Həmin ərazidə sonuncu dəfə 2010-cu ildə martın 7-də “Əbədi məşəl”in önündə batma prosesi baş verdi
“Bayıl yamacında sürüşmə prosesi hələ davam edir”. Median.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Ə.Qaralov qeyd edib ki, yamacda dərinliyi 5-6 metr olan çatlar yaranıb.
Onun sözlərinə görə, Bayıl sürüşmə ərazisi yeni yaranan sürüşmə zonası deyil: “Ədəbiyyatlara baxanda görürük ki, təxminən 1847-ci ildən bəri — bəlkə ondan da qabaq olub, ancaq biz ədəbiyyatlarda olanı deyirik — müxtəlif illərdə və həmin ərazinin müxtəlif yerlərində çökmələr, uçqunlar, sürüşmə prosesləri baş verib. Həmin ərazidə sonuncu dəfə 2010-cu ildə martın 7-də “Əbədi məşəl”in önündə batma prosesi baş verdi. Burada 35 metrə yaxın böyük bir torpaq qatı çökdü. Ondan 450 metr aşağıda – Neftçilər prospektində, dənizə yaxın hissədə magistral yolda qabarma əmələ gəldi. Biz bütün bu məlumatlar haqqında atlas hazırlamışıq və əraziləri konturlaşdırmışıq. Bu gün sürüşmənin baş verdiyi ərazi də bizim tərəfimizdən sürüşməyə meylli ərazi kimi qeyd olunub”.
Ekspedisiya rəisi əlavə edib ki, ərazidəki sürüşmənin fəallaşmasına mövsümlə əlaqədar yağışların miqdarının çoxalması, torpaq qatının ağırlaşması, eyni zamanda, fərdi evlər tikmək məqsədilə yamacın aşağı hissəsinin kəsilməsi səbəb olub: “Bütün bu amillər ərazinin dayanıqlığını azaltdığından yamac boyu – “Bayıl dərəsi” deyilən ərazinin sağ yamacında sürüşmə prosesləri baş verir”.
Ə.Qaralov qeyd edib ki, hazırda Zığ, Günəşli yaylası sürüşmə zonalarında aktivlik olsa da, oradakı prosesin aktivliyi Bayıl yamacı ilə müqayisədə stabildir.
“2017-ci ildə prokurorluq orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilib, kadrların şəffaf və obyektiv meyarlar əsasında seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, kadr korpusunun müsabiqə yolu ilə dərin biliyə malik yüksək ixtisaslı gənc hüquqşünaslar hesabına mütəmadi komplektləşdirilməsi üçün zəruri tədbirlər görülüb”.
Bu barədə baş prokuror Zakir Qaralov Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirib.
O, qeyd edib ki, hesabat dövründə xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş 9 nəfərin ilk dəfə müstəqil rayon prokurorları vəzifələrinə təyin edildiyi, 107 prokurorluq işçisinin yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkildiyi, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən başlayaraq keçirilən 17 müsabiqə üzrə prokurorluğa qulluğa qəbul edilmiş 780 gənc hüquqşunasın sayının prokurorluğun kadr tərkibinin 66 faizini təşkil etməsi, eləcə də 60 ştat vahidi üzrə elan edilmiş növbəti qəbul üzrə cari il ərzində vakant vəzifələrə təyinatların aparılacağı prokurorluq orqanlarında həyata keçirilən kadr islahatlarının uğurlu nəticələri kimi dəyərləndirilib.
Qeyd edilib ki, ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə aparılmış xidməti yoxlamalar nəticəsində 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 26 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər isə prokurorluq orqanlarından xaric olunub.
Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın artırılması tələb edilib.
Azərbaycanlı 4 yaşlı Oğuzxan Məmmədli milyonda bir uşağa nəsib olan fitri istedadı ilə əsl vunderkinddir, yəni möcüzə uşaqdır. O, yüksək hafizə, intellekt və istedada malik olmaqla heyrətləndirir və həmyaşıdlarından çox seçilir. Onun bəzi bacarıqları nəinki 4 yaşlı uşağın, hətta böyüklərin belə zehni imkanları xaricindədir.
2 yaşından etibarən Azərbaycan əlifbası ilə sərbəst oxumağı, yazmağı öyrənən Oğuzxan, indi ingilis və rus dillərində yazıb-oxumağı da bacarır. Hətta ingilis dilini də ana dili kimi bilir. Adətən uşaqlar hərfləri I sinifdə öyrənir, tədris ilinin sonunda cümləni hecalayaraq oxumağa başlayırlar. Oğuzxan isə sözləri hecalamadan səlis şəkildə, sanki 10 yaşlı uşaq kimi oxuyur. Səslənişdə isə 4 yaşlı uşağa məxsus şirinlik də öz yerindədir.
Bundan başqa, apardığı riyazi hesablamaları ilə insanları təəccübləndirməyi də bacarır. Məsələn, 4-ü 4-ə vurub, ondan alınan rəqəmləri də milyonlara qədər 4-ə vuraraq hesablaya bilir. Rəqəmləri 10-10, 5-5 artıraraq, birinci sinif şagirdinin belə tanımadığı ədədlərə qədər artırır. Uşaqların 2-ci , 3-cü siniflərdə öyrəndiyi vurma cədvəlini isə əzbər bilir.
Onu da qeyd edək ki, Oğuzxan Məmmədli Azərbaycan Ümid Partiyası sədrinin müavini, Binəqədi Bələdiyyəsinin Yerli Ekologiyalar Daimi Komissiyasının üzvü Tamilla Qulaminin oğludur.
Median.Az xəbər verir ki, Musavat.com-un reportyor qrupu azərbaycanlı 4 yaşlı vunderkindin istedadını işıqlandırmaq üçün Tamilla Qulaminin evinə baş çəkib.
Evin sonbeşiyi olan Oğuzxan vaxtının çox hissəsini internet resurslarında axtarış etməklə və yeni bir söz, yeni bir bilgi öyrənməklə keçirir. İnsan bu qədər bilgiyə sahib uşaqdan ilk baxışdan böyüklərə məxsus davranış da gözləyir, ancaq Oğuzxan sadəcə 4 yaşlı bir şıltaq uşaqdır. İlk dəfə gördüyü insanlarla çətin ünsiyyətə girir, özünəməxsus görə kaprizləri var. Ona heç nəyi tapşırıqla etdirmək mümkün deyil, yalnız özü istədiyi zaman edir. Oğuzxanın öz bacarıqlarını göstərməsi üçün bizə Tamilla xanım yardımçı olur və onu yönləndirir. Riyazi hesablamalardan zövq alan bu uşaq qənddandakı konfetlərdən tutmuş, içdiyi çayın neçə qurtum olmasına qədər hər şeyi saymağa çalışır. Normalda uşaqlar qabdakı kişmişləri yeməyə çalışsa da, Oğuzxan onları düzərək vərəqin üstündə “2” yazır.
Bundan başqa axdığı cizgi filmlərdəki bütün dialoqları, dinləydiyi uşaq mahnılarındakı bütün sözləri əzbər bilir.
Dil bilgiləri o qədər çoxdur ki, bəzən rus və ingilis dillərini qarışdırır. Anasının fincanı göstərərək verdiyi “bu nədir” sualına, “eto cap” deyə cavab verir və bu hər birimizin gülüşünə səbəb olur.
Oğuzxanın bütün bu dilləri, riyazi hesablamaları, bilgiləri necə öyrənməsinə gəlincə, anası Tamilla Qulami deyir ki, bunun üçün heç bir xüsusi əmək sərf etməyib: “Oğuzxan daha çox öz-özünə öyrənir, heç kim ona xüsusi dərs keçmir. Bacısı ilə aralarındakı yaş fərqi elədir ki, qızım 1-ci sinfə başlayanda, Oğuzxan 1 yaşında idi. Onu qucağımda oturdub qızımın dərslərinə kömək edirdim. Demək olar ki, bu prosesdə bizimlə birgə olurdu. Beləcə oxuyub yazmağa həvəsi artdı. Yaş yarımında artıq hərfləri tanıdığını gördüm. 2 yaşından etibarən internetdə, “Youtube” səhifəsində heç nəyə rastgələ baxmır. Özü yazıb istəyi videonu axtarış verir və ona baxır. Adətən uşaqlara ingilis və rus dilləri öyrədilən videoları izləyir. Son vaxtlar isə fransız dilində rəqəmləri öyrənməyə çalışır”.
Tamilla xanım deyir ki, övladının super zəkaya sahib olması onu nə qədər sevindirsə də, özünə qapalı olması ehtimalı, ünsiyyətə meylli olmaması da bir o qədər narahat edir: “Daha çox sosiallaşması, ünsiyyətə meylli olması üçün bir neçə gündür ki, onu uşaq bağçasına qoymuşam. Ancaq orada da yazıb-oxumağa meyl göstərir. Çalışıram ki, öyrənməkdən çox yaşıdları ilə oyunlar oynamağa üstünlük versin”.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” massivində yaşayan sakinlər ayağa qalxdılar.
Median.Az xəbər verir ki, bu barədə BiG.AZ-a məlumat verən sakinlər qeyd ediblər ki, massivdə yerləşən Kristal Abşeron binalarında özbaşınalıq edilir. Belə ki, kompleksdə yerləşən 4-ü 12 mərtəbəli, 3-ü isə 7 mərtəbəli olan binaların yanğın təhlükəsizliyi çıxışı bina rəhbərliyi tərəfindən özbaşınalıq yolu ilə bağlanılıb. Həmin təhlükəsizlik çıxışlarına isə qapı qoyulub. Bununla yanaşı 7 mərtəbəli binanın zirzəmisi də park qaraj kimi qanunsuz olaraq istifadəyə verilib. Qapıdan isə istifadə etmək hüququ yalnız qarajda maşın saxlayanlara verilib:
“Yanğınsöndürənlər üçün nəzərdə tutulan yoldan yalnız bina sahibinin evinə gələn qonağa və pulla maşını orada saxlamaq istəyənlərə icazə verilir. Komendanta yaxınlaşıb soruşanda bildirir ki, bizlik deyil, rəhbərliyə müraciət edin. Bu binanın sahibi “Xəzər İnşaat” MTK-nın sədri Fikrət Məmmədovdur. Bina sakinləri ona müraciət edəndə bildirir ki, kompleks bizimdir. Giriş, çıxış da bizimdir. Uşağı məktəbə, baxçaya aparan məcburdur ki, 760 metr yolu qət etsin. Qadınlarımız axşam evə gələndə əziyyət çəkir. Binada yaşayanlardan fikir öyrənmədən özbaşınalıq edirlər. Camaat kompleksdən ev alıb ki, rahat yaşasın. Dünən bütün bina sakinləri ayağa qalxmışdı. Belə davam edəcəyi təqdirdə biz etirazlara davam edəcəyik”.
Sözügedən binada məskunlaşan digər sakin qeyd edir ki, bu bina rəhbərliyinin etdiyi ilk özbaşınalıq deyil: “Bu bina rəhbərliyinin etdiyi ilk özbaşınalıq deyil. Onlar yarım milyonluq istilik sistemi üçün sakinlərdən pul topladılar. Lakin o da ərsəyə gəlmədi sakinlər öz hesablarına kombi sistemi çəkdirdilər. Biz bura rahat yaşamaq üçün külli miqdarda pul xərcləyirik amma hər addımda özbaşınalıqla rastlaşırıq. Bu barədə bütün nazirliklərə müraciət ünvanlamışıq. İstəyirik ki, bu məsələ mətbuatda da yayımlansın”. Məsələ ilə bağlı şirkətə rəsmi sorğu göndərsək də cavab verilməyib. Mövqelərini dərc etməyə hazırıq.
Goranboyda yanvarın 2-sində 16 yaşlı Humayın rəqs müəlliminə qoşulub qaçması haqda məlumat vermişdik.
Median.Az Milli.Az-a istinadən xəbər verir ki, ötən gün “Səni axtarıram” verilişində 16 yaşlı tələbəsini qaçırdan 36 yaşlı Orucun fotosu təqdim edilib.
Verilişdən həmin kadrları aşağıdakı videoda izləyə bilərsiniz:
Qeyd edək ki, dünənki buraxlışda Xoşqədəm Hidayətqızı Humayın ailəsinə qaytarıldığını bildirib. Aparıcı Orucun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə də məlumat verib.
Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2017-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb.
Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2017-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə aparılmış xidməti yoxlamalar nəticəsində 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 26 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 7 nəfər vəzifədən azad edilibş, 3 nəfər isə prokurorluq orqanlarından xaric olunub. Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın artırılması tələb edilmişdirib.
Kollegiya iclasında qeyd edilib ki, 2017-ci ildə prokurorluq orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilib, kadrların şəffaf və obyektiv meyarlar əsasında seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, kadr korpusunun müsabiqə yolu ilədərin biliyə malik yüksək ixtisaslı gənc hüquqşünaslar hesabına mütəmadi komplektləşdirilməsi üçün zəruri tədbirlər görülüb.
Hesabat dövründə xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş 9 nəfərin ilk dəfə müstəqil rayon prokurorları vəzifələrinə təyin edildiyi, 107 prokurorluq işçisinin yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkildiyi, ölkədə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən başlayaraq keçirilən 17 müsabiqə üzrə prokurorluğa qulluğa qəbul edilmiş 780 gənc hüquqşunasın sayının prokurorluğun kadr tərkibinin 66 faizini təşkil etməsi, eləcə də 60 ştat vahidi üzrə elan edilmişnövbətiqəbul üzrəcari il ərzində vakantvəzifələrətəyinatlarınaparılacağı prokurorluq orqanlarında həyata keçirilən kadr islahatlarının uğurlu nəticələri kimi dəyərləndirilib.
Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi Gürcüstan Baş Prokurorluğunun onun barəsində cinayət təqibinə başlaması xəbərinə münasibət bildirib.
Median.Az-ın məlumatına görə, M. Kazımi APA-ya açıqlamasında sözügedən cinayət işində heç bir məsuliyyətinin olmadığını bəyan edib.
“Guya Gürcüstan Baş Prokurorluğu Azərbaycan Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi barəsində cinayət təqibinə başlayıb.
Mən tibb sahəsində olan fəaliyyətimlə Azərbaycan səhiyyəsinə yenilik gətirmişəm və bu iş ilə Azərbaycan Respublikasının adını Avropa qaraciyər transplantasiyası reyesterinə yazdırmağı bacarmışam. Ancaq bütün bu naliyyətlər heç də o demək deyil ki, mən hansısa məsuliyyətdən boyun qaçırmalıyam. Qanun qarşısında hamının bərabər olduğu prinsipini əsas tutaraq, sözügedən cinayət işində heç bir məsuliyyətimin olmadığını bəyan edirəm. İndi isə barəmdə yayılan xəbərin yalnışlığı ilə bağlı dəlilləri ortaya qoymaq istəyirəm.
Dünən mən bu məsələni araşdırdım. Məlum oldu ki, vətəndaşı olduğu ölkənin cinayət məcəlləsinin müxtəlif maddələrlə ittiham edilən Fərman Ceyranlının Gürcüstanda növbəti məhkəməsi olub. Düşdüyü kritik durumdan qurturmaq üçün o heç bir ciddi əsas olmadan məhkəmədə mənim də adımı hallandırıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən orada qaraciyər transplantasiyası əməliyyatında iştirak etmişəm. Aldığım məlumata görə, təyin olunan ekspertiza da tibbi olaraq hər hansı bir xətanın olmadığı barədə rəy verib. Yəni, Fərman Ceyranlının məsuliyyətə cəlb olunması ilə mənim etdiyim əməliyyatların heç bir əlaqəsi yoxdur.
Qaldırılan iddiaların başlıca mahiyyəti xəstələrin Fərman Ceyranılda maddi təzminat tələbi ilə bağlıdır. Tam məsuliyyətilə bildirirəm ki, mənim sözügedən prosesdə adları hallanan xəstələrlə heç bir pul alış-verişim olmayıb. Bütün bu işlərdə Fərman Ceyranlı təqsirləndirilir. Hazırda həmin şəxs məsuliyyətdən yayınmaq üçün günahını mənim üzərimə atmaq istəyir. Eyni zamanda, qeyd edim ki, dünən keçirilən məhkəmə prosesində mənimlə bağlı heç bir həbs qərarı verilməyib. Gürcüstan qanunvericiliyinə görə, şəxs barəsində həbs qərarını prokurorluq deyil, məhkəmə verir. Fərman Ceyranlı və onun müdafiəçiləri əsassız yerə məhkəmədə mənim adımı hallandırdıqlarına görə, prosesdə iştirak edən dövlət ittihamçısı məhkəmə qarşısında mənim həbs edilməyimlə bağlı vəsatət qaldırıb. Məhkəmə isə həmin vəsatəti təmin etməyib. Qeyd edim ki, mən Fərman Ceyranlı ilə bağlı aparılan cinayət işinin detalları ilə tam tanış deyiləm”, – M. Kazimi vurğulayıb.
Cərrah – transpantoloq ibtidai istintaq zamanı bu iş üzrə onunla bağlı heç bir istintaq hərəkəti aparılmadığını da qeyd edib:
“Gürcüstan dövlətinin rəsmi qurumları tərəfindən istintaqda ifadə vermək üçün mənə hər hansı bir bildiriş göndərilməyib. Məhkəmənin son proseslərilə bağlı məlumat aldım ki, Fərman Ceyranlı prosesdə əsassız yerə mənim adımı hallandırır və bu səbəbdən də özümə Gürcüstanda vəkil tutdum. Dünənki prosesdə mənim nümayəndəm kimi həmin vəkil də iştirak edib. Məhkəmə prokurorluğa və mənim müdafiəçimə öz aralarında danışıq aparmağa dair tapşıqıq verib və deyib ki, son qərar barədə onlar məlumatlandırılsın. Burada söhbət mənim məhkəmə istinaqına ifadə verməyimdən gedirsə, mən həmin materiallarla tanış deyiləm. İşlə tanış olduqdan sonra lazımi hüquqi addımları atacağıq”.
