Category: Cəmiyyət

  • Ana şəhid olan oğluna görə erməninin ürəyini çıxardıb Bakıya qəbrinin üstünə gətirdi – FOTO

    Nurcahan Hüseynova Daşaltı əməliyyatında şəhid olan oğlunun qisasını aldı.

    Median.Az Baku.ws saytına istinadən xəbər verir ki, 1992-ci ildə Qarabağ savaşı üçün televiziyadan cəbhəyə çağırışı eşidən Nurcahan Hüseynova səhəri gün hərbi komissarlığa yollanır.

    Müharibənin qızğın vaxtı Bakıda təhsil alan oğlunu da cəbhəyə çağırır.

    Qəhrəman qadının ilk döyüş yolu yaddaşlarda nə qədər uğursuz qalsa da, Şuşa yaxınlığında yerləşən Daşaltı əməliyyatından başlayır.
    Əməliyyat zamanı Nurcahan Hüseynovanın oğlu şəhid olur.

    Oğlunun şəhidlik zirvəsinə yüksəlməsi onun döyüş əzmini, düşmənə olan nifrətini daha da artırıb. Nifrəti o qədər böyüyüb ki, erməni əsgərin ürəyini çıxarıb spirtin içinə qoyaraq Bakıya gətirib. Sonra əməliyyatın tarixini üstünə yazaraq oğlunun qəbrinin üstünə qoyub.

    Nurcahan Hüseynova hazırda Türkiyədə yaşayır. Bu gün Nurcahan Hüseynovanın ad günüdür.


  • Aztəminatlı ailələrdən olan tələbələrə ŞAD XƏBƏR

    Maarifçi Tələbə Kredit Fondu növbəti elan sessiyasına başlayıb.

    Təhsil Nazirliyindən verilən məlumata görə, bu elan sessiyasında təqdim olunacaq faizsiz təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.

    Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.

    Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında (http://maarifci.az) qeyd olunub. Kreditin alınması şərtləri və tələbələrin seçim meyarları bu dəfə də dəyişməz qalıb.

    “Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək beşinci elan sessiyasını keçirir. Bu müddət ərzində fonda daxil olan 304 elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 175 təhsil krediti müqaviləsi imzalanıb.

    Tələbələr martın 15-dək kredit almaq üçün müraciət edə bilərlər.

  • “Şərq bazarı” bağlanır – Tarix açıqlandı (FOTO)

    “Şərq bazarı” təmirə bağlanacaq. Qafqazinfo-nun məlumatına görə, bu barədə bazar rəhbərliyi və satıcılar xəbər verib.

    Satıcıların sözlərinə görə, onlara aprel ayının 1-nə kimi mağazaları boşaltmaq tapşırılıb:

    “Bizə sadəcə dedilər ki, təmir işi aparılacaq, mart ayının 31-i son gündür. Daha bilmirik, təmir nə müddətə aparılacaq. Həmin vaxtda müxtəlif bazarda işimizi davam etdirəcəyik”.

    Bazar rəhbərliyi də yaxın zamanda təmir işinə başlanılacağını təsdiqləyib:

    “Hazırda bazarda hər hansı bir təmir işi getmir. Aprel ayından etibarən işlərin başlanması nəzərdə tutulub. Təmir bitdikdən sonra satıcıların qayıdıb qayıtmaması onlardan asılıdır. Bəlkə daha yaxşı yer tapacaqlar”.


  • Lənkəran sakini qeyri-adi traktor düzəltdi – 10 saata cəmi 4 litr yanacaq işlədir – VİDEO

    Lənkəranda avtomobil təmiri sexində dəmirçi işləyən usta satın aldığı ikitəkərli motoblok adlandırılan təsərrüfat texnikasına dəyişikliklər edərək, mini traktor düzəldib. 

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, bu mini traktor 10 saata cəmi 4 litr yanacaq işlətməklə daha çox iş görmə potensialına malikdir.

    Zavod istehsalı olan və əl ilə idarə olunan kiçik texnikanın funksiyasını dəyişdirərək, mini traktor düzəldib.

    Lənkəran sakini Novruzəli Nobatovun düzəltdiyi bu texnika 10 qat artıq iş görür..

    25 ildir avtomobil təmir sexində dəmirçi işləyən usta təsərrüfat işlərində istifadə olunan və əl ilə idarə edilən ikitəkərli texnikanı mini traktora çevirib. O, əlavə detallar kimi “Jiquli” avtomobilinin ehtiyat hissələrindən istifadə edib.

    İndi bu texnika daha çox iş görür. Əsasən də kartof sahələrində əlavə avadanlıqlar qoşmaqla ondan daha səmərəli istifadə etmək mümkündür.

    Kənd təsərrüfatı texnikası 10 saata cəmi 4 litr yanacaq işlədir. Novruzəli Nobatov sözlərinə görə, mini traktoru hazırlanmasına 1000 manata qədər pul xərcləyib. Usta texnikanı daha da təkmilləşdirmək niyyətindədir.

  • Ürək ağrıdan hekayə: Spirtli içki ana və oğulun arasına girdi – VİDEO

    Spirtli içki sözün əsl mənasında ana və oğulun arasına girib. Ana spirtli içki aludəçisi olan oğlunu bir neçə aydır ki, evinə buraxmır.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Azər Qurbanov öz evinin düz qapısının ağzında, soyuq betonlar üzərində yatır. Elə yeməyini də burada yeyir. Ürək ağrıdan bu hekayəni ekranlara gətiririk.

    Dəmir qabda yemək, yanında isə su və çörək qoyulub. Ana tüfeyli həyat yaşayan oğlunu bu formada cəzalandırıb.

    Bura Paytaxtın Nizami rayonu, Məzahir rüstəmov küçəsi bina 12, mənzil 16 -nın düz qarşısıdır. Elə ilk baxışdaca kiminsə qapının ağzında saxlanıldığını və evə buraxılmadığını görmək mümkündür.

    Burada yatan şəxsin kim olduğunu öyrənmək üçün saatlarla gözləməli olduq. Sonra isə soyuq betonların üzərində yatan həmin şəxs gəldi, özü də sərxoş halda.

    Əvvəlcə suallarımızı cavablandırmaq istəmirdi. Özünü Azər Qurbanov kimi təqdim edən 42 yaşlı bu şəxs əslən tərtər rayonunandır. Dediyinə görə, bu mənzildə onun anası və bacısı yaşayır.

    Məlum oldu ki, Azər Qurbanov spirtli içki aludəçisidir. anası ilə olan münasibətləri isə elə buna görə pozulub. oğlunun bu hərəkətini görən ananın qəlbi sözün əsl mənasında daşa dönüb. Azər deyir ki, həmin mənzil 3 otaqlıdır. Bu 3 otaqlı evdə isə cəmi 2 nəfər yaşayır. Ana və qızı Azərə “içki içirsən evə gəlmə” deyiblər.

    Daha sonra onun anası və bacısının yaşadığı evin qapısını döydük.Qapını üzümüzə açan ana suallarımızı cavablandırmadı

    Ana qapını bağlayaraq öz isti mənzilinə qayıtdı..Sərxoş oğul isə daha bir gecəni soyuq beton üzərində keçirəcək..Həmdə doğma anasının 1 addımlığında.

  • Nəqliyyat vasitələrinin evakuasiyasında YENI QAYDA

    Sürücülük vəsiqəsi və digər müvafiq sənədlər olmadığı hallarda fiziki şəxsləri nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaq və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsi saxlanılması üçün mütləq birbaşa müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndəriləcək.

    Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanla qüvvəyə minən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunda əksini tapıb.

    İndiyə qədər 3 saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olduqda, nəqliyyat vasitəsi onu yol hərəkətində iştirakdan kənarlaşdırmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının yanında saxlanılıb. Belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya mübahisəli hallar araşdırıldıqdan və ya pozuntuya görə inzibati tənbeh verildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılıb. 3 saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilib.

    Artıq yalnız nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılacaq. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:

    – dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda;

    – nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə;

    – dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;

    – dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;

    -nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;

    – yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda;

    – İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə.//baku.ws

  • Zabratda avtobusun daşa basılması nəticəsində bir sərnişin ağır xəsarət alıb

    Bakının Sabunçu rayonunda sərnişin avtobusunun daşa basılması nəticəsində bir sərnişin ağır xəsarət alıb.

    “Report”un xəbərinə görə, Zabrat qəsəbəsi istiqamətində hərəkət edən 198 saylı sərnişin avtobusuna naməlum şəxs və ya şəxslər tərəfindən bir neçə daş atılıb.

