Category: Cəmiyyət

  • DİQQƏT: Sizi ​“WhatsApp”da əngəlləyənlərə yaza bilərsiniz – Bu üsulla

    “WhatsApp”da birini əngəllədiyinizdə və ya başqa biri sizi əngəllədiyi zaman mesaj atmaq mümkündür.

    Bunun üçün 3-cü şəxsin köməyinə ehtiyac var. Belə ki, digər şəxs qrup açır, əngəllənən istifadəçi ilə əngəlləyən istifadəçini qrupa atır.

    Əgər şəxsi söhbət etmək istəyirsinizsə, qrupu yaradan şəxsdən çıxmasını xahiş edə bilərsiniz. Sizi əngəlləyən şəxsi artıq görə və mesajlarınızı qrup vasitəsilə göndərə biləcəksiniz.

  • Fazil Məmmədov 4 bahalı maşını nazirliyə bağışladı

    Sabiq vergilər naziri Fazil Məmmədov tabeliyində olan 4 ədəd bahalı xarici avtomobili Vergilər Nazirliyinə bağışlayıb. 
     
    Median.Az
    xəbər verir ki, modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, həmin maşınlar Fazil Məmmədovun nazirliyə rəhbərlik etdiyi dövrdə şəxsi avtomobillər kimi alınıb. Və daha sonra nazirliyin vəzifəli şəxslərinin istifadəsinə verilib. Maraqlıdır ki, qeyri-rəsmi olaraq həyata keçirilən bu proses müddətində əsasən nazir müavinlərinin istifadəsində olan həmin “Audi A 8” markalı  avtomobillərə görə eks-nazirə yüksək məbləğdə icarə haqqı da ödənilirmiş. Təbii ki, həmin vəsait Vergilər Nazirliyinin büdcəsindən silinib.
     
    Nazir müavinlərinin istifadəsində olmuş və Fazil Məmmədovun şəxsi maşınları kimi rəsmiləşdirilımiş “Audi A 8” markalı 10 AS 712, 10 AS 713, 10 AS 714 və 10 AZ 890 dövlət seriya nömrəli avtomobillər hazırda Vergilər Nazirliyinin adına sənədləşdirilir. 
     
    Nazirlikdə kadr dəyişikliklərinin də davam edəcəyi bildirilir…

  • Bakıda qəbirstanlıqda torpağa basdırılmış silah tapıldı (FOTO)

    Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

    Penitensiar xidmətinin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Nizami rayon polis idarəsinin 24-cü polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən qəbristanlıqda xüsusi üsul ilə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd dolu sandıqça ilə birgə “TT” markalı tapança aşkar edilərək götürülüb.

    Fakt üzrə Nizami rayon polis idarəsinin 24-cü polis bölməsi tərəfindən araşdırma aparılır.

  • Heydər Əliyev Mərkəzinin peyk görüntüsü (FOTO)

    “Azərkosmos” ASC Azərbaycanın müxtəlif yerlərinin peyk görüntülərini yayıb.

    Qurumun “Twitter” səhifəsində yayılan fotolarda Heydər Əliyev Mərkəzi, Abşeron Milli Parkı və Qızılağac Dövlət Qoruğu əks olunub.

    Görüntülər “Azersky” peykindən çəkilib.


  • Azərbaycanda 300-dən çox vəzifəli şəxsə cinayət işi açılıb

    Ötən il dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

    Median.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbəri Kamran Əliyev hesabatında bildirib. 

    K. Əliyev qeyd edib ki, 127 şəxs barəsində mənimsəmə və israf etmə, 67 şəxs barəsində dələduzluq, 35 şəxs barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 17 şəxs barəsində rüşvət alma (passiv rüşvətxorluq), 19 şəxs barəsində rüşvət vermə (aktiv rüşvətxorluq), 8 şəxs barəsində vəzifə saxtakarlığı, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.

    Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83 milyon 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manat və ya 33.03% ödənilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.

  • Azərbaycanda orqanlarını bağışlamaq istəyənlər hara müraciət etsinlər? (SİYAHI)

    Bütün dünyada olduğu kimi, Azərbaycanda da orqan çatızmazlığından əziyyət çəkənlərin və bu səbəbdən ölənlərin sayı artmaqdadır. Qanunun tələbinə əsasən, ölkəmizdə orqan bağışlanması könüllülük əsasında həyata keçirilir. Orqanın alqı-satqı obyekti olmasına icazə verilmir və bu cinayəti törədənlər üçün sərt cəza qaydaları mövcuddur.

