amma auditin nəticəsinə görə, sertifikat alanlar qeyd etdiyim kimi, 10-dan çox deyil. Çox təəssüf edirəm ki, bəzi qurumlar ” Halal” sertifikatı almış kimi özlərini təqdim edir və istehlakçıları aldadırlar. Biz bunun əleyhinəyik. Əgər bu sahədə stabil vəziyyət yaratmaq istəyiriksə, bu cür sahibkarların qarşısını almaq bizim üçün vacibdir”.

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, dövlət tərəfindən iki il öncə yaradılan “AzeSERT Halal” MMC-nin ayrıca laboratoriyaları var:

    “Biz bu prosesi diqqətlə izləyirik. Azərbaycanda “Halal” sertifikatını qanuni yolla almış müəəsisələr bu günə kimi qanuni olan “Səhliyalı” kiçik müəəsisəsi, “Hakan Foods Azərbaycan Trading Co Ltd MMC”, “Qafqaz Konserv zavodu” MMC, “AzProtein Foods Group” MMC,, “Zəhmət-Ruzi” MMC, “Səba” Səhmdar Cəmiyyəti, “Orxan- SS” müəssisəsi, “Ovçular və ət məhsulları” MMC, “M&T” LTD firmasıdır. Hazırda bir neçə müəəsisədə də bu istiqamətdə işlər gedir”.

    Eyyub Hüseynov deyir ki, ümumilikdə götürdükdə, əmtəə bazarında olan malların 80%- i yalançı “Halal” sertifikatı ilə satılır:

    “Məsələn “28 May” metrostansiyasının çıxışında alman sosiskaları satılır, hətta bir nişan da qoyublar ki, guya “Halal” sertifikatı ilə satırlar. KFC xaricilərə məxsus böyük bir qida qrupudur, onlar da özlərini guya “Halal” sertifikatı almış kimi göstərirlər. Bunlar istehlakçıların aldadılmasıdır. Dövlətin qanunlarına görə, “Halal” sertifikatı verən qurum akkreditasiyadan keçməlidir, dövlət tərəfindən tanınmalıdır. “AzeSERT Halal” MMC xaricində Azərbaycanda heç bir qurum akkreditasiyadan keçməyib, dövlət tərəfindən tanınmayıb. Təəssüf ki, bu gün də Azərbaycana Ukraynadan, Braziliyadan və başqa ölkələrdən məhsullar gətirilir, “halal” adı ilə təqdim olunurlar”.

    Müsahibimiz bildirib ki, Azad İstehlakçılar Birliyinin “Halal” sertifikatı ilə əlaqədar özəl təqvimi var: “Mən bu günlərdə İslam İnkişaf Bankının Azərbaycandakı nümayəndəsi ilə görüşmək niyyətindəyəm. Biz məsələ qaldırmışıq ki, “Halal” sertifikatı almış müəssisələrdə iki məsələ də həll olunsun. Birincisi budur ki, onlayn izləmə sistemi olsun. Dünyanın istənilən yerindən insanlar izləyə bilsin ki, bu müəəssisədə nə baş verir. Digər məsələ isə “halal mal” istehsal edən müəəssisələrin maliyyə mənbəyinin halal olmasıdır. Maliyyə mənbəyi əgər haramla qurulubsa, oğurluqla, korrupsiya pulu ilə, faiz məsələsiylə yaradılıbsa, bu halal sayıla bilməz”.

    Onun sözlərinə görə, diqqətdə olan məsələlərdən biri də, kolbasaların tərkibinə qarışdırılan qida əlavələridir: ” Qida əlavələrinin mənbəyinin halal olması ciddi məsələlərdən biridir. Hazırda Azərbaycanda qida mənbələrinin yerli bitkilərdən hazırlanması üçün müəyyən işlər gedir”.

  • Azərbaycanlı varlı qızları yenidən dünya mediasında (FOTOLAR)

    Azərbaycanın varlı qızlarının fotoları yenidən dünya mediasının gündəminə gəlib.

    Həmin fotoları təqdim edirik.











  • Üç yaşlı Arzunun ölümünün səbəbləri açıqlandı – FOTO

    Sumqayıt şəhər sakini, 2013-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da, günorta saatlarında Sumqayıt şəhərindəki “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub.

    Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə – hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

    Sumqayıt şəhər Məhkəməsində, hakim Ruqiyyə Əsgərovanın sədrliyi ilə keçirilən bir neçə məhkəmə prosesindən sonra hakimin qərarı ilə iş yenidən ekspertizaya göndərilib.