    Sonuncu atılan daş avtobusun şüşəsini qıraraq nəqliyyat vasitəsinin sağ tərəfində əyləşən 52 yaşlı Bayramov Şakir Ağaqulu oğlunun baş və göz nahiyələrinə dəyib. Nəticədə sərnişin ağır xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Orada başı müayinə edilən kişinin göz nahiyəsi tamamilə sıradan çıxdığından o, Z.Əliyeva adına Göz Klinikasına göndərilib.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlayıb.

  • “Xəzər” TV-nin xanım aparıcısı studiyada yıxılaraq ağır xəsarət alıb

    “Xəzər” televiziyasının aparıcısı studiyada yıxılaraq ağır xəsarət alıb.

    “Report” xəbər verir ki, hadisə fevralın 1-də “Xəzər Xəbər”in efirə gedən 15:00 buraxılışından sonra baş verib.

    1988-ci il təvəllüdlü aparıcı Qədimova Günel Şöfiq qızı studiyada efirdən sonra yıxılıb. Nəticədə xəsarət alan aparıcı “təcili yardım” xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun qapalı kəllə-beyin travması aldığını müəyyən ediblər. Aparıcıya lazımi tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

  • 49 manatlıq paltarı 189 manata satdı – “Coco Baku” müştərini belə aldatdı (FOTO)

    “Coco Baku” geyim mağazası ilə bağlı redaksiyamıza şikayət daxil olub.

    Median.Az Axsam.az-a istinadən xəbər verir ki, Günel Cahangirli adlı xanım mağazadan 189 manata libas aldığını, amma sonra eynisini daha ucuz qiymətə başqa mağazalarda gördüyünü iddia edir.

    “Libası özəl adı ilə satıblar. 189 manat pul verdim, bir dəfə toya geyindim. Aradan iki gün keçəndən sonra geyimlər satılan online səhifələrdə və şəhərimizdəki keçidlərdə olan mağazalarda paltarın eynisini 49 manata gördüm. Zəng vurub mağazaya bu haqda şikayət edəndə, qayıtdılar ki, ola bilməz, bizdə “A klass”dı. Amma materialına da baxmışam, heç bir fərq yoxdur. İnsanı bu qədər aldatmaq olmaz” deyə, xanım şikayətində bildirib.

  • “35 manatlıq balıq kababı 400 nəfərə nəzərdə tutulsa da, 200 nəfərə verilir”

    Parlamentdə şadlıq evləri tənqid edildi

    Milli Məclisin iclasında şadlıq evlərinni fəaliyyəti tənqid edilib. Deputat Qüdrət Həsənquliyev xüsusilə şadlıq sarayalarındakı səsgücləndiricilərin qaydasında olmadığını deyib: “Bir salonda səkkiz səsucaldıcı vasitədən istifadə olunur. O vaxt Azadlıq Meydanındakı mitinqlərdə iki dənə səsucaldıcı qoyulurdu, səs Şıxov çimərliyinə qədər gedib çıxırdı. İndi isə restoranlara nəzarət edən yoxdur. Amma şadlıq evlərində səsi elə verirlər ki, fiziki cəhətdən insan orqanizmi tab gətirə bilmir və qonaqlar tez salonu tərk edirlər”.

    Deputat əlavə edib ki həmçinin restoranlarda kondisionerləri söndürmürlər və adamlar toyda boynu tutulduğu üçün salonu tərk edir.
    Yeməklə bağlı məsələyə toxunan Q.Həsənquliyev restoranlardakı yemək məsələsində də toxunub. “Bahalı yeməkləri süfrəyə gətirməyi sona saxlayırlar. Bununla da restoran sahibləri öz vəsaitinə qənaət edir. Toya 400 nəfər dəvət olununur. 35 manatlıq balıq kababının pulu qonaqların sayına uyğun olaarq toy sahibindən alınır, amma toyun sonunda həmin kabablar 200 nəfərə verilir”.
    Spiker Oqtay Əsədov da bildirib ki, şadlıq saraylarında səs məsələsi bir neçə dəfə qaldırılıb: O qeyd edib ki, ölkədə çox sayda bahalı şadlıq sarayları olsa da, az sayda şadlıq evi akustika normativə uyğunlaşdırılıb. “Yemək məsələsini mən bilmirəm, amma hər halda, bu məsələyə diqqət yetirmək lazımdır”.