Category: Cəmiyyət

  • “Ad və soyadlar haqqında” yeni qanun layihəsi hazırlanır

    Azərbaycanda “Ad və soyadlar haqqında” yeni qanun layihəsi bu yaxınlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.

    Qanun layihəsi MM-in Mədəniyyət komitəsinin yaz sessiyasında qanunvericilik işlər planına daxil edilib.

    Qanun layihəsində ad və soyadların milli aspektdə formalaşdırılması ilə bağlı yeni müddəalar əks olunub.

  • Heydər Əliyevin 34 il əvvəl çəkilən nadir FOTOsu

    Sevil Əliyeva ümummilli lider Heydər Əliyevin nadir fotosunu paylaşıb.

    Baku.ws-in məlumatına görə, şəxsi Instagram hesabında şəkli paylaşım edən Sevil Əliyeva bu qeydi yazıb:

    “Atam və böyük oğlum. Moskva 1984-cü il”.

    Mərhum prezident Heydər Əliyevin nəvəsi ilə fotosu sosial şəbəkədə də böyük maraqla qarşılanıb.

    Həmin görüntünü təqdim edirik:

  • Deputat: Hazırkı zoopark və sirk Bakıya heç yaraşmır

    Uşaqların sevimli yerləri olan zoopark və sirk pis vəziyyətdədir.

    Bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin üzvü Elmira Axundova komitənin bu gün keçirilən iclasında deyib.

    Deputat  qeyd edib ki, uşaqların sevimli yerləri olan zoopark və sirk pis vəziyyətdədir:
     
    “Mövcud zoopark heç bir parametrə sığmır, heyvanlar çox baxımsız vəziyyətdədir. Sirkdə də eyni vəziyyətdir. Bundan başqa, açıq havada olan əyləncə parkları da müasir səviyyədə deyil. Biz bununla bağlı – kütləvi tamaşa yerləri ilə bağlı qanun layihəsi hazırlaya bilərik. Mən bu layihəni hazırlamağa hazıram”.

  • Nizaməddin Quliyevin villası… və rayonun bərbad yolları (FOTOLAR)

    Goranboy şəhərinin mərkəzi küçələrinin baxımsız vəziyyətdə olması ilə bağlı “Qaynarinfo”ya rayon sakinləri tərəfindən görüntülər göndərilib.

    Görüntülərdən məlum olur ki, Gəncə istiqamətindən Goranboy şəhərinə olan girişdə yerləşən və Heydər Əliyevin böyük portreti vurulan küçədə hasarlar sökülüb, yol isə yararsız vəziyyətdədir. 


    Təqdim etdiyimiz görüntülər Goranboyda vəziyyəti əyani təsvir etdiyi üçün əlavə şərh verməyi lazim bilmirik. 

    Bununla belə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Heydər Əliyevin portreti olan küçəni təmir etdirmək əvəzinə hazırda həmin küçəyə yaxın olan ərazidə tikdirdiyi dəbdəbəli villasını təmir etdirir. Rayon sakinlərinin sözlərinə görə, icra başçısının villasında qızğın təmir işləri gedir. Mərhum prezident Heydər Əliyevin portreti olan küçə isə nədənsə başçının yadına düşmür.

    Villanın görüntülərini təqdim edirik: 




  • Sabaha olan hava proqnozu açıqlanıb

    Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək – 768 mm civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir. Dağlıq ərazilərdə yollar buz bağlayacaq.

  • Daha bir deputat AŞPA-da təyinat aldı

    Milli Məclisin (MM) Mədəniyyət komitəsinin üzvü Ülviyyə Ağayeva AŞPA-nın komitə üzvü seçilib.

    Bu barədə adı çəkilən komitənin bazar ertəsi keçirilən iclasında bildirilib.

    Qeyd edək ki, Ülviyyə Ağayeva 06 saylı Tovuz – Qazax – Ağstafa seçki dairəsindən V çağırış Milli Məclisin deputatı seçilib.

  • Ərəblər Bakıda – Onlarla çamadan və ov quşları

    Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ərəb turistlərin hər kəsin marağına səbəb olacaq fotosu yayılıb. 

    Hər zamankı adətləri üzrə ölkəmizə ov üçün gələn turistlər özləri ilə xeyli ov quşu və çamadan gətirib.

    Qeyd edək ki, ölkəmizə hər il bu məqsədlə xeyli ərəb gəlir. Onlar ov edir, xüsusi şirkətlərdən avtomobil icarəyə götürürlər.//oxu.az

  • Azərbaycanda “kiçik çillə” başlayır

    Sabah qışın daha mülayim hesab edilən “Böyük çillə”si bitir, daha soyuq sayılan “Kiçik çillə” başlayır.

    Xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür. 

    Bunlar 40 gün davam edən Böyük çillə, 20 gün çəkən Kiçik çillə və daha sonra 30 günlük Boz aydır. Təqvimə əsasən, Böyük çillə dekabrın 21-dən daxil olur və yanvarın 30-dək davam edir. 

    Kiçik çillə isə yanvarın 31-dən fevralın 19-dək, fevralın 20-dən martın 20-dək Boz ay davam edir.

    Dekabrın 22-dən başlayaraq yanvarın 30-da başa çatan, təqribən 40 gün davam edən “Böyük çillə” dövründə hava tədricən soyusa da, kəskin soyuqlar müşahidə edilmir. Eyni zamanda, güclü küləklərin intensivliyi də az olur.  İyirmi gün davam edən “Kiçik çillə”də isə “Böyük çillə”yə nisbətən hava daha soyuq, sərt olması ilə diqqəti cəlb edir:

    “Kiçik çillə”də havanın temperaturu daha kəskin düşür, yağış və qar daha çox yağır. Bəzən elə olur ki, yanvarın sonunda mülayim havada bəzi ağaclar tumurcuqlayır, amma fevralda kəskin soyuq onların hamısını məhv edir.

    Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutundan verilən məlumata görə, Azərbaycanın bəzi bölgələrində “Böyük çillə”dən “Kiçik çillə”yə keçəndə müəyyən mərasimlər təşkil olunur. Belə mərasimlərdən biri “çillə qarpızı” ilə əlaqədardır. Adətə görə, xüsusi yerlərdə yaydan saxlanılan “çillə qarpızları” kəsilir və ailənin bütün üzvləri bu təamdan dadır.

    “Kiçik çillə”nin birinci ongünlüyündə isə Xıdır Nəbi bayramı keçirilir:

    “Xıdır Nəbi bərəkət rəmzidir. Xalqın istəyi odur ki, qışdan çıxandan sonra yeni il onlar üçün bolluq və bərəkət gətirsin. Ona görə də Xıdır Nəbi bayramında xüsusi mərasimlər keçirilir. Qovurğa qovrulur, qovut çəkilir”.

    Qeyd edək ki, bəzi mənbələr “Çil” sözünü “çehl” sözü ilə, 40 rəqəmi ilə, bəzi mənbələrdə isə türk sözü olan “çil” sözü ilə əlaqələndirirlər. Yəni təbiətə çil düşür, təbiət ağır, çətin dövrünü keçirməyə başlayır.

  • İcra hakimiyyətindən Bayıldakı sürüşmə ilə bağlı – AÇIQLAMA

    Mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib.

    Bu barədə oxu.az-a Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov bildirib.

    Onun sözlərinə görə, son üç il ərzində isə burada yalnız dörd mövcud tikiliyə əlavələr edilib, hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub və araşdırılır: 

    “Burada tikilmiş evlərin 89,9 %-i məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i ötən əsrin 60-70-ci illərinin tikililərdir. Bir neçə evi çıxmaq şərtilə yamacda tikilən fərdi yaşayış evləri bir gecə ərzində, əsas etibarilə aztəminatlı insanlar və məcburi köçkünlər tərəfindən inşa olunmuş, möhkəm özülü, dayağı olmayan, bir mərtəbəli qeyri-qanuni tikililərdir. Belə tikililərin isə torpağın sürüşməsinə təsiri yox dərəcəsindədir. Buradakı tikililərin gələcək taleyi huquqi müstəvidə həll olunacaq”.   

    İsrafil Kərimov qeyd edib ki, sürüşmə ilə bağlı araşdırmalara cəlb olunmuş xarici mütəxəssislərin verdiyi ilkin rəyə görə, burada baş verən proseslər xarici deyil, daxili tektonik proseslər olaraq, aktiv fazanın ilkin hissəsidir: 

    “Proseslərin dərinləşməməsi üçün təkliflər paketi hazırlanaraq dövlət qurumlarına təqdim olunacaq. Xarici mütəxəssislərin rəyi bəzi qurumların sürüşməyə səbəb kimi burada aparılan tikinti və s. xarici amillərin göstərilməsi iddialarını alt-üst edir. Ərazidə inşa olunmuş tikililərin böyük hissəsinin bir mərtəbəli və yüngül konstruksiyalı olması, ən yaxın çoxmərtəbəli bina tikintisinin 5-6 km kənarda, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi ilə aparılması xarici amillərin təsiri sualını aradan qaldırır”. 

  • Bakıda avtobus sürücüsü məktəblilərin həyatını riskə atır – VİDEO

    Avtobus sürücülərinin məsuliyyətsizliyi zaman-zaman gündəmə gətirilib.

    Median.Az xəbər verir ki, “Xəzər TV” qapısı açıq şəkildə hərəkət edən şəhərdaxili avtobuslarla bağlı sujet hazırlayıb.

    Qeyd edək ki, avtobusların qapısının açıq hərəkət etməsi barədə görüntülər ilk əvvəl “Xəzər xəbər”in vatsap nömrəsinə göndərilib. Videoda Koroğlu metrostansiyasından Ramana kəndinə hərəkət edən 204 saylı avtobusun qapısının açıq hərəkət etdiyi əks olunurdu. Ən dəhşətlisi də odur ki, məktəblilər açıq qapıdan sallanırlarmış.  

    TV əməkdaşları məsələni aydınlaşdırmaq məqsədilə 99 JH 483 dövlət nömrə nişanlı avtobusun sürücüsünə müraciət ediblər. Sürücü özünə haqq qazandıraraq, “şagirdlər dərsdən qayıdanda hər zaman qapıdan sallaşırlar” deyə cavab verib.

    Marşrut xəttinin Namiq adlı rəsmisi isə deyib ki, məsələ araşdırılacaq və təhlükəli qayda pozuntusuna yol verən sürücü cəzalanacaq.