    Ekspertiza işinə Respublikanın baş anestezioloqu Aydın Qədirovun rəhbərliyi ilə baxılmasına qərarı verilib.

    Ekspertiza rəyi bir neçə gün öncə məhkəməyə və zərərcəkmiş şəxslərə təqdim olunub.

    Rəyə görə, üç yaşlı Arzu Qurbanlının ölümündə birbaşa həkimin günahı olduğu, yaş həddi nəzərə alınmadan, əməliyyatdan öncə ona anestetik vasitə olan “Kolipsol” dərman preparatını 1-2 mq/kq vurmaq əvəzinə, normadan xeyli artıq – 150 mq dozada vena daxilinə yeritməsi anestioloji ağırlaşmaya səbəb olub.

    Əməliyyatdan sonra qusmanın erkən və sonrakı profilaktikasını aparmayıb, xəstəyə dinamik nəzarəti həyata keçirməyib.

    Müşahidə edilən qusma qeyd edilən dərman preparatının əks təsirindən yaranıb, qusuntu kütləsi tənəffüs yollarına düşərək xəstənin asfiksiyadan ölməsinə səbəb olub.

    Bildirilir ki, həmin tibbi pozuntularla Arzu Qurbanlının ölümü arasında birbaşa səbəbli əlaqələr vardır.

    Növbəti məhkəmə prosesi 2018-ci il fevral ayının 14-ü, saat 10:00-da keçiriləcək.

  • Xızıda yeni avtomobil yolu inşa olunacaq

    Prezident İlham Əliyev Xızı rayonunun Giləzi-Xızı (34 km)-Fındığan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Azərbaycanda nişanlısı ilə danışan gənc qəfil qorxunc xəstəliyə tutuldu: Dilini və dodaqlarını yeyir – VİDEO

    Atasının faciəli ölümündən sonra beyin iflici keçirən Bakı şəhər sakini 30 yaşlı Nazim Abdulovun anası Zemfira Rüstəmova oğlu üçün kömək istəyir.

    Big.az-ın suallarını cavablandıran zaman ana oğlunun xəstəliyinə görə dodaqlarını və dilini yediyini bildirib.

    – Oğlunuz nə zamandan bu vəziyyətdədir?

    – 27 yaşına kimi oğlum sağlam idi. Artıq 3-4 ildir ki, oğlum adını bilmədiyimiz bu xəstəlikdən əziyyət çəkir. Nazim kompüterdə nişanlısı ilə danışırdı. Birdən özündən getdi. Təcili tibbi yardımı çağırdıq. Komaya düşmüşdü. Bir ay xəstəxanada yatdı. 3 ildir ki, evdə bu vəziyyətdə yatır. Xaricdə müalicəsi var. Sumqayıtda xəstəxanada yatırmaq üçün 4-5 min manat istədilər. İmkanımız olmadığından yatıra bilmədik. Qonşular, qohumlarımız yardım edir. Onu da dərmanlarına və günlük vacib ehtiyaclarına xərcləyirik. 140 manat pensiya alır. Onunla dolanırıq. Ukraynada Atası gözünün qabağında binadan düşüb ölüb. Ondan sonra Bakıya qayıtmalı olduq. Bakıya qayıtdıqdan sonra o hərbi xidmətə getdi. Evdə tək işləyənimiz Nazim idi.

    – Nazim necə bir uşaq idi?

    – Nazim çox yaxşı mehriban, səmimi, sağlam bir oğul idi. O idmanla məşğul olurdu. İdmanda əldə etdiyi uğurlara görə müxtəlif mükafatlara da layiq görülüb. Oğlum həm də nişanlı idi. Nişanlısı Ukraynada yaşayırdı. Hər zaman mənə deyirdi ki, ana, kaş bir il tez keçərdi. Səbirsizliklə toy gününü gözləyirdi. Bu vəziyyətə düşəcəyini gözləmirdik.

    – Kömək üçün harasa müraciət etmisinizmi?

    – Hər yerə müraciət etmişik. Səbirsizliklə xeyirxah insanların köməyini gözləyirəm. Tək arzum balamın yenidən ayağa durmasıdır.

    – Həkimlər Nazimə hansı diaqnozu qoyub?

