Category: Cəmiyyət

  • Azərbaycanda daha bir radioya ölkə ərazisində yayımlanması üçün tezliklər verilib

    Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

    Median.Az xəbər verir ki, Şuradan “Report”a verilən məlumata görə, iclasda Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Prezidentin 18 yanvar 2018-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (“Lider TV”, “Xəzər TV”, “ATV”, “ARB TV”, “Space TV”) 600 000 (altı yüz min) manat ayrılması barədə qərar qəbul edilib.

    İclasda həmçinin “Avto FM” radiosunun ölkə ərazisində geniş miqyaslı yayımının təmin olunması üçün ona yeni tezliklərin ayrılması və “Azerspace-1” peykindən yayımına icazə verilməsi ilə bağlı qərar qəbul edilib.

  • “AAAF park”da yaşayanlara xoş xəbər – Kommunal borcları ləğv edildi

    “AAAF park”ın təsisçisi Tofiq Heydərov son günlər mediada şəhərciklə bağlı yayılan xəbərlərdən sonra yeni qərar qəbul edib.

    “Qafqazinfo” T. Heydərovun AAAF park yaşayış kompleksində sakinlərin şəraitinin yaxşılaşdırılması ilə bağlı qərarını təqdim edir:

    1. 2017-ci il dekabr ayının 31- nədək sakinlərin şirkətə olan bütün komunal borcu və istiliyə görə olan bocları ləğv edilsin.

    2. 2018-ci il dekabr ayının 31-nədək AAAF park sakinləri komunal ödənişlərdən və istiliyə görə olan ödənişlərdən azad edilsin.

    3. Sakinlərə sayğacların alınması üçün şirkətlərimiz tərəfindən 12 ay müddətinə faizsiz borc krediti verilməsi üçün köməklik göstərilsin.

    4. Mənzil borclarını ödəyə bilməyən sakinlərimizə kredit müddəti müəyyən vaxta qədər artırılsın.

    5. Mənzilin kredit borcunu tam ödəyən sakinlərimizə 30 faiz endirilməklə Çıxarışların ödənişsiz verilməsi təmin edilsin.

    6. AAAF park yaşayış komplesinin ərazisində fəaliyyət göstərən kluba məxsus obyektlərdə onların üzvlük kartına görə
    ödəmələrdə əlavə olaraq endirimlər edilsin.

    7. Işıq, su və qaza görə olan borclarını ödəyə bilməyən sakinlərə müraciət əsasında yardımlar edilsin.

    8. AAAF park ərazisində yaşayan ailələr arasında heç bir yerdə işləməyən ailə üzvlərindən biri şirkərlərimizə işə götürülməsinə şərait yaradılsın.

    9. Ayda ən azı bir dəfə olmaqla AAAF park konfrans zalında sakinlərlə görüş təşkil edilsin və qaldırılan məsələlər haqqında tədbirlər görülsün.

  • İrana qanunsuz keçmək istəyən Özbəkistan vətəndaşları tutuldu

    Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitə­lərin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

    Qurumun mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, yanvar ayının 18-də dövlət sərhədinin mühafizəsi tapşırıqlarını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin sərhəd gö­zətçi gəmisi tərəfindən Xəzər dənizində Astara rayonu isti­qamə­tində sa­hildən 7,4 mil məsafədə su səthində kustar üsulla düzəldilmiş buy (işarəverici üzücü nişan) mü­şa­hidə olunub, buya baxış zamanı bir ədəd bağlamada 980 qram ma­rixu­ana, 1415 qram həşiş aşkarlanıb.

    Yanvar ayının 26-da daxil olmuş əməliyyat məlumatı əsasında yenə də həmin istiqamətdə sahildən 6,6 mil məsafədə buya bağlan­mış vəziyyətdə qəhvəyi rəngli kisədə selofan materiala bükülmüş iki bağlama aşkar olunub. Baxış zamanı bağlamalarda 2,9 kq tiryək, 550 qram heroin və 100 qram metafitamin aşkar olunub.

    Yanvar ayının 27-də qabaqlayıcı əməliyyat məlumatının realizəsi nəticəsində “Şaxtaxtı” sərhəd nəza­rəti məntəqəsində İran İslam Res­pub­li­kasının saxta vizaları ilə Azər­bay­candan İrana keçmək istəyən yeddi nəfər Özbəkistan vətəndaşı – 1988-ci il təvəllüdlü Olimova Maqsuda Aydınovna, 1972-ci il təvəllüdlü Mukimova Şaxlo Tolhunova, 1987-ci il təvəllüdlü Saidjanova Nigora Arifovna, 1993-cü il təvəllüdlü Baltayev Olimjan Kominjan, 1993-cü il təvəllüdlü Sanginova Maxiqexraon Muxiddinjon, 1990-cı il təvəllüdlü Axmedova Şaxnozahon Raçiddek saxlanılıb və Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.

    Faktlar üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

  • Könül Xasıyeva xəstəlikdən sonra ilk dəfə efirdə oxudu – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı Xalq artisti Könül Xasıyeva olub.

    Xanəndə uzun müddət sürən xəstəlikdən sonra ilk dəfə efirə çıxıb. Proqramın qonağı olan Könül Xasıyeva xəstəliyinin səsinə təsir etmədiyini bildirib.
    Bunu eşidən aparıcı Elgiz Əkbərin xahişindən sonra isə müğənni canlı olaraq mahnı ifa edib.
    Həmin görüntüləri təqdim edirik:

  • Xəzər TV-də canlı yayımda ŞOK GÖRÜNTÜLƏR: Xoşqədəm məsələyə qarışdı (VİDEO)

    Körpəsinə işgəncə verdiyi üçün Rusiyada övladı əlindən alınan Könül teleaparıcı Xoşqədəm Hidayətqızının Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinə gəlib.

    Baku.ws-in məlumatına görə, Könülün övladını necə döydüyü efirdə nümayiş olunub.

    Bu görüntülərdən tamaşaçılar şoka düşüb və ana sərt tənqidlərə məruz qalıb.

    Hüquqşunas Tahir Əlirzayev onu saxtakar adlandıraraq canlı yayımda tökdüyü göz yaşların yalan olduğunu bildirib.

    Könül övladının geri qaytarılması üçün “Səni axtarıram” verilişinə müraciət edib. Xoşqədəm Hidayətqızı isə ona kömək edəcəyinə söz verib.

  • Bakının başqa ərazilərində də sürüşmə aktivləşdi – Təhlükə böyüyür

    Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun “Nübar” qəsəbəsində (“At yalı” adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki “Zəli gölü” adlanan ərazidə sürüşmə prosesinin dinamikasında aktivləşmə müşahidə edilir.

    Median.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

    R.Həsənovun sözlərinə görə, sürüşmə sahəsindəki çatların parametrləri artıb.

    Mütəxəssis qeyd edib ki, Bakının Binəqədi rayonunun, Sabunçu rayonunun Maştağa qəsəbəsinin bəzi ərazilərində, Savalan qəsəbəsində, Yeni Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə və Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca subasma hadisələrində akltivlik müşahidə edilib.

    Həmin yerlərdə atmosfer yağıntılarının təsirindən qrunt sularının qalxması nəticəsində əraziləri su basıb.

  • Kamran Əliyev Bakıda evakuatorların yoxa çıxmasının səbəbinə aydınlıq gətirdi

    Bakıda avtomobillərin evakuasiya edilməsi qadağan edilib.

    Bu barədə Baku.ws-ə etibarlı mənbədən məlumat verilib.

    Mənbə bildirir ki, dekabrın 21-dən etibarən Bakıda evakuatorların fəaliyyətinin kəskin məhdudlaşdırılması barədə tapşırıq verilib.
    Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə əlaqə saxladıq.

    BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Baku.ws-ə bildirdi ki, evakuatorların işinə heç bir qadağa qoyulmayıb, lakin qanunvericilikdə müvafiq dəyişikliklər olunub

    Onun sözlərinə görə, yalnız dayanma-durma qaydasını pozmuş nəqliyyat vasitəsi nəqliyyatın hərəkət sıxlığına təsir etdikdə, mühüm dərəcədə məhdudlaşdırdıqda evakuasiya oluna bilər.

    “İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, evakuatorlar əvvəlki kimi dayanma-durma qaydalarını pozan avtomobilləri evakuasiya etmir. Qeyd etdiyim kimi əgər nəqliyyat vasitəsi digər avtomobillərin hərəkətini məhdudlaşdırırsa, evakuasiya edilir, cərimə meydançasına aparılır. Dayanma-durma qaydasını pozan sürücü yerində cərimələnir”, – deyə Kamran Əliyev bildirdi.

    BDYİ rəsmisinin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik 2017-ci ilin iyul ayından qüvvəyə minib.

    Onu da bildirək ki, İXM-nə edilən dəyişikliyin tətbiqindən sonra paytaxt yollarında sürücülərin çox sayda qayda pozuntusuna rast gəlinir. Belə ki, evakuatorların fəaliyyətinin məhdudlaşdırılmasından istifadə edən bəzi sürücülər maşını yollarda hətta 3 cərgədə saxlayırlar.

  • Gəncədə 40 azyaşlını dini təriqətə cəlb ediblər

    Gəncə şəhəri, Nizami rayon sakini, 1972-ci il təvəllüdlü Ədalət Sarıyev dini təriqəti qanunsuz yaydığına görə saxlanılıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, araşdırma zamanı onun xristianyönümlü “Şərqdə ulduz” təriqətini təbliğ etdiyi məlum olub.

    Ə.Sarıyevin evində bu təriqətə qoşulmuş 100-ə yaxın şəxs müəyyən edilib. Onlardan 40-ı azyaşlılardır.

    Ə.Sarıyev haqqında toplanan materiallar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

    Qeyd edək ki, yerli KİV-də yer alan məlumatlara əsasən, “Şərqdə ulduz” xristianyönümlü dini icmasına Almaniyadan maliyyə dəstəyi gəlir.

  • Azərbaycanda ana xəstə övladını yandırdı: ata kameraya çəkdi – VİDEO

    Ötən gün “Səni axtarıram” verilişində tamaşaçılar və ekspertlər dəhşətli kadrların şahidi olublar.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, iki azyaşlı övladını uşaqlar evinə vermək istəyən atanın verilişə təqdim etdiyi video nümayiş etdirilib. Kadrlardakı dəmir parçasını qızdıraraq xəstə övladını yandıran qadın uşaqlarını dövlət himayəsinə vermək istəyən şəxsin həyat yoldaşı olub.

    Uşaqlarını vəhşicəsinə döyən arvadını izləməklə kifayətlənən ata “Onunla bacarmırdım” sözləri ilə özünə haqq qazandırıb.

    Xoşqədəmin və ekspertlərin sərt reaksiyasına səbəb olan həmin kadrları təqdim edirik:

  • Bir ananın yaşadığı dəhşət: Şəhid oğul, intihar edən gəlin və 2 yaşlı nəvə… – FOTO

    İtirdiyim övladlarım üçün vaxtaşırı göz yaşı tökürdüm. Nə bilərdim ki, ömür boyu gözü yaşlı qalacam”

    Yaşadığımız həyatda müxtəlif insan taleləri ilə qarşılaşırıq. Kimi yaxşı, kimi acı həyatı yaşamaq məcburiyyətində qalır. Əlbəttə, hamı istəyər ki, yaxşı, qayğısız həyat yaşasın. Amma bu, çox vaxt insanın özündən asılı olmaya da bilir. Ömrü acılar içində keçən insanlardan biri də Şabran rayon sakini, 78 yaşlı Tamara Dadaşovadır.

    Əzablı ömür yolunu Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Tamara nənə, həyatda acıdan, göz yaşından başqa heç nə görmədiyini deyir: “Bizim dövrümüzdə qızların oxumağı, ali təhsil almağı, demək olar ki, qadağan idi. Orta məktəbə Gəndob kəndində getmişəm. O vaxtlar kənd yerində uşaqları işə erkən yaşlardan cəlb edirdilər. Mən hələ uşaqlığımda min bir əziyyətə qatlaşmışam. 10 yaşım olmasına baxmayaraq, evin bütün yükü mənim üzərimdə idi. 15 yaşım olanda, hələ orta məktəbi bitirməmiş, ailəmiz məni özümdən bir neçə yaş böyük kişiyə zorla ərə verdi. Bununla da mənim onsuz da ürəkaçan olmayan uşaqlıq və gənclik illərimə son qoyuldu”.

    T.Dadaşova danışır ki, ailəsi kənddə dolana bilmədiyi üçün rayona köçmək qərarına gəlir, ancaq burda da bəxt onun üzünə gülmür: “Gördüm ki, rayonda da dolanmaq, iş tapmaq çətindir. Qərara gəldim ki, artıq işləməliyəm, belə həyat sürülməz. Təbii ki, həyat yoldaşım buna qəti etirazını bildirdi. Çünki həmin vaxt rayonda qadının işləməsi böyük qəbahət sayılırdı. Mən heç nəyə məhəl qoymadan “poçtalyon” işləməyə başladım. Ailəmə, uşaqlarıma çörək gətirirdim. Sonra baxdım ki, uşaqlar böyüdükcə problemləri də artır. Artıq gecə növbəsində də işləməyə başladım. İşlədiyimə görə həyat yoldaşım tərəfindən çox döyülüb-söyüldüm. Yoldaşım yediyim hər tikəni mənə zəhər edirdi”.

    Tamara Dadaşovanın dediyinə görə, 10 övladı olub. Övladlarının 3-nü hələ kiçik yaşlarında müxtəlif xəstəliklərdən itirib. Övlad dağı ananın qəlbini çox yandırıb. Amma onda hələ bilmirdi ki, qarşıda onu daha ağır dərd gözləyir: “İtirdiyim övladlarım üçün vaxtaşırı göz yaşı tökürdüm.

    Nə bilərdim ki, ömür boyu gözü yaşlı qalacam. Böyük oğlum, ilk göz ağrım Firudin neftçi idi. Qarabağ müharibəsi vaxtları idi. 1994-cü il aprel ayının 22-də Firudin işdən qayıdanda onu müharibəyə apardılar. Mənim heç nədən xəbərim yox idi. Həyat yoldaşımdan soruşdum ki, bu uşaq harada qaldı, gör nə vaxtdır dənizdədir, onu görə bilmirik, darıxmışam. Kişi doluxsunub dedi ki, “uşağı müharibəyə apardılar”.

    Tamara nənə həmin anları xatırladıqca göz yaşlarını saxlaya bilmir. “Mənim ürəyimə dammışdı, narahat idim” – deyə ağlayır.

    “Həmin gündən yuxularını qarışdırmağa başladım. Firudin ailəli idi, 5 aylıq körpəsini qoyub getmişdi. Biz oğlumla bir həyətdə yaşayırdıq. Balamın getdiyi 20 gün idi və gecə yatıb yuxuda gördüm ki, bizim evdən onların evinə od yağır. Tez qorxaraq yuxudan ayıldım. Sonra məlum oldu ki, həmin saatlarda Firudin cəbhədə yaralanıb can verib və mən bunu hiss edirdim” – deyə Tamara nənə hönkürür.

    Firudin şəhid olandan sonra Tamara nənə nəvəsinə baxıb təsəlli tapır. Gəlini ilə əl-ələ verib bir-birlərinə qol-qanad gərməyə çalışırlar. Ancaq çox çəkmir ki, ananın ürəyinə başqa bir “yara” vurulur: “Bir gün qudalarımız bizə qonaq gəlmişdilər. Biz də gəlinlə hazırlıq gördük. Bir də gördüm, yoldaşım məni yanına çağırır ki, “ay arvad, qudaların bizə sözü var, gör nə deyirlər”. Həmin vaxt bir oğlum hələ subay idi. Dedim buyurun! Onlar qızlarını, yəni Firudinin həyat yoldaşını bizim balaca oğluma almağı məsləhət gördülər. Həmin an elə bil başıma bir qazan qaynar suyu tökdülər. Dəhşətə gəldim. Bu, mənə həm Firudinin qəbrinə od salmaq, həm də balaca oğlumun həyatını məhv etmək kimi gəldi. Qəti şəkildə etiraz elədim. Həmin gündən sonra onlar nəvəmi — oğlumun bircə yadigarını və gəlinimi məndən uzaqlaşdırdılar. Bu da mənə Firudindən sonra ikinci zərbə oldu”.

    “Dərd dərd üstə gəlir” deyirlər. Tamara nənənin dərdləri də bununla bitmir. Yoldaşının ürəyi baş verənlərə çox dözmür və o, dünyasını dəyişir. Tamara nənə isə dərdləri ilə baş-başa qalır. Amma düşünür ki, kiçik oğlunu da yerbəyer etməlidir. Ona toy eləyir, ancaq gəlinin qısqanclığı bu ailəyə növbəti bəlanı gətirir.

    “Gəlinim həddindən artıq qısqanc idi. Oğlumu hətta divarlara da qısqanırdı. Bir gün oğlumun dostları bizə gəlmişdi. Dostlarından biri zarafatyana oğluma dedi ki, “özünə yeni arvad tapmısan, işləmək adı ilə başqa qadınların yanına gedirsən?!” Bunu eşidən gəlinim dəliyə döndü, durmadan oğlumla dava etməyə başladı. Nə baş verdiyini başa düşə bilmirdim. Söhbətin üstündən bir gün keçdi və evdə gəlinlə tək idik. Elə bildim ki, gəlin uşağı yatızdırmaq üçün keçib otağa. Oğlum işdən gəlib gəlini otaqda tapmayanda onu axtarmağa başladıq. Gəlini evin arxasında özünü asmış vəziyyətdə tapdıq. Gəlinim mənə ikinci yetimi qoyub getdi. İndi döz Tamara, görüm bu dərdə necə dözürsən”, – deyə dərddən əyilmiş qadın danışır.

    Tamara nənə o gündən nəvəsinə baxmağı, ailəsinə, cəmiyyətə tərbiyəli övlad böyütməyi qarşısına məqsəd qoyub. Nəvəsini həm də özünə təsəlli bilir: “Anası rəhmətə gedəndə Pərvizin 2 yaşı var idi. Mənim balam körpə idi, elə hey anasını istəyirdi. O, hər dəfə anasını axtaranda bağrım qan ağlayırdı. Ancaq sonralar bu vəziyyətlə barışmalı olduq. Nənə-bala bir-birimizə sevinc, arxa-dayaq olduq. İndi də ikimiz hökumətin bizə verdiyi evdə yaşayırıq. İndi Allahdan bircə möhlət istəyirəm ki, onun toyunu da edim, ailəli, uşaqlı görüm. Sonra ölsəm, dərdim olmaz”.//sputnik.az