Category: Cəmiyyət

  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək – RƏSMİ

    Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.

    Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin birgə bəyanatında bildirilib.

    Qeyd olunub ki, atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir:

    “Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

    Təyyarə qəzası nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir və faciədən zərər çəkmiş hər kəslə bu əvəzolunmaz itkinin ağrı-acısını bölüşürük”.

    Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. 2025-ci il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış “Azerbaijan Airlines” təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. 2025-ci il fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.

  • DİQQƏT – Uşaqlara bu adların qoyulması qadağan edilir

    Azərbaycanda uşaqlara Şah, Bəy və Xan adlarının qoyulması qadağan edilir.

    Hazırda Terminologiya Komissiyası nəzdində Şəxs Adları Komissiyasında və digər dövlət qurumlarında məsələyə baxılır.
    Buna səbəb həmin sözlərin keçmişdə bəzi şəxslərin daşıdığı titulu ifadə etməsidir.

    Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun baş direktoru, Şəxs Adları Komissiyasının sədri, professor Nadir Məmmədli “Yeni Sabah”a açıqlamasında məlumatı təsdiqləyib.

    O deyib ki, bundan sonra şah, bəy və xan sözləri yalnız adlara bitişik yazıldığı halda istifadəsi mümkün olacaq:

    “Şah, xan və bəy sözləri hər hansı zümrəni ifadə etmir, bunların mənası başçı, hökmdar deməkdir. Qədimdə də bu adlardan istifadə olunub, indi də mümkündür. Amma ayrıca yox. Məsələn, uşağa Əvəzxan adı qoyula bilər. Bizdə Xan tipli təkhecalı adlar adətən istifadə edilmir. Lakin xan deyəndə başçı nəzərdə tutulduğu üçün bu formada olan adların ayrıca istifadə olunmasına icazə verilməyəcək. Eləcə də həmin sözlərin addan ayrı yazılması qəbul edilməyəcək. Məsələn, Nadir bəy Məmmədli. Bu cür yazmaq olmaz. Yalnız ad və soyadlara bitişik olduğu halda istifadə oluna bilər. Əlibəy və ya Əlibəyli kimi”.

  • Yer kürəsində geomaqnit pozuntuları proqnozlaşdırılır

    Günəş səthində əmələ gələn tac dəliyi ilə əlaqədar olaraq, aprelin 18-dən 19-dək Yerin maqnit sahəsində müəyyən dalğalanmaların olacağı gözlənilir.

    Müvafiq məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutuna məxsus Günəş astronomiyası laboratoriyası, həmçinin qurumun Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu paylaşıb.

    Qurumun açıqlamasında bildirilir ki, həftəsonu kosmik hava dəyişikliklərinə həssas olan şəxslər üçün narahat keçə bilər.

    Bununla yanaşı, ekspertlər vurğulayıblar ki, qlobal miqyasda “kosmik sakitlik” fazası öz davamlılığını qoruyur.

  • Yanvar-mart aylarında 11.5 min şəxsə əlillik təyin olunub

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin I rübü ərzində 11.5 min şəxsə əlillik təyin edilib.

    Bu barədə nazirlik məlumat yayıb.

    Onlardan 5.3 min şəxsə ilkin, 6.2 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

    Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

    Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

  • Bakıda toy vaxtı gözlənilməz hadisə: Şadlıq evinin tavanı deşildi – Video

    Dünən Bakıya yağan dolu paytaxtdakı şadlıq evlərindən birində keçirilən toy məclisində xoşagəlməz vəziyyət yaradıb.

    Median.Az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsindəki məşhur şadlıq evində baş verib.

    Göndərilən görüntülərdə restoranda toy davam edən zaman zalın tavanından su axdığı əks olunub. Nəticədə qonaqlar çətin vəziyyətə düşüblər.

  • Bibiheybət yolunda təmir-bərpa işləri niyə yubandı? – RƏSMİ AÇIQLAMA

    Bibiheybət yolunda aparılan təmir-bərpa işləri ilə bağlı yaranan vəziyyət narazılığa səbəb olub.

    Bu barədə sosial şəbəkədə paylaşım edilib.

    Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən əvvəlcədən verilən məlumata əsasən, qeyd olunan ərazidə yol 13 aprel saat 10:00-dan 15 aprel saat 07:00-dək tam bağlanmalı idi. Lakin göstərilən tarix başa çatsa da, 72, 125, 149, 205 və E1 nömrəli marşrut xətlərinin fəaliyyəti hələ də bərpa olunmayıb və məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

    Paylaşımda vurğulanır ki, yaranmış vəziyyət ərazidə yaşayan sakinlərin gündəlik həyatına ciddi təsir göstərib. Belə ki, vətəndaşlar məktəbə, universitetə və işə getməkdə çətinliklərlə üzləşiblər.

    “Təmir işlərinin iş günlərinə təsadüf etməsi də suallar doğurur. Belə məhdudiyyətlərin həftəsonuna planlaşdırılması həm nəqliyyat sıxlığını azalda, həm də vətəndaşların gündəlik həyatına təsiri minimuma endirə bilər” – paylaşımda qeyd olunub.

    Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq AAYDA-dan bildirilib ki, yağıntılı hava şəraiti səbəbindən aparılan təmir işlərində təxminən 10-12 saatlıq gecikmə yaranıb.

    Qurumdan verilən məlumata görə, hazırda işlər yekun mərhələdədir və bu gün axşam saatlarında bərpa işləri tamamlanacaq, yolda nəqliyyatın hərəkəti tam şəkildə təmin olunacaq:

    “Təmir prosesi maksimum dərəcədə vətəndaşların rahatlığı nəzərə alınmaqla təşkil edilib. Belə ki, problem yarandığı müddətdə yol tam bağlanmayıb, bir istiqamət üzrə ikitərəfli hərəkət təmin olunaraq işlər paralel şəkildə icra edilib. Yalnız son mərhələdə təhlükəsizlik tələbləri və texnikanın sərbəst hərəkət imkanlarının təmin olunması məqsədilə yolda qısamüddətli məhdudiyyət qoyulub”.

    Açıqlamada o da vurğulanıb ki, bu müdaxilə əvvəlcədən planlaşdırılmış təmir işi olmayıb:

    “Ərazidə yaranmış deformasiya səbəbindən operativ və təcili tədbirlərin görülməsi zəruri olub. Əvvəlcədən planlaşdırılan digər təmir işləri vətəndaşların rahatlığını təmin etmək məqsədilə əsasən gecə saatlarında və ya istirahət günlərində həyata keçirilir”.

  • İTV-yə yeni baş direktor nə vaxt seçiləcək?

    İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi “İctimai televiziya və radio yayımı haqqında” qanuna əsasən bu ilin mayın sonunda keçiriləcək.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İctimai Televiziyanın Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, baş direktor yalnız seçkinin nəticəsində müəyyən olunacaq.

  • Ciddi nöqsanlar aşkarlanan mebel sexinin FƏALİYYƏTİ DAYANDIRILDI – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, ev 21 ünvanında fəaliyyət göstərən mebel sexində yoxlama keçirilib.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

    Məlumatda qeyd olunub:

    “Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, obyektdə yanğın su hovuzu mövcud deyil, obyektin bəzi divar və tavan hissələri yanar material olan lambirlə üzlənilib, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb, istehsalat və anbar otaqlarında yanar materialdan istifadə edilərək otaqlar yaradılıb, obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

    Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, ev 21 ünvanında yerləşən mebel sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”.

  • FHN-in Akademiyasında təhsil almaq istəyənlərin nəzərinə – Qəbul müddəti uzadıldı

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına qəbul müddəti uzadılıb

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, akademiyaya sənəd qəbulunun müddəti aprelin 30-dək uzadılıb.

  • AAYDA-da iki vəzifəli şəxs işdən çıxarıldı

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki idarə rəisi vəzifələrindən azad olunub.

    Median.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmrlər imzalayıb.

    Belə ki, Elşən Cəfərov Nəqliyyat İdarəsinin rəisi vəzifəsindən, Cavanşir Quliyev isə İşlər və Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsindən azad ediliblər.