Category: Cəmiyyət

  • Almaniyaya sığınan azərbaycanlı qadın özünü doğradı – Deportasiya olunacaqmış…

    Almaniyadan deportasiya olunması barədə qərar çıxarılan Azərbaycan vətəndaşı intihara cəhd edib.

    Hadisə yanvar ayının 28-də baş verib. Belə ki, Almaniya hökuməti Bamberq şəhərində yaşayan Kəmalə İmaməliyevanın sığınacaq istəyinə mənfi cavab verib və onun öz ölkəsinə – Azərbaycana qaytarılması barədə qərar çıxarıb. 23 yanvar 2018-ci il tarixində səhər saatlarında onu deportasiya etmək üçün təlimatandırılmış 30 nəfərə yaxın xüsusi əlcəkli və silahlı polis əməkdaşının K. İmaməliyevanın yaşadığı mənzilə daxil olması isə bədbəxt hadisə ilə nəticələnib. Soydaşımız deportasiya olunmasına etiraz əlaməti olaraq həmin şəxslərin qarşısında bıçaqla qarın nahiyəsinə bir neçə zərbə endirib. O, aldığı zədələrə görə əməliyyat keçirib, daha sonra ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib. Kəmalə İmaməliyevanın deportasiya qərarından ağır stress keçirdiyi bildirilir.

    Məlumat üçün bildirək ki, Almaniyadan hər 10 geri göndərilmə prosesindən 1-i intihara cəhdlə nəticələnir. Bu cəhdləri nəzərə alaraq, Almaniya hökuməti bu ildən etibarən sığınacaq üçün müraciət etmiş şəxslər haqqında daha tez qərar verilməsi və geri göndərilmə prosesinin mümkün qədər tez həyata keçirilməsini planlaşdırır.(Bakipost.az)

  • Televiziya izləyiciləri üçün xəbərdarlıq

    Milli Televiziya və Radio Şurasının (MTRŞ) yanvarın 30-da keçirilən iclasında AzTV və Mədəniyyət kanallarının Bakı şəhəri və Abşeron yarımadası ərazisində HD formatında yayıma keçməsi ilə əlaqədar olaraq, yerüstü TV yayımı üçün bu ərazidə əlavə olaraq 31-ci TV kanalının istifadə olunması və TV proqramlarının yeni paketlərinin yaradılması qərara alınıb.

    Bu barədə APA-ya MTRŞ-nin Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov məlumat verib.

    Onun sözlərinə görə, qərara əsasən, TV vericilərinin fevralın 5-də keçiriləcək profilaktikasından sonra 37-ci TV kanalında AzTV, Mədəniyyət TV, İdman Azərbaycan və İctimai TV proqramları yayımlanacaq: “48-ci TV yayım kanalında bütün ümumölkə TV proqramlarının SD formatında, 31-ci TV yayım kanalında isə CBC sport, Xəzər TV və bir neçə aydan sonra fəaliyyətə başlayacaq yeni xəbər televiziyasının HD formatında yayımı həyata keçiriləcək. Tamaşaçılardan həmin gün profilaktika işlərindən sonra TV qəbuledicilərini yenidən kökləməyi xahiş edirik”.

    Şöbə müdiri qeyd edib ki, Azərbaycanda peyk və yerüstü TV yayımı rəqəmli formada həyata keçirilir: “Hazırda ölkəmizin əhalisinin 99,9%-dən çoxu yerüstü rəqəmli TV yayımı ilə əhatə olunub. Bunu həyata keçirmək üçün ölkəmizin ərazisində müxtəlif güclü 145 TV vericisi işləyir. Rəqəmli TV yayımı yaxşı keyfiyyət təmin etsə də, bu hələ tam yüksək keyfiyyət sayıla bilməz. Dünya ölkələrində yüksək həlletmə qabiliyyətli (HD –High Definition), Full HD və UltraHD formatında TV yayımı aparılmaqdadır. Bu formatların tətbiqi ekranda kiçik detalları canlandırmağa və təsviri baxımlı etməyə imkan verir. Bu cəhətdən UltraHD formatının imkanları daha genişdir. Ölkəmizdə 2016-cı ildə HD formatı üçün standart hazırlanıb. Lakin əhalidə olan televizorların bir qismi HD formatını dəstəkləmədiyi üçün paralel olaraq SD (Standard Definition) formatında TV yayımı hələ bir müddət davam etdiriləcək”.

  • Nazirlik Bayıldakı SON DURUMU AÇIQLADI

    “Yanvar ayı ərzində Bayıl yamacında – Teleqüllənin yaxınlığında sürüşmənin dinamikasında aktivlik müşahidə edilsə də, son bir neçə gün ərzində orada sürüşmə ilə bağlı vəziyyət stabilləşib, monitorinq məqsədilə quraşdırılmış mayaklarda çatlar əmələ gəlməyib”.

    Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

    Nazirlik rəsmisi ərazidəki tədqiqat işlərinin demək olar ki, yekunlaşdığını söyləyib.

    Mütəxəssis əlavə edib ki, hazırda monitorinqlərin nəticələri araşdırılır: “Bayıl yamacında baş verənlər sürüşmə-çökmə-oturma prosesidir. Bu proses təbii amillərin – yağışların, yaxud yeraltı suların təsirindən ola bilər. Yamacın müxtəlif məqsədlər üçün şaquli kəsilməsi də sürüşmənin baş verməsinə təsir göstərən amillərdəndir. Amma bütün bu amillər bir gündə deyil, zaman-zaman yamacın geoloji strukturunda dəyişikliklər yaradıb”.

    R.Həsənov bildirib ki, Bayıl yamacındakı sürüşmənin qarşısının alınması üçün yamacın aşağı hissəsində istinad divarının tikilməsi, yamacın yuxarı hissələrində suvarmadan məhdudiyyətlə istifadə edilməsi, yağış sularının müəyyən qədər istiqamətləndirilməsi kimi tədbirlər həyata keçirilməlidir.

    Bayıl yamacının yükünün azaldılması üçün ərazidəki evlərin sökülməsinə ehtiyacın olub-olmadığına gəldikdə, R.Həsənov bildirib ki, evlər yamacın aşağı hissəsindədir:

    “Yuxarı hissədə evlər yoxdur. Çatların qeydə alındığı ərazi yamacın yuxarı hissəsindədir, evlərdən çox uzaqdadır. Sakinlərin evlərdən köçürülməsində məqsəd də təhlükəsizliyin təmini olub. Çünki yuxarı hissədən böyük süxur kütlələri axaraq evləri basa bilər. İstinad divarı yamacın aşağı hissəsindən tikilməlidir. Orada da evlər var. Araşdırmalardan sonra ehtiyac olarsa, sakinlər oradan köçürürlə bilər. Lakin bu məsələ ilə aidiyyatı dövlət qurumları məşğul olurlar”.

    Qeyd edək ki, Bayıl qəsəbəsində sürüşmə zonasında prosesin aktivləşməsi nəticəsində evlərdə çatların sayı artıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir. Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb.

  • Bəhram Bağırzadənin həkim xanımı və övladları – Fotolar

    Əməkdar artist Bəhram Bağırzadənin bu dəfə ailəsi fotokameramıza tuş gəlib.

    Aktyorun xanımı Şəhla Bağırzadə, oğlu Cavid və qızı Tahirə kinoteatra yollanıblar.

    Onlar birlikdə “Bəxt üzüyü 2” filmini izləyiblər.
     
    //Axşam.az



  • Amaşov: Mətbuat Şurası ilə bağlı ayrıca qanun qəbul olunsun

    Mətbuat Şurası (MŞ) ilə bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi təklif olunub.

    Bu təklifi parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında MŞ sədri, deputat Əflatun Amaşov irəli sürüb.

    Millət vəkili qeyd edib ki, təşkilatın hüquqi statusunun dəyişdirilməsinə, eyni zamanda ayrıca qanunun qəbul edilməsini ciddi ehtiyac var:

    “Biz bu gün ictimai təşkilat olduğumuzdan bəzən müvafiq addımlar ata bilmirik. Bu gün mətbuatda jurnalist adına xələl gətirən, jurnalist adından sui-istifadə edən, bazar açan ünsürlər yayılıb. “Reket jurnalistika”dan əziyyət çəkirik. Mətbuat Şurasının hüquqi statusunun yenilənməsi ilə “reket jurnalistika”ya qarşı mübarizədə, mətbuatda balanslaşdırılmanın aparılmasında ciddi addım atmış olarıq. Buna zəruri ehtiyac var”.//oxu.az

  • Parlament yeni cərimələri təsdiqlədi – 300 manatdan 15 000 manatadək

    Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

    Median.Az-in “Report”a istinadla verdiyi xəbərə görə, bununla bağlı məcəlləyə yeni-395.1-1 maddəsi əlavə edilib.

    Maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının yaratdığı qurumun icazəsi alınmadan ölçülərindən asılı olmayaraq açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 15 000 manatadək məbləğdə cərimə ediləcək.

    Məcəllənin 428.7-ci maddəsi yeni redaksiyada verilib:

    Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni:

    1. müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmaması, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə,

    2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə,

    3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.

    Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

  • “AAAF”la jurnalistlərin məhkəməsi yekunlaşdı – FOTO

    Bu gün “AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərovun 21 informasiya saytına qarşı qaldırdığı iddia ərizəsi ilə bağlı keçirilən məhkəmə iclasının yekun qərarı elan edilib. Qeyd edək ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Aytən xanım Mirzəzadənin sədirliyi ilə sözügedən iddia üzrə bundan əvvəl iki proses keçirilib.

    Bu gün keçirilən yekun iclasda iddiaçı tərəfin vəkili iddia tələbinin həcminin azaldılması ilə bağlı vəsatətlə çıxış etdi. Həmin vəsatətdə bildirilirdi ki, onlar bundan sonra iddia üzrə cavadeh qismində: ölkə.az, modern.az, oxu.az, moderator.az, haqqin.az, anaxeber.az, qafqazinfo.az, bakunews.az və djb.az saytlarının qalmasını, digər KİV-lərin isə adının iddia tələbindən çıxarılmasını istəyirlər. Hakim müşavirədən sonra yekun qərarı elan etdi. Qaldırılan iddia qismən təmin olundu. Elan olunan məhkəmənin yekun qərarında bildirildi ki, yalnız ölkə.az saytı yayılan məqalənin həqiqətə uyğun olmaması ilə bağlı təkzib verib və üzr istəməlidir. Məhkəmə iddianın “50 min manat təzminatın cavdehdən tutulması” ilə bağlı hissəsini rədd etdi.

    Məhkəmə çəkişməsinə səbəb ölkə.az saytının “AAAF” rəhbəri Tofiq Heydərovun həbs edilməsi ilə bağlı yaydığı və digər saytların ilkin mənbə kimi həmin sayta istinadən tirajladığı xəbər olmuşdu. İddiaçı tərəfin vəkili Məhkəmənin qərarından Apelliyasiya şikayəti verəcəklərini bildirib.//Azinforum.az

  • 14 yaşı tamam olmayan şəxslərə dərman satışı qadağan edildi

    Bu gün keçirilən plenar iclasda “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

    Qanuna təklif edilən 13.3-1 bəndinə görə (Əhaliyə dərman vasitələrinin buraxılması), ölkədə 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.

    Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

  • Azərbaycanda qeyri-adi hadisə: Cinsiyyəti məlum olmayan uşaq doğuldu

    Azərbaycanda cinsiyyəti məlum olmayan uşaq dünyaya gəlib.

    Həkimlər onun cinsiyyətini təyin etmək üçün analizlər etmək məcburiyyətində qalıb. Bununla bağlı Ailem.az-a məlumat verən tanınmış uroloq-cərrah Fuad Hüseynov bildirib ki, uşaq doğulduğunda cinsiyyət orqanında ciddi deformasiya olub.

    Belə ki, uşağın xayaları yerində olmayıb: “Xayaları yerində olmadığı üçün Mərkəzi Klinikanın uşaq endokrinoloqu Ülkər Seyidova tərəfindən cinsiyyəti təyin etmək üçün xromosom və digər analizlər istənildi. Analizlərin cavabı isə hər kəsi sevindirdi. XY, yəni xromosom analizinə görə baxdıq ki, uşaq oğlandır və ciddi endokrinoloji problemi yoxdur”. F.Hüseynov deyib ki, uşağa hipospadiyanın (Peyğəmbər, anadangəlmə yarım sünnətli) ən ağır formalarından biri olan perineal tip hipospadiya diaqnozu qoyulub: “Yəni sidik kanalının xarici dəliyi cinsiyyət orqanının ucuna deyil, xayaların ortasına açılırdı, cinsiyyət orqanının ölçüsü olduqca kiçik idi və aşağıya doğru əyilmişdi.

    İlk öncə cinsiyyət orqanının ölçüsünü böyütmək üçün hormon müalicəsi aldı. 1 yaşında ilk etap əməliyyatını uğurla bitirdi. İlk etapda xayanı qasıq kanalından xayalığa normal yerinə endirdik, cinsiyyət orqanındakı əyriliyi düzəltdik və sünnət dərisinin içərisindən sidik kanalındakı deffekti bərpa etmək üçün material köçürdük. Hazırda evlərindədir, 2-ci seans əməliyyatını gözləyir”.

  • Mədət Quliyev hamilə həyat yoldaşı ilə təqdimatda – FOTOLAR

    Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev “Bəxt üzüyü 2” filminin təqdimat gecəsində iştirak edib. Primetime.az xəbər verir ki, DTX rəisi qala gecəyə hamilə həyat yoldaşı Zəhra Quliyeva ilə birlikdə qatılıb.

    Sözügedən kadrları oxucularımız üçün yayımlayırıq: