Category: Cəmiyyət

  • Prezident özbaşınalıq edən bu məhkəmə hakimini işdən qovdu

    Prezident özbaşınalıq edən bu məhkəmə hakimini işdən qovdu

    Azərbaycan prezidenti İlham Əliyev Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Bəhrəm oğlu Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az azxeber.com saytına istinadən xəbər verir ki, ölkə başçısının sərəncamına görə Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Bəhrəm oğlu Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitamverilib.

  • “Digitürk”dən Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik (FOTOFAKT)

    Türkiyənin rəqəmsal televiziya yayımı sahəsində ilk və lider şirkəti olan “Digitürk”ün Dağlıq Qarabağda dileri fəaliyyət göstərir.

    Median.Az Baku.ws saytına istinadən məlumatına görə, şirkətin saytında dilerlərin fəaliyyət göstərdiyi xarici ölkələr arasında Dağlıq Qarabağ da göstərilir.

    “Yeni IP qutumuzu nağd ödəmə ilə satın almaq üçün aşağıdakı dilerlərimizlə əlaqə yarada bilərsiniz”, – deyə saytda qeyd edilir.

    Məsələ ilə bağlı “Digitürk”ün Azərbaycandakı filialı ilə əlaqə saxladıq. Filialdan BAKU.WS-ə “Digitürk”ün Dağlıq Qarabağda dilerinin fəaliyyət göstərməsindən xəbərləri olmadığını bildirdilər.

    Eyni zamanda qeyd edildi ki, məsələ ilə bağlı “Digitürk”ün baş ofisinə müraciət ediləcək.

  • Azərbaycanın ən yaşlı tələbəsini tanıyın – VİDEO

    Azərbaycanın ən yaşlı tələbəsi Azərbaycan Dillər Universitetində təhsil alır.

    Median.Az “Xəzər xəbər”ə istinadən məlumatına görə, övladı yaşındakı tələbələrlə birlikdə eyni parta arxasında oxuyan Bəhram Şamilov müəllim olmaq istəyir.

    Universitetin üçüncü kurs tələbəsi olan Bəhramla elə imtahan verərkən söhbətləşdik.

    Onun sözlərinə görə, bu təhsil aldığı ilk universitet deyil. Bundan əvvəl o, Moskvada oxuyub və Azərbaycanda Tibb Universitetini bitirib. Bir müddət dövlət müəsissələrinin birində həkim kimi çalışıb. Həmsöhbətim artıq bir neçə imtahını da uğurlu verib.

    Bəhram Şamilov deyir ki, universitetdə ən yaşlı tələbə olmasına baxmayaraq tələbə yoldaşları ilə də münasibəti yaxşıdır. Onlar kimi vaxtı-vaxtında dərsə gəlir və verilən tapşırıqları yerinə yetirir.

    Dillər Universitetinin Tələbə-elmi cəmiyyətinin sədr müavini Şahin Sərdarlı deyir ki, Bəhram Şamilov universitet həyatında da aktivliyi ilə seçilir.

    Bəhram Şamilov bildirdi ki, universiteti bitirdikdən sonra bir müddət ingilis dili müəllimi kimi çalışacaq.

  • Dilənçilik biznesi – onların arxasında duran sirli qara qüvvələr

    Qapımız döyüldü açdım, həyətə 35 yaşlarında qaraçı qadın girdi, dilənirdi.”Sən o gözəl canın, mənə çörək pulu ver, acam yemək ver, çay ver” dedi.

    Axtardığım fürsət özü ayağıma gəlmişdi. Nə zamandı dilənçilərlə bağlı yazacağım yazının daha bir qəhərmanı öz ayağı ilə qapıma gəlmişdi.

    -Sənə pul da verəcəm, yemək də çay da , amma bir sözümə düzgün cavab verməyini istəyirəm, olarmı?

    -Olar.

    -Sən gündə nə qədər qazanısan?

    -Bizdə günə 50 manata qazanan dilənçiyə zəif dilənçi deyirlər, hələ işini öyrənməmiş sayılır.

    -Hardan gəlmisən

    Yevlax rayonundan

    Bax beləcə dilənçi qadınla onların biznesi barədə söhbətimiz başladı, bəlkə də şəhər əfsanəsi kimi gəzən bir çox faktları da o adi reallıq kimi dilə gətirdi.

    “Dilənmək üçün polisə də pul veririk. Yoxsa rahat olmağa qoymurlar. Harda oturmağımızdan, nə qədər gəlir gətirən yer olmasından asılı olaraq qiymətlər dəyişir. Metro staniyaları yaxınlığında oturub dilənlərin qazancı da çox olur, polisə verdiyi ” dolya” da”.

    Elə bu yerdə qarlı bir gündə “Əhmədli” metrostansiyası yaxınlığında bir dilənçi ilə etdiyim söhbət yadıma düşdü. Telefonumu düzəltirməyə çalışdığım bir dükanın qarşısında qarın üstündə altına bir karton parçası qoyaraq oturmuş çox kök bir qadın muğam ifaçılarının həsəd aparacağı yanıqlı bir avazla dilənirdi. “Ürəyim ağrıdı, bu soyuqda bu qarda necə oturub dedim”. Dükan sahibi gülümsədi. “Vallah ağrıyıb eləməsin, o hər gün burda polisə ən az 100 manat peşkəş verir, hər axşam da arxasınca qara bir “Lexus” gəlir dedi.

    Daha bir maraqlı faktı da qapımıza gələn dilənçi danışdı. Qardaşı hər gün xarici markalı böyük avtomobili ilə diləndiyi yerə gəlir, avtomobilin içindən düşəndə üstü başı abırlı bir adam kimi düşür. qapını bağlayıb əlindəki torba ilə uzaqlaşır. Sonra gözdəniraq bir yerdə üstünü dəyişib dilənçi paltarını geyib gəlir oturur maşının təkərinin dibində. Axşama qədər dilənib, gecə yenə minir avtomobilinə çıxıb gedir. Bu kimi faktlar ” elit” dilənçilər arasında fəxrlə danışılır.

    Dilənçilər iki qrupa bölünür: dələduzlar və kölələr. Onlar gündəlik yer pulu ödəyirlər. Dilənçilərin 40 faizi zorla saxlanılır və ancaq yemək üçün işləyirlər. Adətən onlar heç kimləri olmayan rayon adamlarıdır. O cümlədən uşaqlardır.Metro və ibadət yerlərinin yaxınlığında olan dilənçilər «sahibkar» üçün çalışırlar. Kənardan başqa şəxslərin gəlib burada dilənməsi qeyri mümkündür. Onlar sadəcə qovulurlar.Ancaq ən yaxşı pul götürənlər əli-ayağı olmayan əlillərdir. Onlar əl-ayaqlarının şikəst yerlərini açıq-aşkar nümayiş edirlər ki, insanlar daha çox mərhəmət etsinşlər. Qeyd edək ki, bu növ dilənçilər yaxşı gəlir mənbəyi olduqları üçün dilənçilər arasında ən yüksək təbəqəyə malikdirlər. Diləndirilən şikəst dilənçilər uşaqkən oğurlanıb süni şəkildə şikəst edilənlərdir. dilənçilər oğurlanmış uşaqları bilərəkdən yandırır, qollarını, ayaqlarını amputassiya etdirir, üzlərinə turşular tökür ki, şikəst və xəsarət almış uşağa daha çox yazığımız gəlir və cibimizdəki son qəpiyi də verməyə hazır oluruq.

    Onların arxasında duran gizli qara qüvvələr böyük pullar qazanır, diləndirilən şikəstləri, uşaqları “iş yerlərinə” xüsusi avtomobillərlə gətirib- aparırlar. Yəni polis istəsə bu gizli mafiyanın arxasına düşə və minlərlə insanın taleyini xilas edə bilər. Amma kimsənin bunda maraqlı olduğu hiss olunmur.

    Qanun nə deyir?

    Polis kapitanı Alim Məmmədovun Bizimyol.info saytına verdiyi məlumata görə,saxlanılan dilənçilər Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndərilirlər. Bu məntəqədə həmin adamların şəxsiyyəti müəyyənləşdirilir. Bundan sonra isə onlar öz yaşadıqları yerlərə göndərilir. Amma yaşadıqları ərazilərə göndərilən dilənçilər az sonra təkrar Bakıya üz tuturlar. Onların qarşısını almaq mümkün deyil. Sən göndərirsən,o elə həmin gün yarı yoldan qayıdır geriyə. Bakı dilənmək üçün onlara daha əlverişlidir. Həbs etməklə, qadağalar qoymaqla onların qarşısını almaq olmaz. Kimisə tutub 15 sutka iş kəsməklə nə ictimai-inzibati xətaların, nə də cinayət tərkibli əməlin qarşısını almaq olar. Artıq bu cür metodlar keçmişdə qalıb. Artıq bu cür metodlar effekt vermir. İndi bütün problemlərin həlli hüquqi dövlətlərdə olduğu kimi təkliflərdən, profilaktik tədbirlərdən keçir. Paytaxtda hansısa böyük miqyaslı tədbir keçirildikdə DİN Çevik Polis Alayı, rayon polis idarələri dilənçilərin axınını qarşısını müvəqqəti olaraq alırlar. Amma bu daimi olmur, nəzarət zəifləyən kimi köhnə hal təkrarlanır. Qanunvericiliyə əsasən, dilənçiliklə məşğul olmaq inzibati xətadır. İnzibati Xətalar Məcəlləsinin avaralıqla məşğulolma adlı 307-1-ci maddəsi mövcuddur. Bu şəxslərlə məşğul olan orqan Daxili İşlər Nazirliyidir. Dilənçiliklə məşğul olan şəxslər barəsində protokol tərtib olunur və 20 manatdan 25 manata qədər cərimə müəyyən olunub. Əgər dilənçiliklə məşğul olan şəxs öz yetkinlik yaşına çatmayan övladını da bu işə cəlb edirsə, 10 manatdan 15 manata qədər əlavə cərimə tətbiq edilir. Bu kifayət etmədikdə isə şəxs barəsində 15 günədək inzibati həbs seçilə bilər”.

    Dövlət Statistika Komitəsi və Ailə, Qadın, Uşaqların İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, bu gün Azərbaycanda 700-ə yaxın dilənçi uşaq var. Amma bu yalnız qeydə alınanlardır və gördüklərimiz belə deməyə əsas verir ki, 700 dilənçi Bakının elə tək bir rayonu ərazisində fəaliyyət göstərir. Hüquqi demokratik dövlətlərdə dilənçilik kütləvi hal alanda onlara qarşı mübarizə aparan orqan, Post Patrul Xidməti müəyyən bir təkliflə Nazirlər Kabinetinə çıxır.

    Bir neçə ay öncə Bakının Əhmədli qəsəbəsində itkin düşən 10 yaşlı Abbasov Amilin tapılması və itkin düşdüyü günlər ərzində dilənçilər tərəfindən diləndirildiy barədə xəbər əslində cəmiyyət üçün həyəcan təbili olmalıydı. Lakin olmadı.
    Xatırladım ki, uşağın anası isə bildirmişdi ki, uşaq oynayarkən yanında 4 uşaq olan qaraçı qadın onu çağırıb və bütün günü soyuqda diləndirib. Uşaq soyuqda qalmaqdan eşitmə qabiliyyəti zəifləmiş və xəstələnmişdi. Qaraçı qadın uşağın internetdə şəklini və axtarışda olduğunu bilərkən gətirib onu oğurladığı yerdə buraxıb gedib. Təssüflər olsun ki, sonra nə bu qaraçı qadın tapıldı, nə də kimsə bu insanların təhlükəli olması barədə düşündü. Əksinə onlardan qorxmaq , ehtiyat etmək əvəzinə mərhəmət göstərib , pul verməyə, ” savab qazanmağa” davam edirik.
    Avtobuslarda dilənib pul qazananlara gəlincə..Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə bildirib ki, dilənçiləri avtobusda fəaliyyəti qadağandır və onlar sürücülərin diqqətini yayındıra bilər. Bakı Nəqliyyat Agentliyindən də bildirdilər ki, avtobuslardakı dilənçilərə qarşı mübarizə aparmaq, hər hansı tədbir görümək qurumun səlahiyyətləri çərçivəsində deyil. Bəs kimin səlahiyyətindədir? Ya dilənçilər qanundakı boşluqları yaxşı biləcək qədər savadlıdırlar, ya da hansısa böyük bir əl qəsdən bu boşluqlara yol verir.

    Mənbə: bizimyol.info

  • Güləşçimiz Rusiya idmançısı kimi təqdim olundu – FOTOFAKT

    Güləşçimiz Rusiya idmançısı kimi təqdim olundu - FOTOFAKT

    Xəbər verdiyimiz kimi, Azərbaycan idmançıları artıq 3-cü mövsümdür ki, Hindistanda sərbəst güləş üzrə kişi və qadınlar arasında keçirilən Pro Restlinq Liqada (Pro Wrestling League) mübarizə aparır.

    Oxu.az xəbər verir ki, üçqat dünya çempionumuz Hacı Əliyev və Aslanbəy Alborov “Dehli Sultanları” (Delhi Sultans) klubunda, digər güləşçimiz Cəmaləddin Məhəmmədov isə “Danqal” komandasında çıxış edir.

    Lakin təşkilatçılar idmançılarımızdan Cəmaləddin Məhəmmədovla bağlı texniki səhvə yol veriblər. Belə ki, o, turnirin saytında Rusiya idmançısı kimi təqdim olunub.

    Qeyd edək ki, “Dehli Sultanları” ilk turda “Mambey Maharathi” komandasına uduzub – 41:54. 92 kq çəki dərəcəsində mübarizə aparan Aslan Alborov Kadian Satyavarta 15:0 qalib gəlib. 65 kq çəkili üçqat dünya çempionumuz Hacı Əliyev isə Toğrul Əsgərovun Olimpiadanın finalında uduzduğu rusiyalı Soslan Ramonova 2:3 yenilib.

    Cəmaləddin Məhəmmədovun komandası isə “Pəncab Kralları”na (Punjab Royals) 40:33 hesabı ilə qalib gəlib. 125 kq-da çıxış edən ağır çəkili legionerimiz gürcü Ceno Petriaşviliyə 3:4 uduzub. Bu nəticələrdən sonra altı komandanın iştirak etdiyi turnirdə “Danqal” 2 xalla lider, xalsız “Dehli Sultanları” isə sonuncu pillədə qərarlaşıb.

  • Azərbaycanlı qız polisi maşınla vurub ,”kapot”da sürüdü və Bakıya qaçdı – FOTO + VİDEO

    Сбившая полицейских азербайджанка: Мусоров не жалко – ФОТО + ВИДЕО

    Ukraynada gənc qadın avtoxuliqan peyda olub. Söhbət Lvov şəhərinin 26 yaşlı sakini, azərbaycanlı Elnarə Əbiyevadan gedir.

    Virtualaz.org-un verdiyi məlumata görə, son illərdə o, dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün saxlanılıb.

    Lakin yanvarın 7-də Əbiyeva bir az da uzağa gedib.

    Lvov polisinin mətbuat xidmətinin rəsmi məlumatına əsasən, “Peugeot” avtomobilini idarə edən qadın təxminən saat 14-də General Çuprinka küçəsində saxlanılıb – o, qarşı yolda yerləşən tramvay xəttinin üzərinə çıxıb. Polis əməkdaşları sürücüdən sənədlərini təqdim etməyi tələb ediblər, lakin Əbiyeva bundan imtina edib.

    Qayda pozucusu ilə ünsiyyət zamanı müfəttişlər fikir veriblər ki, qadın özündə deyil və narkotik sərxoşluğu vəziyyətindədir. Elə bu vaxt Əbiyeva gözlənilmədən maşını sürüb və müfəttişlərdən birini vuraraq, kənara tullayıb.

    Bundan dərhal sonra avtoxuliqan qadın ikinci müfəttişi də vurub, lakin bu müfəttiş daha möhkəm çıxıb və maşının kapotundan yapışıb. Yaranmış vəziyyət Elnarəni dayandırmayıb, o, kapotun üstündə polis müfəttişi ilə maşını bir neçə küçə boyunca qovub. Təxminən 500 metrlik bu məsafə yolboyu quraşdırılmış kameralara düşüb və əsl Hollivud filmlərini xatırladıb.

    Son nəticədə, Elnarə Əbiyeva müfəttişi kapotun üstündən yerə ata bilib və polis əməkdaşı böyük sürətlə yola sıçrayıb, qadın sürücü isə aradan çıxıb.

    Məlum olduğuna görə, xəsarət almış polis əməkdaşı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onun qolunun sındığı, bir sıra digər xəsarətlər aldığı müəyyən olunub. Patrul Roman Pilipenko hadisənin qeyd olunduğu videonu sosial şəbəkələrdə yayımlayıb və avtoxuliqanın adını açıqlayıb – Elnarə Əbiyeva.

    Lakin sonradan həmin qadının başına gələnlər müəmmalıdır – sosial şəbəkələrdəki fəallığını nəzərə alsaq, Elnarə azadlıqdadır.

    O, “VKontakte” sosial şəbəkəsində, habelə “İnstagram”da publika üçün bağlı səhifədə özünün balaca qızı ilə fotolarını yayır. Əbiyeva polislə baş vermiş insidenti ertəsi gün sosial şəbəkədə özünəxas şəkildə şərh edib: “Bəzi “zibilləri” saymasaq bayram əla keçdi. Həyatdan zövq alın və zibil olmayın”. Fotolara əsasən, Əbiyeva yeni il tətilini doğma Bakıda keçirib.

    Yanvarın 10-da isə o, “İnstagram”da davranışları barədə ünvanlanmış sual yağışını dayandırmaq ümidi ilə qeyd yerləşdirib. Sosial şəbəkələrdə Əbiyeva elnara_star niki ilə tanınır. Qeyd edək ki, hazırda onun səhifəsi qapalıdır.

