Category: Cəmiyyət

  • Bərdədə nişanlı müəllim qaçırılıb

    Bərdə rayonunda müəllim zorla qaçırılıb.

    Median.Az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, qız rayonun Hacıalılı kənd məktəbinin riyaziyyat müəllimi, Bərdə sakini Zeynalov Tural İlham oğlu tərəfindən qaçırılıb.

    Məktəbdən bildirilib ki, qaçırılan qız Goranboy rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib.
    Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib.

    Qızın başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir.

    Hazırda rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

  • Könül Xasıyeva həyat yoldaşından danışdı: “Cəmi 6 ay yaşadıq” (VİDEO)

    “Həyatımda bir kişini sevmişəm, o da həyat yoldaşımdır. Sevib evlənmişəm. İndi də sevirəm və ölənə qədər də sevəcəyəm”.

    Bunu xalq artisti Könül Xasıyeva Xəzər TV-də Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan “Səni axtarıram” verilişinə müsahibəsi zamanı deyib.

    Həyat yoldaşı ilə bağlı açıqlamalar verən xalq artisti hazırda onunla birlikdə yaşamadığını deyib.

    “Bir yerdə yaşamırıq, ayrılmışıq. Onun barəsində deyə bilərəm ki, çox yaxşı, ləyaqətli oğlandır. Özüm ona demişəm ki, get həyatını qur, yaşa”, – deyə Könül Xasıyeva qeyd edib.

    Xalq artisti eyni zamanda bildirib ki, həyat yoldaşı onu xəstələnməzdən əvvəl tərk edib.

    “Onunla yollarımız ayrılanda mən hələ xəstələnməmişdim. Xəstələnsəydim, o, məni qoyub getməzdi. Hər dəfə balası Kazımla maraqlanır. Kazım da onu çox sevir, onunla nəfəs alır. Həyat hər kəsə bir cür nəsib olur. Biz onunla birlikdə cəmi 6 ay yaşadıq”, – deyə Könül Xasıyeva bildirib.//baku.ws

  • Həkim yayılan videoya görə işdən çıxarıldı: Prezidentə müraciət etdi (VİDEO)

    Xəbər verdiyimiz kimi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovanın institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi geniş müzakirəyə səbəb olmuşdu. 

    Bir neçə gün əvvəl tərəflər arasında mübahisəni əks etdirən video sosial şəbəkələrdə yayılmışdı. 

    Median.Az
    xəbər verir ki, unikal.org-a daxil olan məlumat görə, direktora etiraz edən tibb elmləri namizədi Səbinə Məmmədova yayılan videoya görə yanvarın 13-də vəzifəsindən uzaqlaşdırılıb. 

    S. Məmmədova saytımıza bildirib ki, institutun direktoru ona qarşı çıxan bütün həkimləri əsassız olaraq müəssisədən uzaqlaşdırır: “Əlimdə faktlarım var, haqqımı tapdadılar. Həqiqət Qədirova bütün həkimləri çıxarıb əvəzinə pul müqabilində öz adamlarını instituta işə qəbul edir. Mən tibb elmləri namizədiyəm. 20 il şöbə müdiri vəzifəsində çalışmışam. Əvvəlcə şöbə müdirliyindən, sonra isə həkimlikdən uzaqlaşdırldım. Onu məhkəməyə verəcəm. Təkcə mən yox, bütün həkimlər ayağa qalxıb. Etiraz edən bütün həkimləri işdən kənarlaşdırır.” 

    Qeyd edək ki, S. Məmmədova işdən çıxrarılması ilə bağlı Prezident İlham Əliyevə videomüraciət ünvanlayıb. 

  • İsa Qəmbər evə buraxılıb – YENİLƏNİB

    İsa Qəmbər xəstəxanadan evə buraxılıb.

    Bu barədə oxu.az-a Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.

    * * * *

    İsa Qəmbər bu gün xəstəxanadan evə buraxılacaq.

    Bu barədə oxu.az-a Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov məlumat verib.