    – Həkimlər də dəqiq diaqnoz qoya bilmir. Hərə bir xəstəliyin adını çəkir. Almaniyaya sənədlərini göndərmişik. Ordakı həkimlər müalicəsinin olduğunu deyir. Bunun üçün də 150 min manat istəyirlər. İmkan olmadığından balam gözümün qabağında hər gün əziyyət çəkir. Cənab prezidentimizə də müraciət etmişik. Uşağıma zamanında yardım olsaydı, bəlkə də sağalmışdı. Əvvəl bundan yaxşı idi. Zaman keçdikcə vəziyyəti ağırlaşdı. Gecələr yatmır. Dodaqlarını təmiz yeyib. Dilindən bir az qalıb. Əsəb gələndə pis vəziyyətə düşür. Qanını turba ilə çəkirik. Marketlərdə salfetka qalmayıb. Ancaq onun qanını silirik. Çarəsiz vəziyyətdəyik.

    – Nazim nə vaxtsa güclü psixoloji sarsıntı keçiribmi?

    – Atası Ukraynada binada adam işlədirdi. Görülən işlərə baxmaq üçün həmin binaya çıxıb. Bu zaman Nazim atasını aşağıda gözləyib. Bu zaman yoldaşımın ayağı sürüşüb binadan yıxılıb. Oğlum elə ilk tramvanı o zaman aldı. Yoldaşım çox yaxşı ata idi. Onun ölümündən sonra Bakıya gəldik. Gördüyünüz kompüteri nişanlısı ilə danışmaq üçün almışdı. Nazimin çoxlu arzular var idi. Balamın arzuları hamısı ürəyində qaldı. Oğlum, qızım səhərə kimi qardaşlarına baxırlar. 3 ildir ki, biz yuxu nədir bilmirik. Nazim gözümüzün qabağında əziyyət çəkir. Dua eləməkdən və ağlamaqdan başqa çarəmiz yoxdur.

    – Dediniz kimi, Almaniyada müalicəsi var. Almaniyadakı həkimlər tam əminliklə sağaldacaqlarını deyirlərmi?

    -Bəli, tək müalicəsi Almaniyadadır. Həkimlər tam üzərlərinə götürürlər. Təcili Tibbi Yardımla gəlib özləri götürəcəklər. 150 min manat pul istəyirlər.

    – Nazim nə zaman dodaqlarını yeməyə başlayır?

    – Əsəb gələn zaman dodağını, dilini yeyir. Nazim çox əsəb keçirir. Dodaqlarını təmiz yeyib. Ona görə dodaqlarını bağlı saxlayırıq. Onu dərmanla bir az sakitləşdirmişik. Hamını eşidir, əsəb keçirir. Bilmirik ki, harasında ağrı var. Əvvəl mədəsinə də şlank qoyulmuşdu. Amma sonradan çıxarıldı. Yeməyini duru vəziyyətdə yavaş-yavaş ağzından verməyə çalışırıq.

    Oğlum nişanlısı ilə danışa-danışa bu vəziyyətə düşdü. Təcili Tibbi Yardımın vurduğu iynədən sonra Nazimin vəziyyəti lap pisləşdi. Hətta qusdu. Biz hardan bilək ki, bu vəziyyətə düşəcək. Saat 8-də artıq xəstəxanaya qaldırdıq. 1 ay xəstəxanada yatdı.

    – Bəlkə nişanlısı onu əsəbləşdirib?

    – Biz də elə düşünürük. Ola bilsin ki, o Nazimi əsəbləşdirəcək bir söz deyib. Həm də Nazim əsəbi uşaq idi. Hamı onun bu vəziyyətə düşməsini əsəblə əlaqələndirir. Həm də atasından sonra çox istədiyi dayısını və dayısı oğlunu itirdik.

    – Nişanlısı necə, yanına gedib, gəlirmi?

    – Xeyr. Bir ay belə gəlib maraqlanmadılar. Qız hazırda ailəlidir.

    – Bəlkə onun bu vəziyyətə düşməsində psixoloji tramvalar səbəb olub? Psixoloqa müraciət etmisinizmi?

    – Xeyr. İmkan olmadığından onu masaja da apara bilmirik. Ayağı və əli əyilir. Qonşuların və yaxınlarımızın verdiyi 5-10 manat yardım ancaq Nazimin günlük ehtiyaclarını ödəyə bilir.

    Nazimin əsəbi tutanda bacısı əlini qoyur ki, sakitləşsin. Bacısı neçə vaxtdır demək olar ki, yatmır. Qardaşına qulluq edir. Dodaqlarını yeməsin deyə qızım barmağını onun dodaqlarının arasına qoyur. Xeyirxah insanlardan balam üçün kömək istəyirəm. Balamın müalicəsi var. Arzuları gözündə qalmasın.

    -Siz dayı kimi Nazim haqqında nə deyə bilərsiniz?

    – Nazim mənim bacım oğludur. O, gözümün qabağında böyüb. Bacım oğlu çox ağıllı, tərbiyyəli uşaq idi. İdmanla məşğul olurdu. Atası gözünün qarşısında 2-ci mərtəbədən yıxılıb öldü. Atası da çox yaxşı, savadlı insan idi. Yəqin ki, o vaxtdan tramva alıb. Azərbaycana gələndən sonra öz istəyi ilə əsgər getdi. Əsgərlikdən qayıtdıqdan sonra işləyib ailəsini saxlayırdı. Nişanlısı ilə danışdığı yerdə bu vəziyyətə düşüb. 4-cü ilə keçir ki, Nazim bu vəziyyətdədir. 1 ay xəstəxanada müalicə alıb. Ondan sonra ancaq evdə baxılır. Ailənin heç bir yerdən gəliri gəlmir. Ancaq 140 manat pensiya ilə dolanırlar. Vəziyyətləri çox çətindir. Hər birimiz yardım etməyə çalışırıq. Bizim yardımlarımız ancaq onun dərmanlarını görür. 1 il yarımdır ki, Nazim xaricdə müalicə olunması üçün Səhiyyə Nazirliyində qeydiyyatdadır. Amma o vaxtdan bir xəbər yoxdur. Xeyirxah, imkanlı insanlardan yardım istəyirik. Təkcə Nazimin sağalmağını arzulayırıq. Anasının gözü yaşlı qalıb. Azərbaycan xalqından kömək gözləyirik. Bu cavan balanın arzuları gözündə qalmasın. Bacısı, qardaşı da Nazimə baxdıqları üçün işləyə bilmirlər. Nazimin sağalması göydə Allaha, yerdə isə xeyirxah insanlara qalıb.

    – Safura xanım, bacınız oğlu haqqında siz nə deyə bilərsiniz?

    – Nazim mənim bacım oğludur. Mən hər kəsdən xahiş edirəm ki, bacıma və oğluna kömək etsinlər. Xeyirxah insanlardan, xalqımızdan Nazim üçün kömək istəyirəm ki, Nazim sağalsın. Bacım oğlu çox yaxşı oğul idi. Hərbi xidmətə öz istəyi ilə gedib. 3 ildir ki, o, səbəbi bilinməyən xəstəlikdən əziyyət çəkir. Günə 100-150 manat təkcə Nazimin dərmanlarına və başqa ehtiyaclarına gedir. Qonşular, tanışlar, qohumlar gücləri çatdıqları köməyi edirlər. Amma o yardımlar günlük xərcini heç görmür. Hər kəs gücü çatdığı qədər kömək edir ki, təki Nazim yaşasın. Xalqımızdan bacım üçün kömək diləyirəm. Bacım çox əzablar çəkib. Gənc yaşda yoldaşını, qardaşını, qardaş balasını itirib. Biz hər şeyi Nazimə qurban edirik. Təki o sağalsın, əvvəlki vəziyyətinə geri dönsün. Xarici dövlətdə müalicəsi var. Xahiş edirəm ki, müalicə üçün imkanı olanlar yardım etsinlər. Gəncdir, arzuları gözündə qalmasın. Nazimin gözəl dodaqları var idi. Amma bu gün Nazim dodaqlarını da, dilini də yeyib. Bacısı qardaşına görə ailə qurmur. Deyir, qardaşım sağalsın, sonra ailə quracam.

  • Bakı metrosunda konsert – VIDEO

    Bakı metrosunda Qara Qarayevin 100 illiyi qeyd edilib.

    “Bakı Metropoliteni” QSC SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə bəstəkarın adını daşıyan “Qara Qarayev” stansiyasında musiqili proqram təşkil edib.

    Simli kvartetin ifasında Qarayevin və digər bəstəkarların əsərlərindən ibarət konsert proqramı təşkil edilib, layihə sərnişinlər tərəfindən maraqla qarşılanıb.

    “Qafqazinfo” sözügedən konsertdən videomaterialı təqdim edir: