Category: Cəmiyyət

  • 5 yaşına qədər yeriyə bilməyən qız gimnast oldu – MÖCÜZƏ, YOXSA HƏVƏS? (VIDEO)

    5 yaşına qədər yeriyə bilməyən qız gimnast oldu – MÖCÜZƏ, YOXSA HƏVƏS? (VIDEO)

    Median.Az xəbər verir ki, Masallıda 17 yaşlı qız qeyri-adi istedada malikdir. O, çətin gimnastik hərəkətləri asanlıqla yerinə yetirir. Maraqlısı isə odur ki, bu hərəkətləri uşaq vaxtından əvvəlcə özü öyrənib.

    APA TV-nin cənub bürosu xəbər verir ki, 17 yaşlı Günay Nuriyeva Masallı rayonunun Həsənli kənd sakinidir.

    Valideynlərinin sözlərinə görə, Günay 5 yaşına kimi sümüklərində olan boşluqlar səbəbindən hərəkət edə bilməyib. Amma 5 yaşından sonra bu bacarığını nümayiş etdirməyə başlayıb. Əvvəlcə ev şəraitində məşğul olan Günay Nuriyeva sonradan bədii gimnastika üzrə paytaxtda məşqlərə başlayıb.

    Günay Nuriyeva hazırlıq çərçivəsində bir neçə yarışlarda iştirak edərək müxtəlif nailiyyətlər qazanıb. Sonradan qolunun sınması və ayağından aldığı travmalar səbəbindən məşqlərə fasilə verib. Amma bu da onun gimnastikaya olan həvəsini yarımçıq qoymayıb.

    Müsahibimiz hazırda iki aydır valideynləri ilə birgə Masallı rayonunun Həsənli kəndində yaşayır. Məşqlərini də fərdi şəkildə ev şəraitində edir. Valideynləri Günayın idmana olan həvəsinin itməməsi üçün bu sahənin müəllimlərindən ona sahib çıxmasını istəyir.

    Günay Nuriyeva inanır ki, gimnastika ilə daha peşəkar şəkildə məşğul olmasına əlverişli şərait yaradılarsa, daha böyük uğurlar qazana bilər.

  • Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

    Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

    Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev iclasdakı giriş nitqində 2017-ci ildə görülən işlərdən söz açıb. Ötən il ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini deyən dövlət başçısı həyatın bütün sahələrində əldə edilmiş nəticələrin ümumi inkişafa böyük töhfə verdiyini bildirib.

    Median.Az xəbər verir ki, bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, ölkə iqtisadiyyatının bütün sahələrində görülmüş işlərin müfəssəl təhlilini verən Azərbaycan Prezidenti sosial infrastrukturla bağlı çox ciddi addımlar atıldığını deyib. Bildirib ki, ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb.

    Prezident İlham Əliyev iclasdakı yekun nitqində 2018-ci ildə də ölkə iqtisadiyyatının öz inkişaf yolu ilə gedəcəyini, il ərzində bir çox önəmli layihələrin icrasının nəzərdə tutulduğunu qeyd edib. Sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait olduğunu söyləyən dövlət başçısı bəzi rəqəmləri diqqətə çatdırıb. Belə ki, bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək. “Beləliklə, hesab edirəm ki, bu məktəblər tikiləndən sonra ölkəmizdə qəzalı məktəb qalmamalıdır”.

  • Sabahdan 6 marşrutun son dayanacağı dəyişdirilir – Sərnişinlərin diqqətinə!

    Yanvarın 13-ü səhər saatlarından “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək.

    Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin Lent.az-a verdiyi məlumata görə, bununla əlaqədar 100, 108, 123,134, 147, 155 (bu xətt yaxın vaxtlarda ləğv edilərək 108 nömrəli xəttə birləşdiriləcək) marşrut xətlərinin son dayanacaq məntəqəsi “Dərnəgül” NMM-nə köçürülüb.

    Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda 6,8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların “Dərnəgül” NMM-nə hərəkət etməsi təmin olunacaq.

  • Qətər vətəndaşı Azərbaycandan vəhşi quş apara bilmədi – FOTO

    Гражданин Катара не смог вывезти дикую птицу из Азербайджана – ФОТО

    Azərbaycan gömrükçüləri nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi quşun ölkəmizin sərhədindən sənədlərdə aldatma yolu ilə aparılmasına cəhdin qarşısını alıblar.

    Dövlət Gömrük Komitəsindən oxu.az-a verilən məlumata görə, bu unikal qaçaqmalçılıq halı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində qeydə alınıb.

    Bakı-Doha aviareysi ilə gedən Qətər vətəndaşı gömrük nəzarətindən keçərkən gömrük bəyannaməsi və müvafiq icazə sənədini təqdim edərək, əvvəllər Azərbaycan ərazisinə gətirdiyi şahin quşunu təkrar ixrac etdiyini bildirib.

    Lakin gömrük əməkdaşları xüsusi skaner vasitəsilə şahin quşunun elektron etiket nömrəsini qeydə alıb eyniləşdirmə apararkən, sənədlərdən və eyniləşdirmə vasitəsindən aldatma yolu ilə istifadə olunduğu və əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yenisi ilə dəyişdirildiyi aşkara çıxıb.

    İlkin araşdırma zamanı Qətər vətəndaşı izahat verərək, ov etmək üçün Salyan rayonuna gəldiyini və Azərbaycanda olduğu vaxt həmin şahin quşunu bir nəfərin ona hədiyyə etdiyini bildirib. Lakin əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yaşlı, hədiyyə verildiyi iddia edilən şahin quşunun isə cavan olduğu və Azərbaycanda ovlandığı müəyyənləşdirilib.

    Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Şəhər Heyvanat Parkına göndərilən sorğu məktubuna cavabda məlumat verilib ki, saxlanılan şahin quşu – qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid quş növüdür və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxildir.

    Faktla bağlı araşdırma davam edir.

    Гражданин Катара не смог вывезти дикую птицу из Азербайджана – ФОТО

  • Azərbaycana göndərilən bağlamalar gömrükdən buraxılmır

    СМИ: Таможня не пропускает присылаемые в Азербайджан посылки

    Xarici ölkələrdən Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan bir sıra şirkətlərin malları Azərbaycanın gömrük sərhədini keçə bilmir.

    Median.Az-ın xəbərinə görə, bu barədə Report-a həmin şirkətlərin müştəriləri məlumat veriblər.

    Məlumata görə, qeyd edilən problem iki həftəyə yaxındır davam edir. Məsələni bu ilin əvvəlində forumlarda müzakirəyə çıxaran müştərilərə cavab verən “Camex” şirkəti bildirib ki, bu problem Azərbaycanın karqo şirkəti olan “Silkway”in sifarişlərinin çox olması ilə bağlıdır.

    Azərbaycanda fəaliyyət göstərən “Barami” adlı şirkət isə öz müştərilərinə xəbərdarlıq edərək bildirib ki, məlum olmayan səbəblərdən Dövlət Gömrük Komitəsi (DGK) bağlamaları sərhəddən buraxmır:

    “Bu səbəbdən də yüklərin çatdırılması gecikə bilər”.

    Həmin şirkətdən bildirilib ki, DGK tərəfindən yüklərin hansı səbəbdən buraxmamasının izahı verilmir və növbəti həftədə problemin həlli gözlənilir.

  • Ötən il uşaqlara qoyulmuş ən populyar ADLAR – İlk “10-luq”

    Ötən il uşaqlara qoyulmuş ən populyar ADLAR – İlk “10-luq”

    2017-ci il ərzində Azərbaycanda yeni doğulan uşaqlara qoyulan oğlan adları arasında üstünlük Yusifə, qız adları sırasında isə üstünlük Zəhraya məxsus olub.

    Ədliyyə Nazirliyindən modern.az saytına verilən məlumata görə, 2017-ci ildə yeni doğulmuş 2936 oğlan uşağına Yusif adı verilib.

    Ötən il yeni doğulmuş 2775 qız uşağına isə Zəhra adı qoyulub.

    2017-də daha çox qoyulan oğlan adları arasında Yusifdən sonrakı yerlərdə , Hüseyn, Əli, Ömər, Məhəmməd gəlir.

    Qız uşaqlarına verilən ən populyar adlar sırasında Zəhranın ardınca Nuray, Fatimə, Zeynəb, Aylin, və Məryəm gəlir.

    Qeyd edək ki, Yusif və Zəhra adları son beş ildə Azərbaycanda ən çox qoyulan adlar siyahısında birinci yeri tuturlar.

  • Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ – İmtahan olacaq

    Vəkilliyə namizədlər üçün test imtahanı keçiriləcək.

    Vəkillər Kollegiyasından bildirilib ki, məlum olduğu kimi, Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən, Vəkillər Kollegiyasına vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə vəkillərin sayının artırılması tövsiyə olunub.

    Qeyd olunan tövsiyə ilə bağlı 9 dekabr 2017-ci il tarixdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə sənəd qəbulu prosesi bərpa olunmuş və Vəkillər Kollegiyasının tarixində ilk dəfə olaraq imtahana hazırlıq proqramı namizədlərin istifadəsinə təqim edilmişdir. Bu ilin yanvar ayının 11-də yekunlaşan sənəd qəbulu nəticəsində qəbul üçün sənəd verən namizədlərin sayı 2000-ə yaxın olub.

    Vəkilliyə namizədlərlə yazılı test imtahanının Dövlət İmtahan Mərkəzi ilə birgə, cari ilin yanvar ayının 28-də keçirilməsi nəzərdə tutulur. İmtahanın yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair məlumatlar yaxın günlərdə mətbuat vasitəsilə veriləcəkdir.

  • “Qızıl amnistiya” gözlənilir — Millət vəkilindən ŞAD XƏBƏR

    “Qızıl amnistiya” gözlənilir — Millət vəkilindən ŞAD XƏBƏR

    “2018-ci ildə Azərbaycan Prezidenti tərəfindən ən yüksək əfv fərmanının imzalanması gözlənilir”.

    Median.Az xəbər verir ki, bunu “Ölkə.Az”-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Məlahət İbrahimqızı bildirib.

    M.İbrahimqızı deyib ki, bu il imzalanacaq əfv fərmanı ilə daha çox məhbusun azadlığa qovuşacağı nəzərdə tutulur:

    “Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası uzun illərdən bəri fəaliyyət göstərir. Bu komissiya daim çalışır, müraciətlərə baxır və sairə. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da cəzasını çəkən məhbuslara qarşı hümanizmin tərəfdarı olub. Ona görə də zaman-zaman yüzlərlə insan əfv edilib. Hazırda da Prezident yanında Əfv Məsələləri Komissiyası müraciətlərə baxır və müvafiq işlər aparılır. Cəzaların hümanistləşdirilməsi ilə bağlı ölkə başçısının qəbul etdiyi qərarı nəzərə alsaq, o zaman bu il imzalanacaq əfv fərmanının daha çox məhbusa şamil olunacağını söyləmək olar. Ancaq əfv fərmanının dəqiq vaxtını söyləyə bilmərəm. Bu cənab Prezidentimizin bilavasitə səlahiyyətlərinə aid olan məsələdir. Ancaq dövlət başçısı hər zaman olduğu kimi, bu il də ailələri sevindirəcək qərara imza atacaq”.

    Deputat xatırladıb ki, 2017-ci ilin fevralında ölkə Prezidenti tərəfindən cəzaların hümanistləşməsi ilə bağlı çox mühüm qərar qəbul edilib:

    “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bütün maddələri də dövlət başçısının qəbul etdiyi qərara uyğun olaraq təkmilləşdirilir. Təbii ki, bütün bunlar əfv olunan insanlara şamil edilir. Yəqin ki, bu il də cənab Prezident tərəfindən növbəti əfv fərmanının imzalanması gözlənilir. İnşallah bu il daha çox məhbus Prezidentin imzaladığı qərardan faydalanacaq”.

  • Ramil Usubov polis bölməsinin rəisini dəyişdirdi

    Рамиль Усубов сменил начальника полиции

    Bakıda polis bölməsinin rəisi dəyişdirilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

    21-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

    Qeyd edək ki, 24-cü Polis Bölməsinin rəisi olmuş Hikmət Usubov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Yasamal rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

  • Bakıdakı söküntü “bumu” mənzil kirayəsini bahalaşdırdı – REPORTAJ

    Median.Az xəbər verir ki, Son aylar paytaxt Bakıda söküntü işlərinin sürətlənməsi kirayə mənzillərin kəskin bahalaşmasına səbəb olub. Bahalaşma ilə yanaşı, kirayə ev tapmaq da müşkül məsələyə çevrilib.

    “Yeni Müsavat” qəzetinin müxbiri Nizami rayonu ərazisində yerləşən kirayə mənzil bazarında olub, bahalaşmanın səbəblərini öyrənməyə çalışıb.

    Ərazidə olduğumuz zaman mənzil bazarında canlanma müşahidə etdik. Həmişə sönük gördüyümüz bazarda kifayət qədər kirayə ev axtarışına çıxanların şahidi olduq.

    Satıcılar mənzil bazarının canlanmasının səbəbini paytaxt Bakıda pilot layihələrin həyata keçirilməsi ilə əlaqələndirdilər: “Bakının bir neçə rayonunda söküntü işlərinə başlanılıb. Köhnə, qəzalı binaları sökərək yerində çoxmərtəbəli binalar tikirlər. Bu zaman sakinləri bir neçə illiyinə müxtəlif yerlərdə kirayə mənzillərə köçürürlər. Bu isə kirayə mənzil bazarına öz təsirini göstərir. Son zamanlar mənzil bazarında bu qədər müştəriyə rast gəlməmişdik”.

    Müştərilərlə isə kirayə mənzillərin kəskin şəkildə bahalaşdığını dilə gətirdilər. Kirayə mənzil axtarışına çıxan Rafiq Hacıyev metrostansiyaların ətrafında olan mənzillərin daha baha təklif olunduğunu bildirdi: “Bir həftədən çoxdur ki, mənzil axtarıram. Ancaq ötən ayla müqayisədə çox fərq var. “Neftçilər” metrostansiyanın ətraflarında yeni tikili binadan ikiotaqlı, orta təmirli kirayə mənzilin aylığı 400-450 manatdır. Köhnə tikililər isə nisbətən ucuzdur. İkiotaqlı orta təmirli mənzilin aylıq kirayəsi 350, üçotaqlılar isə 400-450 manatdır. Ümumiyyətlə, yeni binalarda olan mənzillərə tələbat daha çoxdur”.

    R.Hacıyev bir neçə gündür ki, nəzərdə tutduğu məbləğə kirayə mənzil tapa bilmədiyini bildirdi: “Düşündüm ki, 250-300 manata normal şəraitli ikiotaqlı ev taparam. Ancaq bu beş gün ərazində hər gün maklerlərlə əlaqə saxlasam da, ev alqı-satqısı ofislərinə baş vursam da, tapa bilməmişəm. Əslində iki ay öncə dediyim məbləğə normal ev tapa bilərdim. Təsəvvür edin ki, iki ayda kirayə evlər 100-150 manat bahalaşıb”.

    Bazarda müşahidəmiz zamanı kirayə mənzil axtaranların daha çox şəhərin mərkəzi hissələrində yaşayanlar olduğunu öyrəndik. Onlarla söhbətimiz zamanı aydın oldu ki, ev axtarışına gələnlərin bir çoxunun mənzili pilot layihə çərçivəsində plana düşüb. Həmin ailələr isə rahatlıq baxımından metro ətraflarına axın edirlər: “Nərimanov rayonunun sakiniyəm. Yaşadığım bina əlverişli yerdə yerləşsə də, qəzalı vəziyyətdə idi. Tikinti şirkəti bizimlə müqavilə bağlayıb, kirayə mənzillərə köçürür. Evim iki otaqdan ibarət olduğundan 400 manat verdilər. Bu qiymətə isə Nərimanov rayonu ərazisində kirayə ev tapmaq müşkül məslədir. Bu səbəbdən də metro stansiyalarının ətrafında ev axtarıram. Lakin burada da kirayə qiymətlər çox bahadır. Bundan əlavə, bazarda qıtlıqdır, seçim azdır. “Makler”lər sanki evləri auksiona çıxarıblar. Tələbat çox olduğundan qiymətləri süni şəkildə artırırlar. Bəzən bir mənzil üçün eyni zamanda 3-4 nəfər namizəd olur. Belə olan halda bahalaşma qaçılmazdır”.

    İqtisadçı ekspert Vüqar Bayramlı kirayə mənzil bazarında bahalaşmanın səbəblərini belə izah edir: “Aylıq kirayə haqqı yüksək olan mənzillərin kirayə haqqında son aylar hər hansı qiymət dəyişikliyi olmayıb. Çünki bu cür evlərə tələbat elə də çox deyil. Təqribən 300- 400 manat civarında olan evlərə tələb yüksəkdir. Kirayə mənzillərin bahalaşmasının əsas səbəblərindən biri rayonlardan Bakıya gələnlərin artmasıdır. Eyni zamanda turistlərin sayı da kirayə mənzil bazarındakı qiymətlərə birbaşa təsir göstərir. Bununla yanaşı, paytaxtda aparılan son söküntü işləri ilə bağlıdır. Mənzil bazarına daxil olan vəsaitin də həcmi artıb. Çünki tikinti işləri ilə əlaqədar olaraq həmin binalarda yaşayanlara iki il müddətində kirayə haqqı ödəyərək, kirayə mənzillərə köçürülür. Təbii ki, belə olan halda kirayə mənzil bazarında bahalaşma müşahidə olunur. 2018-ci ildə dövlət büdcəsindən inşaata daha çox vəsaitin ayrılası nəzərdə tutulub. Bu isə sökülən binaların sayına təsir göstərəcək. Nəticədə kirayə bazarına tələb artacaq. Lakin bu tələbat bahalı kirayə mənzillərə şamil olunmayacaq”.