    F. İbrahimovun sözlərinə görə, o, müalicəsini ev şəraitində davam etdirəcək.

  • Bakı sakini ev almağa gedərkən pulunu itirdi – VİDEO

    Bakı sakini illərdir, əziyyət çəkib topladığı pulu, elə ev almağa gedərkən itirib.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtda yaşayan Bəhruz Bayramovun ailəsindən gedir.

    Belə ki, ailənin əziyyət çəkib topladıqları 21800 manat pul və 5 min manat dəyərindəki qızılın olduğu çanta alacaqları evə baxmağa gedərkən Sabunçu rayon Zabrat qəsəbəsi ərazisində itib.

    Bəhruz Bayramov pulu tapıb qaytaran şəxsə 2-3 min manat mükafat vəd edib.

    Zərərçəkmiş məsələ ilə bağlı polisə də məlumat verib.

  • Yazıçı Nahid Hacızadə vəfat etdi

    Tanınmış yazıçı-publisist  Nahid Hacızadə dünyasını dəyişib.

    Bu haqda Firuz Mustafa məlumat verib.

    Yazıçı uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında, 82 yaşında dünyasını dəyişib.

    Mərhum bu gün Binəqədi qəbiristanlığında torpağa tapşırılacaq.

    Nahid Hacızadə 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Azərbaycan Dövlət Universitetində filoloji təhsil alıb.

    Azərbaycan Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoruolan Nahid Hacızadə “Ömrün sorağında”, “Ömür gözləyir biz”, “Məhəbbət yaşadır”, “Köçündən ayrılan durna” pyeslərin müəllifi olub və onun əsərləri Şəki, İrəvan və Bakı teatrlarında səhnələşdirilib.

    N.Hacızadənin ssenariləri əsasında 30-a yaxın  bədii və sənədli film çəkilib.

  • Azərbaycana gələn ərəblər quşlara bilet aldı – FOTO

    Qatarın paytaxtı Dohadan Azərbaycana gələn ərəblər vəhşi quşlara bilet alıblar.

    Bu barədə məlumatı jurnalist Şakir Eminbəyli öz “Facebook” hesabında paylaşım edib.

    Ş. Eminbəyli ərəb turistlərin üç şahin quşu üçün təyyarənin göyərtəsində yer almasına dair fotoları paylaşaraq yazıb:

    “Hazırda Qətərdən Azərbaycana gələn adi sərnişinlər heç təəccüblənmir”.




  • Yol polisindən sürücülərə yeni il hədiyyəsi – Bütün qərarsız MMX-lar silindi

    DYP-nin mərkəzi sistemi 1 il ərzində qərarsız olan cərimələri silməyə başlayıb

    Dünəndən başlayaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində (dyp.gov.az), ASAN xidmətin Asanpay.az saytında və Daxili İşlər Nazirliyinin e-xidmet@mia.gov.az saytında qayda pozan sürücülərə tərtib olunmuş elektron protokolların bir qisminə xitam verilməsinə başlanılıb. Avtosfer.az xəbər verir ki, DİN rəhbərliyinin göstərişi əsasında sistemdən silinən cərimələr bir il ərzində qərarsız görünən və sürücüyə çatdırılmayan MMX protokollardır.

    Baş DYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a açıqlamasında məlumatı təsdiq edib. Bildirib ki, həqiqətən də iki gündür sürücülərə tərtib olunmuş, DYP-nin Mərkəzi-Məlumat Sistemində qərarsız görünən, bir il ərzində sürücüyə çatdırılmayan elektron protokollara xitam verilməsinə başlanılıb: “Artıq DYP-nin, ASAN xidmətin və Daxili İşlər Nazirliyinin elektron xidmətlərində qeydiyyatdan keçən sürücülər 1 ildən artıq qərarsız olan cərimələrin silindiyinin şahidi olurlar. Yol polisi xeyli vaxtdir bu sistemi avtomatik rejimdə qurmağa çalışırdı. Artıq bu ildən sistem işə düşüb və qərarsız cərimələr 1 ili tamam olduqda avtomatik rejimdə silinir. Əvvəllər sürücülər 1 ili ötmüş qərarsız cərimələrin silinməsi, yəni xitam verilməsi üçün yol polisinə müraciət edirsizə artıq buna heç bir ehtiyac yoxdur. Sistem özü avtomatik qaydada həmin cərimələri silir”.

    Bununla yanaşı, Kamran Əliyev sürücülərə müraciət edərək bildirib ki, bu yenilik sürücüləri arxayın salmamalıdır: “Sürücülər qərarsız cərimələri də ödəyə bilərlər. Asanpay.az və e-xidmet@mia.gov.az saytlarında bu imkan yaradılıb. Kimsə arxayın olmasın ki, gizlənmək yolu ilə cərimədən azad ola bilər. Hətta vaxtın tamam olmasına 1 gün qalsa belə həmin sürücünü tapıb protokolları təqdim edib qərar qəbul etmək mümkündür. Bundan əlavə, yol polisi əməkdaşları da həm küçə və yollarda, həm də stasionar postlarda nəzarəti gücləndiriblər. Cəriməsi olan, amma sistemdə qərarsız kimi görünən, yəni, sürücüyə çatdırılmayan elektron protokolları olan sürücülər saxlanılacaq və rəsmi qaydada təqdim olunacaq. Bundan əlavə, yaxın vaxtlarda daha bir yenilik gözlənilir. Sürücülük vəsiqəsi dəyişdirildikdə, avtomobil texniki baxışdan keçirildikdə və ya qeydiyyat və təkrar qeydiyyat prosesi zamanı qərarsız cərimələr bir-bir həmin sürücüyə rəsmən təqdim olunacaq. Yəni, kimsə zənn etməsin ki, bir il gizlənməklə cərimə ödəməkdən yaxa qurtara biləcək. Hazırda köhnədən qalan cərimələr silinir. Bir ili tamam olmayanlar isə adı qaydada sürücülərə çatdırılır”.

  • Novruzəli Orucovun oğluna hökm oxundu – 4 il 6 ay

    Bu gün Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Median.Az Trend-ə istinadən məlumatına görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə P.Abbasov son söz deyib. O, prosesdə özünü günahsız hesab edərək məhkəmədən bəraət istəyib Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə Rüstəm Orucova 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.,
    Xatırladaq ki, prokuror çıxışında Rüstəm Orucova 6 il, Kənan Vəliyev və Pərviz Abbasovun hər birinə isə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib.

    Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

    R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

    Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

    R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarətində həbs olmayan qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, R.Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini, general-mayor Novruzəli Orucovun oğludur. N.Orucov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

  • Nəsimi rayonunda həyət uğrunda qarşıdurma: tikinti şirkəti yenə hücum çəkdi – (FOTO+VİDEO)

    Sakinlərin dediklərinə görə, ərazidə tikinti aparmağa hazırlaşan “EDiF” MTK Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun yaxınlarından birinə məxsusdur.

    Bununla bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şəbəsinin baş məsləhətçisi Elvin Bağırovla əlaqə saxladıq.

    Median.Az xəbər verir ki, İcra rəsmisi virtualaz.org-a ərazidəki hasarlama və tikinti işlərindən xəbərsiz olduğunu, icra hakimiyyəti tərəfindən həmin ərazinin kiməsə satılmadığını dedi.

    “Biz torpaq satmamışıq, rayon icra hakimiyyətinin belə səlahiyyəti yoxdur. Bu işə Əmlak Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti baxır. Bizdə “Abad həyət” layihəsi var və həmin layihə çərçiəsində həyətlər abadlaşdırılır. Bu həyət də həmin həyətlərdən biridir”.
    Həmin həyətdə abadlaşma deyil, yaşıllığın məhv edilməsi və bina tikintisini xatırlatdıqda isə, icra rəsmisi tikintidən xəbərsiz olduğunu dedi. Onun sözlərinə görə, həmin ərazidə əhali ağacəkmə aksiyası keçirən zaman müvafiq orqanlardan icazə almalıdır: “Əhali harada gəldi ağac əkir. Bu düzgün deyil. Belə işlər koordinasiya olunmalıdır, ağac əkərkən su və yaşıllaşdırma idarələrindən icazə alınmalıdır. Mənim həmin ərazidə tikintiyə icazə verilməsindən xəbərim yoxdur. Mən öz adıma danışıram, şəxsən mən həmin MTK-ya tikintiyə kimin icazə verməsindən xəbərsizəm. Ola bilər ki, bu icazəni BŞİH versin…”, – deyə Nəsimi Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi bildirdi.

    ***

    Bakının Nəsimi rayonu, 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində yerləşən 5 mərtəbəli kooperativ yaşayış binalarının həyətinin bina tikintisi üçün satılması ilə bağlı məlumat vermişdik. Ərazidə sakinlər tərəfindən salınan yaşıllıq məhv edilib, həyətə buldozerlər salınaraq çoxillik meyvə ağacları kəsilib və daşınıb. Lakin bir neçə gün öncə sakinlər öz vəsaitləri hesabına həmin həyətdə 120 ədəd ağac əkiblər.

    Bu gün səhər saatlarından isə tikintini həyata keçirən “EDif” MTK-nın əməkdaşları həmin binaların sakinlərinə zor tətbiq edərək yeni ağaclar əkilən həyəti hasarlamağa başlayıblar. Bu barədə virtualaz.org-a həmin ünvanda yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, həyətə toplaşan bina sakinlərin etirazlarına heç əhəmiyyət verən də olmayıb. MTK-nın fəhlələri sakinlər toplaşmasın deyə əraziyə sürətlə hasar çəkiblər. Bundan başqa, həmin ünvandakı Nigar Rəfibəyli adına uşaq kitabxanasını da sökməyə başlayıblar.

    “EDiF” MTK-nın işçiləri hasarlamanaı video kameraya çəkdiyi üçün binada yaşayan Muxlis Bədirxanovun üzərinə hücum çəkiblər. Ondan telefonla çəkdiklərini silməsi tələb olunub: “Hasarlamanı telefonla çəkdiyimə görə MTK işçiləri üstümə hücum çəkdilər. Telefonu əlimdən alıb çəkdiklərimi silmək istəyirdilər. Polis də kənarda dayanıb tamaşa edirdi. Onlara mane olmaq əvəzinə məni tutub maşına basdılar. Sonra camaatın etiraz elədi, dedilər ki, müharibə veteranıdır, ikinci qrup əlildir, ondan sonra məni buraxdılar”, – deyə M. Bədirxanov deyir.

    Ərazidəki hasarlama işlərini virtualaz.org-a 81 saylı MTK-nın sədri Asif Məmmədov da təsdiqləyib. Onun sözlərinə görə, “EDiF” MTK-nın əməkdaşları saxta sənədlə bina sakinlərini hədələyiblər: “Bizə saxta sənəd göstərirlər, hətta sənəddə göstərdikləri ünvan da düz deyil. Bizə zor tətbiq edərək burada hasar çəkirlər. Əraziyə polis də toplaşıb. Polis onlara şərait yaradır ki, hasar çəksinlər, əhali yaxınlaşıb mane olmasın. Hazırda demək olar ki, yüngül konstruksiyalı hasarı çəkib bitiriblər. Bundan sonra isə yəqin ki, əkilən ağacları qıraraq tikintiyə başlayacaqlar”, – deyə A. Məmmədov bildirib.

    Qeyd edək ki, virtualaz.org əvvəl də sakinlərin şikayətləri əsasında həmin ünvandakı qanunsuz ağac qırılması, yaşıllıqların məhv edilməsi ilə bağlı yazmışdı. Bundan sonra işlər bir neçə ay dayandırılmış, tikintiyə fasilə verilmişdi. Nəsimi Rayon İcra Hakimiyyətindən isə ərazidə hər hansı ağac qırılması faktı olmadığını, yalnız budama və abadlıq işləri aparıldığını bildirmişdilər//Virtualaz.org