Azərbaycan kinosunun incilərindən biri olan “Uzaq sahillərdə” filminin ekranlara çıxdığı vaxtdan 60 il keçir. Əfsanəvi partizan Mixaylonun – Mehdi Hüseynzadənin son döyüşünün və həlak olduğu səhnələrin çəkildiyi ev bu gün də durur.
Bu ev Ağsu rayonunun şimal dağlıq yaşayış məskənlərindən olan Kövlüc kəndindədir. Hazırda 13 evin olduğu kənddə məcburi köçkünlər məskunlaşıb.
Median.Az AZƏRTAC -a istinadən rayon mərkəzindən 22 kilometr məsafədə yerləşən Kövlücədən reportajı təqdim edir:
Veselinin “ata evi”
Bakı Kinostudiyasının yaradıcı kollektivi Ağsuda bir ay çəkilişlər aparıb. Kövlücü gəzib çəkilişin aparıldığı məkanlara baxırıq. Mixaylonun silahdaşı Veselinin “ata evi”nə, kəndin cənub şərqində dərədən qalxan yola, evin qarşısında faşistlərin sakinləri topladıqları yerə baxarkən gözlərimizin qarşısında filmin səhnələri canlanır.
Kənddə məskunlaşan Laçın rayonundan olan məcburi köçkün, müəllim Yunis Süleymanov deyir ki, “Uzaq sahillərdə” filminin çəkiliş tarixçəsi ilə maraqlananlar tez-tez bura gəlir, hətta Mixaylonun sığındığı evin damına çıxıb xatirə şəkli çəkdirirlər. İndi həmin ev sahibsiz qaldığı üçün yararsız hala düşüb.
“O faşist ağsulu Əlağa idi”
Bu tarixi filmin digər bir neçə səhnəsi – faşistlərin anbarından yüklənən ərzağı partizanlara aparan maşın karvanı, bundan xəbər tutan motosikletçi faşistlərin maşınları təqib etməsi səhnələri Ağsuda, Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu aşırımı adlanan ərazisində çəkilib.
Həmin səhnələrin çəkilişinin şahidi olmuş ağsululardan biri, hazırda rayon Veteranlar Təşkilatının sədri 80 yaşlı Cəmaləddin Zeynalovun xatirələrindən: “Tələbə idim. Yay tətilinə gəlmişdim. Hər gün gedib çəkilişə baxırdıq. Şəhərin çıxışında, birinci dolaya çatar-çatmaz öndə gedən motosikletə qumbara atıldı və motosiklet aşdı. Onu sürən faşist paltarında olan ağsulu Əlağa İbrahimov idi. Ötən əsrin 70-ci illərinin ortalarında vəfat etdi”.
Cəmaləddin Zeynalov aktyorların, ümumiyyətlə, kinostudiya işçilərinin çətin, ağır əməyini öz gözləri ilə gördüyünü, “Uzaq sahillərdə”nin heç də asan başa gəlmədiyini deyib.
Şamaxı-Qızmeydan avtomobil yolunda güclü qar yağışı səbəbindən nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Median.Az Report-a istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən yağan güclü qar yolun, əsasən, 1, 8, 11, 12 kilometrliklərində problemlər yaradıb.
Şosenin 9 km-də nəqliyyatın hərəkəti tamamilə məhdudlaşıb, yolun 5 km-lik dolaylı hissəsi buz bağlayıb.
Yolun qardan təmizlənməsi üçün Azərbaycan Avtomobil Dövlət Yolları Agentliyinin 8 saylı Məhdud Məsuliyyətli Cəmiyyətinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.
Yol qardan təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub.
Baş prokuror Zakir QaralovAzərbaycan vətəndaşı, jurnalist Ülviyyə Şamilqızının Həştərxan şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə bağlı Rusiya Federasiyasının Baş prokuroru Yuriy Çaykaya müraciət edib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə Ü.Şamilqızının 23 yanvar 2018-ci il tarixdə Rusiya Federasiyasının Həştərxan şəhərində yolu keçərkən avtomobil tərəfindən vurulması nəticəsində vəfat etməsinin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilib.
Eyni zamanda, həmin faktla bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə İstintaq İdarəsi tərəfindən cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırma aparılmasına və təqsirkar şəxsin hərəkətlərinə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.