Category: Cəmiyyət

  • Uşaq qidasından həşərat çıxıb? – Nəzarətə götürüldü – VIDEO

    Uşaqlar üçün nəzərdə tutulmuş “Humana” qidasının içindən həşərat çıxdığı iddia olunur.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.

    Vətəndaş sözügedən qidanı “Kanon” aptekdən aldığını iddia edib. 

    O bildirib ki, həşəratların evdə olduğunu düşünərək həmin qidadan yenisini alıb. Lakin yenə eyni mənzərə ilə üzləşib.

    Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırma aparılacaq.

    Həmin görüntüləri təqdim edirik:

  • Bakının bir sıra yollarında sürət həddi endirildi

    [spoiler][/spoiler]

    Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
     
    Median.Az xəbər verir ki, müraciətdə qeyd olunur:
     
    “Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirildi, portallarda “sürüşkən yol” işarəsi aktivləşdirildi. Hazırda hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
     
    Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol ” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”.//sfera.az

  • Zaqatala sakini itkin düşüb – FOTO

    Zaqatalada 36 yaşlı kişi itkin düşüb. 
     
    Median Az xəbər verir ki, ailə üzvləri onun şəhər ərazisində itkin düşüdüyünü iddia edir.
     
    Bildirilib ki, rayonun Paşan kənd sakini, 36 yaşlı Zaurbek Məmmədov kənddən Zaqatala şəhərinə gəlib və elə bu ərazidə itib.

    Ailə üzvləri Zaurbekin əqli qüsurlu olduğu, hətta danışa bilmədiyini bildiriblər. 
     
    Hazırda itkin düşdüyü ehtimal olunan şəxsin tapılması istiqamətində tədbirlər görülür. /bizimmedia

  • Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU

    Xəbər verdiyimiz kimi, 2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadə ölkəmizə ekstradisiya edilib.

    Median.Az  qafqazinfo-ya istinadən Xəyal Əli-Zadənin fotosunu təqdim edir: 

    Qeyd edək ki, sözügedən qətl 2013-cü ildə ölkədə rezonans doğurmuşdu. Qətlə yetirilən Vüsal Şilder Adolf bir zamanlar Bakıda “Mercedes-Benz”in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri olmuş Adolf Şilderin oğlu idi. O, əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan həmin şəxs Vüsalın anası ilə ailə qurub, onu övladlığa götürüb və Almaniya vətəndaşlığı almasına şərait yaradıb.

    Vüsalın qətlinin icraçıları Elman İsgəndərov və Seymur Talıbov 2014-cü ildə məhkum edilsələr də, sifarişçi X. Əli-Zadə ölkədən qaçmışdı. O, yalnız 13 il sonra – bir neçə gün əvvəl tutularaq Azərbaycana gətirilib. Xəyal əvvəllər yüksək vəzifədə işləmiş Tariyel Ağayevin kürəkənidir. Hadisə baş verəndən sonra qətlin icraçısı kimi T.Ağayevin də adı hallanırdı.

  • Bakı və Sumqayıtda övladları I sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

    Birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində Bakı və Sumqayıt şəhərlərində yaşayan, övladları I sinfə gedəcək valideynlərin mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciətlərinin qəbulu müddəti 15 aprel saat 18:00 tarixində yekunlaşır.

    Vətəndaşlar bu müddət ərzində daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər 15 aprel saat 18:00 tarixinədək Bakı şəhəri üzrə 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşa bilərlər.

    Qeyd edək ki, hazırkı tarixədək Bakı şəhəri üzrə ümumilikdə 230 , Sumqayıt şəhəri üzrə isə 32 valideyn mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciət edib.

  • Ölkədə son 2 ayda 10 878 nəfər ölüb

    Bu ilin ilk iki ayı ərzində ölkədə 10878 ölüm halı qeydə alınıb.

    Bu, Dövlət Statistika Komitəsinin yanvar-mart ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

    Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,3-dən 6,6-ya qədər artıb.

  • 522 əkiz, 21 üçəm doğulub

    Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14797 doğulan körpə qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,9-a düşmüşdür.

    Bu, Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

    Doğulan körpələrin 53,7 faizi oğlan uşaqları, 46,3 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 522-si əkiz, 21-i isə üçəmdir.

  • Duracağa gətirilən avtomobil bu halda dərhal sahibinə qaytarılacaq

    Duracağa gətirilən və saxlanılan nəqliyyat vasitəsi müəyyənləşdirilmiş haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq.

    Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 97.1-ci və 97.2-ci maddələrinin tələblərinə əsasən, dayanma və ya durma qaydalarının pozulması (346.1, 346.2 və ya 346.4-346.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda) və parklama qaydalarının pozulması (346-1.5-ci maddə) inzibati xətalarını törədən şəxslərin saxlanılmış nəqliyyat vasitələrinin onlara geri qaytarılmasının şərtlərindən biri qismində nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqın ödənilməsi çıxış edir.

    “Yol hərəkəti haqqında” qanuna dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılacaq. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

    Mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayacaq. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılacaq.

  • Pirşağı hövzəsi üzrə tullantı sutəmizləyici qurğu tikilir – Video

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sutəmizləyici qurğuların tikintisi layihələrini davam etdirir. Layihələrdən biri Pirşağı hövzəsi üzrə icra olunur.

    Layihə Azərbaycan Prezidentinin imzaladığı Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

    Ümumi uzunluğu 33 km olan kollektorun və yeni nasos stansiyasının inşası Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məhəmmədi və Kürdəxanı qəsəbələrində tullantı sularının idarə edilməsinə imkan yaradacaq. Eyni zamanda hövzə daxilində yerləşən qəsəbələrdə subasma hallarının qarşısı alınacaq, Kürdəxanı, Zabrat gölləri və sahil boyu zonada ekoloji tarazlıq bərpa olunacaq.

    Hazırda layihə üzrə 9,8 km təzyiqli tullantı su xəttinin və 3,9 km-lik koruge borunun tikintisi başa çatıb. Kollektorun inşası üzrə digər müxətlif diametrli boru və mikrotunellərin çəkilməsi istiqamətində işlər müntəzəm icra olunur.

    Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi çərçivəsində inşa olunacaq 31 şaxtadan 6-ı tamamlanıb, qalan şaxtalarda və kanalizasiya nasos stansiyasında işlər davam etdirilir.

    Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçirilir, geniş ərazilərdə qurulma imkanı və əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır.

  • Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyalarını ödəyib.

    Bu barədə nazirlik məlumat yayıb.

    Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişi yekunlaşıb.

    Digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin aprel ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniəcək.