Category: Cəmiyyət

  • Xoşqədəm fiziki qüsurlu övladının əlini yandıran ananı efirdə biabır etdi (VİDEO)

    Xəzər TV-də yayımlanan ”Səni axtrarıram” verilişində aparıcı Xoşqədəm Baxşəliyeva studiyaya gələn xanımı sərt tənqid edib.  

    Baku.ws-in məlumatına görə, fiziki qüsurlu uşağını cəzalandırmaq üçün əlini bıçaqla yandırıb. Qadın bu əməlini uşağı çantasından pul oğurladığı üçün etdiyini söyləyib. 

    Aparıcı isə heç bir halda uşağı bu cür cəzalandırmağın doğru olmadığını söyləyib. Xoşqədəm Baxşəliyeva uşağı başa salmağın vacib olduğunu söyləyib. Əsəblərini cilovlaya bilməyən aparıcı övladını cəzalandıran ananı sərt şəkildə tənqid edib. 
    Həmin görüntüləri təqdim edirik: 

  • Bakı-Qazax yolunda nəqliyyatın hərəkətində çətinliklər yaranıb – FOTO

    Qatı duman Bakı-Qazax avtomobil yolunda nəqliyyatın hərəkətində çətinlik yaradıb.

    Report xəbər verir ki, yanvarın 25-də səhər saatlarından başlayaraq Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində qatı duman müşahidə olunmağa başlayıb.

    Nəticədə avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb. Hazırda DYP əməkdaşları tərəfindən hansısa qəzanın baş verməməsi üçün ərazidə avtomobillərin hərəkətinə nəzərət edilir.




  • Bu şəxslər təhsil haqqından azad olunur

    “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər ediləcək. Dəyişiklik 18 yaşına qədər valideyninin birini itirmiş, o biri valideyni isə 2-ci qrup əlil olanların təhsil haqqının dövlət tərəfindən ödənilməsini nəzərdə tutur”.

    “Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.

    Onun sözlərinə görə, hazırki qanunvericilik buna imkan vermir: “Təxmini hesablamalara görə, belə şəxslərin sayı 100-dən çoxdur. Biz bu şəxslərin təhsilinin maliyyə tutumunu öyrənib, daha sonra isə bununla bağlı qanunvericilikdə dəyişikliklər edə bilərik”.

  • “İcra başçısı mağazamı işğal edib” – VİDEO

    Fəxrəddin Bağırov: “Məni rayondan didərgin salıblar”

    “Üç aydan artıqdır ki, mağazamı hər tərəfdən hördürən icra başçısı məni rayondan didərgin salıb. Faktiki mağazam işğal edilib. 10 nəfərə qədər işçim vardı, onlar da işsiz qalıblar”.

    Bunu Bizimyol.info saytına Gədəbəydən olan sahibkar Fəxrəddin Bağırov deyib. O qeyd edir ki, rayonun icra başçısı Ramiz Yediyarov tərəfindən təzyiqlər məruz qalır. “3-4 nəfər də üzümə qoymaq istəyirlər ki, guya mən hakimiyyət nümayəndəsinə təzyiq göstərmişəm. Ona görə rayona da gedə bilmirəm. Ailəmi də gətirmişəm, 3 aydır Bakıda yaşayırıq”.

    Sahibkar əlavə edir ki, ona qarşı edilənlərlə bağlı aidiyaytı orqanlara və məhkəməyə müraciət edib.

    Məsələ ilə bağlı Gədəbəy rayon icra hakimiyyətinə müraciət etdik. Qəbul şöbəsindən bildirildi ki, bu məsələyə cavab vermək səlahiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Qədir Bağırovun səlahiyyətindədir. Qədir müəllimlə isə hələlik danışmaq mümkün olmayıb.

    Sözügedən problemlə bağlı hazırlanmış videosüjeti təqdim edirik:

  • Son dəqiqə – Bayıldakı sürüşmənin səbəbi bəlli oldu

    Nazirlər Kabineti sürüşmə zonasından çıxarılan ailələrə kirayə pulu ödənilməsinə qərar verib

    Eldar Əzizov: “Dağ yamacının altında iki yeraltı çayın axdığı müəyyən edilib”

    Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olub və sakinlərlə görüşüb.

    Səbail Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, E. Əzizov sürüşmə zonasında görülən işlərlə tanış olub. Daha sonra o, məktəbdə müvəqqəti yerləşdirilən 68 sakinlə görüş keçirib. İcra başçısı vətəndaşların yerləşmə şəraiti və digər problemləri ilə maraqlanıb. Qeyd edilib ki, ərazidə araşdırma aparan mütəxəssislər həmin dağ yamacının altında iki yeraltı çayın axdığını müəyyənləşdiriblər. Bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcə də yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir.

    Görüşdə bildirilib ki, artıq bu məsələ ilə bağlı Nazirlər Kabinetitərəfindən müvafiq qərar qəbul olunub. Sürüşmə zonasından çıxarılan 80 ailəyə – 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticədə bəlli olduqdan sonra çıxarılan rəyə uyğun tədbirlər görüləcək. Əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.

  • “Avtoş”lara şad xəbər: Bu ərazilər sizin üçündür – VİDEO

    Son iki gündə ölkədə yadda qalan hadisə içərisində bakıda yol polisinin başağrısna çevrilən avtoxuliqanın saxlanması görüntüləri olub.

    ARB TV-nin “Günə Doğru” verlişində məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.

    Sözügedən videosujetdə paytaxtın inzibati ərazisində 23 yol polisinin təqibi ilə saxlanılan film kimi bu hadisənin görüntülər sosial medianın gündəminə çevrilib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 33 yaşlı paytaxt sakini Ramin Ağasıyev tanışına məxsus maşınla kobud qayta pozuntusuna görə, saxlanılmasına cəhd edilsə də, sürücü buna məhəl qoymayıb. Nəticədə uzun təqibdən sonra suni tıxac vasitəsilə saxlanılıb.

    Bu hadisə illər öncə irəli sürülən bir məsələni belə, sürücülər üçün xüsusi meydançanın və ya ərazinin ayrılmasını yenidən aktual edir. Cəmiyyət tərəfindən etirazla qarşılanan avtoş-larla bağlı səslənən sərt çıxışlar sonda qanunda ciddi dəyişkiliklərə gətirib çıxardı.

    Avto-xuliqanlarla bağlı fikir bildirən millət vəkili Fazil Mustafa, əsasən bu qəzalara səbəb kimi gəncləri görür:

    “Avto-xuliqanlarla məşğul olanalar əsasən gənclərdir. Yaşlı insanlar hər halda xuliqanlıq etmirlər. 

    Avtomobillərini ictimai səviyyəni pozacaq qayadada idarə etmirlər. Bunun səbəbi nədir? Səbəbi odur ki, ba.qa sahələrə gənclərin yönləndirilməsi etiyac var”.

    Bu da bir həvəs kimi sonradan azalsa da, görülən tədbirlər də ərazinin təhükəlilik dərəcəsini azaltdı. Ekpertlərin fikrincə illər öncə bu kimi hərəkətlərə yol verən sürücülərə rəğibət bəslənsə də indi, vəziyyət tamam fərqlidir.

    Ekspert Elməddin Muradlı deyir ki, insanlar avto-xuliqanlıq videoları görəndə biraz təəccüblə yanaşırlar:

    “5 il bundan qabaq tamam başqa cür idi. Buna adi hal kimi baxırdılar. Çünki Bakının hər küçəsində, hər yolunda belə hallar baş verirdi. Artıq o təhlükəsizlik kamerlarının quraşdırılması, yol polisini bu sahəyə nəzarətinin gücləndirilməsi belə deyək, yaxşı nəticə verdi”.

    Avtomobil həvəskarları da, şəhərdə avtoşluq etməyə yaxşı baxmır. Amma onlar adrenalin dolu bu hərəkətləri etmədən qala da bilmirlər.

    Ekspert Elməddin Muradlı Bakı şəhərində belə bir yerin olduğunu deyir:

    “Bakı Olimpia kompleksinin ərazisində bu kimi tədbirlər keçirilir. Təhlükəsizlik şərtlərinə əməl etməklə orada müəyyən abrierlər quraşdırılır, təkərlərdəm mühafizə səddi qoyulur və digər elementlərə diqqət yetirməklə sürüş təlimləri keçirilir”.

    İnzibati xətalar məcəlləsinə edilən son dəyişiklikdən sonra, bu kimi əməllərə yol verən sürücülərə qarşı sərt qərarlar çıxarılıb. Hansıki, avtoşluq etməzdən öncə bir xeyli düşündünməyə məcbur edir.

    Avtoşluq bir xəstəlik, bir hiss, bir adrenalin ola bilər. Amma insan həyatını təhlükəyə atacaq qədər vacib əməl sayıla bilməz. Bunun üçün də, risk etməyə dəyməz. Ən azından səağlam həyat və sağlam cəmiyyəti düşünmək yetər.

  • İcra başçısı müjdəni verdi: Evlərindən köçürülən sakinlərə pul veriləcək

    Səbail rayon icra başçısı Eldar Əzizov bu gün sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olub. 

    Median.Az-in “Qafqazinfo”ya istinadən verdiyi məlumatagörə, E. Əzizov sürüşmə zonasında görülən işlərlə tanış olub. Daha sonra isə məktəbdə yerləşdirilən 68 sakinlə görüş keçirib. İcra başçısı vətəndaşların yerləşmə şəraiti və digər problemləri ilə maraqlanıb. 

    Görüşdə qeyd olunub ki, artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub. Sürüşmə zonasından çıxarılan 80 ailə, 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək. 

    Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticədə bəlli olsa ki, artıq təhlükə yoxdur, o zaman sakinlər evlərinə qaytarılacaq. Təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya veriləcək və ərazidən köçürüləcəklər. 

    Geoloqlar müəyyən ediblər ki, həmin ərazidə yerin altında iki yeraltı çay axır. Bu çaylarda suyun səviyyəsinin dəyişməsi sürüşməyə səbəb olub.

  • Bayıldan köçürülən sakinlər haqqında son məlumat – FOTO + VİDEO

    Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində yaşayan sakinlər müvəqqəti sığınacaqlara yerləşdirilib. 

    Baku.ws-in məlumatına görə, əvvəl sakinləri 49 və 51 saylı orta məktəblərdə sığınacaq verilib. Daha sonra isə sakinləri 163 nömrəli orta məktəbə köçürülüb. 

    Məktəbdə olan İcra hakimiyyətinin nümayəndəsi əməkdaşımıza bildirib ki, onlara ailəliklə qida, su və yataq ilə təmin olunub. 

    Məktəbdə dərslər adi qaydada olduğu kimi davam edir. Lakin, məktəbə valideynləri buraxmırlar. Sakinlərin evə qayıdacağı vaxt məlum deyil. 

    Hazırda ərazi polis nəzarətindədir. 

    Qeyd edək ki, sürüşmə zonasında müvafiq orqanların əməkdaşları işləyir. Bir neçə gündür bərkitmə işləri gedir. Çatların dərinliyi təxminən 15 metrdir. 

    Qış aylarında, yağışlardan sonra Bakıda sürüşmə zonaları yenidən aktivləşir. Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara əsasən Bakının bir neçə əsas sürüşmə ocaqları müəyyənləşib. 




  • Bakıda çəkisi 370 qram olan uşaq doğuldu – Ailəsi istəmədi (VIDEO)

    “Uşaq cəmi 370 qram doğulmuşdu. Həyatımda gördüyüm vaxtından əvvəl doğulmuş ən balaca canlı idi. Adətən belə körpələr küvəzdə süni tənəffüs verilərək saxlanılır. 22 həftəlik olsa da, özü nəfəs alırdı ehtiyacı yox idi. Təəssüf ki, ailəsi yaşamasını istəmədi”. 

    Median.Az xəbər verir ki, bu sözləri Op. Dr. uşaq cərrahı və uroloqu Aqil Əbilov “Qafqazinfo”ya hadisəylə bağlı açıqlamasında deyib. 

    Həkim həmçinin körpənin anasının səhhətindən də danışıb: 

    “Azərbaycanda çox ailələr bu halda uşağın yaşamasını istəmir. O uşaq anada düşük olduğu üçün gətirilmişdi və heç kim yaşayacağına inanmırdı. Müayinə zamanı məlum oldu ki, hər şey normaldır. Həmin uşaq bir müddət küvəzdə saxlanıldığı təqdirdə yaşaya bilər. Ancaq bu proses uzun çəkəcəkdi. Maddiyyatla da əlaqəsi yoxdur. Sadəcə ailə yaşamasını istəmədi. 

    Sosial şəbəkələrdə bu kimi videoları paylaşmaqda bir məqsədim var, o da valideynləri maarifləndirmək. Bunun kimi vaxtından əvvəl doğulmuş başqa bir körpənin də videosunu paylaşmışam. Körpəni 770 qram olan zaman bağırsaq çürüməsi səbəbindən əməliyyat etmişik. Artıq qidalanır və 970 qram olub. Hər uşağın yaşamaq ümidi və şansı var. Təki əldən gələn hər şey edilsin. Bu payıaşımlarımla valideynlərə göstərmək istəyirəm ki, erkən doğuşlarda övladdan tez imtina etməsinlər, onlara bir yaşama şansı vermələri kifayətdir”. 

  • Bunu edən azərbaycanlı xanımlar 5000 manatadək CƏRİMƏLƏNƏCƏK

    Ailə qurduqdan sonra uzun müddətdir Türkiyədə yaşayan bəzi azərbaycanlıları narahat edən bir məsələ var. Evlilik səbəbi ilə Türkiyə pasportu alan bu şəxslər Azərbaycan vətəndaşlığından çıxarılırmı?

    Bununla baglı Azərbaycanda müvafiq qanun qəbul edilsə də, xaricdəki səfilik və konsulluqlarımız oradakı soydaşlarımızı tam bilgiləndirmir. 

    Median.Az xəbər verir ki, modern.az sayta olan məsələ ilə bağlı müraciətləri nəzərə alaraq, kiçik bir araşdırma aparıb. Türkiyədə yaşayan Seda Akgül (adı xanımın istəyinə əsasan şərtidir-red.) bildirir ki, o, Türkiyədə vətəndaşıq aldıqdan sonra Bakıdakı ailəsinə Agır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin müstəntiqi tərəfindən bildiriş gəlib. Xanım Türkiyə vətəndaşlığını qəbul edib, Azərbaycan hökumətinə bununla bağlı gec xəbər verdiyi üçün 3000-5000 manat arasında cərimə olunacaq. Cərimə ödənməzsə, iş məhkəməyə çıxarılacaq. Məhkəmədən sonra inzibati əsaslarla cəzalandırılacaq. 

    Araşdırmalar göstərir ki, qanundan tam xəbərdar olmayan azərbaycanlılara müxtəlif orqanlardan fəqrli cavablar verilir. Hətta bu insanların axtarışa veriləcəyi, cərimənin iki qata çıxarılacağı ilə bağlı məlumat alan həmyerlilərimiz nə edəcəklərini tam bilmirlər. 

    Millət vəkili Qənirə Paşayeva bu məsələ ilə baglı narahat edən məqama aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması ilə baglı qanunun 10-cu maddəsinin 2-ci hissəsində bildirilir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş şəxs 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Bu yaşadıqları ölkədəki Azərbaycan səfirliyi və konsulluqları, eləcə də Azərbaycanın Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti ola bilər. Bu məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. 

    Dövlət Miqrasiya Xidmətindən bildiriblər ki, bu məsələ ilə bağlı araşdırmanı Daxili İşlər Nazirliyi aparır. Vətəndaşlara göndərilən bildirişlərdə 3000-5000 manat cərimənin nəzərdə tutulduğu doğrudur. Əgər bu məbləğ ödənməzsə, iş məhkəməyə çıxarılır və məlumatı verməyən şəxs inzibati qaydada cəzalandırılır. Məsələn, cərimə olunan şəxs işlə təmin edilir və ayıq əmək haqqı cərimə olaraq ödənir. Həmin iş şəxsin vətəndaşlıq aldıgı ölkədə deyil, Azərbaycanda verilir. Eyni zamanda verilən işi dövlət strukturu müəyyənləşdirir. 

    Milli Məclisin Hüquq siyasəti və dövlıt quruculuğu komitəsinin sədri Əli Hüseynli da deyir ki, Azərbaycan hüdudlarından kənarda yaşayan soydaşlarımız vətəndaşlıq dəyişildiyi zaman bununla bağlı rəsmi məlumat verməlidir. 

    Azərbaycan Konstitusiyasına vətəndaşlığın itirilməsinin hüquqi mexanizmi aydın şəkildə göstərilmədiyindən bəziləri bu məsələdə çaşqınlıq yaşayır. Onların qənatinə görə, söhbət vətəndaşlıqdan məhrum etməkdən deyil, şəxsin öz seçimi əsasında Azərbaycan vətəndaşlığının itirilməsindən gedirsə, probleməı necə yanaşılamaldır?

    Əli Hüseyinli deyir ki, əlavə və dəyişiklikliklər vətəndaşlıgın itrilməsi mexanizmini tənzimləyir. 

    Deputatın sözlərinə görə, qanunun geriyə qüvvəsi yoxdur. Qanunun tətbiqinin aydın mexanizmi yaradılıb. Bu, 2014-cü ilədək xarici ölkələrin vətəndaşlığını almış şəxslərə şamil edilmir.

    “Qanunun 10-cu maddəsinin 1-ci hissəsi və 18-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində qeyd olunub ki, qanunun geriyə qüvvəsi yoxdur və qanun qüvvəyə minənə qədər ( 2014-cü il) xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına şamil olunmur”.