Category: Cəmiyyət

  • Azərbaycanlı məmurun ölkəyə gətirdiyi bitkoin avadanlıqları sərhəddə saxlanıldı – VİDEO

    Azərbaycanlı məmurun ölkəyə gətirdiyi bitkoin avadanlıqları sərhəddə saxlanıldı - VİDEO

    Kriptovalyuta “ehtirası” bütün dünyanı ağuşuna aldığı bir vaxtda azərbaycanlı məmurlar da virtual pullara çatmaq üçün hərəkətə keçiblər. Ölkəyə kriptovalyuta istehsalı üçün lazım olan xüsusi avadanlıqlar daşınmağa başlanıb. “Yeni Müsavat”a daxil olan məlumata görə belə avadanlıqların bir partiyasını da hazırda yüksək vəzifə tutan məmurlardan biri ölkəyə gətirmək istəyib. Lakin avadanlığı lazımi qaydada rəsmiləşdirməkdən yan keçmək, kriptovalyuta – bitkoin sikkələri istehsalı ilə məşğul olduğunu gizlətmək üçün fənd işlədib.

    Bu isə ümumilikdə avadanlığın sərhəddə ilişib qalmasına səbəb olub. Belə ki, avadanlıq adi kompyuter avadanlığı kimi rəsmiləşdilib. Sərhəddə müvafiq yoxlamalar zamanı isə məlum olub ki, avadanlıq hissələrə sökülmüş bitkoin fermasıdır. Fermanın ümumi dəyərinin 20 min manata yaxın qiymətləndirildiyi barədə də məlumat var. Avadanlığın 1 ay ərzində 3-5 bitkoin istehsal gücünün olduğu da bildirilir. Ümümdünya torunda belə avadanlıqların satışı, qiymətləri, texniki xidmət, avadanlığın gücündən asılı olaraq nə qədər gəlir gətirməsi, quraşdırılması və s. məsələlərlə bağlı çoxsaylı videolar var.

    Azərbaycanlı məmurun ölkəyə gətizdirmək istədiyi bitkoin fermasının hansı şəkildə olması, quraşdırılması haqda videonu da təqdim edirik:

    Hazırda əsasən “Bitmain Atnminer S9” avadanlığına böyük tələbatın olduğu haqda da məlumatlar var. Həmin avadanlığın hansı texniki vasitələrdən ibarət olması haqda bilgiləri diqqətə çatdırmazdan əvvəl qeyd edək ki, bitkoin 17 dekabr 2017-ci tarixində 20 min 078 dollar satış qiyməti ilə tarixi bir rekord qırdı. Halbuki 2-3 il əvvəl isə 1 bitcoin 1-2 dollara bərabər idi. Düzdür, tarixi maksimuma çatdıqdan sonra kriptovlyuta bir qədər zəifləyib və hazırda 1 bitcoin 17 min dollar civarında qərarlaşıb.

    “Bitkoin nədir” deyə maraqlanırsınızsa invest.az-ın təqdim etdiyi aşağıdakı məqalədə ətraflı məlumat əldə edə bilərsiniz. Bitkoin Azərbaycanda yeni populyarlaşmağa başlayıb. Xarici ölkələrdə isə pulun gələcəyi olaraq tanınır. Ölkəmizdə də tədricən tanınan bitkoin, rəqəmsal dünya üçün əlverişli bir valyuta növüdür. Bu valyutaya heç bir mərkəzi olmayan virtual valyuta deyə bilərik. Satoshi Nakamoto tərəfindən 2008-ci ildə yaradılan bu valyuta qlobal bazarlarda dollar və avroya alternativ olaraq təqdim edilir. Bitkoinin ən vacib xüsusiyyəti ondan ibarətdir ki, mərkəzi bank da daxil olmaqla hər hansı bir dövlət qurumu tərəfindən idarə olunmur. Buna görə də, valyutaların qiymət hərəkəti bitkoinə heç vaxt təsir etmir. Onun dəyəri bazarda tələb və təklif şərtləri ilə müəyyən edilir. Tələb artdıqca, qiyməti artır, azaldıqda isə dəyəri aşağı düşür. Bitkoin virtual dövriyyəsi olan bir valyuta olduğundan, insanların öz şəxsiyyətlərini açıqlamadan pul göndərməyinə imkan verir. Bu sistem sizin şəxsiyyətinizi tamamilə məxfi saxlayaraq, İnternet üzərindən alış-veriş və ya investisiya etmək imkanı verir.