    Maraqlıdır ki, yerli fəal Martin Brest “Facebook”da qızın qaçdığını, ancaq adının İnterpolun bazasına daxil edilmədiyini yazır. Lvov polisi bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşına müqavimət göstərən və zor tətbiq edən xuliqanı 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

    Сбившая полицейских азербайджанка: Мусоров не жалко – ФОТО + ВИДЕО






  • Sinoptiklər: Bəzi meteohəssas insanlarda narahatlıq yarana bilər

    Синоптики предупредили метеочувствительных людей

    Bakı və Abşeron yarımadasında yanvarın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən oxu.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında yanvarın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturunun gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

    Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 13-15-də Abşeron yarımadasında nisbətən dəyişkən hava şəraiti və arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

  • Hava kəskin soyuyacaq – XƏBƏRDARLIQ

    Погода резко ухудшится – ПРЕДУПРЕЖДЕНИЕ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

    Departamentdən oxu.az-a verilən məlumata görə, yanvarın 13-də axşam şimal rayonlarından başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

    Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

    Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

  • Minlərlə sözün yazılışı dəyişdirilir – TƏKLİF

    Minlərlə sözün yazılışı dəyişdirilir – TƏKLİF

    “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi hazırlanıb və ictimaiyyətə təqdim olunub.

    “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

    Qaydalar layihəsi təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək.

    Median.Az layihənin tam variantını təqdim edir:

    Əsl Azərbaycan sözlərinin yazılışı

    1. Azərbaycan dilinin lüğət tərkibində əksəriyyət təşkil edən milli sözlərin bir çoxu deyildiyi kimi yazılır: addım, dəniz, gəlin, günəş, qoşun, oğul və s.

    2. Son səsi [x] və ya [ğ] kimi tələffüz olunan milli sözlər q hərfi ilə yazılır: ayaq,bar­maq, bulaq, dayanacaq, qatıq, qonaq, otaq, yaxşılıq, yanaq və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda q~ğ əvəzlənməsi baş verir: ota­­­ğa, bulağın, qonağımız və s.

    Qeyd: Son səsi [kʹ] kimi tələffüz olunan bir qrup alınma sözlər də q hərfi ilə yazılır: filoloq,ittifaq, müstəntiq, natiq, şəfəq, texnoloq, üfüq, vərəq və s. Əsl Azərbaycan sözlərindən fərqli ola­­­raq, bu qəbildən olan sözlərin sonuna saitlə başlanan şəkilçi qoşulduqda yazıda heç bir də­yi­şik­lik baş vermir: filoloqa, şəfəqi, üfüqə və s.

    3. Son səsi [xʹ] kimi tələffüz olunan iki və çoxhecalı milli sözlər k hərfi ilə yazılır: bilək, birlik, külək, ürək, üzərlik, üzük və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda k~y əvəzlənməsi baş verir: biləyi, bir­li­yimiz, ürəyim, üzüyün və s.

    Qeyd: Söz sonunda [k] kimi tələffüz olunan əksər alınma sözlərə isə bu qayda şamil edil­mir, yəni onlarda əvəzlənmə baş vermir: əmlak-əmlaka, iştirak-iştirakımız, mexanik-mexanikə, şərik-şəriki, tex­nik-texnikin və s.

    4. Son səsi həm [t], həm də [d] kimi tələffüz olunan iki və çoxhecalı milli sözlər d ilə yazılır: bulud, palıd, söyüd və s. Bu qayda ona əsaslanır ki, həmin söz­lə­rə saitlə başlanan şəkilçi qoşulduqda sondakı samit [d]kimi səslənir.

    Qeyd: Polad, sənəd, təqaüd və s. kimi alınma sözlər də bu qaydaya əsaslanır.

    5. Son səsi həm [k], həm də [g] kimi tələffüz olunan milli sözlər g hərfi ilə yazılır: çələng, pələng, səhəng, tüfəng və s. Dördüncü bənddəki qayda bu sözlərə də aiddir.

    Qeyd: Bu qayda ahəng, qəşəng, nəhəng kimi alınma sözlərə də şamil edilir.

    6. Son səsi həm [c], həm də [ç] kimi tələffüz olunan sözlər c hərfi ilə yazılır: kərpic, qılınc, ülgüc və s. Dördüncü bənddəki qayda bu bəndə də aiddir.

    7. Ədəbi tələffüzdə ilk səsi [ı] ilə deyilən sözlər olmadığı üçün aşağıdakı milli sözlər i ilə yazılır: ilan, ildırım, ilğım, ilxı, ilıq, inanmaq, işartı, işıq və s.

    Alınma sözlərdə saitlərin yazılışı

    8. O saitli alınma sözlər [a] və ya [o] ilə tələffüz edilməsindən asılı olma­ya­raq, o ilə yazılır: avtomat, ensiklopediya, kollec, kollektiv, kom­bi­nat, laborant, Moskva, motor, obyekt, Odessa, poçtalyon, poema, poeziya, problem, pro­fes­sor, solist, velosiped və s.

    9. İkinci hecasındakı saiti [i], bəzən də [ü] ilə tələffüz olunan ərəbmənşəli sözlər ənənəvi-tarixi prinsipə əsasən i ilə yazılır: külli (miqdarda), müdir, müdrik, müflis,müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, müsibət və s.

    Qeyd: Mühüm və üfüq sözlərindəki ikinci heca ü hərfi ilə yazılır.

    10. Mənbə dildə tərkibində u saiti ilə yazılan və [yu] kimi tələffüz olunan aşağıdakı sözlər ədəbi dilimizin fonetik qaydalarına uyğun olaraq ü ilə yazılır: alüminium, bülleten, büro, jüri, karbürator, kompüter, Lüksemburq, paraşüt, süjet, tütor, uvertüra və s.

    11. Sonu a saiti ilə bitən alınma sözlər iki cür yazılır:

    a) Aşagıdakı sözlərin sonunda a hərfi ya­zıl­mır: aksiom, anket, ap­tek, atmosfer, fab­­rik, fonem, kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür, qrup, leksem, lent, ma­şın, perspektiv, planet, pyes, reklam, rezin, sistem, sis­tern, sitat, teorem, vitrin və s.

    b) sonundakı a saiti atılarkən mənası anlaşılmayan və ya başqa məna verən sözlər mənbə dildəki kimi a hərfi ilə yazılır: botanika, doktrina, forma, kamera, qram­ma­tika, norma, poetika, poeziya,respublika, taktika və s. Belə sözlərin sonun­da a hərfi ya­zılmadıqda məna dəyişikliyi baş verir. Məsələn, botanika elm sahəsi olduğu hal­da, botanik sahə üzrə mütəxəssisdir.

    12. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində metafor, profilaktori, sanatori şəklində verilmiş sözlərin metafora, profilak­to­riya, sana­to­ri­ya kimi yazılması tövsiyə olunur.

    13. Mənbə dildə birhecalı olub, tələffüz zamanı, adətən, sonundakı iki samit arasına i və ya ü saiti artırmaqla tələffüz olunan ərəbmənşəli sözlər iki cür yazılır:

    a) iki saitlə yazılanlar: ağıl, cisim, eyib, ətir, feil, fəsil, fikir, heyif, isim, izin, qəbir, qədir, qisim, meyil, Misir, nəsil, ömür, səbir, sətir, sinif, şeir, şəkil, zehin;

    b) bir saitlə yazılanlar: cəbr, əmr, əsl, həbs, həsr (etmək),hökm, hüsn,hüzn, hüzn, kəsr, qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv, zülm və s.,

    Bu qisimdən olan sözlərin bir çoxu iki saitlə yazıldıqda başqa mənalı sözlər – paronimlər alınır: əsl –əsil, əsr – əsir, həsr – həsir, kəsr – kəsir , nəfs – nəfis və s.

    Söz köklərində samitlərin yazılışı

    14. Rus dilində tərkibində ц samiti olan Avropa mənşəli alınma sözlərin ya­zı­lışında aşağıdakı qaydalar əsas götürülür:

    a) ümumi isimlər s ilə yazılır: aseton, dosent, konsert, lisey, sex, sement, senzura, sirk və s.

    Qeyd: Vitse sözü istisnadır, ts ilə yazılır.

    b) xüsusi isimlərdə sözün əvvəlində s ilə (Setkin, Sialkovski və s.); sözün ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov və s.) yazılır:

    15. Rus dilində tərkibində щ hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:

    a) sözün əvvəlində və sonunda işlənən щ samiti əvəzinə ş yazılır:

    borş, Şedrin, Şerba, Şors və s.

    b) Sözün ortasında işlənən щ samiti əvəzinə qoşa şş yazılır: Quşşin, meşşan, Pleşşunov, Vereş­şa­gin və s.

    16. Rus dili vasitəsilə dilimizə keçmiş aşağıdakı alınma sözlər (ümumi və xü­susi isimlər) əslinə uyğun olaraq h hərfi ilə yazılır: Haaqa, Hamburq, har­mo­ni­ya, Havana, Hegel, hektar, heroqlif, Heyne, hidrogen, himn, hospital, Höte, humanizm və s.

    17. Birinci və ikinci hecasındakı samiti, əsasən, [m] ilə tələffüz olunan sözlər n samiti ilə yazılır: anbar, günbəz, İstanbul, qənbər, sünbül, şənbə, tənbəl, zənbil.

    Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır.

    18. -iy, -skiy ilə qurtaran xüsusi isimlərin sonundakı y samiti yazılmır: Qorki, Mayakovski, Yaroslavski.

    19. Kimyəvi element adları mənbə dildəki kimi yazılır: kalium, maqnezium, natrium və s.

    20. Mənbə dildə [c] kimi tələffüz olunan alınma sözlər c hərfi ilə də yazılır: Cek London, cemper, Siciliya və s.

    21. Mənbə dildə g samitli alınma sözlər g ilə də yazılır: biologiya, dialek­to­lo­giya, general, genezis, geologiya, gigiyena, gimnastika, gitara və s.

    22. Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazıl­ma­sı məqsədəuyğun sayılır: əskər, əskinas, İskəndər, işkəncə və s.

    Qeyd: Bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılmışdır. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçmişdir.

    23. Mənbə dildə w samitli alınma sözlər Azərbaycan dilində v ilə yazılır: veb-sayt, Vilyam, vindos, vörd və s.

    Qoşasaitli və qoşasamitli sözlərin yazılışı

    24. Kökündə eynicinsli və müxtəlifcinsli qoşa sait işlənən alınma sözlər ədəbi dildəki tələffüzündən asılı olmayaraq, qoşa saitlə də yazılır: ailə, bədii, camaat, əcaib, əmtəə, ideal, maaş, müalicə, okean, saat, stadion, zəif və s.

    25.Milyon və milyard sözləri mənbə dildəki yazılışından asılı olmayaraq, bu şəkildə yazılır.

    26. Hecalarından biri p samiti ilə bitib, sonrakı hecasının ilk samiti [b] kimi səslənən sözlər qoşa pp samitiilə yazılır: guppultu, hoppanmaq, şappıltı, tap­­pıl­tı, toppuz və s.

    27. Hecalarından biri k samiti ilə bitib, sonrakı hecasının ilk samiti [g] kimi səslənən sözlər qoşa kk samiti ilə yazılır: mürəkkəb, mütəkkə, səkkiz və s.

    28. Hecalarından biri t samiti ilə bitib, sonrakı hecasının ilk samiti [d] kimi səslənən sözlər qoşa ttsamitiilə yazılır: əlbəttə, hətta, Səttar və s.

    29. Hecalarından biri q samiti ilə bitib, sonrakı hecasının ilk samiti [kʹ] kimi səslənən sözlər qoşa qq samiti ilə yazılır: diqqət, doqquz, saqqal və s.

    30. İki sait arasında gələn qoşa samitli sözlər qoşa samitlə yazılır: ballada, ka­­pella, kassa, klassik, qəyyum, libretto, nəqqaş, operetta, səyyar, şassi, vassal, və s.

    Qeyd: Mənbə dildə tərkibində ll, nn, pp qoşa samitləri olan alınma sözlər aşağıdakı kimi yazılır: paralel, anten, ton, qrup, aparat və s.

    31. Mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir sa­mit­lə yazılır: hüsnxət, kiloqram, kilovat, metal, mühüm, rəsmxət, sərhəd və s.

    32. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: fənn, haqq, hiss, xətt, küll, rədd, sirr, vatt, zənn, zidd və s.

    Belə sözlərə samitlə başlanan şəkilçi artırdıqda onların kökündəki qoşa sa­mitlərdən biri düşür: fənn – fənlər, haqq – haqsız, xətt – xətdən, sirr – sirlər və s.

