Category: Cəmiyyət

  • Azərbaycanda 29 yaşlı gəlin 12 gündür yoxa çıxıb

    Göyçay rayonunda 29 yaşlı qadın evdən çıxaraq geri qayıtmayıb. Rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Rüfət Rasim oğlu APA-nın yerli bürosuna bildirib ki, həyat yoldaşı, 1989-cu il təvəllüdlü Lətifova Türkan Vaqif qızı yanvarın 18-də yaşadığı Göyçay şəhərinin M.S.Ordubadi küçəsindəki evlərindən çıxaraq geri qayıtmayıb. O, bir uşaq anası olan Türkan Lətifovanın şəkərli diabet xəstəsi olduğunu, müalicəsi üçün istifadə etdiyi dərman preparatlarının, şəxsiyyət vəsiqəsinin, geyim əşyalarının evdə qaldığını bildirib. Rüfət Məmmədov Oğuz rayonu Bayan kənd sakini olan Türkan Lətifova ilə ötən ilə ailə qurduğunu və evdə heç bir söz-söhbət olmadığını, xəstəliyi ilə bağlı onu müalicə etdirdiyini bildirib:

    “Yanvarın 18-də işdə idim, nahar vaxtı Türkan zəng edərək dedi ki, evdə yemək hazırlamışam, gəlib yeyərsən. Mən evə gəldikdə gördüm ki, Türkan yoxdur. Evdə onun məktubunu tapdım. Türkan məktubda “Rüfət, səni sevirəm, amma gedirəm” sözlərini yazaraq evi tərk edib”.

    R. Məmmədov həyat yoldaşının tanımadığı bir qadınla avtobusa minərək Bakı istiqamətinə getdiyini bildirib. Araşdırma zamanı məlum olub ki, Türkan Lətifova Oğuz rayonunda yaşayan valideynlərinin də yanına getməyib. Rüfət Məmmədov həyat yoldaşının səbəbsiz yerə naməlum istiqamətə getməsi və geri qayıtmaması barədə Göyçay rayon Polis Şöbəsinə məlumat verib.

    Polis Şöbəsi 4 gün öncə Türkan Lətifovanı itkin düşən şəxs kimi qeydiyyata alıb və onun axtarışına başlanılıb.

    Qadın evdən çıxarkən əynində cins şalvar, sarı gödəkcə və idman ayaqqabısı olub. Onu görən şəxslərdən 0202740491, 051-574-00-20, 0505844667 nömrəli telefonlara zəng etmək xahiş olunur.

  • Bakıda sərnişin sürücünü təhqir etdi – Video

    Bakıda marşrut avtobusuna ödəniş etmədən minən sərnişin ilə sürücü arasında mübahisə yaranıb.

    “BakuBus”ın verdiyi xəbərə görə, hadisə yanvarın 30-u saat 18:48 radələrində 90-JH-110 dövlət qeydiyat nişanlı 175 saylı marşrut avtobusunun sonuncu, Səməd Vurğun bağı dayanacağında baş verib.

    Sərnişin ödəniş etmədən avtobusa daxil olub və sürücü mikrofonla sərnişinə xəbərdarlıq edib. Bundan sonra qəzəblənən sərnişin ictimai yerdə sürücünü nalayiq sözlərlə təhqir etməyə başlayıb və onun üzərinə gəlib. Ətrafdakı sərnişinlər müdaxilə etdikdən sonra həmin şəxs yenə ödəniş etmədən geri qayıdır və sürücü bununla bağlı yaxınlıqdakı xətt dispetçerini dəvət etmək üçün avtobusu tərk edir. Bundan sonra hadisə yerinə polis əməkdaşları dəvət olunur və bunu görən həmin sərnişin dərhal tələsik şəkildə avtobusu tərk edir.

  • Azərbaycanın ən yaşlı sakini bu rayonda yaşayır – 108 yaşı var

    Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu Azərbaycanın ən yaşlı sakininin adını açıqlayıb.

    Median.Az xəbər verir ki, institutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə bildirib ki, Azərbaycanın ən uzunömürlü (yəni yaşı verifikasiya olunmuş) sakini Lənkəranın Gərmətük kəndində yaşayan 108 yaşlı Vəsmə Məmmədova olub.

    U.Həşimova deyib: “Uzunömürlülər tədqiq olunarkən hər şeydən ilk öncə onların yaş verifikasiyası aparılır. Çünki bir çox hallarda sənədlərdə göstərilən yaşla əsl yaş göstəricisi üst-üstə düşmür. Odur ki, bəzən KİV-lərin ən yaşlı insan haqqında onların sənədinə istinadən yaydıqları məlumatın elmi əsası olmur”.

  • Bu xəstəliyi olan müəllimlər işdən çıxarılacaq

    Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nı təsdiq edib.

    Median.Az-in “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, yeni qaydalara əsasən təhsilverənlərin sağlamlıq vəziyyətinin müəyyən edilməsi, xəstəliklərin, o cümlədən peşə xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması və infeksion və parazitar xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə tibbi müayinələr keçirilməlidir.

    Müayinələri tibb müəssisəsinin rəhbəri tərəfindən yaradılan komissa həyata keçirir. Bundan sonra bağça müəllimləri işə götürülmədən öncə ağciyərlərin flyuoroqrafiyası, həkim göstərişinə əsasən ağciyərlərin rentgenoqrafiyası, qanın analizi (QİÇS-ə, hepatit B, C-yə, sifilisə), nəcisin analizi (helmitozlara və patogen ibtidailərə yoluxma ilə bağlı), süzənək testi, bağırsaq infeksiyaları ilə bağlı bakteriya gəzdiriciliyinə görə müayinədən keçməli olacaqlar. Tibbi yoxlanışdan keçməkdən imtina edən şəxslər işə buraxılmayacaq.

    Tibbi müayinədən keçmiş namizədlərdən vərəm, sifilis, süzənək, qurda yoluxma, kəskin və xroniki bağırsaq infeksiyaları, kəskin virus infeksiyaları, kəskin bakterial infeksiyalar, ruhi xəstəliklər, narkoloji xəstəliklər və ağıreşitmə halları aşkaralan şəxslər işə götürülmür. 

    Müayinədən keçəcək şəxslərin siyahısı işəgötürən şəxslər tərəfindən hər il dekabrın 1-dən gec olmayaraq hazırlanmalıdır və 3 gün ərzində həmin şəxslərə göndəriş verilməlidir. 

    Təhsilverənlər 15 gün müddətinə müayinədən keçib nəticəni işəgötürən şəxsə təqdimetməlidirlər.

  • Araz Ağalarov: “Hələ bilmirik başımıza nə gələcək…”

    “Bu nə siyahıdır axı? Birinci və ikinci sadəcə olaraq rusiya prezidenti Administrasiyasının və hökumətin telefon məlumat kitabçasından götürülüb…Üçüncüsü isə “Forbs”dan. Sadəcə olaraq ilk yüzlük. Siyahı bu prinsip əsasında hazırlanmayıb ki,kim hakimiyyətə daha yaxındır, yaxud uzaqdır. Sadəcə olaraq siyahı xatirinə…”

    Virtualaz.org xəbər verir ki, bu sözləri Rusiyada yaşayan azrbaycanlı milyarder-oliqarx Araz Ağalarov adının ABŞ-da “Kreml məruzəsi”inə daxil edilməsini “Komsomolskaya pravda” qəzetinə şərh edərkən deyib.

    Biznesmen deyib ki, o da başqaları kimi siyahıya adı daxil edilənlərə qarşı hansı sanksiyaların tətbiq ediləcəyindən xəbərsizdir. “Yəni başımıza nə gələcək, kobud desək Birləşmiş Ştatlar bizə hansı hökmü çıxaracaq, heç kim bilmir. Və mən başa düşmürəm ki, nəyə görə hamı bu siyahıya görə belə həyacanlanır”-Ağalarov əlavə edib.

    Azərbaycanlı oliqarx deyib ki, adının “Kreml məruzəsi”inə daxil edilməsindən diskomfort yaşamır. “Xeyr…Nə diskomfort?…Mənim qızım Birləşmiş Ştatlardadır. Və arvadım. Əgər hakimiyyət məni ora buraxmasa ünsiyyət saxlamaq bir qədər mürəkkəbləşəcək. Əlaqə birtərəfli olacaq. Belə diskomfort əlbətdə, var. Ayrı nə diskomfort?”-o müxbirin sualına cavab olaraq deyib.

    Ağalarovun sözlərinə görə, “Kreml məruzəsi” üçün formal əsas kimi Rusiyanın Amerika seçkilərinə müdaxiləsinin göstərilməsini anlamır. Çünki amerikalılar elə beyinsiz adamlar deyil ki, Rusiyanın təsirinə uyub onun istədiyi adamı prezident seçsinlər.

    “Belə vəziyyətdə biz sizinlə birlikdə Trampa müraciət edə bilərikmi? Axı onun seçilməsini dəstəkləmişik, necə deyərlər, ona səs vermişik?”-jurnalist soruşub.

    “Məsələ ondadır ki…Mənim Tramp seçkilərdə qələbə qazananan sonra “Komsomolskaya pravda”ya verdiyim birinci müsahibəni yada salın. O vaxt demişdim ki, biznesmen Tramp başqa, prezident Tramp başqa. Üstəlik mən hesab edirəm ki, Tramp özü də bu fərqi dərhal başa düşmədi. O, fərqi ancaq onda anladı ki, müxtəlif strukturlarla problemləri yarandı-Müllerin komissiyası, Dövlət Departamenti, Böyük Jüri və s.”-Ağalarov cavab verib.

    Biznesmen deyib ki, Trampın mobil nömrəsini bilmir. Əvvəllər onda Trampın nömrəsi olub, amma yəqin ki, prezident seçiləndən sonra dəyişib. “Ona görə də mən sizə bu məsələdə kömək edə bilməyəcəm”-o jurnalistin Trampın nömrəsini istəməsinə cavab olaraq deyib.

  • İnanılmaz fırıldaq: Hindtoyuğu əti aldı, amma toyuq əti çıxdı (VIDEO)

    Cəlilabad rayon sakini İlkin Nurullayev ötən gün Biləsuvar rayonunda yol kənarlarında satılan 2 ədəd hindtoyuğu alıb.

    Hava qaranlıq olduğu üçün isə ona diqqətlə baxa bilməyib. Onun sözlərinə görə satıcı təkidlə ətin hind toyuğu olduğunu bildirib. Quşun formasının böyük olduğu üçün İlkin alıcının sözlərinə inanıb və birinə 30 manat olmaqla ümumilikdə 60 manat pul ödəyib.

    Lakin evə gəldikdə o, ətin son dərəcə möhkəm olmasından şübhələnib və diqqət yetirdikdə məlum olub ki, ona hindtoyuğu əti adı altında əslində broyler toyuğu satıblar. İlkin deyir ki, hind toyuğu bir çox xüsusiyyəti ilə toyuqdan fəqlənir. Ayaq nahiyyəsi nisbətən uzun və daxili oraqanları da toyuğa nisbətdə xeyli böyük olur.

    Sözügedən məslə ilə bağlı Biləsuvar rayonunda ətin satıldığı yerdə olduq. Satıcı ilk əvvəl törətdiyi əməli inkar etdi. Daha sonra çəkiliş qurupumuzu görüb piştaxtanın ətarafından uzaqlaşdı.

    Bir neçə dəqiqə sonra satıcının yaxınları gələrək müştərinin aldadıldığını etiraf ediblər. İlkin Nurullayevin pulunu isə qaytarıblar.

  • Bundan sonra İnstagram-a girdiyinizi hamı görəcək – YENİLİK

    İnstagram sosial şəbəkəsi yeni funksiyaları ilə gündəmə gəlib.

    Baku.ws-in məlumatına görə, yeni dəyişiklik bundan ibarətdir ki, Whatsapp-da olduğu kimi İnstagramda da Direct-ə yazılan mesajların nə vaxt oxunduğunun tarixi qeyd olunacaq.

    Bundan başqa, İnstagram-da istifadəçəsinin onlayn olub-olmadığı da görünəcək.

    Bu funksiyadan imtina etmək də mümkündür. Bunun üçün telefonda tənzimləmələr bölməsində Instagram-ı seçib bildiriş hissəsində bu xidməti dayandıra bilərsiniz. 

  • Bakıda yanacaq daşıyan maşın az qala faciəyə səbəb olacaqdı (VİDEO)

    Bakıda yanacaq daşıyan maşının sürücüsü yolda qaydaları pozaraq həm özünün, həm də başqalarının həyatını təhlükə altına atıb.

    Baku.ws-in məlumatına görə, sosial şəbəkələrdə yayılan videoda sürücünün təhlükəli manevrlər etdiyi, sürət həddini aşdığı görünür.
    Hadisə Nobel prospektində baş verib. 

    “30-ZA-114” dövlət nömrə nişanlı yanacaq daşıyan maşının sürücüsü gah sürəti artırır, gah sağdan, gah soldan ötmə əməliyyatı edir, gah da anidən əyələcə basır.

    Həmin görüntləri təqdim edirik. 

  • Azərbaycanda tələbələrin köçürülməsinə başlanılır

    Sabahdan tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də, ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılır.

    Təhsil Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, fevralın 1-dən transfer.edu.az portalı vasitəsilə sənəd qəbulu həyata keçiriləcək və proses fevralın 7-dək davam edəcək.

    Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

    Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

    Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

    Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.

    Transfer.edu.az portalı vasitəsilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.

    Ötən tədris ilində portal vasitəsilə 1191 nəfər tələbə köçürülüb.

  • Əlillik dərəcələri məsələsində şəffaflıq tam təmin olunurmu?

    Əlillik dərəcələrinin verilməsi ilə bağlı məsələdə hələ də gərginliklər, problemlər yaşanmaqdadır.

    Oxu.Az-ın xəbərinə görə, bu məsələ yenidən Milli Məclis (MM) müstəvisində müzakirə predmetinə çevrilib.

    Daha doğrusu, MM-in qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı parlamentin Əmək və sosial siyasət komitəsinin bugünlərdə keçirilən ilk iclasında komitə üzvləri – Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevlə akademik Yaqub Mahmudov bu məsələni gündəmə gətiriblər. Onlar heç də birmənalı qəbul olmayan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” hazırlanmış yeni qanun layihəsinin müzakirələrində əlillik dərəcələrinin verilməsində hələ də problemlərin qaldığını iddia edib və şikayətləniblər. Hər iki millət vəkili ölkədə rəsmi statistikaya görə, 600 mindən çox əlilin olduğunu, ancaq bunun reallıqlarla heç cür uzlaşmadığını bildiriblər. Onların fikrincə, Azərbaycanda bu sayda əliliin olması absurddur. Ona görə də adıçəkilən millət vəkilləri bu məsələdə xoşagəlməz halların mövcudluğunundan narazılıqlarını ifadə edərək, əlillik dərəcəsi verən dövlət qurumlarını bu məsələdə daha diqqətli olmağa, problemləri tezliklə aradan qaldırmağa səsləyiblər.

    Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov isə səslənən iddialarla razılaşmır. O, mətbuata açıqlamasında bildirib ki, bu məsələ çox şəffaf şəkildə həyata keçirilir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı bir qanunsuzluğa yol verilmir:

    “Bu məsələdə problem ola bilməz. Bu proses çox şəffaf şəkildə aparılır, hər şey şəffafdır. Xüsusilə də, Səlim Müslümovun nazir təyin olunmasından sonra bu məsələdə şəffaflıq tam təmin olunub. Düzdür, əvvəllər “VTEK”-lərin (Tibbi-Sosial Ekspert Komissiyası – red) dövründə bu məsələdə ciddi pozuntulara yol verilirdi, amma son illər hər şey şəffaf şəkildə aparılır, xüsusilə də, elektronlaşdırmadan, elektron sistemə keçiddən sonra bu məsələdə heç bir nöqsan ola bilməz. Amma onu da deyim ki, bəli, bəzi poliklinikalarda bu məsələdə bəzi problemlər qalmaqdadır…”, – deyə nazir müavini əlavə edib.