    Bitkoin necə istehsal edilir?

    Bu sual “Bitcoin nə deməkdir?” sualından sonra soruşa biləcəyiniz ən vacib məsələdir. Çünki pullar dövlətlər tərəfindən dövriyyəyə verilir və Bitkoinin dövlətlərlə heç bir əlaqəsi yoxdur. Bəs bitkoin necə istehsal olunur və bunu kim edir? Əlbəttə ki, kompüterlər. Bitkoin istehsalına “mayninq” (mining) deyilir. Virtual “mayninq” üsulu ilə verilmiş 16 simvolu kodlaya bilən kompüterlər bitkoin qazanır.

    Bitcoin necə qazanılır?

    İlk olaraq heç bir məbləğ ödəmədən bitkoin hesabı açmalısınız. Virtual cüzdanınızı (birdən artıq virtual cüzdan yarada bilərsiniz) yaratdıqdan sonra bitkoin şəbəkəsinin əməliyyatlarını təsdiqləmək üçün kompüterlərdə riyazi əməliyyatlar etməlisiniz. Bitkoin üçün bilik və kompüterinizə güvənməlisiniz. Bitkoin əməliyyatları kompüterinizin təchizatı ilə aparılır. Kompüteriniz nə qədər güclü olsa, performansınız o qədər yaxşı olacaq. Bitkoin əməliyyatları üçün xüsusi olaraq hazırlanmış sistemləri ala və ya icarə götürə bilərsiniz. Bu barədə bilmədiyiniz halda, mövcud “mayning hovuzlarına” (bitkoin hovuzları kimi tanınır) qoşulmaqla gəlirinizi artıra bilərsiniz. “Mayning hovuzları” olduqca çoxdur. Ümumiyyətlə, bir blokdan daxil olan ümumi gəlirlər hovuz iştirakçıları arasında xüsusi formula əsasında paylanılır. Bir növ kompüterinizin gücünü digər istifadəçilərlə birləşdirərək qazanacaqsınız. Bitkoin əldə etmək üçün mövcud pulunuzu müəyyən bir valyuta məzənnəsindən dəyişə bilərsiniz və ya bitkoin-satan sistemlərdən birbaşa əldə edə bilərsiniz. Bitkoin ilə yanaşı Ethereum, Ripple, Monero, Zcash kimi bir çox kriptovalyutalar da məşhurluq qazanmaqdadır.

  • Milli Məclisin deputatı komaya düşüb – FOTO

    Milli Məclisin deputatı komaya düşüb – FOTO

    Milli Məclisin deputatı Nəriman Əliyev komaya düşüb.

    Median.Az modern.az-a istinadən xəbər verir ki, Nəriman Əliyev artıq 3 gündür Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində koma vəziyyətindəddir.

    Məlumata görə, N.Əlyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşüb.

    N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.

    Milli Məclisin deputatı komaya düşüb – FOTO

  • Bakının “Heyvan bazarı”ndan reportaj: 600 AZN-ə it, 150 AZN-ə bülbül QİYMƏTLƏR (FOTO + VİDEO)

    Bakının "Heyvan bazarı"ndan reportaj: 600 AZN-ə it, 150 AZN-ə bülbül QİYMƏTLƏR (FOTO + VİDEO)

    Paytaxtda it bazarı adı ilə məşhurlaşan “Təzə bazar” illərdir fəaliyyət göstərir. Bazarın yaxınlığındakı küçədən başlayaraq yol boyu satılan itlər düzülüb.

    Baku.ws-in məlumatına görə, yayda heyvan bazarının gür sezonu olsa da satıcılır hazırki vəziyyətdən razılıq edir. Müştərilər də qiymətdən narazı deyillər. Satıcılar bildirirlər ki, qışda alverin vəziyyəti elə də pis deyil.

    Bazarda qiymətlər isə fərqlidir.

    Alman ovçarkası (1 yaş ) – 600 AZN
    Haski cinsli it (1 yaş 2 ay ) – 400 AZN
    Labrador – 350 AZN
    Çoban iti (bala) – 300 AZN
    İngilis pointeri – 300 AZN
    Yapon Pekinesi – 400 AZN
    Yerli bülbül – 100 AZN
    Rusiya bülbülü – 150 AZN
    Taksa cinsli it – 250 AZN
    Danışan tutuquşular 100 AZN-dən başlayır.
    Pişik balaları – 10 AZN-dən başlayır

    Bakının "Heyvan bazarı"ndan reportaj: 600 AZN-ə it, 150 AZN-ə bülbül QİYMƏTLƏR (FOTO + VİDEO)












  • Azərbaycanda çadır düşərgəsində böyüdü, Paris və Nyu-Yorkun moda dünyasını silkələdi – VİDEO

    Azərbaycanda çadır düşərgəsində böyüdü, Paris və Nyu-Yorkun moda dünyasını silkələdi - VİDEO

    Səidə Muradova həyatında həmişə bər-bəzək aksessuarları daşımayıb.

    O, Azərbaycanın işğal edilmiş rayonlarından birində doğulub, erməni işğalı nəticəsində öz evlərini tərk etməli olan yüz minlərlə azərbaycanlıdan biridir. Yeniyetməlik illərini Azərbaycandakı çadır düşərgələrindən birində ağır şərtlər altında yaşayıb. Sonradan İsveçə, oradan Parisə gedərək incəsənət, moda təhsili alıb. Nəhayət Nyu-Yorka yollanıb.

    Virtualaz.org xəbər verir ki, bu barədə Nyu-Yorkda özünün Object & Dawn baş bəzək aksessuarları brendini yaradan azərbaycanlı məcburi köçkünün barəsində racked.com saytında yerləşdirilmiş videoreportajda deyilir.

    Səidə Muradovanın hazırladığı baş bəzək aksessuarları müxtəlif xalqların yerli ənənələrinə əsaslanır. O, baş bəzək aksessuarlarının nümunəsini işləyib hazırlayır, daha sonra o yeddi ölkədə istehsalçılarla tərəfdaşlıq şəraitində işləyərək onların istehsalını təşkil edir. Azərbaycanlı modelyer öz təcrübəsində qədim masai qəbilələrinin əsrlər boyu istifadə etdiyi baş bəzəkləri nümunələrindən də yararlanır.

    “Müasir moda artıq bunları hesaba almır. Lakin mən dünyanın bir çox yerlərində istehsalçılarla işləyərək və yeni dizayn texnologiyalarından, lazerlə kəsmə və 3D-printdən istifadə edərək əsrlər boyu istifadə edilmiş metodları yenidən mükəmməl şəkildə həyata keçirə bilirəm”, – Səidə Muradova deyir.

  • Deputatdan metrodakı intiharlarla bağlı təklif

    Deputatdan metrodakı intiharlarla bağlı təklif

    Bu həftə Bakı metropolitenində iki nəfər gənc özünü relslər üstünə ataraq həyatına qəsd etdi: iki nəfər gənc həyatdan köçsə də, ailələrinə illərlə çəkəcək böyü bir ağrı qoyub getdilər.

    Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

    Onun sözlərinə görə, düz deyilir ki, vaxtında onlara psixoloji dəstək olunsa idi, faciələrin qarşısını almaq olardı.

    “Ancaq hadisə baş verib və gələcəkdə də belə hadisələrin təkraralanacağı istisna deyil. Xaricdə bu probelmin həllini artıq tapıblar və metro stansiyalaraında qatar platformalarında qurulan qurğular sui-qəsdlərin qarşısını tam ala bilir. Platformalarda bütün xətt boyu şəffaf divar çəkilir və aralarında olan qapılar ancaq qatar platformada dayandıqdan sonra açılır. Belə sistem Rusiyanın Sankt-Peterburq, Koreyanın Seul və Çinin Tayvan adasının mərkəzi Taybey şəhər metrolarında qurulub. Bu yaxınlarda onlar Belarusun paytaxtı Minsk şəhər metrosunda da qurulacaq…” – deyə, millət vəkili sözlərinə əlavə edib.

  • Azərbaycanlı tələbədən Ərdoğana hədiyyə

    Azərbaycanlı tələbədən Ərdoğana hədiyyə

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərmərə Universitetində “Marmara Üniversitesi 135. Kuruluş Yıl Dönümü Programı”nda çıxış edərkən maraqlı sürprizlə qarşılaşıb.

    Oxu.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, universitetin rektoru Emin Arat Türkiyə prezidentinə bahalı hədiyyə təqdim edib.

    Daha doğrusu, o, universitetin Azərbaycan əsilli doktorluq tələbəsi Tünzalə Məmmədzadənin 3 ildə düzəltdiyi 50 metrlik şəffaf ipək üzərinə qızıl və gümüş rəngli boya ilə nəxş edilmiş “Qurani-Kərim”i Ərdoğana hədiyyə edib.

  • Yol polisindən sürücülərə hava – XƏBƏRDARLIĞI

    Дорожная полиция Баку предупредила водителей в связи с ухудшением погоды

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda gözlənilən dumanlı və çiskinli hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.

    Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov oxu.az-a bildirib ki, sürücülər havanın dumanlı və çiskinli olacağını nəzərə alaraq ictimai nəqliyyatdan istifadəyə üstünlük verməlidir, yol və meteoroloji şəraiti nəzərə almağı bacarmalıdır, sürət həddi minimuma enməlidir, ara məsafəsi normadan artıq saxlanmalıdır.

    V.Əsədov bildirib ki, ümumiyyətlə bütün avtomobillər qış rejiminə hazır olmalıdır:

    “Sürücülərə tövsiyə edirik ki, avtomobillərini mövsümi təkərlərlə təmin etsinlər, qışa tam hazırlıqlı olsunlar”.

  • Azərbaycanda rusiyalı alim itkin düşüb

    В Азербайджане пропал российский ученый

    Azərbaycanda Rusiya Elmlər Akademiyasının Astronomiya institutunun əməkdaşı, Rusiya vətəndaşı Dmitriy Çulkov itkin düşüb.

    Bu barədə oxu.az-a gənc alimin yaxınları məlumat veriblər.

    Bildirilir ki, Çulkov yanvarın 3-də Gəncəyə gəlib və mehmanxanaların birində qalıb. Evin sahibi yanvarın 5-də qonağın Göygöl seyrinə yollandığını qeyd edib. O, Çulkova gölə taksi ilə getməyi məsləhət görsə də, sonuncu, piyada yola düşüb və bir daha geri qayıtmayıb.

    Bundan sonra D. Çulkov telefon zənglərinə cavab verməyib, internetə çıxmayıb.

    “Anasına dedi ki, bir həftəlik gedirəm, iki gündən sonra onunla əlaqə kəsildi” – deyə Rusiya Elmlər Akademiyasının Astronomiya institutunda olan mənbə bildirib.

    Çulkov Azərbaycanı artıq yanvarın 10-da tərk etməli idi. Ancaq aviaşirkət onun təyyarəyə minmədiyini bildirib. Hal-hazırda rusiyalı alimin axtarışlarını onun həmkarları və qohumları aparır.

  • Piyada vurulubsa, sürücünü hansı cəza gözləyir?

    Piyada vurulubsa, sürücünü hansı cəza gözləyir?

    Sürücü yol hərəkəti qaydasını pozduğu zaman düzgün yerdən keçməyən piyadanı vura bilər. Bu zaman piyadanın haradan keçməsi deyil, sürücünün avtomobili necə idarə etməsi önəmli olacaq. Və ola bilər ki, sürücü qaydanı pozmasın, piyada qəflətən qarşısına çıxsın (məsələn: sərxoş piyada) və hadisə baş versin. İstənilən halda bu vəziyyət diqqətlə araşdırılmalıdır.

    Əgər piyada yolun nəzərdə tutulmayan yerindən keçirsə, həmin an avtomobil əyləcləyə bilməzsə (Aeroport şossesi, Zığ avtomagistralı, Buzovna-Bilgəh yolu və s), yol nahamar, qaranlıq olarsa, o zaman sürücüyə ittiham irəli sürülməz. Yetər ki. sürücü də qaydalara əməl etsin : Sürəti icazə verilmiş həddə olsun. Sutkanın qaranlıq və yağışlı vaxtında hərəkət sürətini buna uyğun nizamlasın. İşıqları, əyləc sistemi normal vəziyyətdə çalışsın. Bu zaman sürücünün ən etibarlı şahidi avtomobildə quraşdırılmış videoqeydiyyatçısı olacaq. Görüntüyə baxdıqda, sürücünün hərəkəti, piyadanın trayektoriyası daha aydın görünəcək və bu sürücünün bəraət almasına imkan yaradacaq.

    Lakin, sürücü unutmamalıdır ki, o yüksək risk qrupuna aid olan texnikanı idarə edir. Avtomobil idarə edilməsi vətəndaş məsuliyyəti yaradır. Həmçinin avtomobilin vaxtlı-vaxtında texniki baxışdan keçirməklə, bu cür hallar zamanı avtomobili istismar qaydasını pozmadan idarə etdiyinizi göstərəcək və daha yüngül cəza ilə qurtula biləcəksiniz.

    Ancaq, praktikada nələr tədbiq edilir:

    Maddə 263. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma

    263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—

    iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    263.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda –

    üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    263.2. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

    üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[510]

    263.3. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda—

    beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Qeyd: Bu maddədə «digər mexaniki nəqliyyat vasitəsi» dedikdə trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlər nəzərdə tutulur.

    Maddəni oxuyub həyacan təri sizi basmasın. Əsas məsələ sizin ehtiyyatlı olmağınız və avtomobilinizdə videoqeydiyyatçının olmasıdır. Hadisə baş verdiyi yerdə kamera yoxdursa, hadisənin səbəbkarı olmasanız belə, hər şey əksinizə işləyəcək. Ona görə videoregistratorunuz olsun. Mövsümi təkərləriniz yoxdur və əyləc sistemi nasazdırsa, yenə günahkar olacaqsınız. Çünki, avtomobili düzgün istismar etməmisiniz. İnanın mənə, həmin piyadanın haradan keçməsi deyil, sizin avtomobili necə idarə etməyiniz önəmli olacaq.

    İndi isə sual yarana bilər ki, “bəs piyada qayda pozur və mənim avtomobilimə zərər dəyir. Ona heç nə düşmür?” Niyə düşmür ki?

    Maddə 267. Nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozma

    267.1. Sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda

    iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    267.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

    üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    267.3. Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin həlak olmasına səbəb olduqda—

    üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Hətta siz həmin piyadadan avtomobilinizə dəymiş ziyanın ödənilməsini belə tələb edə bilərsiniz.

    Bəs hadisə baş verirsə, nə etməli?

    Bu stereotiplərdən qurtulun: “Heç nəyə xeyir yoxdur”. “Rüşvət verib müddəti azaldım”. “Vəssəlam, getdim həbsxanaya”. Cəza sürücünün günahı tam sübut edildikdən sonra verilir. Piyada vurulmasından sonra, atacağınız addımlar sizi xilas edə bilər:

    İlkin tibbi yardım və təcili yardım çağırılması.
    Hadisə baş verdiyi yerin qeydə alınması, hadisə şahidlərinin müəyyən edilməsi, onların ad,soyad və telefon nömrələrinin götürülməsi (şahidlərinizdir. Məhkəmədə lazım olacaq)
    Ərazidə təhlükəsiz şəhər kamerası, bank və ya digər kameralar varsa, onların görüntüsünün işə əlavə edilməsi ilə bağlı vəsadət qaldırılması.
    Görüntülərin silinməməsi üçün cəld tərpənmək lazımdır.
    Videoqeydiyyatçınız varsa, dərhal görüntünün bir neçə surətinin çıxardılması.
    Tərtib edilmiş akt, hadisə sxemi və protokolu oxumadan imzalanmaması.

    Ən əsası yola çıxan zaman, hava şəraitini, sürət həddini nəzərə alın. Yoxsa, sizi çətin bir bəraət yolu gözləyir.//avtostop.tv

  • Köməksiz vəziyyətdə qalan pişiyi fəhlələr belə xilas etdi- VİDEO

    Köməksiz vəziyyətdə qalan pişiyi fəhlələr belə xilas etdi- VİDEO

    Sumqayıt şəhəri ərazisindəki zavodların birində köməksiz vəziyyətdə qalan pişiyi fəhlələr xilas edib.

    Bu barədə bizimyol.info-ya hadisənin şahidi olan Elmir Səmədov məlumat verib.

    O bildirib ki, pişiyin miyoltusunu eşidən fəhlələr onu xilas edərək onu sərbəst buraxıblar.
    E.Səmədov fəhlələrin xilasetmə əməliyyatını videogörüntüsünü çəkərək bizimyol.info-ya göndərib.