    Qeyd:

    Bu qayda hiss və küll sözlərinə şamil edilmir. Çünki həmin sözlərin son samitlərindən bi­ri­ni atdıqda onlar başqa məna daşıyır: his (ocağın hisi), kül (siqaretin külü). Hiss sözünə yalnız –siz şəkilçisini artırdıqdakökdəki s samitlərindən biri ixtisar olunur.

    33. Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa ss samitindənyalnız biri yazılır: ekspress – ekspres, konqress-konqres, stress – stres və s.

    34. Mənbə dildə ss qoşa samiti ilə başlayan ssenari sözünün əvvəlində bir s hərfi yazılır: senari. Həmin sözdən düzələn sözlərdə də bu qaydaya əməl edilir.

    35. Mənbə dildə söz ortasında qoşa ss samiti olan aşağıdakı sözlər də bir s hərfi ilə yazılır: masaj, pasaj, şose və s.

    36. Mənbə dildə tərkibində qoşa mm samiti olan və sonu a saiti ilə bitən sözlər aşağıdakı kimi yazılır: diaqram, proqram, stenoqram, teleqram və s.

    37. Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində -iyyat,- iyyət və -iyyə şə­kil­çisi olan sözlər qoşa yy samiti ilə yazılmışdır. Hazırda həmin sözlər bir [y] ilə tə­ləf­füz olunur. Buna görə də fonetik prinsipə əsaslanaraq tərkibində həmin şəkilçilər olan sözlərin bir y ilə yazılması məqsədəuyğun sayılır. Məsələn: cərrahiyyə – cər­ra­hiyə, döv­riy­yə – dövriyə, ədəbiyyat – ədəbiyat, fəaliyyət – fəaliyət, maliyyə – maliyə, üs­lu­biy­yat – üslubiyat və s.

    Qeyd: Qəyyum, səyyah, səyyar, səyyarə, təyyar kimi sözlər istisnadır. Ehtiyat, mərsiyə, saniyə, təhkiyə, tərbiyə, təziyə, tövsiyə kimi sözlər isə indiyədək bir y ilə yazılmışdır və onların yazılışı olduğu kimi qalır.

    Şəkilçilərin yazılışı

    38. Sözdüzəldici şəkilçilər aşağıdakı kimi yazılır:

    1) Bir cür yazılan alınma şəkilçilər:

    -i şəkilçisi: cənubi, daxili, elmi, həyati,Naxçıvani, şimali, Şirvani, tarixi və s.

    Sonu saitlə bitən sözlərdə bu şəkilçi –vi şəklində olur: ailəvi, dairəvi, Gəncəvi, kimyəvi, kütləvi və s.

    -varı şəkilçisi: buynuzvarı, qalxanvarı, üzükvarı, yüngülvarı və s.

    -stan şəkilçisi: Samitlə bitən sözlərdə bu şəkilçinin əvvəlinə ahəng qanununa uyğun olaraq ı, i, u, ü saitləri artırılır: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan. Saitlə bitən sözlərdə isə şəkilçi olduğu kimi qalır: Gürcüstan.

    2) İki cür yazılan şəkilçilər:

    Kar samitlə bitənlərdə: -qan, -kən; cingiltili samitlə bitənlərdə -ğan, -gən:

    burulğan, çalışqan, deyingən, döyüşkən, sürüşkən, yapışqan və s.

    3) Dörd cür yazılan şəkilçilər:

    -kı, -ki, -ku, -kü şəkilçisi: axşamkı, bildirki, gündüzkü, onunku, səhərki və s.

    Sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçisi: badımcanı, Ceyranı, çərkəzi, darçını, dərbəndi, gümüşü, narıncı, novruzu, Vağzalı və s.

    Sonu saitlə bitən sözlərdə bu şəkilçilərin əvvəlinə y samiti artırılır: bənövşəyi, buğdayı, xurmayı, sürməyi və s.

    4) Feil köklərindən isim və sifət düzəldən şəkilçilər.

    Sonu kar samitlə bitən sözlərdə:

    – qı, -ki, -qu, -kü: asqı, pusqu, seçki, sürtkü və s.

    – qın, -kin, -qun, -kün: bitkin, ötkün, satqın, tutqun və s.

    Sonu cingiltili samitlə bitən sözlərdə:

    -ğı, -gi, -ğu -gü: bölgü, çalğı, vergi, vurğu;

    -ğın, -gin, -ğun, -gün: əzgin, qırğın, süzgün, yorğun.

    39. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 2-yə, 3-də, 5-i, 6-nın, 17-si, 20-dən. Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 2-ci, 3-cü, 6-cı, 10-cu.

    40.Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X və s.

    Mürəkkəb sözlərin yazılışı

    41. Aşağıdakı mürəkkəb sözlər bitişik yazılır:

    a) bir vurğu ilə deyilən müxtəlif sözlər: arabir, balacaboy, beşillik, beş­mər­təbəli, bugünkü, Bülbüloğlu, Çər­kəz­qızı, dilucu, Əliağa, gülərüz, günəbaxan, hərgecəki, Həsənoğlu, köhnəfikirli, qalxanabənzər, qanunvericilik, qara­saç­lı, Qənbərqızı, qurultayqabağı, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, türk­mən­şəli, ucdantutma, ümum­b­ə­şə­ri, yenifikirli və s.

    b) eyni feil kökünün təkrarı və a, ha bitişdiricilərinin vasitəsilə yaranan mürəkkəb isimlər: gəlhagəl, qaçaqaç, tutatut, vurhavur və s.

    Qeyd: Sözün kökü kar samitlə bitdikdə a, cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır.

    c) eyni sözün təkrarı və ba, bə bitişdiricisinin vasitəsilə yaranan mürəkkəb zərflər: addımbaaddım, aybaay, günbəgün,ilbəil və s.

    ç) kino və foto sözləri ilə başlanan mürəkkəb isimlər: fotoalbom, fotomüxbir, kinofilm, kinoteatr və s.

    42.Tərkibində anti, audio, avia, avto, makro, mikro, mini, mono, multi, nano, neo, post, super, ultrahissəcikləri olan mürəkkəb sözlər bitişik yazılır: antivirus, multikulturalizm, superdövlət, supermarket, aviasalon, avtopark, miniavtobus, nanotexnologiya, nanohissəcik, neofaşizm, neorealizm, postsovet, postmodernizm və s.

    43. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq aşağıdakı mürəkkəb sözlər defislə yazılır:

    a) qoşa sözlər: adda-budda, aşıq-aşıq, az-maz, dedi-qodu, əzik-üzük, həlləm-qəlləm, kağız-kuğuz,qara-qura, qonaq-qara, sür-sümük, top-top və s.

    b) tərkibində eks, əks, kontr, qeyri, ober, vebhissəcikləri olan mürək­kəb sözlər: eks-prezident, əks-səda, kontr-admiral, qeyri-adi, qeyri-iradi, ober-leytenant, veb-dizayner, veb-səhifə, vitse-admiral;

    c) izafət tərkibləri: həddi-büluğ, külli-aləm, külli-ixtiyar, nöqteyi-nəzər, tərcümeyi-hal, tərzi-hərəkət;

    ç) cəhətlər arasını bildirən mürəkkəb sözlər: cənub-qərb, şərq-qərb, şimal-şərq;

    d) tərkibində mənaca bir-birinə yaxın və ya zidd anlayışları bildirən sözlər: ab-hava, adlı-sanlı, ağıllı-kamallı, alğı-satqı, az-çox, baş-ayaq, dərə-təpə, dinməz-söyləməz, elə-belə, gec-tez, iki-üç, naz-qəmzə, nəvə-nəticə, ölüm-itim, pis-yaxşı,

    söz-söhbət, təhvil-təslim, ucsuz-bucaqsız və s.

    e) ölçü vahidlərini bildirən isimlər: kiloelektron-volt, kilovat-saat, qram-kalori və s.

    ə) birinci tərəfi sifətin dərəcə əlaməti kimi işlənən açıq və tünd sözlərinin, eləcə də müəyyən məna çalarlığı bildirən ala sözünün iştirakı ilə yaranan mü­rək­kəb sifətlər: açıq-sarı, ala-seyrək, tünd-göy və s.

    Köməkçi sözlərin yazılışı

    44. İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə qurtaran zərflərdən və feillərdən sonra ayrı, samitlə bitən feillərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata ikən, ata imiş, gəlirkən, gəlməli idi, gəlməli ikən, gəlməli imiş, gəlmiş imiş, gəlmişdi, uşaq idi, uşaq ikən, uşaq imiş və s.

    Qeyd: Saitlə bitən feillərdən sonra gələn bu köməkçi sözlərin ilk saiti buraxılaraq y bitiş­diri­cisinin əlavəsi ilə yazılışı da məqbul sayılır: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəl­mə­liy­di və s.

    45. Qoşmalar iki cür yazılır:

    1) birhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək;

    Qeyd: Xas qoşması istisnadır, aid olduğu sözdən ayrı yazılır: Bu dilə xas xüsusiyyət.

    2) ikihecalı qoşmalar (ilə. kimi, qədər, ötrü, təki, təkin, üçün) aid olduqları sözdən ayrı yazılır: evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün.

    Qeydlər:

    1) İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər: çəkiclə, qatarla, qələmlə və s.

    2) etibarilə, köməyilə, məqsədlə, məqsədilə, münasibətilə, vaxtilə, vasitəsilə sözləri yalnız bu şəkildə yazılır.

    46. Aşağıdakı mürəkkəb bağlayıcılar bitişik yazılır: çünki, habelə, halbuki,

    həmçinin, hərçənd, hərgah, nəinki, yaxud, yainki.

    47. Aşağıdakı bağlayıcılar və bağlayıcı sözlər ayrı yazılır: belə ki, bu­na görə də, bunun üçün, bununla da, daha da, guya ki, həm də, odur ki, ona görə də, ona görə, onun üçün də, tutaq ki, və ya, və yaxud, yoxsa ki.

    48. Ədatlar sözlərdən ayrı yazılır: daha gözəl, dedim də, di get, ən yaxşı, gör ha, lap pis, sən ki.

    -mı, -mi, -mu, -mü; -sana, -sənə və -ca, – cə ədatları istisnadır. Onlar aid olduqları sözlərə bitişik yazılır: A kos-kosa, gəlsənə, torbanı doldursana? İndicə gəlmişsən?Kitabdırmı? Qəşəngdirmi? Oxudumu? Yaxşıca dincəldim.

    Qeyd: -mı, -mi, -mu, -mü sual ədatı -da, -də köməkçi nitq hissəsindən sonra işləndikdə ayrı yazılır: O, yenə də mi danışacaq? Sən də mi gedirsən?

    49. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh,

    ha-ha-ha, pəh-pəh, uy-uy, vay-vay

    50. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray.

    Birinci hərfi böyük yazılan sözlər

    51. Ad, soyad və təxəllüs bildirən sözlərin (bəy, oğlu və qızı sözlərindən başqa) birinci hərfi böyük yazılır: Bəxtiyar Vahabzadə, İmadəddin Nəsimi, Mehdi Hüseynzadə, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Nizami Gəncəvi, Sə­məd Vurğun, Süleyman Rüstəm, Süleyman Sani Axundov, Şah İsmayıl Xətai, Uzun Həsən, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli və s.

    Qeyd: Xüsusi isimlər cəm şəkilçisi qəbul etdikdə də böyük hərflə yazılır: Nizamilər, Füzulilər, Hacı Qaralar, Həzi Aslanovlar, Mehdi Hüseynzadələr və s.

    52. Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işləndikdə böyük hərflə yazılır: Alapaça, Badə, Bəng, Bozdar, Qarğa, Qırat, Məstan, Samo­var, Tülkü və s.

    53. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün ilk hərfi böyük yazılır: Azadlıq meydanı, Çaldıran döyüşü, Dəmir dövrü, Xəzər dənizi,

    Orxon-Yenisey abidələri, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Şuşa qalası Ver­sal sülhü, Vətən müharibəsi, Yeddiillik müharibə və s.Belə mürəkkəb adlara fərq­lən­di­ri­ci söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü.

    54. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası,

    Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası.

    55. Yaradanın və səmavi kitabların adları böyük hərflə yazılır: Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur və s.

    56. Planet adları, mifonimlər böyük hərflə yazılır: Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s.

    57. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azər­baycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (adına, üzrə kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.

