Category: Cəmiyyət

  • Xəstələrin apteklərə qaytardığı dərmanlar məhv edilməlidir! – YENİ TƏLƏBLƏR təsdiqləndi

    Səhiyyə Nazirliyinin Kollegiyası “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”i təsdiq edib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, dərman vasitələrinin daşınmasına və saxlanmasına dair tələblər Azərbaycan Respublikasında dərman vasitələrinin saxlanmasını, daşınmasını və paylanmasını həyata keçirən əczaçılıq müəssisələrinə şamil edilir. Bu tələblər Ümumdünya Səhiyyə Təşkilatının 2003-cü il tarixli 908 saylı texniki hesabatının 9-cu əlavəsinə əsasən hazırlanıb.

    Geri çağırılmış məhsullar da daxil olmaqla qaytarılmış məhsullar təsdiq edilmiş prosedurlara əsasən idarə edilməli və aparılmış qeydlər qorunub saxlanmalıdır. Xüsusi saxlanma şəraitləri tələb edən dərman vasitələrinə dair müvafiq saxlanma təlimatları olmalıdır. Əgər hər hansı göstəriş yoxdursa (məs. daima soyuq zəncir saxlanmalı) təyin olunan şəraitdən kənaraçıxmaya yalnız qısa müddətli daşınma zamanı yol verilir.

    Bütün qaytarılmış məhsullar karantində saxlanmalı və yalnız təyin olunmuş cavabdeh şəxsin məhsulun keyfiyyəti barədə müsbət qiymətləndirməsindən sonra satış üçün nəzərdə tutulan məhsullarla eyni sahəyə yerləşdirilməlidir.

    Ehtiyatda olan geri qaytarılmış hər hansı məhsul fərqləndirilməli və bu barədə qeydlər aparılmalıdır. Xəstələr tərəfindən apteklərə qaytarılmış dərman vasitələri anbarlara təhvil verilərkən digər məhsullarla qarışdırılmamalı və məhv edilməlidir.

  • Bakıda qadın sevgilisini küçədə döydü: kişi şikayət etdi

    Bakıda sevgilisi tərəfindən döyülən 31 yaşlı kişi polisə müraciət edib.

    Lent.az xəbər verir ki, 8-ci Polis Bölməsinə müraciət edən Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Məmmədov Natiq Namiq oğlu bildirib ki, yanvarın 24-də gecə saat 23:36 radələrində qeyri-rəsmi nikahda yaşadığı Dilbər adlı qadın 20-ci sahə dairəsində onu döyüb.

    Şikayətçi əlavə edib ki, onu döyən sevgilisi həm də təhiramiz sözlər də işlədib. Müraciətlə bağlı araşdırma aparılır.

  • Heydər Əliyev prospektində baş vermiş qəza hərəkəti iflic edib

    Heydər Əliyev prospektində “Bağırov körpüsü”nün yaxınlığında baş vermiş yoil qəzası hərəkəti iflic edib.

    Virtualaz.org-un əməkdaşı hadisə yerindən xəbər verir ki, Bakı Hava Limanı istiqamətində hərəkət edən “Toyota Hilux Pick Up” avtomobili qarşı yolla hərəkət edən maşınla toqquşub. Nəticədə, tıxac yaranıb.

    Hadisə yerində yol polisi əməkdaşları araşdırma aparırlar və eyni zamanda, prospektdə hərəkəti bərpa etməyə çalışırlar.

  • Bakı restoranlarında sulu qəlyan qadağan olunub

    Bakıda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun qüvvəyə minməsinə baxmayaraq, bəzi kafe və restoranlarda sulu qəlyanın istifadə edilməsi davam edir.

    Bu barədə oxu.az-a paytaxt sakinləri məlumat verib.

    Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, tütün məmulatlarından – siqaret, sulu qəlyan və elektron siqaretdən istifadə edilməsi yalnız bunun üçün ayrılmış xüsusi yerlərdə mümkündür.
    Onun sözlərinə görə, ola bilər ki, bəzi vətəndaşlar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu səhv anlayaraq hesab edirlər ki, qadağa sulu qəlyana aid deyil:

    “Lakin bir dəfə də xatırlatmaq istərdim ki, qanuna əsasən, tütün məmulatlarından – siqaret, sulu qəlyan və elektron siqaretdən bu yerlərdə istifadə qadağandır”.

    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən, qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə tətbiq edilir.

    Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə (FHN) və Daxili İşlər Nazirliyinə (DİN) verilib.

  • Dünya çempionu Bakıda “BMW” ilə adam vurub öldürdü – FOTO

    Yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub.

    Median.Az-in lent.az-a istinadən verdiyi məlumata görə, naməlum avtomobilin vurduğu 31 yaşlı Səlim Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

    Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü – Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.

    Ölümlə nəticələnən qəzanı törədən və hadisə yerindən qaçan Urxan Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı Urxan 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.






  • Metroda relslərin üstünə tullanıb tunellə qaçan gənclə bağlı şok məlumatlar – VİDEO

    Ötən gün Bakı metrosunun “İnşaatçılar” stansiyasında özünü relslərin üstünə ataraq “Elmlər Akademiyası” istiqamətinə qaçmağa başlayan gənclə bağlı yeni məlumatlar üzə çıxıb.

    Median.Az-in bakupost-a istinadən verdiyi məlumata görə, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ələsgərov Tamerlan indiyədək bir neçə dəfə intihara cəhd edib. Sonuncu belə hadisə yanvarın 20-də yaşanıb. Belə ki, Tamerlan Ələsgərov həmin gün özünü Xırdalan şəhərində 9 mərtəbəli binalardan birinin damından atmağa cəhd göstərib. 
    Yaxınlarının dediyinə görə, T.Ələsgərov bu yolla yaşadığı kənddə ona məxsus torpaq sahəsinin zəbt olunmasına etiraz edib. İntihara cəhdin qarşısı Abşeron RPİ və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən alınıb. 

    Yaxınları iddia edir ki, T. Ələsgərov bundan 5 gün sonra yenidən intihara cəhd etmək qərarına gəlib. Bu dəfə isə o, ölmək üçün bina damını yox, yerin altını – metronu seçib. 

    Gəncin yaxınlarınən sözlərinə görə, əgər Tamerlan Ələsgərov təcrid olunmasa və psixoloji reabilitasiya tədbirləri görülməsə, yaxın gələcəkdə bir daha özünü öldürmək istəyə bilər. Tanışları T. Ələsgərovun özünü öldürməyə cəhd etməsinin videosunu da saytımıza göndərib. Həmin görüntüləri təqdim edirik: 

    Xatırladaq ki, yanvarın 25-i axşam saat 18:50 radələrində bir nəfər “İnşaatçılar” stansiyasında platformadan özünü qatar yoluna ataraq relslərin üzəri ilə metronun “Elmlər Akademiyası” istiqamətinə qaçmağa başlayıb. Dərhal stansiya işçiləri relslərdəki gərginliyi dayandırıb və polis əməkdaşları ilə birlikdə həmin şəxsin axtarışlarına başlayıb. Həmin şəxs saxlanılıb və məlum olub ki, o, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ələsgərov Tamerlan Rövşən oğludur. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəzimi Paşayev hadisənin intihara cəhd olmadığı barədə açıqlama vermişdi. 

  • Məşhur hotellərdən şok görüntülər: Xadimə stəkanları tualetdə yuyur, dəsmalla yeri silir – VIDEO

    Çində 3 elit hoteldə xadimələrin otaqlarda təmizlik işlərini elə formada həyata keçirirlər ki, görənlər şoka düşür.

    Baku.ws-in məlumatına görə, görüntülərdən aydın olur ki, təmizlik işçiləri hotel nömrələrində heç bir gigyenik qaydalara əməl etmirlər.

    Xadimələr boşqabları, stəkanları tualetdə yuyurlar, dəsmallarla döşəməni silirlər.

    Kempinski, Shangri-La и Sheraton hotellərində çəkilən videoda görünür ki, xadimə unitaza vurduğu dəsmalla stəkan və boşqabları da qurulayır.

    Maraqlısı budur ki, təmizlik işçisi bütün bunları təcrübəçiyə öyrədir.

  • Bakıda sürücü yolda təhlükəli vəziyyət yaratdı – VİDEO

    “Dərnəgül yolu” kimi tanınan Rövşən Cəfərov (körpüdə) küçəsində avtomobili nasaz olan sürücü təhlükəli vəziyyət yaradıb.

    Səhər saatlarında Rövşən Cəfərov küçəsində hərəkət edən “VAZ-2106” markalı avtomobildə nasazlıq yaranıb.

    Avtomobilin sürücüsü nəqliyyat vasitəsini yolun sol zolağında saxlamağa qərar verib. Yolun hərəkət hissəsində avtomobil saxlayan
    sürücü və sərnişinləri avtomobili təmir etməyə çalışıblar. Yolda təhlükəli vəziyyət yaradan sürücü qəza-dayanma nişanı qoymayıb.

    Qeyd edək ki, hadisəni lentə alan sürücü sükan arxasında çəkiliş apararaq yol qaydalarını pozub./oxu.az

  • Deputat su israfçılığından şikayətləndi

    Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı yanvarın 26-da ilk iclası keçirilib.

    Adıçəkilən komitənin sədri Eldar İbrahimov bildirib ki, hesabat dövründə komitənin beş iclası olub, 17 məsələ, o cümlədən, 13 qanun layihə müzakirə olunaraq, plenar iclaslara tövsiyə edilib.

    Onun sözlərinə görə, hesabat dövründə vətəndaşlardan komitəyə 70 şikayət, ərizə və müraciət daxil olub və onlardan bir çoxu həllini tapması üçün aidiyyəti qurumlara göndərilib.

    Komitə sədri bildirib ki, 2018-ci il qanunvericilik işləri planında “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi var ki, onun may ayında müzakirələrə çıxarılması gözlənilir:

    “Əslində, bu sənəd ötən ilin dekabr ayında başa çatdırılıb, müzakirələrə təqdim olunmalı idi. Amma bu, mümkün olmadı. Kənd Təsərrüfatı Nazirliyi bu sənədi həmin müddətdə hazırlayıb başa çatdıra bilmədi. Odur ki, bu sənədin tam şəkildə hazırlanıb, may ayında müzakirələrə çıxarılması nəzərdə tutulur”.

    E. İbrahimov iclasın gündəliyinə salınan “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişikliklər barədə məlumat verərək deyib ki, burada “pullu” sözünün “ödənişli” sözü ilə əvəzlənməsi təklif olunur.

    Adıçəkilən komitənin sədr müavini Eldar Quliyev də çıxışında məlum dəyişikliyə toxunaraq deyib ki, bu, su ilə bağlı məsələdə israfçılığa son qoyacaq:

    “Çünki özümüz də şahidik ki, məhsul-yığım mövsümü zamanı su ilə bağlı hansı problemlər yaranır. Sudan bəzən başqa sahələr və məqsədlər üçün istifadə edilir, fermerlər, sahibkarlar isə çıxılmaz durumda qalırlar. Ona görə də bu dəyişiklik su israfçılığının qarşısını alacaq”.

    Komitənin üzvü Aydın Hüseynov isə çıxışında bank sektoru qədər sığorta sektorunun da mühüm önəm daşıdığını bildirib:

    “Bəzi ölkələrdə sığorta sektoru o qədər inkişaf edib ki, bank sektorunu da üstələyib. Bu baxımdan, kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında qanun layihəsi vacib sənəddir. Yəni, kənd təsərrüfatında da sığortanın stimullaşdırılması tətbiq olunmalıdır və bunun üçün də ilk növbədə güclü qanunvericilik bazası olmalıdır. Odur ki, yeni qanun bu məsələyə öz töhfəsini verə bilər və verəcək”./oxu.az

  • Novruz çərşənbələrinin vaxtı açıqlandı

    Fevralın 27-də Su çərşənbəsi, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.

    Bunu oxu.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktor müavini Xıdır Mikayılov bildirib.

    Onun sözlərinə görə, bu il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək.
    Yaz fəsli Azərbaycana martın 20-də, Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.