Category: Cəmiyyət

  • Qalmaqallı avtoxuliqan Elnarə Əbiyevə üzə çıxdı: “Polisi 500 metr yox, 1500 metr sürümüşəm…” – VİDEO

    Ukraynanın Lvov şəhərində yol hərəkəti qaydalarını kobud pozduu üçün onu saxlamış patrul polisindən birini vurub yıxan, digərini kapotun üstündə küçə boyu sürüyən azərbaycanlı avtoxuliqan Elnarə Əbiyevə üzə çıxıb. Virtualaz.org xəbər verir ki, life.ru internet vasitəsilə E.Əbiyevə ilə danışıb, ondan həm özü, həm törətdiyi əməl barədə soruşub.

    Xatırladaq ki, bu hadisə Ukraynada geniş ictimai rezonans doğurub. E.Əbiyeva idarə etdiyi “Pageout 208” avtomobili ilə qarşı hərəkət zolağına çıxıb və tramvay yoluna daxil olub. Bu vaxt patrul polisi onu saxlayıb. Lakin azərbaycanlı avtoxuliqan polisin tələbinə tabe olmayıb və qaza basaraq onlardan birini vurub yıxıb. Ardınca maşını digər polisin üstünə sürüb, amma polis onun maşınının kapotundan yapışaraq avtoxuliqanı saxlamaq istəyib. E.Əbiyeva polisi bu vəziyyətdə küçə boyu sürüyüb. Daha sonra tormoza basaraq onu yolun kənarına atıb və uzaqlaşıb. Polis xəsarət alıb.

    Hadisə ilə bağlı Lvov prokurorluğu cinayət işi qaldırıb və E.Əbiyevanın barəsində həbs qətimkan tədbiri seçib. Lakin onun Ukraynanı tərk etdiyi məlum olub. Bəzi məlumatlara görə E.Əbiyeva Bakıdadır. Çünki Yeni il bayramında Bakıdan, Qız qalasının yanından foto paylaşıb. Onun barəsində bu həftə axtarış elan olunacağı gözlənilir. Əbiyevanı polisə xəsarət yetirdiyi üçün beş ilədək həbs gözləyir.

    E.Əbiyeva life.ru-ya bildirib ki, hadisədən sonra Ukraynanı tərk edib və Azərbaycanın hüdudları daxilində deyil. Lakin dəqiq harada olduğunu deməyib. Onun dediyinə görə, hər şey 10 dəqiqənin ərzində baş verdi. “Məni “miqalka” ilə saxladılar. Polislər düşüb sənəd təqdim etməli idi, amma bunu etmədilər. Məndən sənəd tələb etdilər, vermədim. Yüksək tonda danışmağa başladılar. Şüşəni bağladım və çalışdım ki, əsəbiləşməyəm. Axı mən qaynar qanlı qızam. Onlar yenidən şüşəni döyəclədillər, mən yenə polislərdən sənəd istədim. Təqdim etmədilər, əvəzində maşına yumruq vurmağa başladılar. Cavab olaraq qaza basdım”-Əbiyeva danışıb.

    Dəliqanlı qız deyir ki, onu saxlayan polislər iki yox, üç nəfər olublar. O isə tək idi. “Mən özümü müdafiə etmişəm. Başa düşdüm ki, hərəkət edə bilərəm və qazı basdım. Başa düşmürəm ki, necə olub dörd patrul maşını məni qovub, amma saxlaya bilməyib”-Əbiyeva deyir. Azərbaycanlı avtoxuliqan bildirir ki, Ukrayna hüquq-mühafizə orqanlarının dediyi kimi o, polisi kapotun üstündə 500 metr yox, 1500 metr sürüyüb.

    “Sonra ona yazığım gəldi, tormoza basdım və dedim: “Düş kapotdan, mən gedirəm”. Cavab olaraq o, mənim maşınımın ön şüşəsinə yumruq vurmağa başladı”.

    Əbiyeva deyir ki, KİV-lər əhvalatı təhrif ediblər. Əslində həmin polisin ayağı yox, əl barmağı sınıb. Və indi onu bu sınan barmağa görə Ukraynada 5 ilədək həbs gözləyir. Təbii ki, Əbiyeva Ukraynaya qayıdıb polisə təslim olmaq niyyətində deyil.

    “Mən həbsdən qorxmuram. Alnıma yazılıbsa bu da olacaq. Belə vəziyyətdə mənə görə əziyyət çəkənlərə yazığım gəlir. Nəyə görə polis istədiyini etməlidir?”-o deyir. E.Əbiyevanın dediyinə görə, o hüquqşünasdır, firmalardan birində işləyir. Atası biznesmendir, özü bir neçə dildə bilir. Xasiyyətcə dəliqanlıdır, bu səbəbdən oğlanlarla sevgi münasibətləri yaxşı alınmır. Əbiyeva azyaşlı qızının Lvovda qaldığını bildirir. Deyir ki, onu özüylə gətirə bilməyib, çünki uşaq məktəbə gedir.

  • Mübariz Mənsimov: Onların özləri və övladları kimi oğurluq etmirik

    “”Palmali”ni və Mübariz Mənsimovu xəyal etdikləri şəkildə görə bilməzlər”

    “Bizim SOCAR-la ortaq şirkətimiz var idi, burada pay nisbəti 35/65 idi. İki il öncə həmin şirkətdən ayrılma qərarı aldıq. İki tərəfli anlaşma əldə olundu, həmin şirkətdən ayrıldığıma görə 14 tankeri SOCAR-a buraxdım. Ayrılma qərarını özüm aldım”. Bu sözləri “Qafqazinfo”-ya müsahibəsində Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov deyib.

    “Denizhaber.com” portalının yaydığı məlumata görə, Türkiyənin ən böyük gəmiçilik şirkəti olan “Palmali Dənizçilik” neft şirkətləri “Lukoil” və SOCAR tərəfindən “qara siyahıya” salınıb. Azərbaycanın Dövlət Neft Şirkəti olan SOCAR-ın “Palmali”yə məxsus 14 gəmini müsadirə etdiyi bildirilir. Deyilənlərə münasibət bildirən iş adamı “aylardır mətbuatda eyni xəbərlər yayılır. Nə deməyə çalışdıqlarını başa düşə bilmirəm”- deyə gileylənib:

    “Yazırlar ki, “Palmali” batır. Hə, yoxdur “Palmali”, rahatlasınlar. Nə istəyirlər? Birincisi, şirkətin batmağını həyatda görə bilməzlər. İkincisi, niyə mənim vətənimdə haqqımda düzgün olmayan informasiyalar yayırlar?Belə sifarişli yazılarla vicdanları sızlamır? Nə etmək istəyirlər, mənim başım çıxmır. M.Mənsimov deyib ki, həqiqətən də onun şirkətinə məxsus tankerlər SOCAR-ın zavodlarına buraxılmır: “SOCAR rəhbərliyinin bunu nə səbəbə etdiyini bilmirəm. Hazırda Çingiz Mustafayev adına gəmimiz limana buraxılmayıb. Canları sağ olsun. Bu, Azərbaycan dövlət şirkətidir. Mən heç bir zaman vətənimə, dövlətimə ziyan verəcək bir iş görmərəm”.
    M.Mənsimov SOCAR-a hər hansı borcunun olmadığını deyib: “Mənim SOCAR-a nə borcum olacaq? SOCAR-ın bu 14 gəmini alanda verdiyi kredit var idi. Gəmilər kimdədir? Şirkət kimdədir? Nə borc? Tam tərsinə, mənim oradakı pullarım qaytarılmayıb”.
    “Palmali”-nin maddi durumuna gəlincə, sahibkar deyib: “Dünyada vəziyyət necədirsə, bizim şirkətdə də elədir. Bilirsiz “Palmali” beynəlxalq şirkətdir. Təəssüf ki, “Lukoil”la məlum olan məhkəmə prosesimiz var. Onun xaricində şirkət öz normal inkişafını davam etdirir. Gəmilər sifariş edirik. O demək deyil ki, şirkət sıxıntadadır, gəmilərimizin hamısı suyun üzərindədir. Dünyada məlum olan iqtisadi sıxıntıların bizə də sıçrayışları var. Ancaq belə şeyləri danışmaq ayıbdır”.

     M.Mənsimov son vaxtlar azərbaycanlı iş adamlarının müflis olmasıyla bağlı yayılan məlumatlara da münasibət bildirib: “Bir iş adamı bata da bilər, yüksələ də. Bu, o demək deyil ki, onun vətənində 24 saat haqqında yazmalıdırlar. Mənə göstərin ki, dünyanın hansı yerində bir iş adamı haqqında gecə-gündüz yazırlar. Bu qədər paxıllıq, qısqanclıq haradandır? “Palmali”ni və Mübariz Mənsimovu xəyal etdikləri şəkildə görə bilməzlər. Bunun qarantiyasını verirəm. “Palmali”nin olmasın 200 gəmisi, olsun 10 gəmisi. Deyək ki, bütün dünyada gəmilərimiz dayandı, bundan o insanlar, bəlli şəxslər nə qazanacaq? Onların özləri və övladları kimi oğurluq etmirik, bəlkə, bu onların gözünə batır”.

    M.Mənsimov iş münasibətlərinin pozulmasından da danışıb: “Biz rüşvət olan yerdə işləmək istəmirik, bunu heç kimdən də saxlamıram. Bundan sonra da qorxumuz olmayacaq. Gecə-gündüz əleyhimizə işləyən saytların rəhbərləri mənə maraqlıdır ki, əllərini vicdanına qoyub necə yatırlar? İndiyə kimi imkansız olan 18 minə yaxın tələbəni oxutdurmuşam. Bunu Azərbaycanda bilməyən yoxdur. Belə şeyləri yazmaq ayıbdır. Bunu bilə-bilə yazırlar. Maliyyə institutlarının qarşısında bizi gözdən salmaq məqsədilə edirlər. Etsinlər, görüm nə olacaq? Sadəcə, mənim iki qızım var, zəng vurub məndən soruşurlar ki, bu, nədir haqqında yazırlar? İki il bundan əvvəl SOCAR-dan ayrılandan sonra bu cür yazılar yazılmağa başlanıldı. Biz dövlətə hörmət edirik, Azərbaycana ziyan gəlməsin deyə susuruq. Yazmışdılar ki, FTB-dən bizi araşdırırlar, kəşfiyyat dairəsinin ticari şirkətdə nə işi var? Belə xəyalları hardan qururlar? Deyirlər ki, vergidən yayınmışıq. Rusiyada dənizçiliyin saytına baxsınlar, orada dənizçiliyin vergisi yoxdur. Belə uydurma olar? Onsuz da üstümüzə gəlirlər. Sifarişlə 4 il əvvəl vergi dairiəsi bizi 3 il yoxladı, heç nə tapa bilməyib çıxıb getdilər. Məhkəmələrdə də bizə uduzdular”.

    “Palmali” Şirkətlər Qrupu 1998-ci ildən Türkiyədə fəaliyyət göstərir. Əsasən Qara, Aralıq, Xəzər və Baltik dənizlərində yükdaşıması ilə məşğuldur.

  • Avtomobilin daha az benzin yandırması üçün nə etməli?- VACİB TÖVSİYƏLƏR – VİDEO

    Əksər sürücü qış aylarında avtomobilin yanacaq sərfiyyatının artmasından şikayətlənir. Mütəxəssislər bildirir ki, bəzi tövsiyyələrə əməl edilərsə, yanacaq sərfiyyatına hətta 40 % -ə qədər qənaət etmək mümkündür.

    Median.Az xəbər verir ki, qış aylarında avtomobildə yanacaq sərfiyyatının artımı normal sayılsada buna qənaət etməyin yolları var. Mütəxəssislərin fikrincə sürücülər bəzi nüanslara diqqət etsələr daha az xərcləri çıxar.

    Avtomobildə olan əlavə ağırlıq və sərnişin sayının çoxluğu da yanacağ sərfiyatını artırır. Avtomobillərə vaxtında texniki qulluğun edilməsi də yanacağa 5-6 faizə qədər qənaət etməyə imkan verir.

    Avtomobilin elektrik sistemində yaranan nasazlıq, eyni zamanda işıqları işlək halda avtomobili idarə etmək də yanacaq sərfiyyatını artıran amillərdir.//xezerxeber.az

  • Bir “Makromart” fırıldağı – FOTOFAKT

    Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən “Makromart” supermarketində fırıldağa yol verilib.

    Median.Az xəbər verir ki, Yenicag.az-a bu barədə müştərilər məlumat veriblər.

    Bildirilir ki, vitrində göstərilən qiymətlə kassada çıxılan məbləğ bir-biri ilə uzlaşmır.

    Məsələn, vitrində 0,60 qəpiyə olan məhsula görə, kassada müştəridən 0,65 qəpik alınır. Çoxlu alış-veriş edənlər isə bəzən bunun fərqində belə olmur. Belə olan halda isə vitrində məhsulu uzuc göstərən “Makromart” rəhbərliyi müştərisini aldadaraq qazanmış olur.

    Maraqlıdır ki, burada kassirlər çeki alıcıya təqdim etmək əvəzinə, əzib kassaya tullayırlar. Bunun səbəbini başa düşmək isə elə də çətin deyil.

  • Otelə gələn cütlüklərdən nigah kağızının istənilməsi – Qanuni tələb, yoxsa özbaşınalıq?!

    Median.Az xəbər verir ki, bir neçə gün bundan qabaq Zərdabi küçəsində yerləşən “Oriva” hotelinin 311 nömrəli otağında ərəb turistin ölməsi barədə məlumat vermişdik.

    Beləki, ölən turistin1962-ci iltəvəllüdlü Məsfər Oman Əlbillahi olduğu müəyyən edilib.

    Nərimanov rayon Prokurorluğunun məlumatına görə, ərəb turist ürək çatışmazlığından dünyasını dəyişib.

    İstintaqın gedişində məlum olubki, xarici vətəndaş qaldığı hotel nömrəsinə fahişəliklə məşğul olan üç qadın gətirib. Polis hadisə yerinə gələn zaman qadınlar həmin nömrədə olmayıb. Bubarədə müstəntiqlərə hotel işçiləri məlumat verib.
    Ərəb turistin hoteldə ölməsi bir sıra məsələləri gündəmə gətirib.

    Hotelə daxil olan cütlüklərdən nigah kağızı tələb edilə bilərmi?

    Belə halın baş verməsi qanunla necə tənzimlənir?

    Hüquqşünas Əlməmməd Nuriyev Modern.az-a açıqlamasında deyib ki, otelə gedən cütlüklərdən nigah kağızının tələb edilməsi insanların daxili işlərinə qarışmaqdır.

    Bu zaman insanların şəxsitoxunulmazlığı pozulmuş olar”

    “Əgər tərəflərin oteldə qalmaq barədə razılığı varsa, digər sənədlərin tələb edilməsi yanlışdır. Çünki oteldə qalmaq üçün şəxsiyyəti tələb edən sənəd istənilir. Xarici vətəndaşlardan xarici pasport, yerli vətəndaşlardan isə şəxsiyyət vəsiqəsinin tələb edilməsi kifayətdir. Əgər otel işçiləri şəxslərdən nigah kağızı istəyirsə, bu zaman insanların şəxsi toxunulmazlığının, konstitusion hüququnun pozulmasıdır. Otelin öz qaydaları var. Məsələn, mən otelə qalmaq üçün gəlirəm. Pasport, ya da şəxsiyyəti təsdiq edən sənədi verirəm, ödənişi vaxtında ödəyirəm. Siqaret çəkib hay-küy salmıramsa,  bununla da müştəri olaraq  işim bitir. Çünki otel qaydalarına əməl edirəm. Bunlar mənim üçün yetərlidir”.

    “Zorakılıq, ya da kənarmüdaxiləbaş verərsə…”

    Əlməmməd Nuriyevin sözlərinə görə, hoteldə ölüm faktının baş verməsi zamanı dərhal cinayət məsuliyyəti müəyyən edilə bilməz.
    “Əgər oteldə ölüm hadisəsi baş verirsə, bunun səbəbləri araşdırılır. Bir kişinin bir neçə qadınla otelə gəlməsi zamanı tərəflərdən birinin ölməsinə görə kimsə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Çünki ölən şəxsin üzərində hər hansı zorakılıq faktları aşkarlanmayıbsa,  niyə cinayət məsuliyyətinə cəlb edilsin?! Bütün hallarda ölümün səbəbi ilə bağlı həkim arayışı olmalıdır. Əgər ölüm faktı səbəb kimi zorakılıq, yaxud da kənar müdaxilə nəticəsində baş veribsə, bu zaman cinayət məsuliyyətindən danışmaq olar. Otelində ərəb kişinin ölümünə səbəb ürək çatışmazlığı olub. Ona görə də ölüm hadisəsi zamanı qadınların cinayət məsuliyyətinə cəlb edilməsi doğru deyil. Təbii ki, qadınların ifadəsinin alınması normal haldır. Bu, həm ölüm faktının araşdırılmasına, həm də bütövlükdə işin tam olaraq aydınlaşmasına kömək etmiş olur”.

  • Azərbaycanda təhlükəli uşaq qidaları satılır? – VİDEO

    Fransada “Lactalis” tərəfindən istehsal edilən uşaq qidalarında salmonella bakteriyası aşkar edilib. Şirkətin baş katibi Emmanuel Besnier “Le Journal du Dimanche”ə danışarkən qeyd edib ki, məhsullar dünyanın 83 ölkəsində satılır.

    Qeyd edək ki, bu məhsulların Azərbaycanda da satıldığı ehtimal edilir.

    Məsələ ilə bağlı Eyyub Hüseynov bildirib ki, həmin uşaq qidası ölkəmizdə də satıla bilər:

    “İstisna olunmur ki, həmin məhsul Azərbaycanda satıla bilər. Vətəndaşlar həmin məhsulu almaqdan çəkinməlidir. Ümumiyyətlə, qida distribüterləri pediatrla əlbirdir, hətta doğum evlərində yeni doğulan uşağın ailəsi ilə əlaqə saxlayıb, süni qidalar təbliğ edirlər. Körpə qidaları həkim təyinatı əsasında alınır, həmin həkimlər bu şirkətlə əməkdaşlıq edirsə, onu məsləhət görür.

    Həmin məhsullardan almamağa çalışmalıyıq. İqtisadiyyat Nazirliyi və Səhiyyə Nazirliyinə müraciət olunmalıdır.

    “Lactalis” məhsullarını ölkəmizdə distribüteri olan “Lactalis Caspi”dən oxu.az-a bildiriblər ki, ölkəmizdə bu şirkətin istehsal etdiyi uşaq qidaları satılmır: 

    “Biz süd məhsullarının satışını həyata keçiririk. Məsələ ilə bağlı Nazirlər Kabinetindən bizə müraciət edilib. Qeyd etmək istəyirik ki, şirkətin istehsal etdiyi uşaq qidaları 2013-cü ildən bəri ölkəmizə bizim tərəfimizdən gətirilməyib. Ümumiyyətlə, “Lactalis” tanıdığı distribüterlərə məhsullarını satır, lakin kimsə xaricdən alıb ölkəyə gətirirsə, biz ona cavabdeh ola bilmərik”. 

    K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev Oxu.Az-a bildirib ki, əgər “Lactalis” tərəfindən istehsal edilən uşaq qidaları ölkəmizdə satılırsa, bunun qarşısı təcili alınmalıdır.

    İstənilən qidanın hazırlanması texnologiyası düzgün aparılmayıbsa, bakteriyaya yoluxma baş verə bilər:

    “Azərbaycanda “Lactalis” tərəfindən istehsal edilən uşaq qidalarının satışı ilə bağlı məlumatımız yoxdur”.

    “Baş pediatr uşaq qidaları ilə bağlı valideynlərə də müraciət edib:

    “Uşaqlar ana südü ilə qidalanmalıdır. Əgər ana öz uşağını süni qida ilə qidalandırırsa, o, uşağı təhlükəyə atır”.
    Daha ətraflı videdomaterialı təqdim edirik:

  • Bakıda təkər alverilə məşğul olanlar aksiya keçirdi – VİDEO

    Azərbaycanda işlənmiş şinlərin ticarətilə məşğul olan sahibkarlar etiraz aksiyası keçirib.

    Onlar Prezident Aparatının qarşısında toplanıblar. Aksiya iştirakçıları gömrük rüsumu ilə bağlı narazılıqlarını bildirmək məqsədilə bir araya gəliblər.

    “Gömrük rüsumu 3 dəfədən çox qalxıb. 15-16 manat ödədiyimiz halda, bu qiymət 45-46 manata bərabər olub” – etiraz edənlərdən biri belə deyib.

    Onun sözlərinə görə, məsələ ilə bağlı konkret söz deyən yoxdur:

    “Bizi göndərirlər Nazirlər Kabinetinə, oradan Dövlət Gömrük Komitəsinə. Belə ortada qalmışıq.”

    Xatırladaq ki, bu sahədə fəaliyyət göstərən bir qrup şəxs bundan öncə Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısına toplanaraq rüsumla bağlı yeni qərara etirazını bildirib.

    Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarına əsasən, 2018-ci ilin yanvar ayının 1-dən etibarən ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib.//minval.info

  • “İntiharlara səbəb metrodursa, bağlayaq” – Hadisə baş verən yerdən VIDEO

    İl yeni başlasa da, artıq Bakı metropolitendə iki intihar hadisəsi qeydə alınıb. Əvvəlcə yanvarın 8-də Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Rəşad Mustafazadə qatar “Ulduz” stansiyasına daxil olarkən özünü relslərin üstünə atıb. Hadisədən 4 gün sonra isə analoji hadisə Qara Qarayev stansiyasında baş verib. Bu dəfə Cəmil Cəmilov özünü qatarın altına atmaq istəyib. Yüksək sürətlə gələn qatar 47 yaşlı sərnişini platformaya atıb. İntihara cəhd edən şəxs 3 saylı Sabunçu Rayon Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

    Sadaladığımız intihar hadisələrin ard-arda baş verməsi ictimaiyyət arasında narahatlığa səbəb olub. Stokholm və digər şəhər metropolitenlərində quraşdırılmış şüşə arakəsmələri misal kimi göstərən sosial şəbəkə istifadəçiləri ölkəmizdə də bu kimi qoruyucu tədbirlərin görülməsinin vacibliyini vurğulayırlar.

    “Qafqazinfo” bu məqamda “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə “Ulduz” metrostansiyasında olub və sözügedən şüşə lövhələrin quraşdırılmasının mümkün olub-olmamasını müzakirə edib.

    Nəsimi Paşayev bildirib ki, sözügedən arakəsmə dünyada cəmi bir neçə şəhərdə quraşdırılıb:

    “Dünyada, elə Stokholmun özündə belə cəmi bir neçə stansiyada həmin arakəsmələr qoyulub. Kənardan sadə görünə bilər, ancaq həmin şüşə lövhələrin qoyulması üçün stansiyalar demək olar ki, yenidən tikilməlidir. Bu işin maddi tərəfindən daha çox digər məsələlər var. Adicə bağlanmalı olan vaqonların qapısını sərnişinlər açmağa və yaxud açıq saxlamağa çalışdığı üçün gündə nə qədər qatar təmirə göndərilir. İndi siz təsəvvür edin, bu insanlar şüşə qapılara nə edər.

    Hər dəfə bu kimi hadisələr yaşananda maşinist aylarla özünə gələ bilmir. Çox pis psixoloji gərginlik yaşayır. Bir var ki, platformanın girişində özünü qatarın altına atmaq… Bu zaman maşinistin edə biləcəyi bir şey yoxdur. Bi də var ki, nisbətən uzaqda. Bu halda maşinist qatarı dayandıra bilər. Bu ay baş verən hər iki intiharda sərnişin düz platformanın girişində özünü atıb.
    İntiharlara səbəb metrodursa, biz girişləri bağlayaq, heç kimi buraxmayaq. Onda da insanlar özünü dənizə atacaq, körpüdən tullanacaq və sairə”.

  • Bakıdakı səs-küylü toyun sahibləri bilindi: Əhmədzadənin qardaşı, məşhur univermağın sahibi… – DETALLAR

    Ötən gün Bakıda baş tutan səs-küylü toy mərasimi haqda xəbərlər səngimək bilmir.

    Axşam.az-ın verdiyi məlumatına görə, bir çox əcnəbi ulduzun qonaq olduğu toyun səbəbkarlarının kimliyi məlum olub. Məlumata görə, gəlin “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı nəvəsidir. Gəlinin valideynləri həkimdir və onlar Bakıda yaşayırlar. Qeyd edək ki, Ə.Əhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə Zaqatala rayonunun icra başçısıdır. Toy mərasimində türkiyəli müğənnilər Fərhad Göçər, Murad Boz, rusiyalı aparıcı Valdis Pelş, müğənni Leonid Aqutinlə yanaşı Mustafa Ceceli də olub.

    Qeyd edək ki, “Qafqazinfo” saytı bəyin atası Fərhad Həsənovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətində şöbə müdiri, anası Esmira Babayevanın isə “Moskva” univermağının sahibi olduğunu yazıb.

  • Azərbaycana göndərilən bağlamaların gömrükdən buraxılmaması XƏBƏRİNƏ CAVAB

    Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan bir sıra şirkətlər mətbuata müraciət ünvanlayıb. 

    Müraciətdə deyilir: 

    “Biz, aşağıda qeyd edilən şirkət nümayəndələri, məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tam fəaliyyət göstəririk və sürətli poçt xidmətini yerinə yetiririk. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən fəaliyyətimizə heç bir məhdudiyyət qoyulmayıb və tam şəkildə yüklərimizi rəsmiləşdirərək gömrük sərhəddindən keçiririk. 

    Mətbuatda dərc olunan məlumata görə, sərhəddə bəzi şirkətlərə məhdudiyyətlər qoyulub. Bu tamamilə yanlış və əsassız məlumatdır”.

    Xatırladaq ki, bir müddət öncə xarici ölkələrdən Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan bir sıra şirkətlərin malları Azərbaycanın gömrük sərhədini keçə bilmədiyi məlumatı yayılıb. Bu barədə “Report”a həmin şirkətlərin müştəriləri məlumat veriblər./baku.ws