Category: Cəmiyyət

  • Tikinti sahəsində özbaşınalıq: yüzlərlə insanın həyatı təhlükədədir – Fotolar

    Paytaxta aparılan tikinti işlərinə nəzarətin gücləndirilməsi hər zaman müzakirə mövzusu olub. Aparılan tikinti işləri insanların məşğulluğu üçün önəmli olsa da, amma insanların həyatına təhlükə yaratmamalıdır.

    Amma bir çox hallarda tikinti sahiblərinin səhlənkarlığı və əlaqədar orqanların bu hallara göz yumması yüzlərlə insanın həyatına təhlükə yaradır.

    Median.Az Modern.az-a istinadən   xəbər verir ki, belə təhlükəli vəziyyət Zığ yolunda da yaşanır. C.Naxçıvanski adına hərbi məktəbin yaxınlığında aparılan tikinti sahəsində quraşdırılan kran həmin yoldan keçən yüzlərlə insanın həyatına real təhlükədir. Kranın uc hissəsinə bərkidilən ağır betonlar yolun hərəkət hissəsinin üzərindədir.

    Bu gün paytaxtda əsən güclü külək isə həmin kranı elə formada əsdirir ki, daşların yolun hərəkət hissəsinə düşməsi hər an baş verə bilər.

    Median.Az Modern.az-a istinadən həmin ərazidən çəkilən fotoları təqdim edir.






  • 175 saylı avtobusun sərnişinləri əlavə gediş haqqı ödəmək məcburiyyətində qalıblar – VİDEO

    “Baku Bus” MMC”yə məxsus 175 saylı marşrut avtobusundan istifadə edən sərnişinlər həm yaxın, həm də uzaq məsafəyə getmək üçün 30 qəpik ödəmək məcburiyətində qalırlar.

    Median.Az-ın məlumatına görə, bir neçə gün əvvəl Səməd Vurğun parkından Sabunçu rayonu Hövsan qəsəbəsinin mərkəzinə hərəkət edən bu marşrut avtobusunda qiymətlər 20 qəpikdən 30 qəpiyə artırılmışdı. Avtobusda kart sistemi olduğuna görə sərnişinlər 30 qəpiyi birbaşa karta vurub, marşrut xəttindən istifadə edirlər.

    Sərnişinlərin sözlərinə görə, belə olduqda 2 dayancaq məsafə getdikdə də 30 qəpik ödəməli olurlar.

    Sərnişinlər bildiri ki, 75 saylı marşrut xətti ”Baku Bus”a verilməmişdən öncə ödəniş haqqı məsafədən asılı olaraq ödənilirdi.

    Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, bu gün iş günü olmadığına görə sakinlərin narazılığı sabah araşdırılacaq.

    Qeyd edək ki, Tarif Şurasının qərarına görə, şəhərətrafı və qəsəbələrarası gediş haqqı 1 km-dən 15 km-dək 20, 15 km-dən 25 km-dək 25, 25 km-dən 30 km-dək 30 qəpikdir.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Uşaq anadan olarkən fotosessiya edilir – Yeni dəb klinikalarda xidmət kimi təklif olunur – VİDEO

    Uşağın anadan olması anı videoya çəkilir, doğuşdan dərhal sonra valideynlərlə birlikdə uşaq fotosessiya edilir.

    Median.Az-ın məlumatına görə, son zamanlar bu hal dəbə düşüb və bir sıra özəl klinikalarda xidmət kimi təklif olunmaqdadır.
    Ancaq insanların məsələyə münasibəti fərqlidir. Əksər adamlar bunun doğru olmadığını və yaxşı qarşılanmadığını deyirlər.
    Fotoqraflar da bildirir ki, belə təkliflər alırlar və hər çəkiliş üçün qiymətlər fərqlidir.

    Sosioloqlar isə bildirir ki, bu xarici ölkələrdə geniş yayılan adətlərdən təsirlənərək edilir. Bir çoxları bunu müasirlik hesab edir. Ancaq bu cür addımlar Azərbaycanın mənəvi dəyərlərinə, böyük önəm daşıyan ailə institutuna uyğun gəlmir.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Azərbaycanlı cərrah özü-özünü əməliyyat etdi – VİDEO

    Azərbaycanlı cərrah özü-özünü əməliyyat edib və bunu videoya çəkib.

    Median.Az minval.info-ya istinadən xəbər verir ki, azərbaycanlı ümumi və plastik estetik cərrah həkimi Mübariz Məmmədli ginekomastiyadan qurtulmaq üçün əməliyyat masasına yatıb. O, əməliyyatın bir hissəsini özü edib və bu anı videoya çəkib.
    Videonu görən hər kəs təccüblənib.

    Qeyd edək ki, dünyada ilk dəfə 1971 ci ildə rus cərrahı Roqozov özü-özünü əməliyyat edib.

  • Nikaha girənlərin NƏZƏRİNƏ: müayinəsi məcburi olan xəstəliklərin siyahısı artırılır

    Azərbaycanda nikaha daxil olmaq istəyənlərlə bağlı müayinəsi zəruri olan xəstəliklərinin sayının artırılması, hepatit B və hepatit C-nin də müayinəsi icbarı olan xəstəliklərin siyahısına daxil edilməsi təklif olunub.

    APA-nın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı hepatit və xərçəng xəstəliklərinin artmasından narahatlığını bildirib, bununla bağlı uzun müddətdir müzakirəsi ləngiyən “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin bu sessiyada müzakirəyə çıxarılmasının vacibliyini qeyd edib.

    Deputat Musa Quliyev isə bildirib ki, Ailə Məcəlləsinə dəyişikliklər etmək lazımdır. O qeyd edib ki, nikahdan əvvəl bir necə xəstəlik üzrə məcburi müayinələr həyata keçirilir: “Bunun olduqca gözəl nəticələri var. Təklif edirəm ki, hepatit B və hepatit C-nin də müayinə paketinə daxil etmək üçün Ailə Məcəlləsinə dəyişiklik edək”.

  • Sabah Bakıda 10 dərəcə isti olacaq

    Bakı və Abşeron yarımadasında yanvarın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən oxu.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 1-3, gündüz 8-11, Bakıda  gecə 1-3, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.
    Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında yanvarın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

  • Mikayıl Cabbarova yeni müavin təyin edildi – FOTO

    Mətin Eynullayev vergilər nazirinin müavini təyin edilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

    Qeyd edək ki, vəzifəsinin icrasına başlayan M. Eynullayev yanvarın 19-da Vergilər Nazirliyində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.

    Xatırladaq ki, buna qədər M. Eynullayev təhsil nazirinin müavini vəzifəsini icra edib.

  • 14 yaşı tamam olmamış şəxslərə dərman satışı qadağan edilir

    Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satışı qadağan edilir.

    Median.Az-in “Report”a istinadən verdiyi məlumata görə, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir.

    Qanunun hazırda qüvvədə olan 13-cü (Əhaliyə dərman vasitələrinin buraxılması) maddəsinə əsasən, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Aptek təşkilatlarında “Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı”na daxil edilmiş dərman vasitələrinin olması məcburidir. Optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, aptek təşkilatlarında digər malların satılması qadağandır. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

    Maddəyə yeni – 13.3-1 bənd əlavə edilir. Bəndə əsasən, 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.

    Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

  • Xırdalanda intihara cəhd – özünü 9 mərtəbəli binadan atmaq istədi

    Xırdalanda bir nəfər intihara cəhd edib.

    Yanvarın 20-də Şəmkir rayon sakini Tamerlan Ələsgərli yaşadığı kənddə ona məxsus torpaq sahəsinin zəbt olunmasına etiraz əlaməti olaraq intihara əl atıb. 

    O, özünü Xırdalan şəhərindəki 9 mərtəbəli binalardan birinin damından atmağa cəhd göstərib. Cəhdin qarşısı Abşeron RPİ və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən alınıb. 

  • “AAAF Park”da etiraz aksiyası – FOTO + VİDEO

    Xırdalanda yerləşən “AAAF Park” yaşayış kompleksinin sakinləri növbəti dəfə etiraz aksiyası keçiriblər.

    Median.Az-ın Ölkə.Az-a istinadən xəbərinə görə, aksiyadan görüntülər sosial şəbəkələrdə və yerli KİV-də yayılıb.

    Bildirilir ki, kompleksə daxil olan binalarda işıq və qaz olmaması sakinlərin narazılığına səbəb olub.

    Aksiya iştirakçıları “AAAF Park” rəhbərliyinin ofisi qarşısına toplaşıb, eləcə də, Xırdalan yolunu bağlayıblar.