    Qeydlər:

    1) Tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azər­bay­can­lı­larının Həmrəyliyi Günü və s.

    2) Azərbaycan Respublikasının Təhsil naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.

    3) Tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır: Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s.

    58. Aşağıdakı mürəkkəb adların tərkibində olan sözlərin ancaq birincisi böyük hərflə yazılır:

    a) məşhur tarixi gün və bayram adlarında: İyirmi yanvar (20 Yanvar), Qurban bayramı, Səkkiz mart (8 Mart), Novruz bayramı və s.

    b) tərkibində okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə, kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq, boğaz, düz, ada, burun, körpü, düzənlik, dağ, səhra, dərə sözləri olan adlarda: Sakit okean, Qara dəniz, Kür çayı, Baykal gölü, Bakı şəhəri, Salyan rayonu, Şüvəlan qəsəbəsi, Hökməli kəndi, Neftçilər prospekti, Azadlıq meydanı, Ə.Cavad küçəsi, Şəhidlər xiyabanı, Səadət sarayı, Ramana qalası, Möminə xatun türbəsi, Şirvan qoruğu, Dardanel boğazı, Mil düzü, Nargin adası, Xudafərin körpüsü, Culfa düzənliyi, Kəpəz dağı, Yasamal dərəsi, Qaraqum səhrası, İynə burnu.

    59. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılır: Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Res­­publikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s.

    Qeyd: Azərbaycan Milli Qəhrəmanı mürəkkəb adında hər üç söz böyük hərflə yazılır.

    60. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azər­bay­can” qəzeti, “Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı”, “İstisu” mi­ne­ral suları…

    Qeyd:Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: “Xalq qəzeti”nin bugünkü nömrəsi, “Yeddi gözəl”in ilk tamaşası və s.

    61. Mirzə, hacı, şeyx, seyid, şah, soltan, bəyim və s. sözlər rütbə, ləqəb və titul bildirib, sözlərdən əvvəl gəldikdə böyük hərflə, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Fətəli xan, Hacı Qara, Heyran xanım, Mirzə Fətəli, Nadir şah, Seyid Əzim, Soltan Mahmud, Şah İsmayıl, Şeyx Nəsrullah və s.

    Qeyd: Ağa, bəy, xan, xanım sözləri insan adlarının tərkib hissələrini təşkil etdikdə bitişik yazılır: Ağacavad, Ağabəy, Əlibəy, Xanoğlan, Böyükxanım və s. Həmin sözlər adlara qoşularaq titul kimi və ya hörmət məqsədilə işləndikdə isə ayrı yazılır: Abbasqulu ağa (Bakıxanov), Üzeyir bəy (Hacıbəyli), Fətəli xan (Xoyski), Fatma xanım (Kəminə) və s.

    İxtisarlar (abreviaturlar)

    62. İxtisarlar üç cür yazılır:

    1. Tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m. (metr), c. (cild) və s.

    2. Yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), AzərTAC (Azərbaycan Teleqraf Agentliyi) və s.

    3. Sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır:

    d-r (doktor), z-d (zavod) və s.

    63. İxtisarlara əlavə edilən şəkilçilər onların tələffüzünə uyğun olaraq ya­zılır: AMEA-dan, BMT-yə, MDB-nin və s.

    Sözün sətirdən sətrə keçirilməsi

    64. Sözlər yeni sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər və s.

    Sözün bir saitdən ibarət olan hecasını sətrin sonunda saxlamaq və ya yeni sət­rə keçirmək olmaz: a-ilə, a-zadlıq, iddi-a və s. Bu qəbildən olan sözlər sətirdən sətrə bu şəkildə keçirilir: ai-lə, azad-lıq, id-dia və s.

    65. Saylar rəqəmlə yazıldıqda onlara artırılan şəkilçilər sətirdən sətrə ke­çi­ril­mir: 5-cilər, 7-ci, 9-da və s.

    66. Mürəkkəb ixtisarlar və onlara artırılan şəkilçiləri də sətirdən sətrə ke­çirmək məqbul sayılmır: ADTU-da, BMT-nin, BDU-ya və s.

    67. Ad və ata adlarının bir hərfdən ibarət qısaltmalarını (M.F.Axundzadə, M.S.Ordubadi və s.) sətrin sonunda saxlamaq olmaz.

    68. Durğu işarələri (tire, defis, mötərizə, dırnaq işarələri və s.) yeni sətrə keçirilmir.

    69. Vaxtilə apostrofla yazılan cürət, məşəl, vüsət və s. sözlər apostrofa görə cür-ət, məş-əl, vüs-ət kimi sətirdən sətrə keçirilirdi. Bu qəbildən olan sözlərin aşağı­­dakı şəkildə sətirdən sətrə keçirilməsi məqsədəuyğun sayılır: Qu-ran, cü-rət, he-yət, Kə-nan, mə-sud, mə-sul, mə-şəl, Sə-nan, sü-rət,vü-sət və s.

  • Gömrükçülər sərhəddə “balıq tutdular” – FOTO + VİDEO

    Gömrükçülər sərhəddə “balıq tutdular” – FOTO + VİDEO

    Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda nərə cinsli balığın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

    Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən oxu.az-a verilən xəbərə görə, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Qazaxıstanın Aktau limanından Bakı şəhərinə “Merkuri-1” gəmisi ilə boş vəziyyətdə qayıdan Azərbaycan vətəndaşı Məmmədov Ramin Telman oğlunun idarə etdiyi 99-LF-021/05-ZA-006 nömrə nişanlı, “Kamaz” markalı yük nəqliyyat vasitəsində qaçaqmalçılıq yolu ilə nərə cinsli balıq yükünün gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.

    Məlumat əsasında, həmin nəqliyyat vasitəsinə Beynəlxalq Dəniz Ticarət Limanında gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gizlədilən, içərisində dəniz suyu olan sellofana bükülmüş vəziyyətdə – ümumi çəkisi 1 ton 408 kq olan (496 ədəd) nərə cinsli balıq və 1 ədəd üzərində “Yamaha Enduro 15” yazısı olan kater mühərriki aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

    Gömrükçülər sərhəddə “balıq tutdular” – FOTO + VİDEO