Category: Cəmiyyət

  • Sumqayıtda zibilli avtobus – VİDEO

    Avtobusların təhlükəsizilyi təkcə onların təzəliyi, texnki sazlığı ilə ölçülməməlidir.

    Nəzərə alsaq ki, avtobuslardan gündə minlərlə sərnişin istifadə edir, onda marşurutlarda həm də sağlam mühit formalaşdırılmalıdır.
    Bunun üçün isə avtobuslar vaxtlı-vaxtında təmizlənməli, yuyulmalı və dezinfeksiya edilməlidir.

    Amma sərnişinlərdən birinin Sumqayıtda fəaliyyət göstərən avtobuslardan birində çəkdiyi və “Xəzər Xəbər”in votsap nömrəsinə göndərdiyi görüntü avtobuslarda bu tələblərə riayət edilmədiyini açıq göstərir.

    Düzdü burada sərnişinlərin də üzərinə məsuliyyət düşür, amma  bütün hallarda avtobuslar təmiz olmalıdır.

    Median.Az görüntünü təqdim edir:

  • Əflatun Amaşov hansı saytlara dövlətdən maliyyə ayrılacağını açıqladı – ŞƏRTLƏR

    “İnternet medianın dövlət tərəfindən maliyyələşməsi vacibdir.  Saytlar da klassik Kütləvi İnformasiya Vasiələri (KİV)  kimi dövlət tərəfindən maliyyələşməlidir. Çünki hüquqi baxımdan internet üzərindən yayımlanan xəbər portalları da Kütləvi İnformasiya Vasiələri hesab olunurlar. Eyni zamanda, praktiki baxımdan hazırda ictimai fikir formalaşdırmaq missiyası daha çox xəbər portallarının üzərinə düşür.  Beynəlxaql təcrübə də onun göstərir ki, ictimai fikir daha çox xəbər portalları vasitəsilə formalaşır.
    Belə bir məqamda Azərbaycanda fəaliyyət göstərən həmin portallar dövlət tərəfindən maliyyələşməlidir”.

    Median.Az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Modern.az saytına açıqlamasında deyib.

    Mətbuat Şurasının sədri bildirib ki, internet medianın dövlət tərəfindən maliyyələşməsi ona görə aparılmalıdır ki, reklam bazarının tam formalaşmadığı bir zamanda  həmin xəbər portalları özlərinin müstəqilliyini saxlaya bilsinlər.

    “Həmin portalların maliyyə imkanları yoxdursa, bu və ya digər mənada özlərinin müstəqilliyini itirə bilərlər.  Ayrı-ayrı şəxslər, məmurlar xəbər portalları ilə bağlı daha asan “əməkdaşlıq” edə bilər. Bütün bunlar da həmin şəxslər və məmurlarla bağlı baş verən olayların qeyri-dəqiq formada ölkə ictimaiyyətinə çatdırılmasını təmin etmiş olar.  Digər tərəfdən, həmin xəbər saytları Azərbaycanı sevməyən başqa güc mərkəzləri ilə də əlaqədə ola bilər. İndiki şəraitdə əlbəttə ki, bunlar arzuolunmazdır.  Bütün bu problemləri aradan qaldırmaq üçün mütləq xəbər portallarını dövlət maliyyələşdirməlidir. Nə zaman ki, onlar reklam vasitəsilə öz müstəqilliklərini təmin edə biləcəklər, ondan sonra həmin xəbər portalları öz gəlirləri hesabına fəaliyyətlərini qura bilər. Mən  bir neçə dəfə də parlamentdə bu barədə məsələ qaldırmışam. Məsələ hazırda gündəmdədir”.

    Ə.Amaşovun sözlərinə görə, hansı xəbər saytlarına maliyyə ayrılması ilə bağlı bəzi prinsiplər müəyyən edilib.

    “İndi saytlar çoxdur. Ancaq elə saytlar var ki, hüquqi şəxs kimi fəaliyyət göstərmir, qanunvericilikdə nəzərdə tutulan müvafiq icbari öhdəlikləri yerinə yetirmirlər. Bəzən bir internet media orqanında rekvizitlər qeyd edilmir. Hansısa oxucu maraqlanır, ancaq həmin saytın rəhbərliyi barədə məlumat əldə edə bilmir. Təbii ki, belə saytlara dövlət dəstəyi şamil edilə bilməz.  Azərbaycanla bağlı həqiqətləri ölkədən kənarda yayan, ölkəmizi sevməyən qüvvələrə qarşı mübarizə aparan və ölkə daxilində xüsusi çəkisi olan,  ictimai fikri formalaşdırmaqda rolu olan bütün saytlar dövlət tərəfindən maliyyələşə bilərlər”.

  • Azərbaycanda yeni XƏBƏRDARLIQ: “Bunu qəbul edən sonda ölür” – (FOTO, AUDİO)

    Azərbaycanda “Whatsapp” mesenceri vasitəsilə xəbərdarlıq məlumatı yaymaq adi hal alıb.

    Adətən, səsli mesajla məlumatı çoxları zəncirvari şəkildə bir-birinə göndərsə də, nəticə boş çoxluq olur. Vəziyyət o həddə çatır ki, rəsmi şəxslər və ya qurumlar məsələ ilə bağlı açıqlamalar verir.

    Minval.info xəbər verir ki, bu dəfə redaksiyamıza yeni səs yazısı göndərilib. Göndərilən mesajda “Paracetamol” adlı dərman həbinin təhlükəli olduğu bəhs edilir. Belə ki, naməlum qadının sözlərinə görə, bu həbi beş gün ardıcıl qəbul edən şəxsin sonu ölümlə nəticələnir.

    Həmin şəxsin iddiasına görə, dərmanın istehsalçıları yəhudilərdir və bu, insanları öldürmək üçün hazırlanıb.

    Məsələni diqqətdə saxlayacağıq.

  • Ötən il dağılan ailələrin sayı – STATİSTİKA

    Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən keçən ilin yanvar-noyabr aylarında ölkə üzrə 132002 doğulan körpə qeydə alınıb.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib.

    Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 2374-ü əkiz, 54-ü üçəm doğulanlardır.
    Ötən ilin yanvar-noyabr aylarında ölkədə 52318 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.
    Bundan başqa, 2017-ci ilin 11 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 57177 nikah və 13345 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

    Ötən ilin yanvar-noyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2751 nəfər Azərbaycana gələn, 1704 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq miqrasiya saldosu müsbət 1047 nəfər təşkil edib.

  • Ölüm zolağına çevrilən piyada zolağı – FOTO + VIDEO

    Bakı şəhəri Akad. Həsən Əliyev küçəsində avtobusdan düşüb piyada zolağı ilə hərəkət etmək istəyən insanlar təhlükə ilə üz-üzə qalır. Səbəb piyada zolağının silinməsi və piyada keçidinin olduğunu bildirən xəbərdarlıq nişanın olmamasıdır.

    Zolağın silinməsi sürücü və piyadalar arasında mübahisəyə səbəb olur. Piyada “yol mənimdir” deyib yolu keçir, sürücü isə yolda zolaq görmədiyi üçün piyadaya yol vermək istəmir.

    Nəticədə də qəza şəraiti yaranır.

    Əraziyə piyada keçidi nişanı qoyulmasa da, qaydaları pozan sürücülərin cərimələnməsi üçün müşahidə kamerası quraşdırılıb.//bizimyol.info


  • Buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaxın aylar ərzində keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanlarının, magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinin, ümumi orta (9 illik) təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının birinci mərhələsinin, sınaq imtahanlarının tarixləri müəyyən olunub.

    DİM-dən oxu.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.

    Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün sınaq imtahanlarının 1, 15, 29 aprel tarixlərində və iyun ayında (1 dəfə) keçirilməsi nəzərdə tutulur.

    Ali təhsil müəssisələrinə, ümumi və tam orta (9 illik və 11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən və qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün “Azərbaycan dili” fənni üzrə birinci imtahan aprelin 22-də, ikinci imtahan isə iyunun 10-da keçiriləcək.

    Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 25-də, rezidenturaya qəbulun birinci mərhələsi isə aprelin 1-də olacaq.

    Yanvarın 19 və 27-də rezidenturaya qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanı (baza fənləri üzrə), fevralın 4-də isə magistraturaya qəbul olmaq istəyənlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı (I mərhələ üzrə) keçiriləcək.
    Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq.

    Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən (həmçinin eksternat qaydasında buraxılış imtahanı verən) əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının birinci mərhələsi 8 aprel tarixində keçiriləcək.
    Peşə liseylərinin şagirdləri (11-ci sinif) üçün buraxılış imtahanı martın 18-də olacaq.
    Məlumatda o da bildirilir ki, DİM tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur. Digər imtahanların da qrafiki müəyyən olunduqdan sonra KİV-də məlumat veriləcək və Mərkəzin saytının “təqvim” bölməsinə əlavə ediləcək.

  • Bakıda böyük təhlükə: 16 mərtəbəli yeni binada çatlar yarandı – FOTOLAR

    Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivindəki Günəşli yaylası çökmə-oturma sahəsində 16 mərtəbəli binada çatlar yaranıb.

    Median.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

    Onun sözlərinə görə, bu halı bu gün Zığ və Günəşli yaylasındakı əraziyə baxış keçirərkən müşahidə ediblər:

    “Günəşli yaylası təxminən Qaraçuxur qəsəbəsində yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsindən başlayır və dəniz istiqamətində davam edir. Günəşli yaylasında tektonik qırılma xətti keçir. Oradakı çatları, torpaq qatı üzərində baş vermiş deformasiyaları aydın şəkildə gözlə görmək mümkündür. Burada həmin tektonik qırılma xətti boyunca yamac istiqamətində evlərin əskəriyyətində çatlar, deformasiyalar yaranıb. Bugünkü müşahidələrimiz də onu göstərdi ki, son günlər ərzində çatlar artıb. Eyni zamanda, həmin ərazidə 16 mərtəbəli yeni bir bina da inşa olunub. Həmin binanın bir küncü qırılma xəttinə düşür. Bu gün binada xırda da olsa, çatlar müşahidə etdik. Binanın 5-6 metrlik məsafəsində olan tikililər isə tam yararsız vəziyyətə düşüb”.

    Günəşli yaylasında yamacın həddindən artıq yükləndiyini deyən Ə.Qaralov əlavə edib ki, mövsümlə əlaqədar yağıntıların miqdarının artması, məişət sularının axıdılması nəticəsində torpaq qatı həddindən artıq ağırlaşıb: “Eyni zamanda, tektonik qırılma baş verib. Yamac da dikdir. Orada da çox sayda evlər tikilib”.






  • “İki kəlmə soruşub, sonra soxub gedirsən” videosunun qəhrəmanı vəfat edibmiş — FOTO + VIDEO

    Bir zamanlar sosial şəbəkədə ən çox yayılan videonun qəhrəmanı vəfat edibmiş.

    “Ölkə.Az”ın məlumatına görə, söhbət “iki kəlmə soruşub, sonra soxub gedirsən” videosunun qəhrəmanından gedir. O, Əliyev Rəşad Rəfail oğludur. 

    Qeyd edək ki, 1987-ci il təvəllüdlü R.Əliyev 2013-cü ildə vəfat edib. O, polis bölməsində jurnalistə verdiyi müsahibə zamanı işlətdiyi ifadələrlə məşhurlaşmışdı.

  • İsa Qəmbərin vəziyyəti ilə bağlı son məlumat

    İsa Qəmbərin vəziyyəti stabildir.

    Bunu oxu.az-a Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov deyib.

    Onun sözlərinə görə, İ.Qəmbər infarkt keçirdiyi üçün hələ həkim nəzarəti altında olmalıdır.

    Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər ötən həftə xəstəxanaya yerləşdirilib. Onun ürəyinə bir neçə stent yerləşdirilib.

  • Yeni virus “WhatsApp” yazışmalarını oğurlaya bilir

    “Kasperski Laboratoriyası” “WhatsApp” messencerdən ismarıcları oğurlaya bilən yeni virus aşkarlayıb. “Skygofree” virusu Android proqram təminatı ilə işləyən mobil qurğuları hədəfə alır.

    Bu barədə şirkətin apardığı araşdırmada deyilir.

    “Skygofree” virusu iri mobil operatorların saxta saytları vasitəsilə yayılır. Belə saytlarda istifadəçilərə yalandan “interneti sürətləndirən” utilitli proqram yükləmək təklif olunur.

    “Skygofree” – bizim indiyə kimi bu platforma üçün üzləşdiyimiz ən güclü casus aləti sayılır”, –deyə analitiklər qeyd edir.
    Ekspertlərin yazdığına görə, casus-proqram  telefon danışıqlarını qeydə ala, SMS-ləri və “WhatsApp” yazışmaları, GPS və şəxsi təqvim tətbiqində məlumatlarını oğurlaya bilir. Bundan başqa, mobil telefon açıq olduqda ətrafda olan səsləri yaza bilir. Virusun vasitəsilə kibercinayətkarlar mobil telefonun qoşulduğu Wi-Fi sisteminə müdaxilə edə  bilir.

    Araşdırmay görə, “Skygofree” 2015-ci ildən etibarən geniş yayılıb. “Kasperski Laboratoriyası”nın məlumatlarına görə, sonuncu dəfə onun yayılmasına xidmət edən domen ötən ilin oktyabr ayının 31-də qeydə alınıb. Həmin vaxt virusdan başlıca olaraq İtaliyada olan mobil qurğu istifadəçiləri əziyyət çəkib. Ekspertlər virusu hazırlayan virtual-dələduzların məhz İtaliyada olduğuna əmindir.