    İnsan orqanlarının və ya toxumalarının transplantasiyası 1997-ci il tarixli “Əhalinin sağlamlığının qorunması haqqında” və 1999-cu il tarixli “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanunla tənzimlənir. Qanunvericiliyə əsasən, yalnız toxuma kompanentlərindən hazırlanmış köçürmə materialları və preparatları alqı-satqı obyekti ola bilər.

    Transplantasiya obyekti olan orqan və toxumaların siyahısı Nazirlər Kabinetinin bununla bağlı qərarında müəyyən olunub. Qanuna əsasən, yalnız 9 orqan və ya toxuma bu siyahıya daxildir. 

    Transplantasiya obyekti ola biləcək orqanlar: Ürək, ağciyər, qaraciyər, böyrək, mədəaltıvəzi və onun seqmentləri, mədəaltıvəzi 12 barmaq bağırsaqla birlikdə, dalaq, sümük iliyi, gözün buynuz qişası.

    Median.Az xəbər verir ki, hüquqşünas Anar Ramazanov modern.az-a deyib ki, orqan transplantasiyası ilə bağlı qanunvericiklikdə kifayət qədər normativ tələblər var: “İnsan orqan və toxumalarının transplantasiyası dedikdə qanunvericiliyə görə, insanın həyatının xilas edilməsi və sağalmasının bərpası üçün cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqanların donorun və ya insan meyitinin orqanları ilə əvəzedilməsi başa düşülür. Müəyyən qanunlarla yanaşı, Nazirlər Kabinetinin də bu məsələni tənzimləyən iki vacib qərarı var. 2-ci qərar 17 noyabr 2011-ci il 187 nömrəli qərarıdır.

    Bu qərarda orqan transplantasiyası ilə bağlı çoxsaylı qaydalar təsdiq edilib. Burada transplantasiyanın qayda və şərtləri, ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı, orqanların götürülməsi, hazırlanması və saxlanması qaydaları, transplantasiyanın zəruriliyi barədə tibbi qaydalar və s. yer alır”.

    Türkiyədə orqan transplantasiyalarının 75 – 80%-i canlı orqanizmdən alınan orqanlarla reallaşdırılır. Ttransplantlar zamanı tamamilə sağlam olan bir şəxsin ehtiyac duyulan orqanının yarısı və ya tamı alınır. Bu arzuolunan vəziyyət olmasa da, orqan çatızmazlığından əziyyət çəkən insanların həyatda qalması üçün ən əlçatan yoldur.

    Amerikada və Avropanın digər ölkələrində isə bu statistika əksini göstərir. Canlı orqanlarla edilən transplantasiyalar 25%, meyitlərdən isə 75 – 80%-dir. Türkiyədəki transplantasiya əməliyyatları ilə Avropa və ABŞ arasındakı fərq budur. Ancaq transplantasiya əməliyyatlarındakı müvəffəqiyyət nisbətləri arasında statistik fərq yoxdur. Türkiyə ölkə olaraq, orqan bağışlanmasında siyahıda sondan ikinci yerdədir və Avropada bircə Ruminiyadan əvvəl gəlir.

    Hüquqşünas Anar Ramazanov transplantasiyanın necə reallaşa biləcəyi barədə də məlumat verib:

    “İlkin olaraq donordan orqanların götürülməsi barədə hər tərəfli tibbi müayinə aparılır və həkim mütəxəssislərin konsiliumu keçirilir. Onların rəyinə əsasən, donorun sağlamlığına əhəmiyyətli dərəcədə zərər verilmədiyi təsdiq olunarsa, ondan müvafiq orqan götürülə bilər. Orqan transplantasiyası donorun və resipientin yazılı razılığı əsasında həyata keçirilir. Bu əməliyyatla bağlı ola biləcək ağırlaşmalar tərəflərə izah edilir və bu barədə onlara surəti təqdim olunmaqla qabaqcadan rəsmi bildiriş verilir. Resipient (orqan köçürülən şəxs)18 yaşına çatmamışdırsa, transplantasiya mütləq onun valideynləri və ya qanuni nümayəndələri tərəfindən yazılı razılıqla həyata keçirilməlidir. Əgər orqan qəbul edən şəxsin həyatı müstəsna dərəcədə təhlükədə olarsa, yəni yalnız kritik durumlarda əməliyyat valideynlərinin razılığı olmadan həyata keçirilə bilər”.

    Qeyd edək ki, belə transplantasiya əməliyyatları yalnız ixtisaslaşmış tibb müəssisələrində cərrahi əməliyyatın tələblərinə riayət edilməklə reallaşdırılır. Qanunvericilikdə əsasən, yalnız siyahıda göstərilmiş tibb müəssisələrinin transplantasiya əməliyyatı keçirməyə ixtiyarı var.

    Bu tibb müəssisələri aşağıdakılardır:

    M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası
    Mərkəzi Gömrük Hospitalı
    Akademik Zərifə Əliyeva adına Elmi-tədqiqat Oftalmologiya Mərkəzi
    Mərkəzi Neftçilər Xəstəxanası
    Mərkəzi Klinika
    Respublika Müalicəvi Dioqnostika Mərkəzi
    Respublika Talassemiya Mərkəzi
    Azərbaycan Tibb Universitetin Tədris-Cərrahiyyə Klinikası

    Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, meyitdən orqan transplantasiyası məsələsində əsas problem beyin ölümü diaqnozunun qoyulması ilə bağlıdır:

    “Məsələnin həllinə nail olmaq üçün bu iş ölkədə kütləvi şəkildə təşkil olunmalıdır. Birinci növbədə beyin ölümünün kriteriyaları mütləq müəyyənləşdirilməlidir. Yəni 5-6 dəqiqə ərzində beyin ölümü baş verdiyi halda digər orqanların fəaliyyəti qalarsa, o zaman bu proses – orqanların çıxarılması mümkündür. Bu mənada beyin ölümünün kriteriyası müəyyənləşməlidir. Bu əməliyyatları hər klinika edə bilmədiyi üçün mütləq şəkildə uyğun klinika seçilməlidir. Orqan transplantasiyaları ilə əlaqəli komissiya yaradılmalı və orqanların bədəndən çıxarılması, onların ölümdən sonrakı yaşam müddətlərinə xüsusi həssas yanaşılmalıdır.Yalnız bundan sonra meyitdən hansısa orqan və ya toxuma götürülə bilər. Bu çox ciddi bir məsələdir. Həm də qeyd etmək istəyirəm ki, transpalntasiya əməliyyatları bütün dünyada bahalı əməliyyatlar hesab olunur. Buna hər bir vətəndaşın imkanı çata bilməz. Sual yaranır ki, dövlət özü bunu kütləvi şəkildə edə bilməzmi?
    Xeyr, edə bilməz, bu da mümkün deyil. Problemin həlli üçün icbari tibbi sığorta geniş tətbiq olunmalı və buna uyğun bir mexanizm hazırlanmalıdır. Təbii ki, bunların hamısı vaxt tələb edən işlərdir”. 

    Hüquqşünas A.Ramazanov qeyd edir ki, əgər şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ondan donor kimi istifadə olunmasına heç bir halda yol verilə bilməz.

    “Şəxs orqan və toxumasının götürülməsi ilə bağlı münasibətini bildirməyibsə, ölümündən sonra yalnız onun yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə həmin meyitin orqanlarının götürülməsinə icazə verilir.

    Kimsə öz orqan və toxumasını donor kimi vermək istəmirsə və həmin şəxs orqanlarının alqı-satqısı, transplantasıyası məqsədilə götürülməsinə məcbur edilirsə, bu halda məcbur edən şəxslərin cinayət məsuliyyəti yarana bilər.

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən, insan orqan və toxumalarınnı qanunsuz alqı – satqısı 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

    Zor tətbiq etmək və ya zor tətbiq etmək hədəsi ilə insanların orqanlarının götürülməsinə məcburetmə hadisəsi baş verərsə, həmin şəxs 4 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. 

    Əgər cinayət zərərçəkən şəxsin köməksiz vəziyyətindən istifadə etməklə törədilərsə, 3 ildən 5 ilə qədər müddətə azadlıqdan məhrumetmə ilə cəzaladırıla bilər”.

    Ölümündən sonra orqan və ya toxumalarını bağışlamaq istəyən şəxslər ölkədə vahid mərkəzi sistemin olmamasından şıkayətlənirlər. Belə ki sağlığında belə donor olmaq istəyən şəxslər var ki, onlar hara müraciət edəcəklərini dəqiq bilmirlər. Ölümündən sonra daxili orqanlarını bağışlamaq istəyən şəxslər valideynlərinə bununla bağlı məlumat versələr də, əksər qanuni nümayəndələr ölümdən sonra bunun üçün razılıq kağızı vermirlər. 

    Bütün bu problemlər Azərbaycanda orqan bağışlanması ilə hansısa vahid mərkəzin fəaliyyət göstərməsini zəruri edir. Belə olan halda yaxınlarına orqan bağışlayıb həyatda qalmasına kömək edən şəxslər də orqan çatışmazlığından əziyyət çəkənlər siyahısına düşməz və orqan çatızmazlığından əziyyət çəkən və eyni problemlə dünyasını dəyişən şəxslərin sayında ciddi azalma müşahidə olunar.

  • Bakıda qadınlar əlbəyaxa çıxdı

    Bakıda iki qadın gecə saat 01 radələrində dəniz kənarında əlbəyaxa dava edib.

    Median.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə “Şıx” çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Gülnarə Əliyeva 102 xidmətinə zəng edərək orada olarkən tanımadığı qadın tərəfindən xuliqanlıq zəminində döyüldüyünü deyib. G.Əliyevin ifadəsi alınarkən orta dərəcəd sərxoş olduğu üzə çıxıb.

    Araşdırma aparılır.

  • İradə Zeynalovanı Moldovaya buraxmadılar

    Rusiyanın Azərbaycan əsilli teleaparıcısı İradə Zeynalova Moldovaya buraxılmayıb.

    Oxu.az xəbər verir ki, bu barədə TASS Moldovanın sərhəd polisinə istinadən məlumat yayıb.

    Jurnalist çərşənbə axşamı Moldova aeroportunda pasport yoxlamasından keçən zaman sərhədçilər tərəfindən saxlanılıb.
    “Çərşənbə axşamı, axşam saatlarında Rusiya Federasiyası vətəndaşının bizim ölkənin ərazisinə daxil olmasına icazə verilməyib, belə ki, o, respublikaya nə məqsədlə gəldiyini sənəddə göstərməyib. O, İstanbul-Kişinyov hava reysi ilə gəlib və pasport yoxlaması zamanı bildirib ki, dövlət rəsmiləri ilə görüşlər keçirəcək. Ancaq bu məlumatları sənəd şəklində təsdiq edə bilməyib”, – deyə sərhəd polisinin mətbuat xidmətinin bəyanatında bildirilir. 

    Məlumata görə, sərhəddən buraxılmayan Zeynalova növbəti hava reysi ilə Moskvaya geri dönüb.

  • Rusiyalı alim ölkəsinə qaytarıldı

    Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun Azərbaycanda saxlanılan əməkdaşı Dmitri Çulkov ölkəsinə qayıdıb.

    Median.Az-ın xəbərinə görə, Rusiyanın Azərbaycandakı səfirliyindən APA-ya bildirilib ki, Rusiya vətəndaşı Dmitri Çulkov artıq Rusiya Federasiyası ərazisindədir. 

    Qeyd edək ki, Rusiya mətbuatı Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkovun yanvarın 5-də Azərbaycanda itkin düşməsi barədə məlumat yayıb. 

    Hüquq-mühafizə orqanlarından isə bildirilib ki, cəbhə bölgəsində yerləşən Göygöl rayonu ərazisindəki hərbi hissələrdən birinə yaxınlaşan Dmitri Çulkov qadağan olunmuş əraziyə daxil olub və həmin ərazidə yerləşən hərbi hissənin fotolarını çəkib. O, hərbçilərin tələbinə məhəl qoymayaraq, çəkilişi davam etdirib. Belə olan halda əraziyə polis çağırılıb. Lakin D. Çulkov polisin də qanuni tələbinə məhəl qoymayıb. 

    Nəticədə hüquq-mühafizə orqanları müəyyən araşdırma apardıqdan sonra Dmitri Çulkov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Yanvarın 5-də məhkəmə Dmitri Çulkov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) əsasən, 10 sutka inzibati həbs qərarı çıxarıb. Dmitri Çulkov səhvini başa düşdüyünü bildirib, hətta üzrxahlıq da edib.

  • “Deyirlər ki, ağlı yoxdur” – Şəhid ailələri üçün pulsuz taksi – VİDEO

    Bəzən ehtiyacı olan kimsələrə yardım edə bilmir və bunun üçün maddi vəsaitin olmadığını əsas gətiririk. Əslində isə yaxşı iş görmək üçün sadəcə istək kifayətdir. Sadə taksi sürücüsü də xeyirxah əməllər etmək üçün maddiyyatdan daha çox niyyətin önəmli olduğunu bizə bir daha xatırlatdı.

    ARB Şəki xəbər verir ki, Balakən sakini 64 yaşlı İlham Paçalov 45 ildir sürücülük edir.

    Deyir ki, bu illər ərzində bircə dəfə də qayda pozuntusuna yol verməyib. Hərbi xidmətdə olarkən zədə alaraq, ikinci qrup əlil olan İlham dayı taksi kimi istifadə etdiyi şəxsi avtomobilində Şəhid ailələrinə pulsuz xidmət göstərir. Onun bu xeyirxah əməlini alqışlayan insanlarla yanaşı, tənqid edənlər də var.